Erməni terrorizmində hədəf
qurbanlar deyil, sağ qalmış insanlardır
Dünya dövlətləri, xüsusilə də,
ABŞ özünə ən böyük təhlükəni
beynəlxalq terrorizmi görür. Ekspertlərin gəldikləri
qənaətə görə, beynəlxalq terrorizmin digər
cinayətlərdən fərqi ondadır ki, orada, eyni zamanda,
üç tərəf iştirak edir. Birincisi, onun təşkilatçıları
- Sarkisyan rejimi və ətrafı, ikincisi, terrorun qurbanları
(Xocalıda 63 uşaq olmaqla, ümumilikdə, 613 insan soyqırıma
məruz qalmışdır), üçüncüsü isə,
terrordan sağ qalan insanlar. Beynəlxalq terrorizmdə
terrorçuların hədəfi qurbanlar deyil, sağ
qalmış insanlardır. Terrorçular törətdikləri
cinayətləri nə qədər dəhşətli tərzdə
yerinə yetirirlərsə, sağ qalmışlara qarşı
təsiri bir o qədər çox olar. Bununla da, siyasi motivli
planların həyata keçirilməsi üçün unikal
imkanlar əldə etmiş olurlar. Bu mənada, Xocalıda
insanlığa və bəşəriyyətə
qarşı yönələn soyqırım törətməklə
erməni terrorçuları ətraf rayonların əhalisini
qorxudub, topraqların işğalını həyata
keçirmək niyyəti güdmüşlər. Uzağa
getməyib yaxın tariximizdə - 2001-ci il 11 sentyabrında
ABŞ-da baş verən terror aktını da əlavə
misal olaraq göstərmək olar. O zaman terrorçuların hədəfi
öldürülən 3000 nəfər deyildi. Məqsəd
sağ qalanlar olmuşdur. O mənada ki, sağ qalanlar terror
aktından dəhşətə gələcək və
hakimiyyət müsəlmanlara qarşı cəza tədbirlərinə
başlayacaq. Bu zaman isə müsəlmanlar təcavüzdən
özlərini qorumaq üçün ayağa qalxacaqlar.
Prinsipcə terrorçu nə qədər vəhşicəsinə
qətliamlar həyata keçirsə, qəddarlıqlar
törətsə, bir o qədər planlarını
reallaşdırmağa yaxın olduqlarını
düşünürlər. Qətliamdan qaçanlar gedib,
insanlara çatdırırlar ki, cinayət yerində
uşağa, qocaya, qadına baxmırlar, hər kəs vəhşicəsinə
öldürülür, çarmıxa çəkilir,
işgəncələrə məruz qalır. "Uzaqlara
qaçmaq, gözlənilən faciələrdən qurtulmaq
deməkdir". Bu ssenarini ermənilər 1992-ci il fevral
ayının 26-da Xocalıda törətdilər. Məhz bu
soyqırımdan sonra digər ərazilərdə
işğal edildi. Xocalı sanki digər
rayonların işğalı üçün katalizator rolunu
oynadı. Ermənilər Xocalıda soyqırımın
miqyasını o qədər genişləndirdilər ki, bunu
beynəlxalq terrorizm kimi dəyərləndirməmək
mümkün deyil. Çünki erməni terrorizmi beynəlxalq
terrorizmin tərkib hissəsidir. Bu qaydaları erməni
terrorçuları çox gözəl bilirlər. Beynəlxalq
terrorizmin digər cinayətlərdən, həm də fərqi
ondadır ki, cinayətdə şəxsi varlanma əsas
götürülür. Cinayətkar girir evə,
dağıdır, pulu, qızılı götürüb
gedir. Beynəlxalq terrorizmdə isə vara-dövlətə
maraq göstərilmir. Məqsəd yalnız siyasi motivdir.
Hökumətə və xalqa işarə vurulur ki, bu cinayətlərdən
də dəhşətlisini edə bilərik, bizim şərtləri
qəbul edin. Adi cinayətdə müstəntiq törədilmiş
cinayətlərin etiraf edilməsi üçün dəridən-qabıqdan
çıxır. Beynəlxalq cinayətdə isə “biz
etmişik, bundan da dəhşətlisini edə bilərik” deyə
bildirirlər. Necə ki, Serj Sarkisyan terrorçulara xas formada
demişdir ki, “Azərbaycanlılar inanmırdılar, elə
bilirdilər biz onlarla zarafat edirik. Amma Xocalıda onlara başa
saldıq ki, biz sizinlə zarafat etmirik. Biz qocaya, qadına və
uşağa baxmadarı hamısını məhv edərik”.
Erməni terrorizmi budur. Beynəlxalq terrorizmin davamı olan
terrorizm.
AZƏRBAYCANLILARIN SOYQIRIMI
Ermənilərin azərbaycanlılara
qarşı uzun illər apardıqları ardıcıl etnik təmizləmə
və təcavüzkar siyasətləri nəticəsində
minlərlə azərbaycanlı soyqırıma məruz
qalmış, şikəst olmuş, elindən-obasından didərgin
düşmüşdür. Azərbaycanın XIX-XX əsrlərdə
baş verən bütün faciələri torpaqlarının
işğalı ilə müşayiət olunmuşdur. Ermənilərin azərbaycanlılara qarşı
düşünülmüş, planlı surətdə həyata
keçirdikləri soyqırım siyasətləri
dövrün ayrı-ayrı mərhələləri təşkil
edilmişdir. 1813-1828-ci illər Rusiya ilə İran arasında
gedən iki müharibənin sonunda imzalanmış
Gülüstan (12 oktyabr 1813-cu il) və
Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri
Azərbaycan xalqının tarixində faciəvi rol
oynamış və Azərbaycanın parçalanmasına gətirib
çıxarmışdır. Azərbaycanın
şimalı Rusiyanın, cənubi isə İranın idarəçiliyinə
keçmişdir. 1918-1920-ci illər birinci Dünya müharibəsindən
sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən
ermənilər öz istəklərinə bolşevizm
bayrağı altında nail olmağa cəhd etdilər. Bakı Sovetinin əks-inqilabi elementlərlə
mübarizə şüarı 1918-ci ilin əvvəllərindən
başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların
çıxarılması məqsədlərini güdən
cinayətkar planın reallaşmasına
hesablanmışdır. 1918-ci ilin mart-aprel aylarında isə
ermənilərin azərbaycanlılara qarşı
törətdikləri qanlı hadisələr zirvə nöqtəsinə
çatmışdır. Ermənilər tərəfindən
onlarla məktəb, xəstəxana, məscidlər və digər
tikililər dağıdılır. Azərbaycanlıların
soyqırımı xüsusi qəddarlıqla Bakı,
Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan,
Lənkəran və Azərbaycanın digər ərazilərində
həyata keçirilir. Bu torpaqlarda kütləvi
qaydada dinc əhali qırılmış, kəndlər
yandırılmış, milli mədəniyyət abidələri
məhv edilmişdir. 1918-ci ilin mart-aprel aylarında Bakı,
Şamaxı, Quba- Muğan və Lənkəranda ermənilər
70 mindən çox azərbaycanlını qətlə
yetirmiş, 10 minlərlə insanı öz
torpaqlarından qovmuşlar. Tarixə nəzər salanda
görərik ki, bəzən böyük dövlətlər
müharibə ocaqlarının yaranmasında ermənilərdən
istifadə ediblər. Ruslar əsrlər öncə bölgədə
erməni dövlətinin qurulmasına səylər və
yardımlar göstərmişlər. 19 may 1783-cü ildə
Knyaz G.A.Potyomkin II Katerinaya yazdığı məktubda deyilir:
"Fürsət tapan kimi Qarabağı ermənilərin idarəsinə
vermək və beləcə Asiyada bir Xristian dövləti
qurmaq lazımdır". Məhz “Asala”, “Daşnaksütyun”
kimi terrorçu təşkilatları da Türkiyə və
Azərbaycana qarşı düşmən mövqedə olan
dövlətlərin xeyir-duası ilə yaradılıb. 20-ci
əsrin əvvəllərində azərbaycanlıların
ermənilər tərəfindən kütləvi
soyqırıma məruz qalması da rusların,
fransızların, ingilislərin yardımı ilə həyata
keçirilib. Tarixi sənədlər subut edir
ki, xarici hərbi siyasi dəstək hesabına
1905-1907,1918-1920, 1948-1953-cü illərdə Cənubi
Qafqazdakı tarixi ərazilərdə etnik təmizlənmə
və soyqırım siyasətinə məruz qalan yüz minlərlə
Azərbaycan türkləri erməni daşnakları tərəfindən
kütləvi şəkildə qətlə
yetirilmişdir. Bir faktı da qeyd etmək lazımdır ki,
1918-ci il sentyabr aynın 20-si və 26- da Bakı bolşevikləri
Ağcaqum çöllərində güllələnməyə
aparılarkən yolda qəflətən Anastas Mikoyan və Stepan
Şaumyan yoxa çıxmışdır. Sonradan
məlum olur ki, Şaumyan heç də Qafqazda imperiyalar və
ermənilərin Azərbaycan ərazilərinə
köçürülməsi güllələnməmiş, əksinə,
ingilis gəmiləri ilə İrana qaçmış, oradan
isə Dehli şəhərinə getmişdir.
Ömrünün sonuna qədər də Hindistanda
yaşamışdır.
Terrorçular nə qədər vəhşicəsinə
qətliamlar həyata keçirsə, bir o qədər
planlarını reallaşdırmağa yaxın
olduqlarını düşünürlər
Azərbaycanın ayrılmaz hissəsi
olan Qarabağ ərazisində yaşayan azərbaycanlılara
qarşı amansızcasına vəhşilik siyasəti
yeridilməsi üçün Rusiya hökumətinin himayəsi
və köməyi ilə ermənilər 1905-1907, 1918-1920-ci
iilərdə və eləcə də, sonrakı
ayrı-ayrı illərdə kütləvi qətliam siyasəti
həyata keçirmişlər. Nəticədə,
Azərbaycanın Zərgəzur, İrəvan,
Naxçıvan, Ordubad, Şamaxı, Qazax və Qarabağ ərazilərində
yüzlərlə kənd yandırılmış, 10 minlərlə
insan öldürülmüş və şikəst olunaraq
ev-eşiklərindən didərgin salınmışdır.
1918-1920-ci illərin 31 mart hadisələri ilə bağlı
birmənalı mövqe ondan ibarətdir ki, ermənilər 10
minlərlə azərbaycanlını qətlə
yetirmişdir. Hələ 1918-ci ilin martında Rusiya
bolşeviklərinin lideri Vladimir Lenin bolşevik Stepan
Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək,
Bakıya göndərmişdir. Məqsəd isə
bolşeveklər vasitəsi ilə hakimiyyəti ələ keçirmək
adı ilə ermənilərin əsas aparıcı
qrupları olan daşnakları silahlandırmaq və
onların vasitəsi ilə Azərbaycanda ermənilərin
daha geniş ərazilərdə yerləşdirməsini təmin
etməkdən ibarət olmuşdur. Martın 31-də
Bakı şəhərində azərbaycanlıların
kütləvi qırğını olmuşdur. Stepan
Şaumyanın sonradan yazılı sənədlərə
verdiyi açıqlamalarında və etiraflarında qeyd edir
ki, dinc azərbaycanlıların qətlə yeririlməsində
Bakı Sovetinə 6 min silahlı əsgər və eyni
zamanda, “Daşnaksütyun” partiyasının 5 min nəfərdən
ibarət silahlı dəstəsi iştirak etmişdir. 3
gün davam edən qırğın zamanı erməni
silahlıları bolşeviklərin köməyi ilə Azərbaycan
məhəllələrinə girərək uşaqdan-qocaya qədər
hər bir insanı qətlə yetirmişdilər. Həmin dəhşətli
günlərin şahidi olmuş Pumnir familiyalı bir alman
jurnalisti 1925-ci ildə qələmə aldığı məqaləsində
Bakıda törədilən insan qətliamı ilə
bağlı bunları qeyd etmişdir: “Ermənilər müsəlman
məhəllərinə girərək, hər kəsi
öldürür, qılıncla parçalayırdılar. Bu
qırğından bir neçə gün sonra bir
çuxurdan yalnız 87 azərbaycanlının cəsədi
çıxarılmışdır. Onların qulaqları,
burunları kəsilmiş, qarınları
yırtılmış və cinsiyyət orqanları
doğranmışdır. Ermənilər uşaqlara
acımadıqları kimi yaşlılara da rəhm etməmişdilər”.
2 milyon azərbaycanlı qətlə
yetirilmiş və öz ev-eşiklərindən didərgin
salınmışdır
20-ci əsrin 1-ci yarısında
Zaqafqaziyada baş vermiş 1905-1907 və 1918-1920 il qətliamları
zamanı, ümumilikdə, 2 milyondan yuxarı azərbaycanlı
qətlə yetirilmiş və öz ev-eşiklərindən
didərgin salınmışdır. 31 mart qırğınları
zamanı Bakı şəhərinin təkcə indiki qala
qapısı ərazisində qulaqları, burunları kəsilmiş
və qarınları yarılmış 100-ə
yaxın azərbaycanlı qadının meyiti
tapılmışdır. Gənc qadınların diri-diri
divara mıxlanması erməni vandalizminin ən vəhşi
nümunəsi sayıla bilər. Qaçıb canını
qurtarmağa çalışan əhalini gülləbaran etmək
üçün isə ermənilər şəhərin
müvafiq yerlərində əvvəlcədən plemyotlar
yerləşdirmişdilər. Burada
canlarını qurtarmağa çalışan dinc sakinlərə
və vətəndaşlara, bir sözlə, azərbaycanlılara
aman verilmədən gülləbaran edirdilər. İrəvan
quberniyası, Şərur, Dərələyəz, Qars və
digər ərazilərdə azərbaycanlılara qarşı
qırğınların törədilməsində fəal iştirakçılardan
biri olmuş Ovanes Oqanesiyanın etirafları əsasında
amerkalı jurnalist və yazıçı Ramistin Hartvil
“İnsanlar belə imişlər” adlı kitab
yazmışdır. Ovanes Oqanesiyan kitabın
müəllifi ilə söhbəti zamanı ermənilərin
Rusiyanın yardımı ilə öz məqsədlərinə
çatdıqlarını qeyd edərək təkcə
Bakıda mart qırğınları zamanı 30 mindən
çox azərbaycanlını qətlə yetirdiklərini
bildirib. 1918-1920 illər soyqırımı zamanı daşnakların
azərbaycanlılara qarşı soyqırımı yalnız
Bakı şəhəri ilə kifayətləndirilməmişdir.
Onlar sonrakı mərhələlərdə
Şamaxı, Quba, Naxçıvan, İrəvan, Zəngəzur,
Qarabağ və digər yaşayış yerlərində azərbaycanlılara
qarşı kütləvi qırğınlar törətmişdilər.
1918-ci ilin mart-aprel aylarında Şamaxıda təkcə 10
minə qədər dinc sakin qətlə yetirilmişdir.
1918-ci ildə Şamaxıda ermənilərin törətdiyi
soyqırım zamanı yanğından sonra
tapılmış salamat qalan Quran səhifələri.
Hazırda Azərbaycanın dini mərkəzi hesab olunan
Şamaxı Cümə məscidinə insanları kütiəvi
şəkildə dolduraraq diri-diri yandırmışdılar.
Tarixi faktlara və sənədlərə istinadən
o fikri də qeyd etmək olar ki, Cavanşir qəzasında 28 kəndi,
Cəbrayıl qəzasında 17 kəndi tamamilə
yandırılmış və minlərlə insan
öldürülmüşdür. 1918-ci ilin aprel
ayının 29-da Gümürü yaxınlığında
əsasən qadınlardan, uşaqlardan və
yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı
köçü erməni pusqusuna düşərək, son nəfərədək
öldürülmüşdür. Erməni
silahlı dəstələri Naxçıvan qəzasında
45, Zəngəzur qəzasında 115 Azərbaycan kəndi
yandırılmış, 3257 kişi, 2276 qadın və 2196
uşaq öldürülmüşdür, 50 min azərbaycanlı
qaçqın düşmüşdür. İrəvan
quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı
soyqırıma məruz qalmışdır, kəndlər isə
yerlə yeksan olunmuşdur. Erməni silahlı dəstələri
daha sonra Azərbaycanın dilbər güşəsi olan
Dağlıq Qarabağa silahlı hücum etmiş,
ümumilikdə, 34 min azərbaycanlı qətlə
yetirilmiş, 27 min insan isə şikəst edilmişdir.
1920-ci illn may ayında ermənilər Rusiyanın 9-cu
Qızıl Ordunun iştirakı ilə Gəncədə
12 mindən çox azərbaycanlını qətlə
yetirmişlər. Sonrakı mərhələlərdə
də, yəni Sovetlər İttifaqının
yaradılmasından sonra da ermənilər Azərbaycana
qarşı öz düşmənçilik və qətliam
siyasətlərindən əl çəkməmiş
“böyük Ermənistan” yaradılması iddialarını
gerçəkləşdirmək üçün hər
cür iyrənc və yaramaz vasitələrdən istifadə
etməyə çalışmışlar. Tarixin sonrakı
dövrlərində də ermənilər azərbaycanlılara
qarşı soyqırımı siyasətini davam etdirmişlər.
Hətta onlar az sayda olan qüvvələrini xarici ölkələrdə
yaşayan erməniləri Azərbaycan ərazilərinə
yerləşdirilməsinə nail olmaqla möhkəmləndirməyə
çalışmışlar. Xüsusilə də
İrandan, Suriyadan, Fransadan Dağlıq Qarabağa yerləşdirilən
ermənilər sonradan azərbaycanlılara qarşı
çevrilən yarımvəhşi qüvvələr
olmuşlar. 1943-cü ildə Tehranda keçirilən konfrans
zamanı Sovet-İran münasibətləri müzakirə
edilərkən, ermənilər o zaman SSRİ xarici
işlər naziri Molotovdan İranda yaşayan ermənilərin
SSRİ-yə köçürülməsi üçün
ondan Stalindən xahiş etmələrini diləmişdilər.
Molotov məsələni SSRİ Kommunist Partiyasının Mərkəzi
Komitəsinin birinci katibi İosif Stalinə
çatdırır və ermənilərin
köçürülməsinə razılıq alır. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi Qriqori Arutyunov bundan istifadə edərək, xaricdəki
erməniləri, Ermənistana köçmək həvəsini
artırmaqla azərbaycalıların Ermənistandan zorla
çıxarılması barədə qərar verilməsinə
müvəffəq olmuşdur. 1947-ci ilin dekabr ayının
23-də SSR Nazirlər Soveti Ermənistan SSR-dən azərbaycanlıların
Azərbaycan SSR-in Kür və Araz ovalığına
köçürülməsi haqqında qərar
çıxarır. Stalin tərəfindən
1948-1953-cü illərdə həyata keçirilən azərbaycanlıların
növbəti deportasiyası zamanı ermənilərin
xüsusilə diqqət mərkəzində saxladıqları
məsələ iqtisadi, sosial və mədəni cəhətdən
güclü, strateji və əhəmiyyətli Azərbaycanın
yaşayış məntəqələrinin
boşaldılması olmuşdur. Bu səbəbdən, ilk mərhələdə
İrəvan şəhəri yaxınlığında yerləşən
yaşayış məntəqələri azərbaycanlılardan
təmizlənmişdir. Sonrakı mərhələdə isə
rayon mərkəzləri ətraf kənd və qəsəbələrdə
azərbaycanlılardan boşaldılmışdır.
Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın
dağ rayonlarında yaşadığı üçün
Kür və Araz ovalığındakı iqlim şəraitinə
dözümsüz olmuşdular. Nəticədə isə, bu ərazidə
yerləşdirilən əhali çətin və
ağır yaşayış şəraiti ucbatından həyatlarını
itirmiş, şikəst olmuşlar. Burada diqqətçəkən
məqam ondan ibarətdir ki, Ermənistandan
köçürülən bir nəfər azərbaycanlının
da Qarabağda yerləşdirilməsinə imkan verilməmişdir.
Bu da onu deməyə əsas verirdi ki, ermənilərin əsas
niyyəti azərbaycanlıları Qarabağa buraxmamaq
olmuşdur. Bununlada “böyük Ermənistan ”
iddialarını yenidən reallaşırmaq üçün
azərbaycanlıların təmizləndiyi ərazilər
hesabına öz məkrli niyyətlərini
reallaşdırmaq olmuşdur. O zaman Qarabağdan 132 ailə,
ümumilikdə, 560 nəfər Azərbaycanın Xanlar
rayonuna köçürülmüşdür. Bu fakta nəzər
yetirsək, görərik ki, burada Ermənistandan Qarabağa azərbaycanlılar
yerləşdirilməyib, əksinə, azərbaycanlıların
Qarabağdan Azərbaycanın digər bölgələrinə
yerləşdirilməsi siyasəti həyata
keçirilmişdir. Bu da bir daha təsdiq edir ki, Moskva o
zamandan ermənilərə himayədarlıq etmək və
onlara dəstək vermək kimi siyasətini həyata
keçirmişdir.
İ.ƏLİYEV
Səs.- 2021.- 26 noyabr.- S.6-7.