Bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan Nizami dühası

   

 

Yer üzünə incini sözlə saçıbdır qələm,

 

Kainatın gözünü sözlə açıbdır qələm.

 

Dünyaya sözdü şərəf, gör ki, nədir qiyməti,

 

Danışmaqla, yazmaqla itməz qədir-qiyməti.

 

Sözün gücü heç ilə ölçülməz. Bizə cəsarət verən, ruhumuzu yaşadan söz ilə dünyaya öz fikirlərimizi çatdıra bilirik. Söz bir aynadır, deyirlər o aynada söz sahibinin qəlbini, düşüncəsini, həqiqi kimliyini görmək mümkündür. Söz insanlar arasında körpüdür milyonların ünsiyyətində vacib amildir. Azərbaycanın böyük mütəfəkkiri, dahi şair Nizami Gəncəvi sözə böyük qiymət verərək, kainatın gözünü sözlə qələmin açdığını söyləməsi əbəs deyildi. Hər sözün xüsusi bir ölçüsü var, - deyən Nizami sözdən mahircəsinə istifadə etməyin gözəlliyini qələmə alır. Elə şairin sözə verdiyi qiyməti onun bütün yaradıcılığı boyu sezilir. Sözdən məhrətlə istifadə edən şair fikir dünyasının fəlsəfi gücünü məhz söz ilə qələmə alır bütün dünyanın böyük Nizami Gəncəvisinə çevrilir. Hər misrasında bir hikmət var, həyat dərsi fəlsəfəsi var. Sözə rəng verən, onu bəşəriləşdirən fikir yükü Azərbaycanın söz sultanının dünyada tanınmasına səbəb oldu.

 

Əlbəttə ki, sözdən məharətlə istifadə edən böyük əsərlərin müəllifi olan Nizami Gəncəvi zəmanəsinin şairindən əsrlərin şairinə çevrildi. Söz ilə öz mülkünün əbədi təməlini qoydu 800 ildən artıqdır ki, söz mücrüsü ilə yol gəlir - şərəf bilinən bir yol. Dünyaya ədaləti, bəşəri dəyərləri, insanlığı əxz edə-edə. Dünyanın nadir dahiləri sırasında məhz Azərbaycan şairi Nizami Gəncəvinin adının yer alması böyük qüdrətdən, parlaq zəkadan, fitri istedaddan bir şəxsiyyət obrazından xəbər verir. Söz mülkündə xoşbəxt görünən Nizami cəmiyyət ilə ünsiyyətində ədalətli bir şah kimi çıxış edir.

 

Bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olan Nizami Gəncəvinin irsi xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev qüdrətli söz fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə "Nizami Gəncəvi İli" elan edib. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın Orta Şərq fəlsəfi-ictimai bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış "Xəmsə"si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.

 

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Ümummilli Lider Heydər Əliyev Nizami Gəncəvi irsinə böyük diqqət ayırmışdır. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü rəhbərliyi ilə dahi Nizaminin yubiley tədbirləri təntənəli surətdə qeyd edilmiş, onun əvəzsiz yaradıcılığının dünya miqyasında təşviq edilməsi ilə bağlı geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. Gəncə şəhərində Nizami Poeziya evinin yaradılması, Gəncədə Nizami məqbərəsinin yenidən qurulub, onun adına layiq olması ilə əlaqədar göstəriş verməsi, Bakıda metrostansiyaya "Nizami" adının verilməsi məhz Ulu Öndərin təşəbbüsü ilə reallaşıb.

 

Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. Şərqin fəlsəfi-ictimai bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini ərsəyə gətirən Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi tanıdılması sahəsində xeyli görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

 

Bu gün paytaxtımızda keçirilən "Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü" mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu Nizami dünyasından dünyaya bir mesajdır. Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş Beynəlxalq Forum dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı elm adamlarını bir araya gətirib. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin yubiley ili çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Nizami irsinin beynəlxalq səviyyədə təbliği məqsədilə əcnəbi dillərdə bir sıra nəşrlər çap olunub. "Xəmsə" kimi şah əsərini yaradaraq insanları yaxşılığa, mərhəmətə, dostluğa çağıran Nizami səkkiz əsrdən artıq bir müddətdə dünya ədəbiyyatına töhfələrini verib. Ensiklopedik biliyə malik olan şair astronomiyanı, fəlsəfəni, coğrafiyanı, tibbi riyaziyyatı, eyni zamanda, 7 dili mükəmməl bilən alim kimi dünyaya ədəbiyyatına möhrünü vurub.

 

ZÜMRÜD BAYRAMOVA

 

 Səs.- 2021.- 26 noyabr.- S.5.