Şəhid Arəstə
Baxışovanın məzarı
ziyarət olunub
Yeni
Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının təşkilatçılığı
ilə oktyabrın 21-də 44 günlük Vətən
müharibəsində şəhid olmuş Arəstə
Baxışovanın anım günü ilə əlaqədar
şəhidin məzarı ziyarət olunub. Mərasimdə Arəstə Baxışovanın
anası Məktubə
Baxışova, YAP İdarə
Heyətinin üzvü,
Ailə, Qadın və Uşaq məsələləri üzrə
Dövlət Komitəsinin
sədri Bahar Muradova, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
Elxan Allahverdiyev, Milli Məclisin deputatları Afət Həsənova və Kəmaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının
sədri Vüsar İsmayılov, YAP Mərkəzi
Aparatının və
YAP Binəqədi rayon
təşkilatının nümayəndələri
iştirak ediblər.
YAP-ın mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, anım mərasimində iştirak edənlər şəhidin məzarı
üzərinə gül
dəstələri düzüblər.
Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq məsələləri
üzrə Dövlət
Komitəsinin sədri
Bahar Muradova qeyd edib ki,
bu gün Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışovanın
məzarını anım
günü ilə əlaqədar ziyarət etdik: “Şəhidlər
xiyabanları bu günlərdə heç
vaxt boş olmur. Şəhid yaxınları, vətəndaşlarımız
şəhidlərimizin məzarlarını
ziyarət edərək
onların ruhuna dualar oxuyurlar. Ali Baş Komandanın
rəhbərliyi ilə
Azərbaycan xalqı ordumuzla birlikdə Vətən müharibəsində
cəmi 44 gün ərzində böyük
bir qəhrəmanlıq
salnaməsi yazıb. Torpaqlarımızın azadlığı
uğrunda canından keçən igidlərimiz,
oğullarımız, qızlarımız
öz qanları bahasına bu şərəfli tarixi yazıblar. Allah şəhidlərimizə rəhmət
etsin! Onlar əziz xatirəsi Azərbaycan xalqının
qəlbində əbədi
yaşayacaq.
Vətənin müdafiəsi, üçrəngli
bayrağımız, torpaqlarımızın
bütövlüyü, azadlıq
və istiqlaliyyəti
uğrunda canını
qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.
Birinci və İkinci Qarabağ müharibələrində
xalqımızın neçə-neçə
vətənpərvər, cəsur,
mərd oğulları,
qızları Qarabağımızın
öz sahiblərinə
qovuşması üçün
qəhrəmanlıqla döyüşərək
şəhidlik zirvəsinə
ucaldılar. İkinci
Qarabağ müharibəsində
qazanılan möhtəşəm
Zəfərimizdə, 30 il
sonra işğaldan azad edilən torpağımızın hər
qarışında igidliklə
vuruşaraq şəhid
olan 3 minə yaxın şəhidimizin qanı, hər birinin fərqli qəhrəmanlıq salnaməsi
var. Torpaq uğrunda mübarizədə
canını fəda edən, şəhidlik məqamına ucalmaqla ölümsüzləşən 44 günlük Vətən müharibəsinin ilk və yeganə xanım şəhidi hərbi tibb qulluqçusu Arəstə
Baxışovadır. Xalqımızın
qəhrəman qızı
Arəstə Baxışova
yaralı hərbçilərimizi
döyüş meydanından
çıxararkən şəhid
olaraq, əsl hərbçi, əsl şəfqət bacısı,
əsl Azərbaycan xanımı kimi şəhadət zirvəsinə
yüksəlib”.
Milli Məclisin
deputatı Afət Həsənova vurğulayıb
ki, bu il
27 sentyabr tarixindən
başlayaraq ölkəmizin
hər bir bölgəsində şəhidlərimizin
anım günləri
qeyd olunur: “Bu nə qədər
ağır olsa da, bir o qədər
qürurvericidir. Bu gün biz 44 günlük Vətən müharibəsində yeganə
şəhid xanım olan Arəstə Baxışovanın anım
gününə toplaşmışıq.
Arəstə xanımın
könüllü şəkildə
müharibəyə getməsi,
orada yaralı əsgərlərimizin yanında
olması, onlara yardım əlini uzatması əsl Azərbaycan xanımının
simasıdır. Bəli,
bizim ana-bacılarımız
igidlərimizin yanında
Vətənin müdafiəsinə
qalxıblar. Mən bütün şəhidlərimizə
Allahdan rəhmət diləyirəm. Şəhidlərimiz
öz qanı bahasına əyilən qəddimizi düzəltdilər,
qürurumuzu özümüzə
qaytardılar. Mən şəhid analarının
qarşısında baş
əyir, onlara Allahdan səbir diləyirəm”.
Milli Məclisin deputatı
Kəmaləddin Qafarov
44 günlük Vətən
müharibəsində Azərbaycan
Ordusunun şücaətindən,
xalqımızın həmrəyliyindən
bəhs edərkən
bildirib ki, Azərbaycan xalqı necə böyük bir xalq olduğunu
müharibə dövründə
bir daha göstərib: “İgidlərimiz
ön cəbhədə
düşmənə lazımi
cavabı verərkən,
arxa cəbhədə
də ana-bacılarımız
əllərindən gələn
köməyi göstərirdilər.
Döyüşdə şücaət
göstərən oğullarımızın
yanında Azərbaycan
ana-bacılarının timsalında
Arəstə xanım
dayanmışdı. Biz
hər bir şəhidimizin qarşısında
baş əyir, şəhid analarına səbir diləyirik. Allah şəhidlərimizə
rəhmət eləsin!”.
Binəqədi Rayon İcra
Hakimiyyətinin başçısı
Elxan Allahverdiyev bildirib ki, bu
gün Vətən müharibəsində şəhidlik
zirvəsinə ucalmış
Arəstə xanımın
anım gününə
toplaşmışıq: “2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində
Zəfəri Azərbaycan
tarixinə qızıl
hərflərlə əbədi
həkk olunub. Vətən müharibəsində qəhrəmancasına
döyüşmüş, Azərbaycan bayrağını
işğaldan azad edilən torpaqlarımızda
dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda
canlarını fəda
etmiş bütün şəhidlərimizi dərin
ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq”.
YAP Binəqədi rayon təşkilatının
sədri Vüsar İsmayılov bildirib ki, Vətən müharibəsində canından
keçən hər bir şəhidimizə borcluyuq: “Onlar qanı bahasına Azərbaycan xalqının
30 illik qanayan yarasını sararaq torpaqlarımızı işğaldan
azad edirdilər. İşğaldan azad olunmuş Vətən torpağının hər
bir qarışında
şəhidlərimizin qanı
var. Bu gün
qeyrətli Azərbaycan
xanımı, Vətən
müharibəsinin yeganə
xanım şəhidi
Arəstə xanımın
anım gününə
toplaşmışıq. Allahdan
ona rəhmət, şəhidimizin anasına
isə səbir diləyirəm. Allah Vətən yolunda canından keçmiş bütün şəhidlərimizə
rəhmət eləsin!”.
Sonda isə
şəhidin anası
Məktubə Baxışova
vurğulayıb ki, 44
günlük Vətən
müharibəsi zamanı
torpaqlarımızın işğaldan
azad olunmasında qızının da payı olduğu üçün qürur duyur: “Arəstə cəbhədə əsgərlərimizə
ana-bacı olub, onlara kömək edib. Ali Baş
Komandanın dəmir iradəsi, ordumuzun şücaəti nəticəsində
torpaqlarımız işğaldan
azad edilib, düşmənə yeri göstərilib. Arəstə
də xidməti vəzifəsini yerinə yetirən zaman şəhidlik zirvəsinə
ucalıb. Qızım
iki övladını
mənə əmanət
edib. Mən onun ruhu qarşısında
söz verirəm ki, iki övladını
Vətənə layiqli
övlad kimi yetişdirəcəyəm. Allah
bütün şəhidlərimizə
rəhmət eləsin!”.
Çıxışlardan sonra məktəblilər şəhidlərimizə həsr
olunmuş şeirlər
səsləndiriblər.
Sonda isə
şəhidin anası
Məktubə xanıma
Milli Məclisin deputatı Ülviyyə Həmzəyevanın müəllifi
olduğu şəhid
Arəstə Baxışovanın
rəsmini əks etdirən tablo təqdim olunub. Həmçinin Biləcəri
qəsəbəsindəki Şəhidlər
xiyabanında dəfn olunan digər şəhidlərin də
məzarı ziyarət
olunub, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad edilərək
ailə üzvlərinə
Allahdan səbir dilənilib.
Aysel Məmmədova
Səs.- 2021.- 22 oktyabr.- S.8.