Rus jurnalist: Şuşada ermənilər
müvəqqəti olduqlarını
və gec-tez oradan getməli olduqlarını başa düşdülər
İqor
Serebryanıy: “Şuşada və Füzulinin özündə
bu xarabalıqlarda təcavüz hissi var idi ki, orada heç kim
yoxdur, amma qəsdən dağıdıblar və bunu qəsdən
etdikdə heç bir xoş hisslər yaratmır”
Rusiyanın nüfuzlu
News.Ru xəbər saytının analitiki İqor Serebryanıy “Caliber” analitik mərkəzinə müsahibəsində
Qarabağda gördükləri
və Azərbaycan həqiqətləri mövzusunda
maraqlı fikirlər səsləndirib. Müsahibəni
oxucularımıza təqdim
edirik.
- Bu yaxınlarda
Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində oldunuz.
Səyahət təəssüratlarınız
necədir?
- Səfərimi iki hissəyə bölmək olar. Birincisi, Bakıdır. İkincisi, azad edilmiş ərazilərdir.
Bakı, əlbəttə
ki, zövq, qonaqpərvərlik, xoş
niyyətdir. Sözün
düzü, Bakıya
gələndə ermənilərə
qarşı bir növ pis niyyət
və təcavüzkarlıq
olacağını düşündüm,
amma məlum oldu ki, azərbaycanlılar
insanlar kimi çox mehriban və asan adamlardır.
Azərbaycanlıların və ermənilərin
normal münasibətləri
bərpa etməsi üçün nə qədər vaxt keçməli olduğu ilə bağlı eyni sualı çoxlarına verdim və bütün insanlar mənə cavab verdilər: artıq normal münasibətlərimiz var.
Gündəlik səviyyədə
insanların qəzəblənmədiklərini,
qisas almaq üçün susmadıqlarını
eşitməkdən çox
məmnun oldum. Azad edilmiş ərazilərə
səfərə gəlincə,
əlbəttə ki, emosional olaraq xoşagəlməz bir hiss idi, xüsusən
də, Bakıdan Şuşaya gedən yolda gedərkən və işarələnmə
müəyyən bir yerdə başa çatanda: demarkasiya xətti və sözün həqiqi mənasında, bir neçə kilometr uzaqda vurulmuş bir erməni tankı var idi, üzərində
"Diqqət, minalar"
yazılmış plakat
asılıb. Gedib görürsən ki, evlər nə döyüşlərdən, nə
də zaman keçdikcə dağılıb,
ancaq hiss edirsən ki, qəsdən dağıdıblar
və ya hansısa bir buldozer sürüb qəsdən söküblər.
Hansı səbəbdən
evləri dağıtmaq,
yerində səhra qoymaq lazım idi, həqiqətən başa düşmədim.
Bəlkə də hansısa hərbi məna var idi,
amma başa düşmürəm, əgər
bu torpaq işğal edilibsə, oradakı hər şeyi dağıtmaq üçün ələ
keçirilməyib. Görünür, 30 ildə bir dənə
də ağac əkilməyib, bir dənə də daş qoyulmayıb. Şuşada və Füzulinin özündə
bu xarabalıqlarda təcavüz hissi var idi ki,
orada heç kim yoxdur, amma
qəsdən dağıdıblar
və bunu qəsdən etdikdə heç bir xoş hisslər yaratmır. Məsələn,
Bülbülün abidəsi.
Abidəni niyə dağıtmaq lazımdır?
Axı o, təkcə
azərbaycanlı deyil,
həm də tanınmış Sovet müğənnisidir- sanki
ermənilər və
azərbaycanlılar üçün
ortaqdır. Aşkar vandalizmin əlamətləri
gördüm. Bu, yüksək dərəcədə
narahatedici idi.
- Hərbi Qənimətər
Parkı sizə necə təəssürat
bağışladı?
- Bəli, Hərbi
Qənimətər Parkını
da ziyarət etdik. Zədələnmiş
hərbi texnikaya baxanda bunun bir
növ qeyri-müəyyən
mənası var. Uşaqlığımı Volqoqradda
keçirdim və orada qəzaya uğramış nasist tankları da var. Yalnız Almaniya hərbi texnikası var, bir mənada parkınız buna bənzəyir və mənim üçün yeni bir şey
deyildi. Buna görə də burada "bəyəndim"
sözü səhvdir,
çünki müharibə
insanların bir-birini öldürməsidir. Bu park Azərbaycanın üzləşdiyi çətinliklərin
sübutudur.
- Azərbaycanlıların
və ermənilərin
sülh içində
yaşaması üçün
nə qədər vaxt lazımdır?
- Burada bir
il də keçə bilər və ya bir
nəsil də dəyişə bilər,
dəqiq tarix verilə bilməz. Doğrudan da, Bakıda danışdığım
insanlarla ermənilərə
qarşı heç bir düşmənçilik
hiss etmədim; İnsanlar bunu bir bədbəxtlik, xəstəlik, fəlakət
kimi qəbul edirlər və buna görə də biz jurnalistlər
bu duyğuları soyutmaq üçün səy göstərmə imkanına sahibik. Ola bilsin ki,
azad edilmiş ərazilər bərpa olunsun və onlar tam məskunlaşsın.
Şuşaya gələn
bir adamla danışdım. Bu adam 30 ildir evində
yox idi və
mənzilin sonrakı
“sahibi” bu onilliklər ərzində
divar kağızını
belə dəyişməyən
erməni həkim idi. Orada yaşayan ermənilər
çox yaxşı başa düşürdülər
ki, müvəqqəti
olaraq ordadırlar və gec-tez oradan getməli olacaqlar və ora qayıdan azərbaycanlılar şəhəri
yenidən qura, normal həyatı bərpa edə biləcəklər və
sonra bu düşmənçilik tamamilə
yox olacaq. İşğaldan əziyyət
çəkənlər və
separatçılar normal
həyata qayıtmayana
qədər bu düşmənçilik heç
bir yerdə yox olmayacaq. Evinizə gələrək
yerində xarabalıqlar
görsəniz, təbii
ki, bu, yaxşı
hisslərə səbəb
olmaz. Mən şəxsən inanıram
ki, azad edilmiş ərazilərdə
normal, rahat bir həyat qurulanda ermənilər və azərbaycanlılar
yenidən dinc yaşaya biləcəklər.
- Bakıda ən
çox bəyəndiyiniz
nələr idi?
- Ən çox
İçərişəhəri bəyəndim, turistləri
cəlb edən yerdir, ilk dəfə
yalnız şəkillərdə
gördüyüm Qız
Qalasını gördüm.
Kiçik, lakin daha rahat olduğu
ortaya çıxdı.
Sidney Opera Evinə bənzəyən
dəniz vağzalını
çox bəyəndim.
Tərcümə - Elçin Bayramlı
Səs.- 2021.- 12 oktyabr.- S.15