Leyla Əliyevanın
iştirakı ilə
“Bizim həyət” layihəsi çərçivəsində
abadlaşdırılan növbəti
həyətin açılışı
olub
IDEA İctimai Birliyi tərəfindən
həyata keçirilən
“Bizim həyət” layihəsi çərçivəsində
abadlaşdırılan növbəti
həyət oktyabrın
11-də sakinlərin istifadəsinə
verilib. Yenilənmiş
həyət Bakının
Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 9, 11, 13, 17 ünvanında
yerləşir və
2300 sakinin yaşadığı
məhəlləni əhatə
edir.
APA-nın məlumatına
görə, Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyeva həyətin açılışında,
o cümlədən tədbir
zamanı keçirilmiş
kütləvi ağacəkmədə
iştirak edib. Leyla Əliyeva həyətdə aparılan
abadlıq işləri
ilə tanış olub, sakinlərlə söhbət edib, onlarla şəkillər çəkdirib.
Abadlaşdırılan növbəti həyətdə
əlil və sağlamlıq imkanları
məhdud olan insanların rahat hərəkəti nəzərə
alınıb, bütün
yaş qrupları üzrə uşaqların
inkişafı üçün
əlverişli şəraitin
yaradılması, gənclərin
asudə vaxtlarını
səmərəli keçirmələri və
onlarda sistematik idmanla məşğulolma
refleksinin yaradılması
məqsədilə müxtəlif
idman qurğuları qurulub, futbol, basketbol, şahmat meydançaları və uşaq meydançaları
salınıb, velosiped
yolu çəkilib. Həyətin ərazisində
13 söhbətgah inşa
edilib, oturacaqlar, tullantılar üçün
qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Sakinlərin istək və
maraqları nəzərə
alınaraq, həyətdə
yeni işıqlandırma
dirəkləri, təhlükəsizlik
kameraları quraşdırılıb,
binaların fasadları,
dam örtükləri
və giriş hissələri tam təmir olunub, yeni su xətti
çəkilib. Həyətin
ərazisindəki mövcud
yaşıllıqların bərpası
ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət edilməklə
600 ədəd ağac
əkilib.
Məhəllə sakini Namiq Mirzəyev
saxladığı göyərçinlər
üçün geniş
yuvanın tikilməsinə
görə minnətdarlıq
edərək deyib: “Göyərçinlər çoxdandır
ki, bizim həyətdə məskən
salıblar. Onların
yeri dar idi və havalandırmaları
yox idi. Minnətdarıq ki, onlar üçün gözəl şərait yaradıblar. Yerləri geniş, yuvaları rahatdır. Göyərçinlərin
sayı 80-dir. Yerin genişliyindən istifadə
edərək saylarını
artırmağa çalışırıq.
Balacalara onlar haqqında məlumat verir, sülh rəmzi olduğunu başa salırıq. Tədbirlərdə sülh
rəmzi kimi onları göylərə
buraxırıq”.
İyirmi ilə yaxındır
həmin məhəllədə
yaşayan müəllimə
Naibə Cəfərova
bildirib ki, çox bərbad vəziyyətdə olan həyətin belə abadlaşdırılması, idman
meydançalarının, uşaqlar
üçün əyləncə
yerlərinin quraşdırılması
böyüklərlə yanaşı,
balacaları da sevindirir: “Aparılan
abadlaşdırma işləri
zamanı bütün
yaş qrupları, hətta sağlamlıq imkanları məhdud olanlar da nəzərə
alınıb. Axşamlar
ürək rahatlığı
ilə həyətə
düşür, açıq
havada gəzir, söhbətgahda oturub söhbət edə bilirik. Balacalar da onlar üçün
quraşdırılan əyləncə
yerlərində doyunca
əylənirlər. Uşaqlar
futbol, şahmat, basketbol oynayırlar. Həmçinin həyətdə
ağaclar da əkilib. Bu da həm həyəti
daha da gözəlləşdirib,
həm də məhəllə sakinlərinin
sağlamlığına xidmət
edir. Yaradılan şəraitə görə
IDEA İctimai Birliyinin
təsisçisi və
rəhbəri Leyla Əliyevaya təşəkkür
edirəm”.
Təqaüdçü Xan Şəmsəddinovun sözlərinə görə,
20 ildir həmin məhəllədə yaşasa
da, bu illər
ərzində həyət
heç vaxt belə abad olmayıb. O deyib: “Leyla xanım
Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində xeyli sayda həyətin
təmir olunduğunu və sakinlərin istifadəsinə verildiyini
eşitmişdik. Çox
sevinirik ki, layihə çərçivəsində
abadlaşdırılan həyətlərdən
biri də bizim həyət oldu. Ötən il dövlətimizin başçısı Qarabağımızı
azad edərək bizə çox böyük bir sevinc bəxş etmişdi. Bu il də həyətimizin
abadlaşdırılmasının sevinci bizə qismət oldu. Prezident İlham Əliyev və onun ailə üzvlərinə xalqın
sevincinə səbəb
olan xeyirxah işlərinə, əhaliyə
göstərdikləri diqqət
və qayğıya görə minnətdaram”.
Qeyd edək ki,
“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji
cəhətdən təmiz
və abad edilməsi, yaşıllıqların
bərpası, sağlam
həyat tərzinin formalaşdırılması, sakinlər
üçün təhlükəsiz
və rahat yaşam şəraitinin yaradılmasıdır.
Həmin layihənin
Bakının bütün
rayonlarında həyata
keçirilməsi nəzərdə
tutulur. Bununla əlaqədar, paytaxtımızın
abadlaşdırılmağa ehtiyacı olan həyətləri haqqında
məlumat və tövsiyələr IDEA İctimai
Birliyinə təqdim edilə bilər.
Səs.-
2021.-12 oktaybr.- S.5.