Qazax siyasətçi: 2-ci Qarabağ
müharibəsində ədalət
bərqərar oldu
Muxtar Tinikeyev:
"Ermənilər şəhərə
etdiklərini görməmək
üçün bizi Ağdamdan keçirməkdən
imtina etdilər"
Qazaxıstanlı siyasətçi, Qazaxıstanın 7-ci çağırış
Milli Məclisinin keçmiş deputatı Muxtar Tinikeyevlə “Caliber” analitik mərkəzinə müsahibəsində
90-cı illərin əvvəlində
sülhməramlı missiya
tərkibində bölgəyə
səfərləri zamanı
Qarabağla bağlı
xatirələrini və
regionda mövcud vəziyyətlə bağlı fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim
edirik.
- Muxtar Bəkiroviç,
90 -cı illərin əvvəllərində Qarabağda
sülhməramlı missiyada
iştirak etdiniz. Bu nə idi?
- 1991-ci ildə Rusiya və Qazaxıstan prezidentləri
Boris Yeltsin və Nursultan Nazarbayev Bakıya səfər etdilər və orada Qarabağ
probleminin həllində
birgə iştirak etməyi razılaşdırdılar.
Rusiya, Qazaxıstan və Azərbaycandan olan bir qrup
deputat və sülhməramlılardan ibarət
işçi qrupu yaradıldı. Ölkəmizdən
bura mən, müavin Primkulov, Qazaxıstan Daxili İşlər Nazirliyinin
gələcək naziri
İskakov, jurnalistlər
və başqaları
daxil idi. Rusiya tərəfdən bir deputat və bir neçə general var idi.
1991-ci ilin payızında
bir ay Qarabağda olduq, insanlarla görüşdük, problemlərini
öyrəndik. Sonra bizi götürmək
üçün Bakıdan
bir vertolyot göndərildi. Lakin erməni
tərəfinin nəzarətində
olan ərazinin üzərində uçarkən
vertolyot vuruldu. Nəticədə Azərbaycan hökumətinin
yüksək rütbəli
nümayəndələri, Qazaxıstan Daxili İşlər Nazirliyinin
nazir müavini Serikov da daxil olmaqla 8 general və bir neçə rusiyalı sülhməramlı
öldürüldü. Həmçinin, məni köhnə
Bakının ətrafına
aparan, köhnə qalanı göstərən,
ölkənin tarixindən
çox maraqlı şeylər danışan
SSRİ xalq deputatı
Hüseynov da həmin
vertolyotda öldü.
Bu hadisədən sonra
danışıqlar prosesi
dayandı.
- Ancaq yaddaşım məni aldatmırsa, sonradan münaqişə zonasına baş çəkmisiniz ...
-
1993-cü ildə sülhməramlıların
2-ci qrupu yaradıldı.
Bura daxil idi: O vaxt Qazaxıstan
Ali Soveti Milli Təhlükəsizlik və
Müdafiə Komitəsinin
üzvü olaraq mən, Medetkan Şerimkulov - Qırğızıstan
Ali Şurasının Sədri,
Mixail Slyomnyov - Belarus Respublikası Ali Soveti Millətlərarası Münasibətlər
üzrə Komitəsinin
Sədri, Aslam Nazarov - Tacikistan Respublikası Ali Soveti Qanunvericilik, Qanunçuluq
və İnsan Haqları Komitəsi sədrinin müavini,
Viktor Yermakov - Rusiya Federasiyası Ali Soveti Sədrinin köməkçisi,
Rusiya Federasiyası Xalq deputatı, Mixail Krotov - MDB Dövlətləri Parlamentlərarası
Assambleyası Şurası
katibliyinin rəhbəri.
Bu dövrdə Heydər
Əliyeviç Azərbaycana
təzə qayıtmışdı. Onunla Bakıda görüşdük,
söhbət etdik və o, baş verənlərlə yaxından
tanış olmaq üçün bizə qaçqın düşərgəsinə baş
çəkməyi təklif
etdi.
O çadır şəhərciyini
həqiqətən ziyarət
etdik, insanlarla söhbət etdik, sonra da Dağlıq Qarabağa uçduq.
Xatırlayıram ki, Azərbaycan tərəfi təhlükəsizliyimizi
təmin etmək üçün 3 saat ərzində Ermənistan
tərəfi ilə əlaqə saxlaya bilmədi. Axı o vaxt bütün
Qarabağda döyüşlər
gedirdi. Mən, Krotov və
Yermakov cəbhə xəttini piyada keçdik, təxminən
700 metr məsafəni.
İğğal edilmiş ərazilərə
keçdikdə bizi erməni tərəfi qarşıladı və Stepanakertə (Xankəndi)
apardı.
Maşında gedərkən bizi müşayiət edən
ermənilərdən soruşmağa
başladım ki, niyə Ağdamdan keçmirik? Axı mən 1991-ci ildə
həmin şəhəri
ziyarət etmişəm,
o zaman ora gözəl, çiçək
açan bir diyar idi. Xüsusilə, Ağdamda tez
-tez baş çəkdiyimiz meyvə-tərəvəz
bazarı yadıma düşür. Beləliklə, ermənilər mənə
dedilər ki, yollar minalanıb, ona görə də başqa yol seçilib. Əslində, etdiklərini- dağıntıları
və talan edilmiş evləri heç bir şəkildə göstərmək
istəmədikləri üçün
belə etdilər.
Məncə, əsas səbəb
budur.
Bizi Stepanakertə
gətirdilər və
orada gecələdik. O vaxta qədər Füzuli, Laçın Şuşa,
Ağdam kimi şəhərlər artıq
ermənilər tərəfindən
işğal edilmişdi.
Bilirsiniz,
mən o vaxt düşünürdüm və
indi də inanıram ki, Qarabağ Azərbaycan ərazisidir. Və bunu
dəfələrlə bildirmişəm.
Məsələn, Ermənistan
və Azərbaycan tərəfinin nümayəndələrinin
iştirak etdiyi Qarabağa həsr olunmuş verilişdə dəfələrlə Qarabağın
Azərbaycan ərazisi
olduğunu dedim.
Sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başlayanda
(bu tarixi tam olaraq doğum günüm olduğu üçün daha yaxşı xatırlayıram)
qeyd etdim ki, hərbi əməliyyatlar Azərbaycanın
işğal edilmiş
ərazilərinin azad
edilməsi üçündür.
-
1990-1993-cü illər arasındakı
fərq nə idi?
- Qaçqınlarla görüşlərdə
göz yaşları,
tam gücsüzlük, ağrı
və ümidsizlik gördük. 1991-ci ildə Qarabağda azərbaycanlılar yaşayırdı,
1993 -cü ildə artıq orada azərbaycanlı yox idi. 1991-ci ildə Ağdam, Şuşa,
Laçın Azərbaycan
əraziləri, 1993-cü ildə
isə müharibə
bölgəsi idi. Bu necə ola
bilər? Fikrimcə, orada yerləşdirilən
rus hərbçiləri
Azərbaycana aktiv hərbi əməliyyatlar
aparmağa imkan vermədi.
Bilirsiniz,
müharibə heç
vaxt yaxşı bir şey
gətirməmişdir. 1991-ci ildən
1993 -cü ilə qədər olan dövrlər arasındakı
fərq çox böyük və təəccüblüdür, baxmayaraq
ki, mən orada cəmi 2 il olmamışdım.
Artıq
Qarabağdakı Azərbaycan
ərazisinə asanlıqla
girə bilmədik.
Erməni tərəfi guya
hamısının minalanması
faktına istinad etdi.
Biz dəfələrlə sülh
şəraitində yaşamağı
təklif etmişik, çünki ermənilər
onsuz da Azərbaycan ərazisində yaşayırdılar
və heç kim onları
heç vaxt qovmadı.
Ancaq həqiqətlə
üzləşmək lazımdır. Qarabağ Azərbaycan
ərazisidir- təkcə
ona görə yox ki, azərbaycanlılar
müsəlmandır. Bu,
tarixi bir həqiqətdir.
Azərbaycanlılar bizim qardaş xalqımızdır. Ancaq söhbət təkcə
imandan getmir. Liderlərimiz arasında dostluq
da vacibdir.
- Azərbaycan xalqının
azadlıq müharibəsindəki
qələbəsinə reaksiyanız
necə oldu?
- Mən bir vətəndaş
olaraq deyəcəyəm
ki, ədalət bərqərar olub. Bakıda Şəhidlər Xiyabanını
ziyarət etdim, şəxsən Azərbaycan
xalqının dərdini
gördüm.
30 il keçdi,
amma hamımızın
ağrısı, qanayan
yarası heç yerə getmədi. Heç kim
unudulmur, heç nə yaddan çıxmır. Mən bunu
öz gözlərimlə
görmüşəm, bilirəm,
gürcü-abxaz, əfqan-tacik
qarşıdurmalarında olmuşam,
əlbəttə ki, müharibə qandır, qaçqınlar, anaların
fəryadlarıdır. Millətlərarası məsələlərin incə xəttini anlamayan insanlar bu kədəri, bu partlayışları görmədilər. Bunu görməyən
kimsə başa düşməz.
Qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.
Tərcümə - Elçin Bayramlı
Səs.-
2021.-14 sentyabr.- S.15.