Azərbaycanda yol infrastrukturu müasirləşir
Dövlət başçısının Sərəncamı ilə
iyirmi doqquz min nəfər əhalinin yaşadığı
7 yaşayış məntəqəsini
birləşdirən avtomobil
yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsində
8,0 (səkkiz) milyon manat ayrılıb
Azərbaycan nailiyyətləri ilə dünya birliyində sayılıb-seçilən, təşəbbüsləri
və nəhəng iqtisadi layihələri ilə bütün bəşəriyyətə fayda
verən dövlətlər
sırasındadır. Azərbaycan
Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmiz
iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir.
Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, informasiya
müstəqilliyinin və
təhlükəsizliyinin təmin
edilməsi istiqamətində
böyük nailiyyətlər
əldə edib. Son illərin reallıqları bir daha göstərir ki, ölkəmizdə icra olunan islahatlar,
həyata keçirilən
dövlət proqramları
bütün sahələrdə
uğurların əldə
olunması ilə nəticələnib. Azərbaycan
Prezidenti İlham Əliyevin çıxışlarının
birində vurğuladığı
kimi, "Mən dəfələrlə demişəm,
bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan
vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim
əsas strateji məqsədimiz, hədəfimiz
ölkəmizi daha da gücləndirməkdir,
Azərbaycan dövlətinin
qüdrətini artırmaqdır,
müstəqilliyimizi möhkəmləndirməkdir".
Qarşıya qoyulan vəzifələrin
uğurlu icrası sayəsində respublikamızın
bütün bölgələrinin
siması tamamilə dəyişib, rayonların
ucqar kəndləri belə qazlaşdırılıb,
yaşayış məntəqələri
içməli su ilə təmin olunub və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb.
Bu gün pandemiya şəraitində
yaşadığımız zamanda ölkədə sosial layihələr davamlı olaraq uğurla icra olunur. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə
səfərləri çərçivəsində
bir sıra sosial və iqtisadi xarakterli obyektlər istifadəyə
verilir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq
və göstərişlərinə
əsasən, ölkəmizdə
yolların yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması
istiqamətində çox
mühüm layihələr
icra olunub. Belə ki, avtomobil
yolları şəbəkəsi
yenidən qurulur. Yeni yolötürücüləri,
körpülər, tunellər,
yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı
sərəncamlar ölkədə
yol infrastrukturunun təzələnməsini daha
da sürətləndirir.
Regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin
icra edilməsi, insanların həyat şəraitinin yaxşılaşmasına
birbaşa təsir edən kənd təsərrüfatının inkişafına
gətirib çıxaran
kənd və qəsəbələrarası avtomobil
yollarının tikintisi
istiqamətdə genişmiqyaslı işlər
aparılır. Kəndlərarası
və qəsəbələrarası
avtomobil yolu layihəsi, habelə digər respublika əhəmiyyətli və
magistral avtomobil yollarının layihələrinin
icrası həyata keçirilir. Bu yaxınlarda dövlət
başçısının "Bakı şəhərinin
Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən
qurulması işlərinin
davam etdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında" Sərəncamına
əsasən, Binəqədi
rayonunun M.Ə.Rəsulzadə və Sulutəpə
qəsəbələri ərazisində
avtomobil yollarının
yenidən qurulması
işlərinin davam etdirilməsi məqsədilə
dövlət büdcəsindən
3,7 milyon (üç milyon yeddi yüz
min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı.
Dövlət başçısının
15 sentyabr tarixli "Ucar
rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil
yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında" Sərəncamı
ilə iyirmi doqquz min nəfər
əhalinin yaşadığı
7 yaşayış məntəqəsini
birləşdirən Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil
yolunun tikintisinin davam etdirilməsi məqsədilə "Azərbaycan
Respublikasının 2021-ci il
dövlət büdcəsində
dövlət əsaslı
vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş
vəsaitin 8,0 (səkkiz) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar
ölkədə yol infrastrukturunun təzələnməsini
daha da sürətləndirir.
Bölgələrdə yaşayan
əhalinin gediş-gəlişi
asanlaşır və
yetişdirdikləri məhsulun
mərkəzə daşınmasında
mövcud olan çətinliklər aradan
qalxır. Təbii ki, avtomobil yolları
hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir.
Göründüyü kimi,
ölkə başçısının
tapşırığı ilə son illərdə
yol infrastrukturunun müasir səviyyədə
yenidən qurulması
istiqamətində həyata
keçirilən layihələr
nəticisində yeni yollar çəkilib.
Azərbaycanın hər bir bölgəsi özünün
yeni inkişaf mərhələsini yaşayır.
Ölkəmizdə bölgələrin
sosial-iqtisadi inkişafı
başlıca prioritetlərdən
biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun
olaraq bu istiqamətdə ardıcıl
və məqsədyönlü tədbirlərin həyata keçirilməsi
davamlı xarakter daşıyır. İstər
yeni sosial iaşə obyektlərinin,
istərsə də digər infrastrukturların
tikilməsi və yenilənməsi insanların
sosial rifahının yüksəlişinə xidmət
göstərir.
Zümrüd BAYRAMOVA
Səs.- 2021.- 17 sentyabr.- S.11.