Əl-Cəzirənin müxbiri: Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycan daha da güclənəcək

 

 

 

Dünya tarixinin ən önəmli məsələlərindən biri ölkələrin öz müstəqilliyini bəyan etməsi və torpaqlarını yadellilərdən qoruya bilməsidir. Ötən əsrin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə müəyyən çətinliklərlə üzləşdi. Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiası ilə çıxış etdi. Birinci Qarabağ müharibəsi müəyyən səbəblərdən uğursuzluqla nəticələnsə , Vətən müharibəsi Azərbaycan xalqının dövlətinin Qələbəsi ilə başa çatdı. Qardaş Azərbaycan xalqı tarixi torpaqlarını Ermənistanın işğalından azad etmək üçün düz 30 il səbirlə gözlədi. Bu müddət ərzində Azərbaycan Ordusunu yenidən qurdu, müasirləşdirdi, gücləndirdi. Nəhayət, 30 illik mübarizənin sonunda haqq, ədalət öz yerini tapdı. Otuz ilə yaxın işğal altında qalan torpaqlar Azərbaycan xalqının dövlətinin əzmi, qüdrəti gücü sayəsində azad edildi.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əl-Cəzirə Media Şəbəkəsinin İstanbul şöbəsinin əməkdaşı Yılmaz Akınçı deyib.

 

Türkiyəli jurnalist diqqətə çatdırıb ki, Azərbaycan Qarabağı öz gücünə azad etməklə ərazi bütövlüyünə qovuşdu. BMT-nin qətnamələrini özü yerinə yetirən Azərbaycan bütün dünyaya ədalətin mövcud olduğunu nümayiş etdirdi.

 

Vətən torpağının hər qarışı doğmadır, əzizdir. Vətən sevgisi yoxdursa, üstündə gəzdiyin torpağın qədrini bilməzsən. Azərbaycan xalqı heç vaxt işğalla barışmadı öz torpaqlarının azadlığı uğrunda çox sayda şəhid verdi. Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə paytaxt Bakıda yürüş təşkil edildi. Xalq öz qəhrəmanlarını heç vaxt unutmayacaq”, - deyə jurnalist əlavə edib.

 

Yılmaz Akınçı vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəyə qədər bütün cəbhələrdə əzmlə mübarizə apardı. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həm diplomatik, həm hərbi həm informasiya sahəsində mühüm işlər görüldü.

 

Bu günlərdə Azərbaycanın Vətən müharibəsində Qələbəsinin birinci ildönümünün coşqusunu yaşadığını deyən jurnalist vurğulayıb ki, işğaldan azad edilən torpaqlarda nəhəng tikinti quruculuq işlərinin aparıldığının şahidi olub. Bildirib ki, indi əsas diqqət insanların tezliklə öz evlərinə qayıda bilməsi firavan yaşaması üçün şəraitin yaradılmasıdır. Yılmaz Akınçı əminliklə vurğulayıb ki, qardaş Azərbaycan bundan sonra daha da güclənəcək, təhdid təxribatlara layiqli cavab verəcəkdir.

 

 Səs.- 2021.- 9 oktyabr.- S.7.