Gəncədə ÜmumrespublikaXəmsəFestivalının bağlanış mərasimi keçirilib

 

Oktyabrın 2-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı iləNizami Gəncəvi İliçərçivəsində keçirilən ÜmumrespublikaXəmsəFestivalının Gəncə şəhərində final mərhələsi bağlanış mərasimi olub.

 

Günün birinci yarısında festival iştirakçıları Gəncədə Nizami Gəncəvinin məqbərəsini Nizami Gəncəvi Muzeyini ziyarət ediblər. Sonra Gəncə Şəhidlər xiyabanında şəhidlərimizin xatirəsi anılıb.

 

ÜmumrespublikaXəmsəFestivalının 9 regional turunda finala vəsiqə qazanan 16 komanda Gəncə Şəhər Heydər Əliyev Mərkəzində final mərhələsi üzrə qrup yarımfinal oyunlarında birincilik uğrunda mübarizə aparıb. Final oyununun nəticələrinə əsasən Səbail komandası birinci, Gəncə komandası ikinci Ucar komandası üçüncü yerin sahibi olub.

 

Heydər Əliyev Park Kompleksində Ulu Öndərin abidəsi önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi böyük ehtiramla yad edilib.

 

Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyası keçirilib.

 

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında bildirib ki, Gəncə şəhərinin Azərbaycan tarixində özünəməxsus yeri var. Bu şəhər, eyni zamanda, Azərbaycan ədəbi xəzinəsinə misilsiz töhfələr vermiş Nizami Gəncəvinin vətənidir. Həmçinin Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı olub.

 

44 günlük Vətən müharibəsindən danışan T.Budaqov bildirib ki, Ermənistanın Gəncədə mülki sakinləri hədəf alan raket hücumları şəhər sakinlərini qorxutmadı, onlar böyük dəyanət Vətənə sevgi nümunəsi göstərdilər.

 

2021-ci ilin Prezident İlham Əliyev tərəfindənNizami Gəncəvi İlielan olunduğunu xatırladan T.Budaqov qeyd edib ki, Yeni Azərbaycan Partiyası tərəfindən bütün bölgələrdə Nizami irsinin öyrənilməsi, onun dünya mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələrlə bağlıXəmsəfestivalı keçirilib. Bu gün isə Gəncədə festivalın yekunu təşkil olunub.

 

Ağacəkmə kampaniyasından sonra festivalın bağlanış mərhələsi keçirilib.

 

Festivalın bağlanış mərasimi Vətən müharibəsi şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Milli Məclisin deputatları Naqif Həmzəyev, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, YAP Gənclər Birliyinin üzvləri şəhər icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

 

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov festivalda qalib gələn gəncləri təbrik edərək, Gəncə şəhərinin tariximizdə müstəsna yerə malik olduğunu bildirib.

 

Nizami yaradıcılığı Azərbaycan klassik ədəbi-mədəni irsində xüsusi yerə malikdir. Ümummilli lider Heydər Əliyev Nizami irsinə hər zaman böyük diqqət qayğı ilə yanaşıb. Hələ 1979-cu ildə Ulu Öndərin təşəbbüsü ilə Nizami Gəncəvi irsinin öyrənilməsi, onun əsərlərinin çap etdirilməsi tədqiqi haqqında qərar imzalanmışdır. 1981-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Nizami Gəncəvinin 840 illik yubileyi İttifaq səviyyəsində təntənəli şəkildə qeyd olunmuş, Nizami irsinin tədqiqi əsərlərinin bütün dünyada təbliği, yenidən qiymətləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevin Sərəncamına əsasən 10 il bundan öncə Nizami Gəncəvinin 870 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunub. Bu il isə Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdəNizami Gəncəvi İlielan edilib. Bu festivalda iştirak edən hər bir gənc Azərbaycanın gələcəyi, Azərbaycanın bundan sonrakı inkişafı üçün öz bilik bacarığını əsirgəməyəcək bir vətəndaşdır”, - deyə T.Budaqov qeyd edib.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək deyib ki, AzərbaycandaNizami Gəncəvi İlielan edilməsi ilə əlaqədar, həm ölkəmizdə, həm ölkə hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Bu çərçivədə Gəncə şəhəri müxtəlif layihələrə ev sahibliyi edir. Sevindirici haldır ki, gənclər keçirilən tədbirlərə böyük maraq göstərirlər.

 

Milli Məclisin Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev qalib gəncləri iştirakçıları təbrik edərək, gələcək həyatlarında uğurlar arzulayıb.

 

Partiyanın Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, layihənin məqsədi Azərbaycan gəncliyinin dünya görüşünə, fərdi inkişafına töhfə vermək, onlar arasında mövcud əlaqələri inkişaf etdirmək milli-mənəvi dəyərlərimizə, tariximizə bağlı vətəndaş kimi formalaşmalarına dəstək olmaqdır.

 

Festivalda qalib gəlmiş komandaların üzvləri kubok, diplom hədiyyələrlə təltif olunublar.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamına əsasən 2021-ci il ölkəmizdəNizami Gəncəvi İlielan olunub. “Nizami Gəncəvi İliçərçivəsində ölkəmizdə keçirilən tədbirlərdən biri YAP Gənclər Birliyi tərəfindən təşkil edilən ÜmumrespublikaXəmsəFestivalıdır. Layihə Azərbaycanda ilk dəfə açıq havada keçirilən intellektual festivaldır. Festivalda, ümumilikdə, 84 şəhər rayondan 420 gənc iştirak edib. Komandaların tərkibi Yeni Azərbaycan Partiyasına üzv bitərəf gənclərdən formalaşdırılıb.

 

 Səs.- 2021.- S.- 8-9