Beynəlxalq məhkəmə erməniləri vəhşi xalq kimi tanıya bilər

 

Soyqırımı bütöv bir insan qrupunun mövcudluq hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırımı) ayrıca bir fərdin yaşamaq hüququnu tanımaqdan imtina kimi xarakterizə olunur. Azərbaycan parlamentinin erməni vandalizminin növbəti hissəsi olan Xocalı soyqırımının dünya parlamentləri tərəfindən tanıdılması istiqamətində fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Çünki Xocalı soyqırımının tanıdılması üçün Azərbaycan parlamentində kifayət qədər komissiyalar, dostluq qrupları fəaliyyət göstərirlər. Mümkün deyilmi həmin qrup üzvləri gedib xarici ölkələrin parlamentlərində oturaraq, orada Xocalı soyqırımının tanıdılması istiqamətində iş aparsınlar. Dərinə getmədən yalnız onu demək olar ki, Azərbaycan parlamentinin Xocalı soyqırımının tanıdılması istiqamətində kifayət qədər imkanları və rıçaqları mövcuddur. Qeyd etmək lazımdır ki, ilk dəfə olaraq, 1965-ci ildə Uruqvay parlamenti qondarma "erməni soyqırımını tanıyıb. Yəni 95 illik mübarizə çərçivəsində ermənilər cəmi 26 ölkədə "erməni soyqırımı"nı tanıda biliblər. Azərbaycan parlamenti Meksika, Pakistan, Kolumbiya və İslam Əməkdaşlq Təşkilatının parlamentindən başqa Xocalı soyqırımını tanıda bilməyib. 2011-ci il oktyabrın 24-də Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi və 57-ci “Aurovision” musiqi yarışmasında Azərbaycanın qalib gəlməsi göstərdi ki, bizdə mübarizə əhval-ruhiyyəsi kifayət qədər yüksəkdir. Sadəcə, hədəfləri müəyyənləşdirmək və maraqları həyata keçirmək üçün səylər göstərmək lazımdır.

 

Erməni xunta rejimi öz vəhşiliklərini etiraf edirlər

 

İngilis jurnalisti Tomas de Val “Qarabağ” kitabında konkret olaraq göstərir ki, Xocalı soyqırımının törədilməsi ilə bağlı Serj Sarkisyana sual etdikdə, o, Xocalı soyqırımını bilərəkdən törətdiklərini etiraf edib: “Serj Sarkisyan dedi ki, azərbaycanlılar elə bilirdi ki, zarafat edirik, biz Xocalıda heç bir cinayət törətməyəcəyik. Amma biz azərbaycanlılara sübut etdik ki, bunu bacarırıq”. Azərbaycanlılara qarşı soyqırımı həyata keçirən S.Sarkisyanın hakimiyyətə gətirilməsində Rusiya maraqlı olub. Burada da Türkiyənin ən böyük səhvi o oldu ki, S.Sarkisyana futbol diplomatiyası ilə hüquqi status verdi. Gərək Türkiyə əli minlərlə azəri türkünün qanına batan S.Sarkisyanı bir dövlət başçısı kimi tanımayaydı. Azərbaycanlılara qarşı soyqırımı və terror aktları törədən 30 erməni hazırda axtarışdadır. Onların arasında işğalçı ölkənin dövlət başçısı S.Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın da adları var. Hesab edirik ki, Sarkisyan kimi cinayətkarların cəzasız qalmamaları üçün Türkiyə də Xocalı soyqırımını rəsmən tanımalıdır. Bundan sonra beynəlxalq məhkəməyə müraciət edilməlidir ki, Xocalı faciəsi soyqırımı kimi tanınsın. Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanıdılması istiqamətində aparılan təbliğat informasiya müharibəsi səviyyəsindən çıxaraq hüquqi müstəviyə keçməlidir. 1988-ci ildə ermənilərin Topxana meşəsində ağacları kəsmələri Azərbaycan xalqının birləşməsinə təkan oldu. Ümumi şəkildə desək, Topxana xalqı bir bayraq altına toplamışdır. Hakimiyyətdə olanlar xalqla birləşməkdənsə, Moskvaya qucaq açmağa üstünlük verdi. Kamran Bağırovun Azərbaycana rəhbərlik etdiyi illəri durğunluq illəri kimi dəyərləndirmək olar. Əsas siyasi proseslər Ə.Vəzirovun və A.Mütəllibovun hakimiyyətdə olduqları illərdə cərəyan edib. O zaman Sovet İttifaqının dağılması qaçılmaz idi. Ə.Vəzirov və A.Mütəllibov Moskvadan tamamilə asılı idilər. Ə.Vəzirov Azərbaycan dilini bilməyən xalqından ayrı düşmüş bir şəxsi idi ki, Moskva onu Azərbaycan MK-nın birinci katibi qoymuşdur. Əsasən, o, bir növ canişin kimi fəaliyyət göstərirdi. Əbdürrəhman Vəzirovun ən böyük bağışlanmaz səhvi onda ibarət idi ki, o, Ermənistandan qovulan 200 min azərbaycanlını Dağlıq Qarabağda deyil, Bakıda məskunlaşdırdı. Hansı ki, bu insanlar Ermənistanın dağlıq zonasında yaşamış və kənd təsərrüfatı ilə məşğul olan insanlar idi. Onları Dağlıq Qarabağda yerləşdirməklə orada demoqrafik vəziyyəti gücləndirmək olardı. Əgər 200 min qaçqın və məcburi köçkün Dağlıq Qarabağda məskunlaşardısa, oradakı bütün situasiya kökündən dəyişə bilərdi. Bununla da sonrakı münaqişələrin, həm də torpaqların işğalının qarşısını almaq olardı. Ermənilər qarşılarında 200 minlik güclü qüvvə görəcəkdirlər. Hansı ki, bu 200 minlik qüvvədə ermənilərə qarşı nifrət və qəzəb var idi. Onlar daha böyük qətiyyət və mübarizliklə vətənlərini qoruya bilərdilər. Ancaq onlar paytaxta gətirildi. Bununla da Bakıda daxili situasiya gərginləşdi. Bu azmış kimi Ə.Vəzirov heç bir siyasi iradə göstərmirdi, Moskvanın diqtəsi altında idi. Xalqdan ayrı düşrrıəkdənsə xalqın önünə çıxıb, ümumi düşmənə qarşı birləşməklə Dağlıq Qarabağ kimi fəlakətin qarşısını almaq olardı. Həm də 20 Yanvar faciəsi də baş verməzdi. 20 -ci əsrin ən dəhşətli soyqırımı olan Xocalı genosidi də törədilməzdi. Ə. Vəzirovun dövründə qoyulan fundament Ayaz Mütəllibovun hakimiyyəti dövründə daha da dərinləşdi. Nəticədə, 20 Yanvar və Xocalı faciələri baş verdi. Oafqazda imperiyalar və enmnihrin Azərbaycan ərazilərinə köçürülməsi 1991-ci il noyabrın 20-də Martuninin azərbaycanlılar yaşayan kəndlərinə uçan nümayəndə heyətini aparan vertolyot Qarakənd üzərində terrora məruz qalır. Azərbaycanın dövlət katibi Tofiq İsmavılov, baş nazirin müavini Zülfü Hacıvev, dövlət müşaviri Məhəmməd Əsədov, baş prokuror İsmət Qavıbov, prezidentin mətbuat katibi Osman Mirzəvev, dövlət-hökumət xadimləri Vaqif Cəfərov, Vəli Məmmədov, Qurban Namazəlivev, DQMV hüquq-mühafizə, təhlükəsizlik orqanlarına başçılıq edən rusiyalı generallar daxil olmaqla 20-dən çox adam həlak olur. Bütün bunlar A.Mütəlibovun dövlət idarəetməsində yol verdiyi səhvlərinin acı faciəvi nəticələri olmuşdur. A.Mütəllibovu devirib, hakimiyyəti zəbt edən AXC iqtidarı da Azərbaycana yalnız uğursuzluqlar gətirdi. Qonşu dövlətləri hədələmələri regionda ölkəmizin təklənməsinə gətirib çıxartdı ki, bunun da acı fəsadlarını Azərbaycan xalqı yaşamalı oldu. Azərbaycanın dövlət olaraq özünütəsdiqi və problemlərinin həlli yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həll edilməyə başladı. Ümummilli liderin apardığı məqsədyönlü, müdirik siyasət nəticəsində Azərbaycan qurtuluşundan həlledici dönüşə qədəm qoydu. Hələ 1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR-nin MK-nin birinci katibi seçiləndən respublikamızın inkişafının əsası qoyulmuşdur. Həyatın bütün sahələrində geniş islahatlar proqramlarının həyata keçirilməsi nəticəsində respublikamız aqrar respublikadan sənaye bölgəsinə çevrildi. Dahi Öndər respublikamızın inkişafı, xalqımızın rifah halının yaxşılaşdırılması üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin q ərarların icrasına səfərbər edirdi. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək onun planlarının başında gəlirdi. Buna da nail olundu. İttifaq respublikaları arasında yalnız Azərbaycan və Rusiya özü-özünü təmin edən respublika olmuşdur. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı. 1970-1985-ci illərdə bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Uzaqgörən siyasət xalqımızda milli qürur, milli mənlik şüurunun, azadlıq, müstəqillik duyğularının oyanmasına hesablanmışdır. Bu, əslində, 1970-ci illərdə Azərbaycan xalqının milli azadlıq mərhələsinə daxil olması demək idi. 1987-ci ilin əvvəlində başlayan milli azadlıq hərakatı göstərdi ki, Heydər Əliyevin işləyib hazırladığı azadlıq mübarizəsi konsepsiyası düzgün və əsaslı imiş. Təəssüf ki, sonradan xalqın önünə keçən insanlar hazır konsepsiyanı düzgün istiqamətləndirə bilmədilər. Daha doğrusu, yaranan fürsətdən öz mənafeləri üçün istifadə etməyə üstünlük verdilər. Hakimiyyətə yiyələnsələr də, təşkilatçılıqda və idarəetmədə bacarıqsızlıqları nəticə etibarilə yenicə müstəqillik qazanmış Azərbaycana acı faciələr yaşatdı. Xalq Cəbhəsinin hakimiyyəti dövründə davam edən çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelin 1-də Kəlbəcər işğal olundu. İyun ayında korpus komandiri Surət Hüseynovun Gəncədə hakimiyyətə qarşı qiyam qaldırması Azərbaycanda dərin siyasi böhranın yaranmasına gətirib çıxardı. Xaos və anarxiya fonunda cənubda “Talış- Muğan Respublikası”nın, şimalda “Sadval”çıların meydana çıxmasına gətirib çıxartı. Bundan istifadə edən ermənilər ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Belə ağır dönəmdə xalq üzünü ULU Öndər Heydər Əliyevə tutub, ondan kömək istədi. Xalqın tələbi ilə Dahi Öndər Heydər Əliyev hakimiyyətə gəldi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Dahi Öndər apardığı müdrik siyasi gedişlər hesabına ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Vəziyyəti düzgün qiymətləndirən Ulu Öndər Heydər Əliyev müdrik strateq kimi real vəziyyətdən çıxış edərək cəbhədə atəşkəs rejiminə nail oldu. Məhz bundan sonra ordu quruculuğuna, hərbi qüdrətin artırılmasına başlanıldı. Beynəlxalq aləmdə Azərbaycanın yeri və rolu möhkəmləndi, xalqın sabaha olan inamı özünə qaytarıldı. Millətimizin adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk birliyi bərpa olundu. Bu gün müstəqil Azərbaycan bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Ulu Öndər Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük hörmət qazandırır. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir. Azərbaycan dünyanın iqtisadi mərkəzinə çevrilməkdədir.

 

NİYƏ DÜNYA "ASALA" VƏ “DAŞNAKSÜTYUNU” TERROR TƏŞKİLATI KİMİ TANIMIR?

 

1999-cu ildə ABŞ “PKK”-nı terror təşkilatı kimi tanısa da, Türkiyənin bu məsələ ilə bağlı hələ də qərar verməməsi təəccüb doğurur. Türkiyənin bu məsələlərdə qərarsız olması obyektiv səbəblərlə əlaqələndirilir. Səbəblərdən biri kimi ekspertlər onu göstərirlər ki, beynəlxalq aləmdə terrorizmin vahid tərifi yoxdur. Bizim üçün terrorçu olan təşkilat, digərləri üçün milli qəhrəman, xalqının və dövlətinin xilaskarı kimi təqdim olunur. Terrorizmlə bağlı 120-yə qədər müxtəlif məzmunlu təriflər olsa da, vahid, hər kəs tərəfindən qəbul olunan universal mövqe yoxdur. Misal kimi ABŞ və Qərb ölkələri Bin Ladeni ən qorxulu terrorçu kimi tanısa da, ərəb dövlətlərinin xalqları onu milli qəhrəman kimi qəbul edib, dəyərləndirirdilər. Məhz bu amili nəzərə alan ABŞ bin Ladeni öldürdükdən sonra onun fiziki bədənini dənizdə basdırmağa üstüniük vermişdir. Çünki ABŞ ehtiyat etmişdir ki, insanlar onun məzarını ziyarətə çevirməklə ona göz dağı vermiş olarlar. Eləcə də "Daşnaksütyun" və "ASALA" terror təşkilatları Ermənistan hakimiyyətinin maraqlarını ifadə etdiklərindən bu təşkilatlar onlar üçün qəbul olunandır. Hətta Ermənistanda "Daşnaksütyun" və "ASALA" terror təşkilatlarının üzvləri parlamentdə, eləcə də, hakimiyyətdə təmsil olunurlar. Görünür, Türkiyə də bu amilləri nəzərə alaraq sözügedən təşkilatları terrorçu təşkilatlar kimi tanımaqdan çəkinir. Bugünkü reallıq ondan ibarətdir ki, Türkiyənin dünyada rolu kifayət qədər möhkəmlənib. Türkiyənin xirici işlər naziri Əhməd Davudoğlu bəyan etdi ki, “Ərəb baharı” 20 il əvvəl olsaydı, Türkiyə bu məsələlərə qarışmazdı və bunu o ölkələrin daxili işi kimi dəyərləndirərdi. Amma indi dövr və zaman dəyişib, Türikiyə bu proseslərin içindədir. Yəni kənardan müşahidə etmir. O dövlətlərdə Türkiyənin maraqları cəmləşib və orada birbaşa iştirak edir. Bu gün Türkiyə iqtisadi baxımdan Avropada 6-cı dövlətdir. "Böyük İyirmilik"də 16-cıdır. Hərbi potensialına görə Türkiyə NATO-da ABŞ-dan sonra ikinci ölkədir. ABŞ-ın 1,4 milyon, Türkiyənin isə 720 min nəfər hərbçisi var. Etiraf olunmalıdır ki, ABŞ fövqəldövlətdir. Onların siyasətində yanaşma ondan ibarətdir ki, bir regionda maraqlarını həmin regionun lider dövləti vasitəsi ilə təmin edir. Yaxın və Orta Şərq ABŞın həyatı maraqlarına daxildir. Bu zonadakı maraqlarını həyata keçirmək üçün Türkiyənin potensialından faydalanır. Regionda Türkiyənin dəstək vermədiyi heç bir layihə və plan baş tuta bilməz. Bu nöqteyi-nəzərdən ABŞ Türkiyəyə bu və digər formada təzyiqlər edə bilir. Bunun üçün kürd və "erməni soyqırımı" məsələsindən rəsmi Ankaraya qarşı təzyiq vasitəsi kimi istifadə edir. Eyni zamanda, ABŞ onun fərqindədir ki, regionda siyasətinin uğuru Türkiyənin "hə" deməsindən çox asandır. Xüsusilə də, ABŞ özünün Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətində məqsədlərinə nail olmaq üçün Türkiyə faktorundan son dərəcə asılıdır. Türkiyənin də bu regionda özəl maraqları var. Ona görə də hər iki dövlətin bu regionla bağlı maraqları üst-üstə düşür. Türkiyəyə qarşı ittiham irəli sürmək olar ki, bu ölkə dost, qardaş ölkə dediyi Azərbaycamn torpaqlarının işğaldan azad edilməsi üçün fövqəl dövlət olan ABŞ-ın qarşısında niyə tələblə çıxış etmir. Düzdür, Türkiyə Ermənistanı işğalçı dövlət olaraq tanıyır. Türkiyənin Ermənistanla iqtisadi-siyasi əlaqələri yoxdur. Amma Türkiyənin 1918-ci ildə olduğu kimi, 1990-cı ilin əvvəllərində də Azərbaycan xalqının yanında olub, ermənilərin Dağlıq Qarabağda kütləvi insan qətliamlarının qarşısını ala bilərdi. Bu, baş vermədi. Əksinə, Türkiyə ABŞ-ın təzyiqi ilə Ermənistanı buğda və digər ərzaq məhsulları ilə təchiz etdi. Bunu biz yox, Türkiyənin o zamankı xarici işlər naziri olmuş Hikmət Çətin "Kanal D"- yə müsahibəsində bildirib: "Türkiyə prezidenti Süleyman Dəmirəlin tapşırığına əsasən, Azərbaycan prezidenti Əbülfəz Elçibəylə əlaqə saxlayıb, məsələ ilə bağlı onun fikrini öyrənməyə çalışdım. Elçibəy ona bu insanlıq məsələsi olduğu üçün etiraz etmədiklərini söyləyib. Nəticədə, Avropa Birliyi Ermənistanı taxılla təmin edənə qədər Türkiyə Ermənistana ilkin olaraq 5 min ton taxil göndərib.” Yerevanın Ermənistanın paytaxtı olmasında da müəyyən qədər Türkiyənin günahı var. Çünki Türkiyə Gümrünü işğal altında saxlamasaydı, ermənilər Aleksandropolu (Kümrü nəzərdə tutulur-) özlərinin paytaxtı elan edərdilər. Azərbavcanın Türkiyəyə müraciət etməsinə baxmayaraq, Türkiyə buna əhəmiyyət vermədi. "Sever" müqaviləsində də Türkiyə bilavasitə Azərbaycanın maraqlarına qarşı çıxıb, öz maraqlarını açıq şəkildə ölkəmizin maraqlarından üstün tutub. Bir sözlə, Türkiyə Azərbaycanın maraqlarını nəzərə alınmadan Ermənistana qayğı göstərib. Acı da olsa, bu, Türkiyənin dost-qardaş dediyi Azərbaycana real münasibəti olub. Bu halda 1921-ci ildə imzalanan “Qars müqaviləsi” də Türkiyə üçün kağız parçasına çevrildi. Əslində isə, “Qars müqaviləsi”nə görə, Türkiyə Naxçıvanın təhlükəsizliyinə yardımçı olmalıdır. Müqaviləyə görə, əgər Naxçıvanın ərazi bütövlüyünə, suverenliyinə təhlükə yaranarsa, Türkiyə onun qarşısının alınması istiqamətində tədbirlər görməlidir. Ermənistan da bunun fərqindədir. Amma bu, bir həqiqətdir ki, “Qars müqaviləsi”nin olmasına baxmayaraq, Naxçıvanın Kərki kəndi ermənilər tərəfindən işğal olundu, Sədərək intensiv atəşə məruz qaldı. Lakin Türkiyə susdu. “Qars müqaviləsi”nə görə isə, Türkiyə adekvat addımlar atmalı idi. O düzdür ki, Türkiyə cavab tədbirləri görərdirsə, o zaman Türkiyə Rusiya ilə baş-başa gələ bilərdi. Bu isə sonu proqnozlaşdırılmayan müharibəyə gətirib çıxarardı. Çünki NATO-nun nizamnaməsinin 5-ci maddəsinə görə, quruma üzv dövlətlər üzləşdikləri müharibə şəraitində bir-birini müdafiə etməlidir. Belə vəziyyətdə NATO dövlətləri Türkiyəyə təh did edərdilər ki, bir kəndin işğalına görə, Rusiya ilə konfliktə getməyə ehtiyac yox idi. Qısası, təzyiqlərdən çəkinən Türkiyə Azərbaycana dəstək verməkdən bir növ qorxdu. İndinin özündə də Türkiyə Azərbaycana dost və qardaş ölkə deməkdən uzağa gedə bilmir. Çünki hərbi arsenalına görə NATO-da ikinci olan rəsmi Ankara Ermənistanı məhv etməyə cəhd göstərərsə, o zaman qurumun digər 27 ölkəsi də Türkiyə ilə bir sırada olmaq məcburiyyətində qalacaqdır. Nəticədə, Rusiya müharibəyə qoşulmalı olacaq. Bu isə regionda yeni qlobal bir müharibə ocağının yaranmasına gətirib çıxaracaq. 1991-ci ildə SSRİ dağıdıldı və Rusiya varis olaraq imperiyanın imkanlarına yiyələndi. Bu, elə bir vaxta təsadüf edirdi ki, Rusiyada xaos və anarxiya, hakimiyyətsizlik baş alıb gedirdi. Yüksək vəzifəli dövlət rəsmilərinin hər biri özünü prezident, ali baş komandan hesab edirdi. Belə vəziyyətdə kim təminat verə bilərdi ki, Rusiya prezidenti Yeltsin və ya Qorbaçov kimi generallar hegemonluq iddialarının hələ də tükənmədiyini nümayiş etdirmək üçün NATO dövlətlərinə qarşı atom bombasından istifadə etməsinlər. O vaxt cəmi iki nəfərin Azərbaycanda Türkiyənin maraqlarını həyata keçirməyə cəhd göstərdiyi iddia olunur. Onlardan biri Tansu Çillər, digəri isə Məsud Yılmaz idi. ABŞ-ın fəal müdaxiləsi ilə onların hər ikisini siyasətdən sildilər. O zaman Turqut Özal Azərbaycanın maraqlarından çıxış edərkən Dağlıq Qarabağ probleminin həllinə səylər göstərirdi. Amma bu da ona müvəffəq olmadı. Məhz 1993-cü il aprel ayının 15-də Azərbaycana səfərindən Türkiyəyə dönməsindən iki gün sonra qəflətən öldü. Bu günə qədər də hər kəs gözəl bilir ki, onu zəhərləyib öldürdülər. Əvvəl Azərbaycana kölgə salmaq istədilər. Bu alınmadıqda isə, zəhər faktını etiraf etdilər. O zaman Turqut Özal məsələni kəskin qoymuşdu. O, ABŞ-da təhsil aldığına görə, rəsmi Vaşinqtonun siyasətini çox gözəl bilirdi. Turqut Özal Dağlıq Qarabağ probleminin Azərbaycanın maraqları çərçivəsində həllinə nail ola biləcəkdi. O zaman Dağlıq Qarabağ tam itirilməmişdir. Yalnız Şuşa və Laçın işğal olunmuşdu. Turqut Özal ABŞ qarşısında Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi məsələsini qoymuşdur. Burada ABŞ ilə Rusiyanın maraqları üst-üstə düşdüyündən, Turqut Özal aradan götürüldü.

 

Corc Filitmanın “Növbəti 100 il” kitabı çapdan çıxıb. Həmin kitabda Rusiyanı dağıtmaqdan ötrü 3 dövlətdən - Polşa, Yaponiya və Türkiyədən istifadə planı olduğu qeyd olunub. Yəni ABŞ Türkiyəyə böyük önəm verir. Bu gün həm Rusiyaya, həm də ABŞ-a Qarabağ məsələsi lazımdır ki, onlar Azərbaycanı əldə saxlasın. İndiyə qədər Qarabağ probleminin həll olunmamasının səbəblərindən biri də ondan ibarətdir ki, Birləşmiş Ştatlarla RF dünyanı bölüşdürməklə bağlı razılığa gələ bilməyiblər. Bütün bunlar faktdır. Bizim tarixçilərimiz isə bu məsələni işıqlandırmaqdan qaçırlar.

 

İ.ƏLİYEV

 

 Səs.- 2021.- 2 sentyabr.- S.8-9.