Beynəlxalq məhkəmə erməniləri
vəhşi xalq kimi tanıya bilər
Soyqırımı bütöv bir insan qrupunun
mövcudluq hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca
bir insanın qətlə yetirilməsi (soyqırımı)
ayrıca bir fərdin yaşamaq hüququnu tanımaqdan imtina
kimi xarakterizə olunur. Azərbaycan parlamentinin
erməni vandalizminin növbəti hissəsi olan Xocalı
soyqırımının dünya parlamentləri tərəfindən
tanıdılması istiqamətində fəaliyyətini qənaətbəxş
hesab etmək olmaz. Çünki Xocalı
soyqırımının tanıdılması
üçün Azərbaycan parlamentində kifayət qədər
komissiyalar, dostluq qrupları fəaliyyət göstərirlər.
Mümkün deyilmi həmin qrup üzvləri gedib xarici
ölkələrin parlamentlərində oturaraq, orada Xocalı
soyqırımının tanıdılması istiqamətində
iş aparsınlar. Dərinə getmədən yalnız onu
demək olar ki, Azərbaycan parlamentinin Xocalı
soyqırımının tanıdılması istiqamətində
kifayət qədər imkanları və rıçaqları
mövcuddur. Qeyd etmək lazımdır ki, ilk dəfə
olaraq, 1965-ci ildə Uruqvay parlamenti qondarma "erməni
soyqırımını tanıyıb. Yəni 95 illik
mübarizə çərçivəsində ermənilər
cəmi 26 ölkədə "erməni
soyqırımı"nı tanıda biliblər. Azərbaycan parlamenti Meksika, Pakistan, Kolumbiya və
İslam Əməkdaşlq Təşkilatının
parlamentindən başqa Xocalı soyqırımını
tanıda bilməyib. 2011-ci il oktyabrın 24-də Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü
seçilməsi və 57-ci “Aurovision” musiqi
yarışmasında Azərbaycanın qalib gəlməsi
göstərdi ki, bizdə mübarizə əhval-ruhiyyəsi
kifayət qədər yüksəkdir. Sadəcə, hədəfləri
müəyyənləşdirmək və maraqları həyata
keçirmək üçün səylər göstərmək
lazımdır.
Erməni xunta rejimi öz vəhşiliklərini
etiraf edirlər
İngilis jurnalisti Tomas de Val “Qarabağ”
kitabında konkret olaraq göstərir ki, Xocalı
soyqırımının törədilməsi ilə
bağlı Serj Sarkisyana sual etdikdə, o, Xocalı
soyqırımını bilərəkdən törətdiklərini
etiraf edib: “Serj Sarkisyan dedi ki, azərbaycanlılar elə
bilirdi ki, zarafat edirik, biz Xocalıda heç bir cinayət
törətməyəcəyik. Amma biz azərbaycanlılara
sübut etdik ki, bunu bacarırıq”. Azərbaycanlılara
qarşı soyqırımı həyata keçirən
S.Sarkisyanın hakimiyyətə gətirilməsində Rusiya
maraqlı olub. Burada da Türkiyənin ən böyük səhvi
o oldu ki, S.Sarkisyana futbol diplomatiyası ilə hüquqi status
verdi. Gərək Türkiyə əli minlərlə azəri
türkünün qanına batan S.Sarkisyanı bir dövlət
başçısı kimi tanımayaydı. Azərbaycanlılara
qarşı soyqırımı və terror aktları törədən
30 erməni hazırda axtarışdadır. Onların
arasında işğalçı ölkənin dövlət
başçısı S.Sarkisyanın və müdafiə
naziri Seyran Ohanyanın da adları var. Hesab edirik ki, Sarkisyan kimi
cinayətkarların cəzasız qalmamaları
üçün Türkiyə də Xocalı
soyqırımını rəsmən tanımalıdır.
Bundan sonra beynəlxalq məhkəməyə müraciət
edilməlidir ki, Xocalı faciəsi soyqırımı kimi
tanınsın. Xocalı
soyqırımının dünya dövlətləri tərəfindən
tanıdılması istiqamətində aparılan təbliğat
informasiya müharibəsi səviyyəsindən
çıxaraq hüquqi müstəviyə keçməlidir.
1988-ci ildə ermənilərin Topxana meşəsində
ağacları kəsmələri Azərbaycan xalqının
birləşməsinə təkan oldu. Ümumi şəkildə
desək, Topxana xalqı bir bayraq altına
toplamışdır. Hakimiyyətdə olanlar xalqla birləşməkdənsə,
Moskvaya qucaq açmağa üstünlük verdi. Kamran
Bağırovun Azərbaycana rəhbərlik etdiyi illəri
durğunluq illəri kimi dəyərləndirmək olar.
Əsas siyasi proseslər Ə.Vəzirovun və A.Mütəllibovun
hakimiyyətdə olduqları illərdə cərəyan edib.
O zaman Sovet İttifaqının dağılması
qaçılmaz idi. Ə.Vəzirov və A.Mütəllibov
Moskvadan tamamilə asılı idilər. Ə.Vəzirov
Azərbaycan dilini bilməyən xalqından ayrı
düşmüş bir şəxsi idi ki, Moskva onu Azərbaycan
MK-nın birinci katibi qoymuşdur. Əsasən, o, bir növ
canişin kimi fəaliyyət göstərirdi. Əbdürrəhman
Vəzirovun ən böyük bağışlanmaz səhvi
onda ibarət idi ki, o, Ermənistandan qovulan 200 min azərbaycanlını
Dağlıq Qarabağda deyil, Bakıda məskunlaşdırdı.
Hansı ki, bu insanlar Ermənistanın dağlıq
zonasında yaşamış və kənd təsərrüfatı
ilə məşğul olan insanlar idi. Onları
Dağlıq Qarabağda yerləşdirməklə orada
demoqrafik vəziyyəti gücləndirmək olardı. Əgər
200 min qaçqın və məcburi köçkün
Dağlıq Qarabağda məskunlaşardısa, oradakı
bütün situasiya kökündən dəyişə bilərdi.
Bununla da sonrakı münaqişələrin, həm də
torpaqların işğalının qarşısını
almaq olardı. Ermənilər qarşılarında 200 minlik
güclü qüvvə görəcəkdirlər. Hansı
ki, bu 200 minlik qüvvədə ermənilərə
qarşı nifrət və qəzəb var idi. Onlar daha
böyük qətiyyət və mübarizliklə vətənlərini
qoruya bilərdilər. Ancaq onlar paytaxta gətirildi. Bununla da
Bakıda daxili situasiya gərginləşdi. Bu azmış
kimi Ə.Vəzirov heç bir siyasi iradə göstərmirdi,
Moskvanın diqtəsi altında idi. Xalqdan
ayrı düşrrıəkdənsə xalqın
önünə çıxıb, ümumi düşmənə
qarşı birləşməklə Dağlıq Qarabağ
kimi fəlakətin qarşısını almaq olardı. Həm
də 20 Yanvar faciəsi də baş verməzdi. 20 -ci əsrin
ən dəhşətli soyqırımı olan Xocalı
genosidi də törədilməzdi. Ə. Vəzirovun
dövründə qoyulan fundament Ayaz Mütəllibovun hakimiyyəti
dövründə daha da dərinləşdi. Nəticədə,
20 Yanvar və Xocalı faciələri baş verdi. Oafqazda
imperiyalar və enmnihrin Azərbaycan ərazilərinə
köçürülməsi 1991-ci il noyabrın 20-də
Martuninin azərbaycanlılar yaşayan kəndlərinə
uçan nümayəndə heyətini aparan vertolyot Qarakənd
üzərində terrora məruz qalır. Azərbaycanın
dövlət katibi Tofiq İsmavılov, baş nazirin
müavini Zülfü Hacıvev, dövlət müşaviri
Məhəmməd Əsədov, baş prokuror İsmət
Qavıbov, prezidentin mətbuat katibi Osman Mirzəvev, dövlət-hökumət
xadimləri Vaqif Cəfərov, Vəli Məmmədov, Qurban
Namazəlivev, DQMV hüquq-mühafizə, təhlükəsizlik
orqanlarına başçılıq edən rusiyalı
generallar daxil olmaqla 20-dən çox adam həlak olur.
Bütün bunlar A.Mütəlibovun dövlət idarəetməsində
yol verdiyi səhvlərinin acı faciəvi nəticələri
olmuşdur. A.Mütəllibovu devirib, hakimiyyəti zəbt edən
AXC iqtidarı da Azərbaycana yalnız uğursuzluqlar gətirdi.
Qonşu dövlətləri hədələmələri
regionda ölkəmizin təklənməsinə gətirib
çıxartdı ki, bunun da acı fəsadlarını Azərbaycan
xalqı yaşamalı oldu. Azərbaycanın
dövlət olaraq özünütəsdiqi və problemlərinin
həlli yalnız Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra həll edilməyə
başladı. Ümummilli liderin apardığı məqsədyönlü,
müdirik siyasət nəticəsində Azərbaycan
qurtuluşundan həlledici dönüşə qədəm
qoydu. Hələ 1969-cu ildə Heydər Əliyev Azərbaycan
SSR-nin MK-nin birinci katibi seçiləndən
respublikamızın inkişafının əsası
qoyulmuşdur. Həyatın bütün sahələrində
geniş islahatlar proqramlarının həyata keçirilməsi
nəticəsində respublikamız aqrar respublikadan sənaye
bölgəsinə çevrildi. Dahi Öndər
respublikamızın inkişafı, xalqımızın rifah
halının yaxşılaşdırılması
üçün zəruri olan ən vacib məsələlər
barədə əvvəlcə Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi
Komitənin plenumları, Kommunist partiyasının
qurultayları səviyyəsində əlverişli qərarlar
qəbul edilməsinə nail olur, sonra da bütün
xalqımızı həmin q ərarların icrasına səfərbər
edirdi. Azərbaycanı özü-özünü təmin edə
bilən, müstəqil yaşamağa qadir olan və
elmi-texniki cəhətdən yüksək tərəqqi
etmiş bir ölkəyə çevirmək onun
planlarının başında gəlirdi. Buna da nail olundu.
İttifaq respublikaları arasında yalnız Azərbaycan və
Rusiya özü-özünü təmin edən respublika
olmuşdur. Bir sözlə, Vətənimizin
müstəqilliyə gələn yolunu hələ o zaman Heydər
Əliyev başlamışdı. 1970-1985-ci illərdə
bütövlükdə respublika ərazisində yüzlərlə
zavod, fabrik, istehsalat sahələri yaradıldı. Bir
çox mühüm istehsal sahələrinə görə Azərbaycan
Sovet İttifaqında aparıcı yerlərdən birini
tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul
dünyanın 65 ölkəsinə ixrac olunurdu. Uzaqgörən
siyasət xalqımızda milli qürur, milli mənlik
şüurunun, azadlıq, müstəqillik
duyğularının oyanmasına hesablanmışdır. Bu, əslində, 1970-ci illərdə Azərbaycan
xalqının milli azadlıq mərhələsinə daxil
olması demək idi. 1987-ci ilin əvvəlində başlayan
milli azadlıq hərakatı göstərdi ki, Heydər
Əliyevin işləyib hazırladığı azadlıq
mübarizəsi konsepsiyası düzgün və əsaslı
imiş. Təəssüf ki, sonradan xalqın
önünə keçən insanlar hazır konsepsiyanı
düzgün istiqamətləndirə bilmədilər. Daha
doğrusu, yaranan fürsətdən öz mənafeləri
üçün istifadə etməyə üstünlük
verdilər. Hakimiyyətə yiyələnsələr
də, təşkilatçılıqda və idarəetmədə
bacarıqsızlıqları nəticə etibarilə yenicə
müstəqillik qazanmış Azərbaycana acı faciələr
yaşatdı. Xalq Cəbhəsinin hakimiyyəti dövründə
davam edən çəkişmələri respublikanın
müdafiəsinə ağır zərbə
vurdu. 1993-cü ilin aprelin 1-də Kəlbəcər
işğal olundu. İyun ayında korpus komandiri Surət
Hüseynovun Gəncədə hakimiyyətə qarşı
qiyam qaldırması Azərbaycanda dərin siyasi
böhranın yaranmasına gətirib çıxardı. Xaos
və anarxiya fonunda cənubda “Talış- Muğan
Respublikası”nın, şimalda “Sadval”çıların
meydana çıxmasına gətirib çıxartı.
Bundan istifadə edən ermənilər ardıcıl olaraq
torpaqlarımızı işğal edirdilər. Belə
ağır dönəmdə xalq üzünü ULU Öndər
Heydər Əliyevə tutub, ondan kömək istədi.
Xalqın tələbi ilə Dahi Öndər Heydər
Əliyev hakimiyyətə gəldi. Ulu Öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın
qurtuluşunda həlledici dönüş baş verdi. Dahi Öndər apardığı müdrik siyasi
gedişlər hesabına ölkədə vətəndaş
müharibəsi təhlükəsinin qarşısı
alındı. Vəziyyəti düzgün qiymətləndirən
Ulu Öndər Heydər Əliyev müdrik strateq kimi real vəziyyətdən
çıxış edərək cəbhədə atəşkəs
rejiminə nail oldu. Məhz bundan sonra ordu
quruculuğuna, hərbi qüdrətin artırılmasına
başlanıldı. Beynəlxalq aləmdə Azərbaycanın
yeri və rolu möhkəmləndi, xalqın sabaha olan
inamı özünə qaytarıldı. Millətimizin
adı və dili, qüdrətimizin və vahidliyimizin əsası
olan islam-türk birliyi bərpa olundu. Bu gün müstəqil
Azərbaycan bütün dünyada demokratik, hüquqi, dünyəvi
dövlət nüfuzu qazanmışdır. Ulu
Öndər Heydər Əliyev zəkasının məhsulu
olan təməl qanunumuz dünyanın ən demokratik, ən
mükəmməl konstitusiyalarından biridir və beynəlxalq
aləmdə Vətənimizə böyük hörmət
qazandırır. Özünün xarici siyasətini bərabərlik
və qarşılıqlı mənafe prinsipləri əsasında
quran Azərbaycan Respublikası dünyanın bütün
dövlətləri üçün açıq ölkəyə
çevrilmişdir. Azərbaycan dünyanın iqtisadi mərkəzinə
çevrilməkdədir.
NİYƏ DÜNYA "ASALA" VƏ
“DAŞNAKSÜTYUNU” TERROR TƏŞKİLATI KİMİ
TANIMIR?
1999-cu ildə ABŞ “PKK”-nı terror təşkilatı
kimi tanısa da, Türkiyənin bu məsələ ilə
bağlı hələ də qərar verməməsi təəccüb
doğurur. Türkiyənin bu məsələlərdə qərarsız
olması obyektiv səbəblərlə əlaqələndirilir.
Səbəblərdən biri kimi ekspertlər onu göstərirlər
ki, beynəlxalq aləmdə terrorizmin vahid tərifi yoxdur.
Bizim üçün terrorçu olan təşkilat, digərləri
üçün milli qəhrəman, xalqının və
dövlətinin xilaskarı kimi təqdim olunur. Terrorizmlə
bağlı 120-yə qədər müxtəlif məzmunlu təriflər
olsa da, vahid, hər kəs tərəfindən qəbul olunan
universal mövqe yoxdur. Misal kimi ABŞ və Qərb ölkələri
Bin Ladeni ən qorxulu terrorçu kimi tanısa da, ərəb
dövlətlərinin xalqları onu milli qəhrəman kimi qəbul
edib, dəyərləndirirdilər. Məhz bu
amili nəzərə alan ABŞ bin Ladeni öldürdükdən
sonra onun fiziki bədənini dənizdə basdırmağa
üstüniük vermişdir. Çünki ABŞ ehtiyat
etmişdir ki, insanlar onun məzarını ziyarətə
çevirməklə ona göz dağı vermiş olarlar.
Eləcə də "Daşnaksütyun" və
"ASALA" terror təşkilatları Ermənistan hakimiyyətinin
maraqlarını ifadə etdiklərindən bu təşkilatlar
onlar üçün qəbul olunandır. Hətta Ermənistanda
"Daşnaksütyun" və "ASALA" terror təşkilatlarının
üzvləri parlamentdə, eləcə də, hakimiyyətdə
təmsil olunurlar. Görünür, Türkiyə də bu
amilləri nəzərə alaraq sözügedən təşkilatları
terrorçu təşkilatlar kimi tanımaqdan çəkinir.
Bugünkü reallıq ondan ibarətdir ki, Türkiyənin
dünyada rolu kifayət qədər möhkəmlənib.
Türkiyənin xirici işlər naziri Əhməd
Davudoğlu bəyan etdi ki, “Ərəb baharı” 20 il əvvəl
olsaydı, Türkiyə bu məsələlərə
qarışmazdı və bunu o ölkələrin daxili
işi kimi dəyərləndirərdi. Amma indi dövr və
zaman dəyişib, Türikiyə bu proseslərin içindədir.
Yəni kənardan müşahidə etmir. O dövlətlərdə
Türkiyənin maraqları cəmləşib və orada
birbaşa iştirak edir. Bu gün Türkiyə iqtisadi
baxımdan Avropada 6-cı dövlətdir. "Böyük
İyirmilik"də 16-cıdır. Hərbi potensialına
görə Türkiyə NATO-da ABŞ-dan sonra ikinci ölkədir.
ABŞ-ın 1,4 milyon, Türkiyənin isə 720 min nəfər
hərbçisi var. Etiraf olunmalıdır ki, ABŞ fövqəldövlətdir.
Onların siyasətində yanaşma ondan ibarətdir ki, bir
regionda maraqlarını həmin regionun lider dövləti
vasitəsi ilə təmin edir. Yaxın və Orta Şərq
ABŞın həyatı maraqlarına daxildir. Bu zonadakı
maraqlarını həyata keçirmək üçün
Türkiyənin potensialından faydalanır. Regionda Türkiyənin
dəstək vermədiyi heç bir layihə və plan
baş tuta bilməz. Bu nöqteyi-nəzərdən ABŞ
Türkiyəyə bu və digər formada təzyiqlər edə
bilir. Bunun üçün kürd və "erməni
soyqırımı" məsələsindən rəsmi
Ankaraya qarşı təzyiq vasitəsi kimi istifadə edir.
Eyni zamanda, ABŞ onun fərqindədir ki, regionda siyasətinin
uğuru Türkiyənin "hə" deməsindən
çox asandır. Xüsusilə də, ABŞ
özünün Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətində
məqsədlərinə nail olmaq üçün Türkiyə
faktorundan son dərəcə asılıdır. Türkiyənin
də bu regionda özəl maraqları var. Ona görə də
hər iki dövlətin bu regionla bağlı maraqları
üst-üstə düşür. Türkiyəyə
qarşı ittiham irəli sürmək olar ki, bu ölkə
dost, qardaş ölkə dediyi Azərbaycamn
torpaqlarının işğaldan azad edilməsi üçün
fövqəl dövlət olan ABŞ-ın
qarşısında niyə tələblə
çıxış etmir. Düzdür, Türkiyə Ermənistanı
işğalçı dövlət olaraq tanıyır.
Türkiyənin Ermənistanla iqtisadi-siyasi əlaqələri
yoxdur. Amma Türkiyənin 1918-ci ildə olduğu kimi,
1990-cı ilin əvvəllərində də Azərbaycan
xalqının yanında olub, ermənilərin Dağlıq
Qarabağda kütləvi insan qətliamlarının
qarşısını ala bilərdi. Bu, baş vermədi.
Əksinə, Türkiyə ABŞ-ın təzyiqi ilə Ermənistanı
buğda və digər ərzaq məhsulları ilə təchiz
etdi. Bunu biz yox, Türkiyənin o zamankı xarici işlər
naziri olmuş Hikmət Çətin "Kanal D"- yə
müsahibəsində bildirib: "Türkiyə prezidenti
Süleyman Dəmirəlin tapşırığına əsasən,
Azərbaycan prezidenti Əbülfəz Elçibəylə əlaqə
saxlayıb, məsələ ilə bağlı onun fikrini
öyrənməyə çalışdım. Elçibəy
ona bu insanlıq məsələsi olduğu üçün
etiraz etmədiklərini söyləyib. Nəticədə,
Avropa Birliyi Ermənistanı taxılla təmin edənə qədər
Türkiyə Ermənistana ilkin olaraq 5 min ton taxil göndərib.”
Yerevanın Ermənistanın paytaxtı olmasında da müəyyən
qədər Türkiyənin günahı var. Çünki
Türkiyə Gümrünü işğal altında
saxlamasaydı, ermənilər Aleksandropolu (Kümrü nəzərdə
tutulur-) özlərinin paytaxtı elan edərdilər. Azərbavcanın
Türkiyəyə müraciət etməsinə baxmayaraq,
Türkiyə buna əhəmiyyət vermədi. "Sever"
müqaviləsində də Türkiyə bilavasitə Azərbaycanın
maraqlarına qarşı çıxıb, öz
maraqlarını açıq şəkildə ölkəmizin
maraqlarından üstün tutub. Bir sözlə, Türkiyə
Azərbaycanın maraqlarını nəzərə
alınmadan Ermənistana qayğı göstərib. Acı da
olsa, bu, Türkiyənin dost-qardaş dediyi Azərbaycana real
münasibəti olub. Bu halda 1921-ci ildə imzalanan “Qars
müqaviləsi” də Türkiyə üçün
kağız parçasına çevrildi. Əslində isə,
“Qars müqaviləsi”nə görə, Türkiyə
Naxçıvanın təhlükəsizliyinə
yardımçı olmalıdır. Müqaviləyə
görə, əgər Naxçıvanın ərazi
bütövlüyünə, suverenliyinə təhlükə
yaranarsa, Türkiyə onun qarşısının
alınması istiqamətində tədbirlər görməlidir.
Ermənistan da bunun fərqindədir. Amma bu, bir həqiqətdir
ki, “Qars müqaviləsi”nin olmasına baxmayaraq,
Naxçıvanın Kərki kəndi ermənilər tərəfindən
işğal olundu, Sədərək intensiv atəşə məruz
qaldı. Lakin Türkiyə susdu. “Qars müqaviləsi”nə
görə isə, Türkiyə adekvat addımlar atmalı
idi. O düzdür ki, Türkiyə cavab tədbirləri
görərdirsə, o zaman Türkiyə Rusiya ilə
baş-başa gələ bilərdi. Bu isə sonu
proqnozlaşdırılmayan müharibəyə gətirib
çıxarardı. Çünki NATO-nun nizamnaməsinin 5-ci
maddəsinə görə, quruma üzv dövlətlər
üzləşdikləri müharibə şəraitində
bir-birini müdafiə etməlidir. Belə vəziyyətdə
NATO dövlətləri Türkiyəyə təh did edərdilər
ki, bir kəndin işğalına görə, Rusiya ilə
konfliktə getməyə ehtiyac yox idi. Qısası,
təzyiqlərdən çəkinən Türkiyə Azərbaycana
dəstək verməkdən bir növ qorxdu. İndinin
özündə də Türkiyə Azərbaycana dost və
qardaş ölkə deməkdən uzağa gedə bilmir.
Çünki hərbi arsenalına görə NATO-da ikinci olan
rəsmi Ankara Ermənistanı məhv etməyə cəhd
göstərərsə, o zaman qurumun digər 27 ölkəsi
də Türkiyə ilə bir sırada olmaq məcburiyyətində
qalacaqdır. Nəticədə, Rusiya müharibəyə
qoşulmalı olacaq. Bu isə regionda yeni qlobal bir müharibə
ocağının yaranmasına gətirib çıxaracaq.
1991-ci ildə SSRİ dağıdıldı və Rusiya varis
olaraq imperiyanın imkanlarına yiyələndi. Bu, elə bir
vaxta təsadüf edirdi ki, Rusiyada xaos və anarxiya, hakimiyyətsizlik
baş alıb gedirdi. Yüksək vəzifəli dövlət
rəsmilərinin hər biri özünü prezident, ali
baş komandan hesab edirdi. Belə vəziyyətdə kim təminat
verə bilərdi ki, Rusiya prezidenti Yeltsin və ya Qorbaçov
kimi generallar hegemonluq iddialarının hələ də
tükənmədiyini nümayiş etdirmək
üçün NATO dövlətlərinə qarşı
atom bombasından istifadə etməsinlər. O vaxt cəmi iki
nəfərin Azərbaycanda Türkiyənin maraqlarını
həyata keçirməyə cəhd göstərdiyi iddia
olunur. Onlardan biri Tansu Çillər, digəri isə Məsud
Yılmaz idi. ABŞ-ın fəal müdaxiləsi ilə
onların hər ikisini siyasətdən sildilər. O zaman
Turqut Özal Azərbaycanın maraqlarından
çıxış edərkən Dağlıq Qarabağ
probleminin həllinə səylər göstərirdi. Amma bu da ona müvəffəq olmadı. Məhz
1993-cü il aprel ayının 15-də Azərbaycana səfərindən
Türkiyəyə dönməsindən iki gün sonra qəflətən
öldü. Bu günə qədər də hər kəs
gözəl bilir ki, onu zəhərləyib
öldürdülər. Əvvəl Azərbaycana kölgə
salmaq istədilər. Bu alınmadıqda isə, zəhər
faktını etiraf etdilər. O zaman Turqut Özal məsələni
kəskin qoymuşdu. O, ABŞ-da təhsil aldığına
görə, rəsmi Vaşinqtonun siyasətini çox gözəl
bilirdi. Turqut Özal Dağlıq Qarabağ probleminin Azərbaycanın
maraqları çərçivəsində həllinə nail
ola biləcəkdi. O zaman Dağlıq Qarabağ tam itirilməmişdir.
Yalnız Şuşa və Laçın işğal
olunmuşdu. Turqut Özal ABŞ qarşısında Azərbaycanın
torpaqlarının işğaldan azad edilməsi məsələsini
qoymuşdur. Burada ABŞ ilə Rusiyanın maraqları
üst-üstə düşdüyündən, Turqut Özal
aradan götürüldü.
Corc Filitmanın “Növbəti 100 il” kitabı
çapdan çıxıb. Həmin kitabda Rusiyanı
dağıtmaqdan ötrü 3 dövlətdən - Polşa,
Yaponiya və Türkiyədən istifadə planı olduğu
qeyd olunub. Yəni ABŞ Türkiyəyə böyük
önəm verir. Bu gün həm Rusiyaya, həm
də ABŞ-a Qarabağ məsələsi lazımdır ki,
onlar Azərbaycanı əldə saxlasın. İndiyə qədər
Qarabağ probleminin həll olunmamasının səbəblərindən
biri də ondan ibarətdir ki, Birləşmiş Ştatlarla
RF dünyanı bölüşdürməklə bağlı
razılığa gələ bilməyiblər. Bütün
bunlar faktdır. Bizim tarixçilərimiz isə bu məsələni
işıqlandırmaqdan qaçırlar.
İ.ƏLİYEV
Səs.-
2021.- 2 sentyabr.- S.8-9.