Yaponiya saytı Azərbaycanın müharibə vaxtı kamikadze dronlardan bacarıqla istifadəsi barədə məqalə yayıb

 

Yaponiyanın “news.yahoo.co.jp” saytı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərini ötən ilin payızında azad edərkən kamikadze dronlardan bacarıqla istifadə etməsi barədə məqalə yayıb.

 

AZƏRTAC xəbər verir ki, oktyabrın 5-də yaymlananMüstəqilliyinin 30-cu ildönümünü qeyd edən Türkmənistan Türkiyə pilotsuz uçan aparatlarını (PUA) nümayiş etdirirbaşlıqlı məqalədə Azərbaycan hərbçilərinin bu dronları yüksək peşəkarlıqla istifadə etməsi nəticəsində qələbənin əldə olumasına göstərdiyi təsirdən bəhs olunur.

 

Müəllif, hərbi sahədə ekspert tədqiqatçı Hitoşi Sato 2021-ci ilin sentyabrında Aşqabadda keçirilən hərbi paradda TürkiyəninBaykalşirkətininBayraktar TB2” dronlarının nümayişi barədə ətraflı məlumat verir. Bildirir ki, Türkmənistan Azərbaycan-Ermənistan müharibəsində özünü yüksək səviyyədə nümayiş etdirən həmin dronları əldə etmək üçün 37 milyon dollar ödəyib.

 

Məqalədə, həmçinin NATO üzvü olan Polşa Litvanın da TürkiyədənBayraktar TB2” dronlarını aldığı qeyd edilir. Bildirilir ki, Albaniya Pakistan da bu PUA-lardan almaq niyyətlərini açıqlayıblar.

 

Türkiyənin malik olduğu yüksək texnologiyaları bütün dünyada yaydığını vurğulayan müəllif bu dronların Azərbaycan ilə yanaşı, Ukrayna Qətər tərəfindən sifariş edildiyini bildirir. Qeyd edir ki, ötən ilin payızında Azərbaycanın Ermənistan ordusu tərəfindən 30 ilə yaxın işğal altında qalan ərazilərinin azad olunması əməliyyatlarına başlanarkən, Türkiyə PUA-larından geniş istifadə Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyü əldə etməsinə mühüm təsir göstərib.

 

Həmin PUA-ların, həmçininKamikadze-dron”, “Kamikadze zərbəsiÖzünü öldürən dronadlandırıldığını qeyd edən müəllif, bu silahın hədəfi seçməsi özünüməhv yolu ilə bu hədəfi məhv etməsi barədə ətraflı məlumat verir. Vurğulayır ki, güclü partlayış törətməyə qadir olan bu dronlar düşmənin həm canlı qüvvəsini, həm hərbi texnikasını yüksək dəqiqliklə məhv edir.

 

Məqalədə, eyni zamanda bu silahın kiçik orta dövlətlər üçün faydalı olmasından, onların böyük güclü qonşularından müdafiəsi üçün xüsusi əhəmiyyətindən bəhs edilir. Vurğulanır ki, bu aparatlar kiçik ölkələrin imperiya xülyasına qapılan böyük dövlətlərin qarşısını almasında mühüm rol oynaya bilər.

 

Məqaləyə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Vətən müharibəsi vaxtı erməni hədəflərinin dronlar vasitəsilə yüksək dəqiqliklə məhv olunmasının əks etdirildiyi videolar da əlavə edilib.

 

 

 Səs.- 2021.- 6 oktyabr.- S.7.