Zərdabda şəhid
Faiq Vəlizadənin ildönümü qeyd olunub
Vətən müharibəsində şəhidlik
zirvəsinə ucalan Faiq Bayraməli oğlu Vəlizadənin ildönümü ilə əlaqədar olaraq, Zərdab rayon Alıcanlı kəndində
anım mərasimi keçirilib. Tədbirdə Zərdab rayon
icra hakimiyyətinin başçısı Mərdan
Camalzadə, millət
vəkili Jalə Əliyeva, YAP Zərdab rayon təşkilatının
sədri səlahiyyətlərini
icra edən Pərvin Mahmudova və bir qrup
fəal YAP üzvləri,
rayon icra hakimiyyəti aparatının
nümayəndələri, Vətən müharibəsi iştirakçıları
və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri,
DTX-nin Zərdab rayon şöbəsinin rəisi, SHXÇDX-nin Zərdab rayon şöbəsinin rəisi,
Gənclər və İdman idarəsinin rəisi və Təhsil şöbəsinin
müdiri iştirak ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad olunub, məzarı
üzərinə gül-çiçək
dəstələri düzülüb,
ruhuna dualar oxunub.
Daha sonra
iştirakçılar şəhidin
doğulub boya-başa
çatdığı evində
olmuş, vəfatının
ildönümündə iştirak
etmiş, ailə üzvləri və yaxınları ilə görüşmüşlər. Mərasimdə qəhrəman
şəhidimizin döyüş
yolu barədə söhbət açılmış,
valideynlərinə başsağlığı
verilmişdir. RİH-nin
başçısı Mərdan
Camalzadə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Silahlı Qüvvələrimizin 44 günlük
Vətən müharibəsində
əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, ölkəmizin ərazi bütövlüyünün
təmin olunması uğrunda hərbi əməliyyatlarda Faiq kimi igid əsgər
və zabitlərimizin
müharibə dövründə
fədakarlıq göstərərək,
qələbəmizin əldə
olunmasına öz layiqli töhfələrini
verdiyini və bunun hər birimizdə sonsuz qürur hissi doğurduğunu qeyd edib.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə,
ölkə başçısı
Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Zümrüd BAYRAMOVA
Səs.-
2021.- 26 oktyabr.- S.12.