Tahir Budaqov: Azərbaycan və Türkiyənin mənəvi-siyasi
birliyi bütün dünyaya nümunədir
Dünyada
Azərbaycan ilə Türkiyə qədər bir-birinə
yaxın ölkələr yoxdur. Milli dəyərlər
və tarixi ənənələr üzərində
təşəkkül tapmış
bu qardaşlıq münasibətləri bənzəri
olmayan birlik və həmrəylik nümunəsidir. 1918-ci il
sentyabrın 15-də Bakının
erməni-daşnak və
bolşevik birləşmələrinin
işğalından azad
olunması da ortaq şanlı tariximizin qürurverici səhifələrindən biridir.
Ümumiyyətlə, 15 sentyabr
tarixi Azərbaycan xalqı üçün çox əlamətdar bir gündür. 103 il bundan əvvəl
Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin ordusu ilə birlikdə Bakı şəhərini bolşevik-daşnak
işğalından
azad ediblər. Bundan iki gün
sonra isə Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən
Bakı şəhərinə
köçürülməsi tariximizdə böyük hadisədir. Bu hadisə göstərdi ki, Azərbaycan-Türkiyə
dostluğu və qardaşlığı dərin
tarixi köklərə
əsaslanır. “Türk
şəhidliyi” abidəsini
ziyarət etmək, şəhidlərin əziz
xatirəsinə ehtiram
göstərmək bizim
mənəvi borcumuzdur.
Bakının daşnak-bolşevik
qüvvələrindən azad
edilməsinin 103-cü ildönümü
münasibətilə bütün
xalqımızı təbrik
edirəm.
AZƏRTAC xəbər
verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin
müavini-Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqov ölkəmizdə fəaliyyət göstərən
siyasi partiyaların nümayəndələrinin “Türk
şəhidliyi” abidəsini
ziyarəti zamanı jurnalistlərə açıqlamasında
deyib.
Bakının işğaldan azad
edilməsində 1130 türk
əsgərinin şəhid
olduğunu vurğulayan
Tahir Budaqov bildirib: “Ümumilikdə, Azərbaycan ərazisində
o zaman daşnak-bolşevik
qüvvələri ilə
döyüşlərdə 5 mindən çox türk əsgəri öz canını qurban verib. Bu fədakarlıq Azərbaycan xalqının
yaddaşına əbədi
həkk olunub və biz hər
zaman türk şəhidlərinin xatirəsini
uca tuturuq. Bütövlükdə, 1918-ci il
sentyabrın 15-də Bakının
erməni-daşnak və
bolşevik birləşmələrinin
işğalından azad
olunması da ortaq şanlı tariximizin qürurverici səhifələrindən biridir.
Xalq Cümhuriyyətinin hökuməti
tərəfindən 1919-cu ildə
bu ərazidə “Türk şəhidliyi” abidəsinin bünövrəsi
qoyulsa da, 1920-ci ilin aprel ayında
bolşevik işğalı
nəticəsində Cümhuriyyətin
süqutu bu işin başa çatdırılmasına imkan
vermədi. Lakin Azərbaycan ikinci dəfə müstəqilliyini
elan etdikdən sonra abidə ucaldıldı. Bu abidə Azərbaycan-Türkiyə
dostluq və qardaşlığının bir
rəmzidir. “Türk şəhidliyi” abidəsi
xalqımız tərəfindən
böyük hörmət
və ehtiramla yad edilən məkana çevrilib”.
Tahir Budaqovun
sözlərinə görə,
102 ildən sonra - İkinci Qarabağ müharibəsində Türkiyə
dövləti və xalqı Azərbaycanın
öz torpaqlarını
erməni işğalından
azad olunmasına güclü mənəvi və siyasi dəstək verdi. Türkiyə Vətən
müharibəsində Azərbaycanla
bir olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı qardaş dəstəyini hər zaman çox yüksək qiymətləndirir, “bir millət, iki dövlət” fəlsəfəsinə
əsaslanan münasibətlərin
inkişafından böyük
məmnunluq ifadə edir.
Azərbaycan-Türkiyə münasibətlərinin bu
gün strateji müttəfiqlik zirvəsinə
yüksəldiyini bildirən
YAP Sədrinin müavini
qeyd edib: “Bir millətin
iki dövləti olan Azərbaycan və Türkiyə arasında dostluğa, qardaşlığa və
strateji tərəfdaşlığa
əsaslanan çoxşaxəli,
milli maraqlara cavab verən münasibətlər bu gün ən yüksək zirvədədir
və heç vaxt indiki qədər
möhkəm – güclü
olmayıb. Azərbaycan və Türkiyə
prezidentləri İlham
Əliyevlə Rəcəb
Tayyib Ərdoğanın
şəxsi dostluq münasibətləri, qardaşlığı
bütün sahələrdə
əməkdaşlığa, görülən işlərə
öz töhfəsini
verməkdədir. İki
ölkə başçısının
siyasi iradəsi tərəflər arasında iqtisadi, hərbi-texniki, mədəni-humanitar
və digər istiqamətlərdə münasibətlərin
dinamik inkişafını
təmin edir. Fəal siyasi dialoq şəraitində iqtisadi əlaqələrin
genişlənməsi iki
ölkənin milli maraqlarına xidmət edən mühüm strateji amildir. Türkiyə Azərbaycanın
əhəmiyyətli ticarət
tərəfdaşıdır, ölkəmizin xarici ticarət dövriyyəsində
və ixracında, eləcə də idxal əməliyyatlarında
mühüm yer tutur. Bununla yanaşı, qarşılıqlı
investisiya qoyuluşu iqtisadi münasibətlərin
səmərəliliyini artırır.
Digər tərəfdən,
Azərbaycan-Türkiyə münasibətlərində
hərbi-texniki əməkdaşlıq
da vacib istiqamətlərdən biridir.
Xüsusilə də müdafiə sənayesi sahəsində intensiv əlaqələrin və
işbirliyinin yaradılması
strateji önəm daşıyır. Bütövlükdə
isə, iki ölkənin hərbi-strateji
əməkdaşlığı bölgədə sülh və təhlükəsizliyin
təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Cari il iyunun 16-da Şuşa Bəyannaməsinin imzalanması
isə tarixi hadisə kimi müttəfiqlik münasibətlərinin
yeni səviyyəyə
yüksəlməsini şərtləndirib.
Şuşa Bəyannaməsinin
imzalanmasından sonra görülən işlər
göz önündədir.
Bu gün Azərbaycanın güclü
və müzəffər
ordusu var. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun daha da gücləndirilməsi
işi davam etdirilir. Türkiyə bu məsələdə öz dəstəyini göstərir. Son zamanlar keçirilən birgə hərbi təlimlər də bunu nümayiş etdirir. Həmçinin Türkiyə şirkətləri
işğaldan azad olunmuş ərazilərimizin
bərpasında da yaxından iştirak edir. Bütövlükdə,
Şuşa Bəyannaməsindən
irəli gələn vəzifələrin icra edilməsi ilə faktiki olaraq Azərbaycanla Türkiyə
Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Yeni reallıqlar regionda təhlükəsizliyin təmin
olunmasına, əməkdaşlığa
və inkişafa xidmət edir”.
Tahir Budaqov
yeni mərhələdə
Azərbaycan və Türkiyənin strateji təşəbbüslərinin regional inkişafa və təhlükəsizliyə
xidmət etdiyini diqqətə çatdırıb.
“Postkonflikt mərhələsində
Azərbaycan-Türkiyə strateji
müttəfiqliyi bölgədə
sülh və təhlükəsizlik mühitinin
möhkəmlənməsinə, çoxtərəfli qarşılıqlı
faydalı əməkdaşlığın
dərinləşməsinə öz töhfəsini verəcək. Bu isə tərəqqi və rifah vəd
edir”, - deyən Tahir Budaqov əlavə
edib ki, Azərbaycan və Türkiyənin mənəvi-siyasi
birliyi bütün dünyaya nümunədir.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri iki ölkənin hakim partiyaları arasında münasibətlərin
inkişafının da
müstəsna əhəmiyyət
daşıdığını vurğulayıb. O bildirib ki, YAP-AK Parti əlaqələrinin intensiv
xarakter daşıması
Azərbaycan-Türkiyə münasibətlərinin
daha da möhkəmlənməsinə
mühüm töhfədir.
T.Budaqov vurğulayıb: “Ümumiyyətlə,
Azərbaycan-Türkiyə münasibətləri
yalnız dövlətlər
arasında deyil, iki ölkənin hakim partiyası - Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası
(AK Parti) arasında əlaqələr də keyfiyyətcə yeni mərhələyə qədəm
qoyub. Biz siyasi partiyalar olaraq dövlət başçılarının qardaşlıq
münasibətlərini örnək
götürərək əlaqələrimizi
daha da gücləndirməyi,
inkişaf etdirməyi
qarşıya məqsəd
qoymuşuq. Bu ilin iyun ayında mənim rəhbərliyimlə Türkiyədə
səfərdə olan
YAP nümayəndə heyəti
AK Partinin yüksək
səviyyəli rəsmiləri
ilə görüşlər
keçirib, eyni zamanda tarixdə ilk dəfə olaraq iki partiya
arasında Əməkdaşlıq
Protokolu imzalanıb.
Səfər zamanı
nümayəndə heyətimiz
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan tərəfindən
qəbul edilib. Bu səfər çox səmərəli olub və bizim qarşılıqlı
münasibətlərimiz, gələcək
əməkdaşlığımız üçün güclü
hüquqi, institusional baza formalaşdırıb,
siyasi əlaqələrin
perspektiv inkişafı
üçün dönüş
nöqtəsi olub. İyul ayında isə AK Parti sədrinin birinci müavini Numan Kurtulmuşun başçılığı ilə geniş nümayəndə heyəti
ölkəmizə səfər
etdi. AK Partinin nümayəndə heyəti
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul
olunub. Bundan sonra bizim birgə
fəaliyyətimizin dəqiq
konturları müəyyən
edilib. Eyni zamanda, bu fəaliyyət
yalnız siyasi partiyaları əhatə etməyəcək, eləcə
də ölkələrimizin
vətəndaş cəmiyyəti
institutları, müxtəlif
ictimai-siyasi təsisatları
arasında, beynəlxalq
platformalarda əməkdaşlığı
da özündə ehtiva edəcək. Gələcəkdə bu istiqamətlərdə işlərimiz
davam edəcək”.
Səs.- 2021.- 16 sentyabr.- S.3.