Riçardas Lapaitis: Ermənistan öz çirkin siyasi oyunlarını apardığı
zaman Azərbaycan yüksək texnologiyalarla
müasir ordusunu yaradıb
Ermənistan
öz çirkin siyasi oyunlarını apardığı zaman
Azərbaycan yüksək texnologiyalarla müasir ordusunu
yaradıb.
“İki sahil”
xəbər verir ki, bunu Trend-ə
litvalı hərbi jurnalist Riçardas Lapaitis deyib.
O qeyd edib
ki, 2020-ci il sentyabrın 27-i Azərbaycan
tarixinə müasir dövrün ən vacib günü kimi düşüb:
"Dünyada
dondurulmuş münaqişələrin
həlli nümunələri
çox azdır. İkinci Qarabağ müharibəsi ərəfəsində
törədilən təxribatları,
Ermənistanın baş
naziri Nikol Paşinyanın Qarabağa
qanunsuz səfərlərini
onun təxribatçı
çıxışlarını, Ermənistan tərəfindən
atəşkəsin
pozulması hallarını
xatırlamaq lazımdır.
ATƏT Minsk qrupu isə iş görmürdü və Ermənistanın bütün
bu qanunsuzluqlarına göz yumurdu. Münaqişənin dinc yolla həlli üçün bütün
vasitələr tükənmişdi".
Onun sözlərinə
görə, müharibə
dövründə Azərbaycanın
bir sıra şəhərlərinə raket
zərbələri endirmiş
Ermənistan öz həqiqi simasını göstərib:
"Ermənistanın fəaliyyəti terror xarakteri daşıyırdı.
Amma ən əsası isə, erməni təxribatçılarının
hər belə təxribatından sonra Azərbaycan ordusu daha böyük qətiyyətlə irəliləyirdi.
Bununla heyrətlənməmək
mümkün deyil. Bütün dünya nəfəsini tutaraq hadisələri izləyirdi
və artıq başa düşürdü
ki, hansı tərəf Vətənini
müdafiə edir, hansı tərəf isə təcavüzkardır.
Ermənistan öz çirkin siyasi oyunlarını apardığı
zaman Azərbaycan yüksək texnologiyalarla
müasir ordusunu yaradıb. Bu, silahların atıb döyüş meydanınan
qaçan erməni hərbçiləri üçün
əsl sürpriz oldu. Azərbaycan əsgərlərinin döyüş
əzmi o qədər
yüksək idi ki, Ermənisanın kapitulyasiya edəcəyi şübhə doğurmurdu,
və məhz 44 gündən sonra bu, baş verdi.
Ermənistanın nüfuzu
çökdü, Azərbaycanın
nüfuzu isə gündən-gündən artır".
Jurnalist bildirib
ki, Azərbaycan rəhbərliyinin səmərəli
siyasəti təxminən
30 illik işğal tarixinə nöqtə qoydu:
"Beləliklə,
gələcək nəsillərin
qarşısında tamamilə
fərqli perspektivlər
açıldı. Sabitlik
və sülhün təminatı təkcə
Azərbaycanın deyil,
həm də qonşu ölkələrin,
Gürcüstanın və
sağlam düşüncəyə
əməl edəcəyi
təqdirdə Ermənistanın
iqtisadiyyatlarının inkişafına
güclü təkan verəcək".
R.Lapaitis əlavə
edib ki, Azərbaycanın gələcəyi
etibarlı əllərdədir:
"Mən bütün
Azərbaycan xalqını
Cənubi Qafqaza sülh gətirmiş qələbə münasibətilə
ürəkdən təbrik
etmək istəyirəm.
Biz Azərbaycan torpaqlarının işğalı
müddətində törədilmiş
erməni vandallığının
fəsadlarını görürük.
Ermənistan dinc həyat qurmağa hazırlaşmırdı, çünki
bu torpaqlar heç vaxt onlara məxsus olmayıb. Mən Azərbaycanın gələcəyinə
inanıram. Arzu edirəm ki, mənfur düşmənin
səbəb olduğu
bütün yaralar tezliklə sağalsın.
Azərbaycan əsgərlərinə
sülh və sabitliyə görə dərin minnətdarlığımı
bildirirəm".
Səs.-
2021.- 2 oktyabr.- S.3.