“Dəmir yumruq” tarixi ədaləti bərpa
etdi
“İki sahil”
www.yap.org.az saytına istinadən Milli Məclisin deputatı,
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar
Sadıqovun müsahibəsini təqdim edir
- Bəxtiyar müəllim, şanlı Zəfərimizlə
bitən 44 günlük Vətən müharibəsindən
bir il ötür. Bu Qələbəni şərtləndirən
amillər nədən ibarətdir və yaranmış yeni
reallıqları necə dəyərləndirirsiniz?
- Bu günlərdə böyük fəxarətlə
44 günlük Zəfərin birinci ildönümünü
qeyd edirik. Hər gününü sonsuz ümidlə,
həyacanla, sevinc və göz yaşları ilə
yaşadığımız möhtəşəm 44 gün!
İndi həmin günləri açıq ürəklə,
açıq alınla yaşayır, qürur və fərəh
hissilə xatırlayırıq. 44 günün hər
günü şanlı tarixdir.
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin hərbi-siyasi qələbəsi ilə
bitən bu savaş ilk növbədə dünyaya Azərbaycan
qüdrətini nümayiş etdirmiş oldu.
İşğalçı Ermənistan 30 ilə yaxın
müddətdə beynəlxalq təşkilatların
yaratdıqları ikili standartlar prinsipi və cəzasızlıq
mühitindən yararlanaraq məkirli oyunlarından əl
çəkmədi. Azərbaycana qarşı bütün
dövrlərdə təxribatlar törədildi. Amma Azərbaycan
dövləti və onun uzaqgörən lideri Prezident İlham
Əliyev hər zamankı kimi səbir nümayiş etdirdi,
münaqişənin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində sülh
yolu ilə həllinin tərəfdarı oldu. Ermənistan isə
status-kvonun saxlanması üçün bütün
çirkin oyunlara əl atdı.
Amma hər şeyin bir sonu olmalıdır və olur. Ermənistanda
hakimiyyətin Ter-Petrosyandan sonra kriminal, cinayətkar
Koçaryan və Sarkisyan klanının əlinə
keçməsi düşməni daha da
azğınlaşdırmışdı. Artıq
onlar nəinki işğal ərazilərini
qaytarmayacaqlarını açıq şəkildə bəyan
edirdilər, hətta yeni əraziləri tutacaqları ilə
bizi hədələyirdilər. Ermənilər
ürəkdən inanmışdılar ki, Azərbaycan ərazilərini
öz gücləri ilə işğal ediblər.
Nikol Paşinyanın rəhbərliyə gəlməsi vəziyyəti
daha da qəlizləşdirdi. Paşinyan ermənilərin
ürəklərindəkiləri ucadan söyləyirdi. Gah sinəsi orden-medallarla dolu generalların əhatəsində
Şuşada sərxoş olub yallı gedirdi, gah oğlunu Xankəndinə
hərbi xidmətə göndərirdi, gah Dağlıq
Qarabağı tərəf kimi danışıqlar prosesinə
gətirmək istəyirdi.
Azərbaycanın isə dolan səbr kasası daşmaq
üzrə idi. Paşinyanın sərsəmləmələri
və Ermənistanın hərbi-siyasi təxribatları
Prezident İlham Əliyevin qəzəbinə və qəti
addımlar atmasına səbəb oldu.
Hələ müharibə başlamazdan əvvəl Azərbaycan
Prezidenti dünya birliyinə, beynəlxalq təşkilatlara
müraciət edərək Ermənistanın Qarabağda
qanunsuz məskunlaşma apardığını və
müharibəyə hazırlaşdığını
faktlarla göstərirdi. Sonuncu dəfə isə Prezident İlham Əliyev 24
sentyabr 2020-ci ildə, savaşın başlamasından 3
gün öncə BMT-nin ali tribunasından
istifadə edərək bir daha dünya birliyinə
çağırış etdi: “Etnik təmizləmə
aparmış işğalçı ölkənin silahlarla təchiz
edilməsi sülh danışıqlarını ciddi şəkildə
sarsıdır və işğalçı dövləti yeni
hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana
silah təchizatından çəkinməyə
çağırırıq”.
Amma Ermənistan yenə də çirkinliklərdən əl
çəkmədi və sentyabrın 27-də cəbhənin
bütün istiqamətlərində təxribatlat törətdi. Buna cavab olaraq
Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına
başladı. Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyev qudurmuş düşməni yerində
oturtmaq, işğal altındakı ərazilərimizi geri
qaytarmaq üçün “İrəli” əmrini verdi! Beləliklə, Azərbaycanın
ərazi bütövlüyünün bərpası uğrunda
II Qarabağ savaşı, müqəddəs Vətən
müharibəsi başladı.
Azərbaycan dövləti, xalqı və ordusu məqsədə
çatmaqdan ötrü bütün gücünü və
imkanlarını ortaya qoydu, dərhal səfərbər
olunaraq qüdrətli, nəhənğ yumruğa
çevrildi.
Onu da vurğulamaq yerinə düşər ki, Müzəffər
Ali Baş Komandan İlham Əliyev bu müharibəyə
aşkar və məxfi şəkildə bütün
bacarıq və qabiliyyəti, istedad və xarizması ilə
hazırlaşmışdı. Qətiyyətli,
prinsipial Lider nəyi, nə vaxt və necə edəcəyini
dəqiq müəyyənləşdirmişdi.
Bunun nəticəsi də Ermənistan üçün
çox ağır oldu. Ali Baş Komandan İlham Əliyev
qısa vaxt – 44 gün ərzində dəmir yumruğu ilə
düşmənin başını əzib, belini
qırdı. Yeni taktika və strategiya tətbiq
edərək Ermənistan ordusunu məhv etdi, qorxaqlar və fərarilər
yığnağına çevirdi.
Vətənpərvər Azərbaycan gənci özünü
döyüş meydanında, mənfur düşmənə
qarşı mübarizədə ən yaxşı cəhətdən
göstərdi. Bütün döyüş
tapşırıqlarını cəsarətlə, igidliklə
yerinə yetirdi, şücaət və qəhrəmanlıq
nümayiş etdirdi. Şuşa kimi qala şəhərini
sıldırım qayalara dırmaşmaqla, çətin
cığırlardan keçməklə, yüngül
silahlarla az qala əliyalın aldı. Bir sözlə, Azərbaycan gəncinin nəyə
qadir olduğunu, əsl Vətən sevgisinin necə
olduğunu bütün dünya gördü.
Ali Baş Komandan İlham Əliyev qoyduğu şərtlər
əsasında düşmənə təslim aktını,
üçtərəfli Bəyanatı imzalatdırdı,
Ağdam, Laçın və Kəlbəcəri bir güllə
belə atmadan, dinməz-söyləməz qaytarmağa məcbur
etdi.
Azərbaycan xalqının 30 illik həsrətinə son
qoyuldu və cənab İlham Əliyev əsrlər sonra ilk dəfə
olaraq Qüdrətli Sərkərdə kimi itirilmiş
torpaqları qaytardı. İki əsrlik Qarabağ münaqişəsini
birdəfəlik, həm də uğurla həll etdi. Azərbaycan xalqını dünyaya məğrur,
döyüşkən, öz torpaqlarına sahib çıxan
xalq kimi yenidən tanıtdı.
Azərbaycan Ordusunun möhtəşəm hərbi əməliyyatları,
44 günlük Zəfər müharibəsində Müzəffər
Ali Baş Komandanın irəlicədən söylədikləri
bütünlüklə həyata keçdi. Vətən
müharibəsi ilk növbədə zəka, uzaqgörənlik,
müdriklik, qətiyyət və möhkəm iradə
müharibəsi idi. Döyüşən
ordulara rəhbərlik edənlərin bu sahədəki fərqi
özünü hərbi əməliyyatların gedişində,
orduların hazırlıq səviyyəsində, seçilən
taktika və strategiyada, müharibəyə hazırlıq və
döyüşlərin davam etdiyi müddətdə yeridilən
daxili və xarici siyasət, atılan diplomatik addımlar –
bütövlükdə müharibənin nəticəsində
özünü parlaq şəkildə göstərdi.
Şanlı Zəfər bu gün Cənubi Qafqazda yeni
reallıqlar yaradıb. Azərbaycan Prezidenti məhz bu
reallıqlar fonunda yeni əməkdaşlıq
platformalarının yaradılması istiqamətində təkliflərini
səsləndirir. Yəni şərtləri
indi cənab İlham Əliyev diktə edir. Məğlub Ermənistan isə Azərbaycan
Prezidentinin irəli sürtüyü şərtlərlə
hesablaşmağa məhkumdur.
Qarabağı “dəmir yumruq” əməliyyatı ilə
cəmi 44 günə düşməndən təmizləyən
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu
gün dəmir iradə ilə işğaldan azad olunmuş
torpaqlarımızda böyük tikinti-quruculuq işlərinə
başlayıb. Erməni barbarlarının
daşı-daş üstündə qoymadıqları şəhərlərimizin
Baş planını təsdiq edərək daha möhtəşəm
şəhərlər qurur. Bir vaxtlar
torpaqlarından didərgin düşmüş bir milyona
yaxın insana çadır şəhərçikləri
yaradan, sonradan onlar üçün yeni yaşayış
kompleksləri tikən ölkə bu gün həmin vətəndaşın
öz doğma yurduna qayıtması üçün
Qarabağı yenidən qurur. Bu, ilk
növbədə Prezident İlham Əliyevin son 18 ildə
tarixinin ən qüdrətli dövlətinə çevirdiyi
Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir.
- Oktyabr
ayının 15-də dövlət başçısı
İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin
18 ili tamam oldu. Sizcə bu illər
ərzində Azərbaycan hansı yolları keçib,
hansı uğurları, nailiyyətləri əldə edib?
- 2003-cü
ildə ulu öndər Heydər Əliyev xalqa müraciət
edib bu fikirləri söylədi: “Üzümü Sizə - həmvətənlərimə
tutaraq, qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin köməyiniz
və dəstəyinizlə İlham Əliyev başa
çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Xalq hər zaman Ümummilli Liderə inanıb güvənirdi. Buna görə
də Ulu Öndərin çağırışına cavab
olaraq cənab İlham Əliyevə böyük etimad göstərərək
özünə lider seçdi. Prezident
İlham Əliyev isə verdiyi bütün vədlərə əməl
etməklə xalqın fəxarət ünvanına,
alternativsiz liderinə çevrildi və Azərbaycanı Ulu
Öndərin görmək istədiyi səviyyəyə
yüksəltdi. Hər zaman güc aldığı
xalqdan etimad mandatı alan cənab İlham
Əliyev andiçmə mərasimində Azərbaycanı
böyük zəfərlərə doğru aparacağına
söz verdi.
Diqqət etsək görərik ki, bu illərdə hərtərəfli
islahatlar, quruculuq və yüksəliş baxımından Azərbaycan
qədər sürətli inkişaf yolu ilə gedən ikinci
ölkə yoxdur. Bunu deməyə əlimizdə kifayət
qədər faktlar var. Məhz Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən uğurlu iqtisadi, sosial və
siyasi islahatların nəticəsi olaraq XXI əsrdə Azərbaycan
böyük inkişaf yolu keçib. Cənab
İlham Əliyevin Prezidentlik fəaliyyətini dəyərləndirərkən
əminliklə, qürurla söyləyə bilərik ki, Azərbaycanın
inkişaf yolu başqa ölkələr üçün
işıq yoludur.
Prezidentin də söylədiyi kimi, Azərbaycan dövləti
özünün mövcudluq tarixində heç zaman indiki
kimi qüdrətli, güvənli, istiqrarlı
olmamışdır.
Ən nəhayət, cənab İlham Əliyev Azərbaycan
xalqının taleyüklü məsələsi olan
Dağlıq Qarabağ münaqişəsini hərbi-siyasi
yolla həll etdi. Bir sözlə, Prezident İlham Əliyev
həm də Azərbaycan tarixinə xilaskar lider kimi
adını yazdıraraq xalqın qəlbində əbədi
olaraq heykəlini ucaltdı.
- Müstəqilliyimizin
bərpasının 30-cu ildönümünü qeyd etdik. Torpaqlarını azad edən Azərbaycan ilk dəfə
olaraq bu bayramı tam başqa ab-havada, fərqli şəkildə
yaşadı. Bunu necə dəyərləndirərdiniz?
- Müstəqil
dövlətə sahib olmaq, müstəqil dövlətdə
yaşamaq bir səadətdir. Amma hər xalqa nəsib
olmayan səadətdir. Müstəqil
yaşamaq üçün ən əvvəl Vətən
adlı ərazinin, torpağın, yeraltı və
yerüstü sərvətlərin, xalqı dolandırmaq
üçün lazımi imkan və şəraitin
olmalıdır. Ən nəhayət,
müstəqil dövləti qurmağı, idarə etməyi,
yüksəltməyi, təlatüm və bəlalardan
qorumağı bacaran liderin, rəhbərin olmalı, onun ətrafında
yumruq kimi birləşməyin zəruriliyini dərk etməlisən.
Ötən 30 ildə dövlətimizin taleyində çox
hadisələr baş verdi, bir çox
dolanbaclardan keçməli olduq, maneələrlə üzləşdik.
Lakin ulu öndər Heydər Əliyev və
Prezident İlham Əliyev kimi qüdrətli liderlərin sayəsində,
həmçinin milli həmrəyliyimizin nəticəsində
bütün çətinliklərə sinə gərdik,
dövlətçiliyimizi və müstəqilliyimizi qoruduq, əbədi
etdik. Bu baxımdan müstəqilliyimizin bərpasının
30-cu ildönümünə doğru tariximiz dövlətçiliyimizi
şərəfləndirən hadisələrlə zəngindir.
Prezident İlham Əliyevin yeritdiyi müdrik və
uzaqgörən siyasət isə qısa müddətdə Azərbaycanı
dünya birliyinin sayılıb-seçilən üzvünə,
beynəlxalq tədbirlərin, qloballaşan dünyanın
problemlərinin çözüldüyü məkana
çevirdi. İnkişafın Azərbaycan modeli, multikulturalizm
modelimiz dünyanın diqqətini özünə çəkdi,
bir çox ölkədə öyrənilməyə
başlandı və örnəyə çevrildi. Azərbaycan kosmik dövlətlər ailəsinə
daxil oldu, müasir, modern dövlətə çevrildi.
Prezident İlham Əliyev Ulu
Öndərimizin gördüyü möhtəşəm
işləri eyni qətiyyət və prinsipiallıqla davam
etdirərək Azərbaycanın iqtisadi, siyasi, hərbi
qüdrətini, nüfuzunu daim artırır, xalqın güzəranını
və rifahını dönmədən yüksəldir.
Bu gün isə Azərbaycan öz qüdrətli Liderinin
uzaqgörən, qətiyyətli siyasəti ilə regionda
yaranmış yeni reallıqlar fonunda daha möhtəşəm
gələcəyə doğru inamla addımlayır.
Səs.-
2021.- 26 oktyabr.- S.7.