Qurtuluşa
gedən yolun ilk pilləsi
1993-cü il 3 oktyabr tarixində Ümummilli
Lider Heydər Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçildi
Xalqımızın təfəkküründə
on illərlə formalaşmış və qətiləşmiş
belə bir fikir var ki, cəmiyyətimizin
qarşılaşdığı çətin problemlərin
həllini yalnız Heydər Əliyev bacarar. Çünki hər
kəsə bəlli idi ki, O, nadir keyfiyyətlərə malik
uzaqgörən siyasətçi və təcrübəli
dövlət xadimi kimi xalqımız üçün
ağır, taleyüklü problemlərin öhdəsindən
dəfələrlə layiqincə gəlmişdi. Ötən
əsrin 90-cı illərinin əvvəlində də ölkəmiz
çox keşməkeşli dövrünü
yaşayırdı. Bir tərəfdən torpaqlarımızın bir qismi erməni silahlı birləşmələri
tərəfindən işğal olunmuş, digər tərəfdən
bunun cəmiyyətdə yaratdığı süstlük,
iqtisadi-siyasi böhran, vətəndaş
qarşıdurması, siyasi qüvvələr arasında
hökm sürən hərc-mərclik, qeyri-peşəkar idarəetmə
Azərbaycanı çıxılmaz vəziyyətə
salmışdı. Yenicə qazanılan müstəqillik
itirilmək təhlükəsi ilə üz-üzə idi.
Hadisələri düzgün qiymətləndirə
bilməyən həmin dövrün iqtidarı xalq
qarşısında gündən-günə nüfuzunu itirir,
baş vermiş proseslərdən düzgün nəticə
çıxara bilmirdi. Belə bir vəziyyətdən
çıxış yolunu axtaran Azərbaycan xalqı
xilasını yalnız Heydər Əliyevin simasında
görürdü.1993-cü il oktyabrın 3-nə təyin
edilmiş prezident seçkiləri Azərbaycan xalqı
üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan
dövləti üçün isə qurtuluşa gedən
yolun ilk pilləsi oldu. Xalq böyük səs
çoxluğu ilə öz seçimini etdi və ulu öndər
Heydər Əliyevi Prezident seçdi. Həmin
seçimlə bugünkü qüdrətli Azərbaycan
dövlətinin təməli qoyuldu. Ümummilli lider
1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət
andı içərək Azərbaycanı böyük bəlalardan,
faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi
inkişaf və tərəqqi yoluna
çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini
reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin
əyani nümunəsini yaratdı. Ulu öndər Heydər
Əliyevin yürütdüyü siyasət, atdığı
addımlar da gələcəyə hesablanırdı. O,
müstəqil Azərbaycan dövlətinə rəhbərlik
missiyasını üzərinə
götürəndə də sosial-iqtisadi problemlər məngənəsində
boğulan, vətəndaş müharibəsi, parçalanma təhlükəsinin
bircə addımlığına gəlib çatmış,
insanlarının sabaha heç bir ümidi qalmamış,
müharibə şəraitində yaşayan və mənfur
Ermənistan tərəfindən torpaqlarının xeyli hissəsi işğal olunmuş bir ölkəni
təhvil almışdı. Belə çətin və həlledici
dövrdə ölkənin və xalqın gələcəyinə
görə məsuliyyəti üzərinə götürmək
bir dövlət xadimi üçün həddən artıq
riskli qərar idi. Amma Heydər Əliyev
bunu etməyə bilməzdi, çünki onu xalq
çağırırdı. Azərbaycanın üzləşdiyi
bəlalardan qurtuluşu üçün yeganə xilas yolunu
onun qətiyyətində, siyasi təcrübəsində, idarəçilik
bacarığında görürdü. Heydər Əliyev Azərbaycanın
taleyi naminə bu missiyanı üzərinə
götürdü və xalqın dəstəyinin verdiyi
güclə ölkəni qısa müddətdə
ağır sınaqlardan çıxararaq inkişaf yoluna
yönləndirdi.
Dahi şəxsiyyət Heydər Əliyev
deyirdi: “Müstəqilliyin əldə olunması nə qədər
çətindirsə, onun saxlanılması, əbədi
olması ondan da çətindir”. O, bu çətinliyi hər
kəsdən daha aydın görür və dərk edirdi. Dünyanın siyasi xəritəsindən silinmək
üzrə olan Azərbaycanın hüquqi və siyasi-iqtisadi
suverenliyinin təmin olunması üçün bütün
imkanlardan istifadə etdi. Ümummilli lider, ilk növbədə,
ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində
gərgin iş aparmış, ölkədəki qeyri-qanuni
silahlı dəstələr zərərsizləşdirilmiş,
respublikamızın sosial-iqtisadi yüksəlişinə yol
açan ən mühüm amil kimi cəmiyyətdə
ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət
çevrilişlərinin qarşısı alınmış,
Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən
xilas olmuşdur. Müstəqil dövlətimizin
ərazi bütövlüyünün bərpası və Ermənistan
silahlı qüvvələrinin hücumlarının
qarşısının alınması, ölkənin müstəqilliyinin
qorunub-saxlanması üçün ordu quruculuğu istiqamətində
kompleks tədbirlər həyata keçirilmişdir. Onun prezident seçilməsi ilə ölkəmiz
özünün yeni inkişaf mərhələsinə qədəm
qoyaraq, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni
həyatda demokratiyanın, qanunvericiliyin formalaşması
üçün geniş imkanlar yarandı. Müstəqillik
illərində Azərbaycan dünyanın nüfuzlu beynəlxalq
təşkilatlarına üzv qəbul edildi, faydalı əməkdaşlıqlar
quruldu. Həyata keçirilən regional və
qlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu
daha da artırdı. Müxtəlif sahələrdə baş
verən yeniliklər, xarici dövlətlərlə
yaradılan dostluq və əməkdaşlıq münasibətləri,
iqtisadi göstəricilər müstəqillik illərinin
uğurlarıdır.
Azərbaycanın ən çətin
anlarında Heydər Əliyev yenilməz siyasi iradə
nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin
ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin
qarşısında sipərə çevrildi,
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
çəkilişi məhz bu böyük insanın qətiyyətli
mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi
reallığa çevrildi. Heydər Əliyev qlobal miqyasda təhlillər
aparmağı bacaran nəhəng siyasətçi idi. Bu iki məqam
onu həmkarlarından əhəmiyyətli dərəcədə
fərqləndirən professional cizgilərdəndir. Bu dahi
insan tarixi yazan və yaradan, onu yönəltməyi və
fövqündə durmağı bacaran, dövlət idarəçiliyi
və siyasi təlimlər elminin müntəxəbatını
öz fəaliyyəti ilə diqtə edən nadir şəxsiyyətlərdən
biri idi. O təkcə güclü təsərrüfatçı
deyil, həm də sözlərinin çəkisi və
sanbalı olan, kütləni arxasınca aparmağı,
auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər
Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna
görə də onun gələcəyi görmək qabiliyyəti
başqalarına, həmkarlarına nisbətən daha
güclü idi. Tarixi bəsirət, irəlini görmək
nadir bir hissdir. O, analitik düşüncə tərzi ilə,
çətin vəziyyətlərdə
soyuqqanlılığını saxlamaq məharəti ilə,
yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi
ilə ətrafdakıları heyrətləndirirdi. Heydər
Əliyev parlaq, güclü, koloritli bir şəxsiyyət
idi.
Müasir siyasi texnologiyalarda lider
üçün xarizma məsələsi çox vacib şərt
hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik
şəxsiyyət, fenomenal siyasətçi və dövlət
xadimi idi. Onun ən böyük gücü dərin,
həm də universal biliyində, qətiyyətində,
işgüzarlığında, hökmündə, qeyri-adi
yaddaşında, tükənməz səbrində,
müsahibini təmkinlə dinləmək
bacarığında, uzaqgörənliyində, qarşıya
qoyduğu məsələni həyata keçirmək qabiliyyətində,
müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində,
mahir diplomat olmasında, həmsöhbətinə təsir
gücündə idi. Xeyirxahlıq və alicənablıq,
inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat,
diqqət və başqa bu kimi cəhətlər Heydər
Əliyevin fərdi naturasının özgün
çalarları idi. İstedad və iradə, özünə
qarşı tələbkarlıq və mütəşəkkillik,
peyğəmbər uzaqgörənliyi və sərkərdə
şücaəti bu böyük şəxsiyyətin ali
keyfiyyətləri idi.
Milli ideologiyanın yaradılması da ulu
öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilən dövlət quruculuğu siyasətinin
mühüm tərkib hissələrindən biridir. Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin müəllifi olduğu azərbaycançılıq
ideologiyası təkcə bu dövlətin ərazisində
yaşayan şəxsləri yox, eyni zamanda, dünyanın
müxtəlif yerlərində yaşayan azərbaycanlıları
əhatə edən, dünya azərbaycanlılarını
vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə
çevrildi. Milli ruhun yüksəlməsi, milli
özünüdərkin inkişafı və xalqın tarixi
yaddaşının özünə qaytarılması kimi
fundamental prinsip və vəzifələrə xidmət edən
azərbaycançılıq məfkurəsi dövlətin
qüdrətinin artırılmasında real siyasi amildir.
Ulu öndər Heydər Əliyev müstəqil
Azərbaycan dövlətini yaratmışdır və onun
bütün sahələrdə sarsılmaz təməllərini
müəyyən etmişdir. O, dünya siyasətinə təsir
etmək gücündə olan və qlobal miqyasda təhlillər
aparmağı bacaran siyasətçi idi. Azərbaycanda
müstəqil dövlət təsisatlarının
qurulması, beynəlxalq normalara söykənən demokratik,
hüquqi dövlətin yaranması, milli-mənəvi və əxlaqi
dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin
ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi,
ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş
cəmiyyətinin formalaşdırılması və yeni
iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin
müvəffəqiyyətli həlli məhz Ümummilli
liderimiz Heydər Əliyevin xidmətləridir.
İstənilən demokratik cəmiyyətin əsasını
insan hüquq və azadlıqlarının tanınması və
onların səmərəli təminatı mexanizmlərinin
mövcudluğu təşkil edir. Cəmiyyətin
inkişafı, onun maddi və mənəvi çiçəklənməsi,
vətəndaş sülhü yalnız insanın ali dəyər,
onun hüquq və azadlıqlarının təmin edilməsinin
isə dövlətin başlıca vəzifəsi və əsas
təyinatı olaraq qəbul edildiyi şəraitdə mümkündür.
Azərbaycanda hüquqi dövlət
quruculuğunun əsas istiqamətlərindən biri
siyasi-hüquqi sistemin kökündən demokratikləşmə
istiqamətində əsaslı surətdə dəyişdirilməsindən
ibarət olmuş, həm də bu proses mahiyyət etibarı
ilə dövlət və cəmiyyət həyatının
bütün sahələrini əhatə
etmişdir. Şübhəsiz ki, bunların əsasında
dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər
Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanaraq
1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi - referendum
yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının
Konstitusiyası durur. Məhz Konstitusiya ölkədəki
köklü dəyişikliklərə müsbət təsir
göstərmiş, hüquqi dövlət quruculuğu prosesinin
əsas istiqamətlərini müəyyən etmişdir.
1995-ci il Konstitusiyasının
milli hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən
biri də Əsas Qanunun ehtiva etdiyi dəyərlərin
müdafiəsinin və dövlətin hüquqa
bağlılığının təmin edilməsinin
mühüm vasitələrindən biri kimi Konstitusiya Məhkəməsinin
yaradılması olmuşdur. Konstitusiya Məhkəməsi
bir qayda olaraq, cəmiyyətdə və dövlətdə
sabitliyin başlıca amili kimi qəbul olunan bir təsisatdır.
Demokratiya şəraitində bir sıra kəskin hüquqi
problemlər məhz bu orqan sayəsində Konstitusiya çərçivəsində
və əsasında həll edilə bilər. Konstitusiya
Məhkəməsi milli məhkəmə orqanı kimi beynəlxalq
hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə,
ölkə Konstitusiyasına uyğun olaraq Konstitusiya məhkəmə
icraatı vasitəsilə insan və vətəndaşların
hüquq və azadlıqlarının müdafiəsini həyata
keçirir. Konstitusiya Məhkəməsinin
fəaliyyətinin əhəmiyyəti ilə bağlı
hüquq ədəbiyyatında belə bir fikir də
vurğulanır ki, dövlətin bütöv hüquq
sisteminin gələcək inkişaf istiqamətləri konstitusion
yurisdiksiya aktlarında müəyyən olunmuş hüquqi
mövqelərdən asılıdır. Konstitusiya nəzarəti
(Konstitusiya ədalət mühakiməsi) vasitəsilə
qanunvericilik sistemində olan kolliziyalar aradan
qaldırılır, hüququn tətbiqi praktikasında ahəngdar,
məntiqi inkişaf təmin olunur, müvafiq subyektlər
arasındakı konfliktlərin qarşısı
alınır.
Ulu öndər hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu məsələsini daim diqqət
mərkəzində saxlamış və bu istiqamətdə
mühüm islahatların reallaşdırılmasını təmin
etmişdir. Məhz ümummilli liderin gərgin və məqsədyönlü
fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq
və hüquq pozuntularına qarşı barışmaz
mübarizə elan edilmişdir. Bütün
hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar
təzahürlərə, ilk növbədə, mütəşəkkil
cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa,
terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizəyə səfərbər olunmuş
və “qanunun aliliyi” prinsipinin real təmin olunması
üçün müvafiq tədbirlər
görülmüşdür.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə
hakimiyyətə qayıtdığı ilk günlərdən
Azərbaycanın xarici siyasətini yeniləşdirdi və
ölkənin strateji maraqları əsasında yenidən
qurdu. Ulu öndər, ilk növbədə
keçmiş hakimiyyətin xarici siyasət sahəsində
buraxdığı kobud səhvləri və bunun nəticəsində
Azərbaycan ətrafında formalaşmış çox gərgin
beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində
iş aparmağa, ölkənin strateji maraqlarını region
dövlətlərinin və Qafqazda xüsusi təsiri
olan ayrı-ayrı dövlətlərin maraqları ilə
uzlaşdırmağa yönəlmiş siyasət
yürütməyə başladı.
Həmin dövrdə Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmləndirilməsi
istiqamətində görülən əsas işlərdən
biri də elə, məhz ölkənin dünya birliyinə
inteqrasiyasının təmin olunmasıdır. Ümummilli
lider Heydər Əliyevin möhkəm təməllər
üzərində əsasını
qoyduğu balanslaşdırılmış xarici siyasət
uzaq hədəflərə hesablanmış strateji fəaliyyət
konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq
arenada nüfuz və mövqelərinin güclənməsinə,
ümummilli problemlərinin həllinə yönəlmişdir.
Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət
kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu
səviyyədə əməkdaşlıq müstəqilliyin
əsas dayaqlarından birinə çevrildi. Ulu
öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən
birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında, ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həll
edilməsi təşkil etmişdir. Məhz
Onun gərgin əməyi və ardıcıl səyləri nəticəsində
bu problemin həllinə yönəlik məqsədyönlü,
sistemli və davamlı addımlar atılmış və məsələnin
mahiyyəti dünya ictimaiyyətinin diqqətinə
çatdırılmışdır. Ümummilli lider Heydər
Əliyev bir çox dünya dövlətləri
ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə,
o cümlədən sammitlərdə Azərbaycanın ərazi
bütövlüyünün dəstəkləndiyi və Ermənistanın
işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin
və bəyanatların qəbul olunmasına nail
olmuşdur.
Ümummili lider Heydər
Əliyev özündən sonrakı dövr üçün
də liderlik məktəbini yaratdı Prezident İlham
Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə
sübut etdi ki, o, Heydər Əliyev məktəbini yüksək
səviyyədə mənimsəmiş və yeni tarixi
epoxanın irəli sürdüyü
çağırışları qabaqlamış,
mühüm strateji zəkaya və praktiki səmərəli fəaliyyət
metodlarına malik olan dünya miqyasında yeni tipli liderdir. Azərbaycan ordusunun mərd, igid, mətanətli
oğullarının Respublika Prezidenti, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin
nəticəsi olaraq 44 günlük Vətən müharibəsində
əzəli torpaqlarımızı azad etməsi bunun ən
bariz nümunəsidir. Biz şəhidlərimizə
Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Ulu öndərimizin vəsiyyəti olan
Dağlıq Qarabağ münaqişəsi məsələsi
qızıl hərflərlə yeni tarix yazan Prezidentimiz,
Müzəffər Ali Baş Komandanımız İlham
Əliyevin rəhbərliyi altında rəşadətli
Ordumuz tərəfindən uğurla həll edildi.
Könül Məmmədova
YAP Şamaxı rayon təşkilatının
Şura üzvü
Tərəqqi medallıi sənaye, həmçinin
əlverişli demoqrafiya.
Səs.- 2021.- 9 oktyabr.- 10.