Vətənə sədaqət, xalqa xidmət nümunəsi
Mehriban xanım Əliyeva: "Ölkəmizin
və xalqımızın
maraqlarını hər
şeydən üstün
tutacağam, Azərbaycana
layiqincə xidmət etməyə çalışacağam"
Azərbaycanın çoxəsrlik tarixi dövründə böyük tarixi şəxsiyyətlər yetişmiş,
onlar beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib, ölkəmiz
haqqında olan reallıqları dünya ictimaiyyətinə çatdırıblar.
Ölkənin ictimai-siyasi,
mədəni həyatında
aparıcı qüvvəyə
malik olan Azərbaycan qadınları
cəmiyyətdə böyük
nüfuz sahibi olduqlarını əməlləri
ilə təsdiqləyib.
Təbii ki, qadın gözəlliyi, qadın iradəsi, saflığı və sədaqəti xalqımızın
milli-mənəvi dəyərləri
sistemində formalaşmışdır.
Azərbaycanın mütəfəkkir qadınlarının bütün
sahələrdə əməyi
olub və Azərbaycan xanımının
dövlətin inkişafında,
dövlətçilik ənənələrinin
möhkəmlənməsində müstəsna rola malik olması bir həqiqətdir. Qətibə xanım, Sara xatun, Məhin
banu, Xeyransa bəyim, Tuti Bikə və başqaları Azərbaycan
qadınının nümunəsi
kimi tarixin dönəmlərində şəxsiyyətləri
və əməlləri
ilə özlərini
təsdiqləmişdilər. Hər zamanın böyük simaları olub. Hər dövrün yetişdirdiyi
ziyalı bir missiya olaraq Azərbaycanın sosial, iqtisadi, mədəni inkişafına imza ata biləcək məsələləri öz
üzərinə götürməklə
xalq qarşısında
vətəndaşlıq borcunun
ödənilməsinə cəhd
edir.
Bu gün müasirimiz
olan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın
Birinci Xanımı,
YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri
Mehriban xanım Əliyeva da məhz belə qadınların davamçısı
olaraq Azərbaycanın
ictimai-siyasi, mədəni
həyatında müstəsna
rola malikdir. Mehriban xanım Əliyevanın vətənpərvərliyi,
milli heysiyyat kimi mənəvi dəyərləri, məhz
onu hər bir insanın doğma simasına çevirib. Hər zaman xalqın yanında olan onun problem və
qayğıları ilə
maraqlanan və onların çözülməsinə
çalışan Mehriban
xanım Əliyeva həqiqətən də insanların ümid, pənah yeridir. Xeyirxahlıq, haqq-ədalət
ünvanıdır. Ulu
Öndər Heydər
Əliyev ideyalarını
davam etdirən Fondun şaxəli fəaliyyəti Azərbaycanın
sosial, iqtisadi, mədəni həyatında
əks-səda doğuraraq,
birmənalı qəbul
edilir. Hər bir addımı böyük rəğbətlə
qarşılanan Fondun
humanitar missiyada fəaliyyət proqramlarının
həyata keçirilməsi
vətəndaşdların qayğı və problemlərinin həllində
müstəsnadır. Həyata
keçirilən bütün
layihələr vətəndaşların
hərtərəfli qayğı
ilə əhatələnməsi,
sosial rifahının yüksəldilməsi məqsədini
daşıyır. Uşaq bağçalarının,
orta məktəblərin,
səhiyyə müəssisələrinin
təmir və inşası, eləcə
də, əqli, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi
dayaq olması, şəkərli diabet, böyrək çatışmazlığından
əziyyət çəkənlərə
pulsuz və yüksək səviyyədə
yardım və kömək göstərilməsi
Heydər Əliyev Fondunun qısa bir zaman məsafəsində
gördüyü işlərin
uğuru olaraq qəbul edilir. Mehriban xanım Əliyeva isminə böyük bir məhəbbət və ehtiram hissi yaratmışdır.
Öz varlığı
ilə məmləkətinə
şərəf gətirən
Mehriban xanım Əliyeva Azərbaycan qadını, Azərbaycan
İnsanı obrazını
yaradıb. Azərbaycan
haqqında olan təsəvvür, insan haqqında olan təsəvvür Onun layihələri əsasında
tamam fərqli bir şəkildə meydana çıxıb. Bütün dünyaya müstəqil dövlətdə
yaşayan qadın obrazının lazımi şəkildə təqdiminə
nail olub.
"AZƏRBAYCAN XALQI ONA ÇOX BÖYÜK
RƏĞBƏTLƏ, SEVGİ İLƏ YANAŞIR"
Azərbaycan Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan tarixində ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırdı.
Azərbaycan Prezidenti İlham Əliyevin Mehriban Əliyeva haqqında söylədiyi
fikirləri vurğulamaq
yerinə düşər:
"Mehriban Əliyeva
çox peşəkar,
bilikli, təcrübəli,
prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır
və təsadüfi deyil ki, Azərbaycan
xalqı ona çox böyük rəğbətlə, sevgi
ilə yanaşır".Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə
2020-ci ilin 27 sentyabrında
başlanan 44 günlük
Vətən müharibəsində
biz onun həqiqətən də Cənab Prezidentin silahdaşı olduğunun
bir daha şahidinə çevrildik.
Müharibədən sonrakı mərhələdə
də Mehriban xanım Əliyevanın dövlət başçısı
ilə birlikdə işğaldan azad olunan ərazilərə səfər etmişdir. İşğaldan azad olunan ərazilərdəki
erməni vandallıqları
onu dəhşətə
gətirmiş və sonradan öz paylaşımlarında bunu
ictimaiyyətin diqqətinə çatdırmışdır.
"VƏTƏN NAMİNƏ CANINDAN
KEÇMƏYƏ HAZIR OLAN OĞULLAR TƏRBİYƏ
ETMİŞ VALİDEYNLƏRİN QARŞISINDA BAŞ
ƏYİRƏM"
Hər zaman öz paylaşımları ilə
şəhid analarına
təsəlli olan Mehriban Əliyeva rəsmi "İnstaqram"
səhifəsində Vətən
müharibəsində şəhid
olanların xatirəsinin
yad edilməsilə bağlı etdiyi paylaşımda bildirib ki, Azərbaycan xalqının igid oğulları Zəfər
naminə, Azərbaycanın
gələcəyi
naminə canlarından
keçib: "Onların
hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir.
Vətən naminə
canından keçməyə
hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş
əyirəm. Şəhidlərimizin
qanı nahaq yerə tökülmədi
- biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq.
Bu Qələbə xalqımızın tarixinə
əbədi həkk olundu! Hər birimiz bu Zəfərin
nəyin bahasına qazanıldığını yadda
saxlamağa borcluyuq!"Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin
əbədiləşdirilməsinə, şəhid ailələrinin,
qazilərin hərtərəfli
qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. Belə ki, Onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər
həyata keçirib və bu davamlıdır.
Mehriban Əliyeva
rəsmi "İnstaqram"
səhifəsində 27 sentyabr
- Anım Günü ilə əlaqədar etdiyi paylaşımda qeyd edib: "Bu gün biz
Vətən müharibəsi
şəhidlərinin xatirəsini
yad edirik. Şanlı Zəfər naminə həyatlarını
qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik
və Vətənə
sədaqət nümunəsi
nümayiş etdirərək
öz qorxmazlığı,
cəsarəti, möhkəm
iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını
darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa
ediblər".
İNSAN ÖZ YOLUNU, PEŞƏSİNİ
SEÇƏNDƏ HƏR HANSI BİR İŞİNƏ,
ƏMƏYİNƏ VİCDANLA YANAŞMALIDIR
44 gün davam edən müharibədə Müzəffər
Azərbaycan Ordusunun təcavüzkar Ermənistanı
məğlub edərək,
işğaldan azad etdiyi Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-bərpa
işlərində Mehriban
xanım Əliyevanın
da həyata keçidiyi layihələr töhfəsini verməkdədir. Böyük
Qayıdışın möhtəşəm
olacağına əminik
və bu işdə Mehriban Əliyevanın payı müstənsa olacaqdır.
Artıq bu işlərin ilkin addımlarını və
reallaşan layihələri
görürük. Şuşada
olan Yuxarı Gövhərağa, Saatlı
və Aşağı
Gövhərağa məscidlərinin
təmiri ilə bağlı göstərişlər
verilib. Bu məscidlərin təmirini
Heydər Əliyev Fondu öz üzərinə
götürmüşdür. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən
hazırlanan M.P. Vaqifin
büstü öz əvvəlki yerinə qaytarılıb. Görülən
işlər kifayət
qədərdir. Damarlarında
azərbaycanlı qanı
qövr edən Böyük Ziyalının
işığında Azərbaycanın
hər bir bölgəsində əməyini,
layihələrini görürük.
Bu hər kəsi qürurlandırır.
Həqiqətən də səmimi hisslər, səmimi münasibət, səmimi görüşlər Mehriban
xanım Əliyevanı
insanlara daha da yaxınlaşdırır.
Xalqın ən çətin
və şad günündə onlarla fikirlərini paylaşan Mehriban Əliyevanın
"Sizin Mehriban" ifadəsi onunla isti münasibətin daha da sıx
olmasına səbəb
olub. İnsanlar onu doğması tək qəbul edir və ən
çətin anlarında
həqiqətən də
ümid qapılarına
üz tüturlar.
"Vəzifədən asılı olmayaraq, insan öz yolunu,
peşəsini seçəndə
hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına
aydın məqsədlər
qoyub, bu məqsədlərə nail
olmağa çalışmalı,
söz və işlərində bütöv
olmalıdır", - deyən
Mehriban xanım Əliyeva gələcək
fəaliyyətini, məhz
bu prinsiplər əsasında quracağına
əminlik ifadə etmişdir: "Ölkəmizin
və xalqımızın
maraqlarını hər
şeydən üstün
tutacağam, Azərbaycana
layiqincə xidmət etməyə çalışacağam".
Həqiqətən də
belə oldu. Mehriban xanım bütün fəaliyyəti
dövründə xalqın
maraqlarını əsas
götürərək, ictimai,
sosial layihələri
ilə öz ətrafında böyük
imic formalaşdırıb.
NƏZAKƏT
ƏLƏDDİNQIZI
Səs.-
2021.- 6 oktyabr.- S.8.