Azərbaycan xalça rəssamlığı sənətinin
böyük ustadı
Dövlət başçısının
Sərəncamı ilə
Kamil Əliyevin anadan olmasının 100 illiyi qeyd olunacaq
Azərbaycan xalça rəssamlığı
sənətinin görkəmli
nümayəndəsi, Xalq
rəssamı, professor
Kamil Əliyevin anadan olmasının 100 illiyi tamam olur.
Böyük sənətkarın
100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan
xalçaçılığı və dekorativ-tətbiqi sənəti ənənələrinin
qorunub saxlanılmasında
və yeni inkişaf mərhələsinə
yüksəldilməsində görkəmli xalçaçı-rəssam
Kamil Əliyevin təqdirəlayiq xidmətləri
nəzərə alınaraq,
Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının
təkliflərini nəzərə
almaqla onun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Bütün ömrünü xalqımızın mədəniyyəti
tarixində müstəsna
yer tutan xalçaçılıq sənətinin
parlaq ənənələrinin
yaşadılmasına və
inkişafına sərf
etmiş Kamil Əliyev milli naxış elementlərindən
uğurla bəhrələnərək
rəngarəng dekorativ
motivlər yaratmış,
Azərbaycan xalçaçılığı
və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirmişdir. Bu il 100
illik yubileyini qeyd edəcəyimiz sənətkarın Azərbaycan
rəssamlıq sənətində,
xüsusilə də,
xalçaçılıqda məxsusi yeri var. 1921-ci ildə Oğuz yurdu Qərbi Azərbaycanda, İrəvan xanlığının
mərkəzi İrəvan
şəhərində anadan
olan sənətkar uşaq yaşlarından
bu sənətə meyil göstərir və bunun nəticəsi
olaraq, Bakı Rəssamlıq Məktəbində,
tanınmış rəssam
Əzim Əzimzadədən
dərs alır. O, 3 il burada dekorasiya
şöbəsində oxuyur
və müəllimlərinin
məsləhəti ilə
"Azərxalça" birliyində
eksperimental laboratoriyada
köçürücü rəssam kimi işləməyə başlayır.
Kiçik yaşlarından
başlayaraq, onu təqib edən uğurlar peşəkar sənətkar olaraq yetişməsinə təsirini
göstərir. Həyat
və sənət yolu müxtəlif məqamlardan keçən
sənətkarın bu
illər yaradıcılıq
dünyasına ştrixlər
əlavə edir. Belə ki, Kamil
Əliyev Böyük
Vətən müharibəsində
iştirak etmiş, Vətənə 22 orden və medalla qəhrəman kimi dönmüşdür.
Kamil Əliyev Bakı
Bədii Rəssamlıq
Fondunda çalışarkən
fil sümüyündən,
qızıldan, gümüşdən
onlarla orijinal əntiq əşyanın,
gümüş dolça,
çaydan, armudu stəkan dəstlərinin
bədii tərtibatçısı,
rəssam müəllifi
kimi özünü təsdiqləmişdir. Bununla
da, bədii sənət üzrə fəxri fərmanın da, respublikanın tətbiqi incəsənət
ustası adının
da ilk sahibi
olmuşdur. Kamil Əliyev öz
yaradıcılığı ilə Azərbaycan xalq dekorativ-tətbiqi sənətini yeni yüksəkliklərə qaldıran,
xalça sənətinin
incəliklərini qoruyub-saxlayaraq,
onu daha da zənginləşdirən,
xalçada rəngarəng
milli naxışlar, rəng çalarları, müxtəlif kompozisiya və süjetlər yaradan görkəmli bir sənətkardır.
Qeyd etdiyimiz kimi, Kamil Əliyev
milli mənliyimizi təmsil edən bu sahəyə hələ gənc yaşlarından gəlmişdir.
O, 1930-cu illərdə Bakı Rəssamlıq Məktəbində təhsil
alarkən "Azərxalça"
birliyində Lətif Kərimov, Qəzənfər
Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışmışdır.
PORTRET-XALÇALARI
NÜMUNƏLƏRİNİN MÜƏLLİFİ
İkinci Dünya
müharibəsinin iştirakçısı
Kamil Əliyev
1946-cı ildə ordudan
qayıtdıqdan sonra
da öz sevimli peşəsini davam etdirir. Bir müddət o, Respublika Bədii Fonduna rəhbərlik edir, sonralar Bakı Zərgərlik Fabrikində direktor vəzifəsində çalışır.
Həmin
illərdə o, yalnız
xalı, parça kimi toxuma mallarında
yox, həmçinin, qızıl, gümüş
və digər materiallarda da özünün mahir bədii tərtibatçı,
ornamental rəssam kimi məharətini nümayiş etdirir.
1950-ci illərdən etibarən,
Kamil Əliyevin yaradıcılığında süjetli xalıların
və portret-xalçaların
yaradılması aparıcı
mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan
klassiklərinin, görkəmli
dövlət xadimlərinin
portretlərini yaradır.
O, portret xalçalarının
bir silsiləsini Azərbaycan ədəbiyyatının
korifeyləri olan Nizamiyə, Füzuliyə,
Nəsimiyə həsr
etməklə, xalqımızın
poetik irsinə olan məhəbbətini büruzə vermişdir. Dünyada portret-xalçaların
ən yaxşı nümunələrini Kamil
Əliyev yaratmışdır.
Bu sahədə ilk işi "Füzuli" xalçası
olmuşdur. Kamil Əliyev ornamentdən istifadə edərək, şair və mütəfəkkirlərin yaradıcılığındakı
hisslər və emosiyalar aləmini rəng çalarları vasitəsilə canlandıraraq,
tamaşaçının mənəvi
dünyasına təsir
göstərir. Xalının
uğuru rəssamı
o qədər ruhlandırır
ki, o, bir müddət keçəndən
sonra, İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalıları da yaradır. Rəssam bu dahi şairlərimizin
hər birinin yaradıcılığına və
dünyagörüşünə xas olan cəhətləri
xalça sənətinin
ifadə vasitələri
ilə açmağa
səy göstərmiş
və məqsədinə
nail olmuşdur.
"BU, SÜLEYMAN DƏMİRƏLDİR, ONDA
BƏS MƏN KİMƏM?"
Kamil Əliyev
sənətinin gücünü
göstərən digər
nümunələrdən biri
Türkiyənin 9-cu Prezidenti
Süleyman Dəmirəlin
portreti toxunmuş xalçadır. O, xalçaçı-rəssamın
bu işini görərkən heyrətini
gizlədə bilməyərək
demişdi:"Bu, Süleyman Dəmirəldir,
onda bəs mən kiməm?" Kamil Əliyev istifadə etdiyi bütün rəngləri
topladığı bitki
və ağaclardan özü alar, ipləri də özü boyayardı. Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından
sayılır. Turqut Özal,
Süleyman Dəmirəl,
eləcə də, neçə-neçə başqa
dövlət, elm və mədəniyyət
xadimləri bu xalçanı çox yüksək qiymətləndirib,
Kamil Əliyev sənətinə böyük
hörmətlərini, ehtiramlarını
bildirmişlər.
"ONUN ƏSƏRLƏRİ AZƏRBAYCAN
XALÇAÇILIQ SƏNƏTİNDƏ, RƏSSAMLIQ
MƏKTƏBİNDƏ DAİM YAŞAYACAQLAR VƏ ÇOX
GÖRKƏMLİ ƏSƏRLƏR KİMİ AZƏRBAYCAN
MƏDƏNİYYƏTİ XƏZİNƏSİNDƏ
ÖZ YERLƏRİNİ TUTACAQLAR"
Ömrünü-gününü xalqına həsr
etmiş, öz xalqının taleyində
əbədi iz qoymuş Böyük Dövlət Xadimi, Qüdrətli Şəxsiyyət
Heydər Əliyevin Kamil Əliyev tərəfindən 1999-cu ildə
yaradılmış yüksək
bədii xüsusiyyətlər
kəsb edən portreti də öz mükəmməlliyi
ilə hər zaman seçilib. Kamil Əliyev Ulu Öndər Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında
portret xalçasını
yaratmışdır. Bu
portret ictimaiyyət arasında böyük rəğbətlə qarşılanmışdır.
Ulu Öndər Heydər Əliyevin portreti Onun 75 illiyinə hədiyyə idi. Ümummilli Liderimiz Heydər Əliyev portreti toxunmuş xalçaya baxarkən susmuş, əlini ilmələrə sürtərək
demişdi ki, Kamil, sənin xalçaların dil açıb danışır,
insanı söhbətə
çağırır. Kamil Əliyevin yaradıcılıq irsini
diqqətə çəkən
Ulu Öndər Heydər Əliyev belə demişdir: "Onun əsərləri Azərbaycan xalçaçılıq
sənətində, rəssamlıq
məktəbində daim
yaşayacaqlar və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti
xəzinəsində öz
yerlərini tutacaqlar".
Kamil Əliyev
incəsənətimizi yüksəkliklərə
qaldıran, onu öz əsərləri ilə daha da
zənginləşdirən görkəmli şəxslərdən
biridir. Rəssamın
əsərləri Paris,
London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və
başqa şəhərlərin
nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilərək,
tamaşaçıların hüsn-rəğbətini qazanmışdır.
Kamil Əliyevin böyük və zəngin yaradıcı əməyi dövlətimiz
tərəfindən layiqincə
qiymətləndirilmiş, "Xalq rəssamı" adına və ölkənin ən yüksək mükafatı
olan "İstiqlal"
ordeninə layiq görülmüşdür.
Zümrüd BAYRAMOVA
Səs.- 2021.- 15 oktyabr.- S.11.