Siyasi partiyaların həmrəyliyi xalqın birliyi deməkdir

 

 

 

Ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 45-nin rəhbərləri ilə birlikdə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüşün keçirilməsi hakimiyyətin demokratik prinsiplərin inkişafına sadiqliyinin nümunəsidir. Son 18 ildə bu sahədə atılan qətiyyətli addımlar öz bəhrəsini verir. Hələ 2018-ci ildə keçirilən prezident seçkilərində xalqın böyük etimadını qazanmış Prezident İlham Əliyev seçkidən sonra andiçmə mərasimində yaxın vaxtlarda ölkədə siyasi, iqtisadi mədəni sahələrdə əsaslı islahatların aparılacağı anonsunu vermişdi.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

 

Respublikamızda fundamental islahatların əsası ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra qoyulduğunu bildirən Ç.Qənizadə Ümummilli Liderin yarımçıq qalmış işlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Deyib ki, dövlətimizin başçısı bütün sahələr üzrə islahatları davam etdirib, Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarıb. Hüquq müdafiəçisi qeyd edib ki, respublikamızın demokratik prinsiplərin inkişafına xüsusi önəm verdiyini sürətli inkişafını həzm edə bilməyən bəzi dövlətlər, həmçinin qərəzli beynəlxalq təşkilatlar müxtəlif vasitələrlə ölkəmizə təzyiq təhdid göstərsələr , dövlətimizin başçısının siyasi iradəsi bütün bunlara mətinliklə sinə gərdi ölkəmizin tarixi Qələbə qazanmasına nail oldu.

 

Prezident İlham Əliyevin dəfələrlə müxalifət partiyalarını siyasi dialoqa, həmrəyliyə dəvət etdiyini, düşmənlərimizə qarşı birgə mübarizə aparmağa, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında həmrəyliyə çağırdığını xatırladan Ç.Qənizadə vurğulayıb: “Ölkədə siyasi islahatlardan sonra Prezident Administrasiyasında Siyasi partiyalar qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasında da əsas məqsəd siyasi partiyaların keyfiyyətli fəaliyyətini, eyni zamanda, ofislə, həmçinin siyasi qurumların iqtidarla, habelə bir- biri ilə həmrəylini təmin etmək idi. Etiraf edək ki, yarandığı gündən bu şöbənin məqsədyönlü fəaliyyəti artıq öz bəhrəsini verib. “Siyasi partiyalar: Zəfər, yeni reallıq dialoqmövzusunda keçirilən görüşdə səsləndirildiyi kimi, qısa müddət ərzində iqtidarla müxalifət arasında siyasi dialoqun təşkilində, həmçinin siyasi partiyaların həmrəyliyi, dövlət başçısının düşünülmüş siyasi kursunun dəstəklənməsi Prezidentin ətrafında sıx birləşmələri istiqamətində qətiyyətli addımlar atıldı. Bir ildən çoxdur ki, ölkəmizdə hakimiyyətlə siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar qanunvericilik hakimiyyəti ilə şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiya rəhbərləri bu prosesi yüksək qiymətləndirirlər”.

 

Hüquq müdafiəçisinin sözlərinə görə, uğurlu fəaliyyətin nəticəsidir ki, bu müddət ərzində qərargahı olmayan 22 siyasi partiya üçün əlverişli ofislər ayrılıb, vaxtı ötürülmüş qurultaylarının keçirilməsi üçün bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülüb. Həmçinin 25 siyasi partiyanın qurultaylarının keçirilərək nəticələrinin, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması da siyasi partiyaların fəaliyyəti üçün əlverişli şərait yaradıb. Xüsusilə qeyd etmək istərdim ki, ölkədə yaradılmış siyasi dialoq mühiti nəticəsində cəmiyyətdə yeni yanaşma müşahidə olunmaqdadır. Siyasi partiyaların ölkəmizin ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə partiya liderlərinin müstəqil fəaliyyəti, ictimaiyyət nümayəndələri ilə təmasda olmaları üçün müxtəlif mətbuat orqanlarında televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar.

 

Ötən il Ermənistanın ölkəmizə hücumu zamanı dərhal 50 siyasi partiya bəyanat qəbul edərək Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, dövlətimizin başçısının siyasi kursunu dəstəklədiyini bəyan etdi. Həmin bəyanatda qeyd edilirdi: Azərbaycanda fəaliyyət göstərən bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə gördüyü bütün siyasi hərbi tədbirləri yekdilliklə dəstəkləyir onun yanında olduğunu bildirir!”.

 

Hüquq müdafiəçisi deyib ki, bu il martın 17-də siyasi partiya rəhbərlərinin Ağdama təşkil olunmuş səfərinin böyük rəmzi mənası var. Bu səfər hakimiyyətlə siyasi partiyalar arasında həmrəylin növbəti nümunəsi idi. Siyasi əqidəsindən asılı olmayaraq, partiya sədrləri işğaldan azad olunmuş ərazilərimizə səfər edərək həm erməni vandalizminin, həm dövlətimizin başçısının təşəbbüsü ilə reallaşan bərpa-yenidənqurma işlərinin şahidi oldular. Bu səfər respublikamızdakı mövcud milli həmrəyliyin təsdiqinin bir nümunəsi idi.

 

2018–ci ildə keçirilmiş prezident seçkilərindən sonra andiçmə mərasimində sonuncu parlament seçkilərindən sonra Prezident İlham Əliyevin ölkəmizdə siyasi sistemin inkişafı ilə çoxpartiyalı sistemlə bağlı dəyərli fikirlərini xatırladan Ç.Qənizadə bildirib ki, bütün sahələrdə verdiyi vədə sadiqliyini nümayiş etdirən dövlətimizin başçısı bu vədinə layiqincə əməl etdi. Son illər ərzində respublikamızda siyasi dialoqla bağlı çox mühüm işlər görülmüş, bu istiqamətdə zəruri addımlar atılıb.

 

Ç.Qənizadə diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə Azərbaycanın dünya birliyindəki reytinqini daha da yüksəltdi mövqeyini möhkəmləndirdi. “Bu ərəfədə ölkəmizdə heç vaxt mövcud olmamış unikal bir milli həmrəylik birlik sisteminin formalaşmasının şahidi olduq. Hətta bir sıra ölkələr respublikamızı milli həmrəylik sahəsində nümunə kimi göstərirlər. İndi Azərbaycan dünya birliyində müzəffər, qalib ölkə kimi tanınır. Bu şanlı Qələbədə dövlətimizin başçısının siyasi iradəsi, qəhrəman hərbçilərimizin şücaəti ilə yanaşı, milli birlik, həmrəylik mühüm rol oynadı. Daxilində milli birlik həmrəyli olan ölkələr bütün sahələr üzrə sürətli inkişaf tempinə görə, həmişə qabaqcıllar sırasında olurlar. Xalqımızın gələcəyi dövlətimizin rifahı naminə bu birliyi siyasi həmrəyliyi qorumaq bu gün ən vacib şərtlərdən biridir”, - deyə hüquq müdafiəçisi əlavə edib.

 

 Səs.- 2021.- 14 sentyabr.- S.7.