"Azərbaycan artıq regionun söz deyən dövlətidir"
Milli Məclisin
deputatı Əziz Ələkbərlinin SİA-ya
verdiyi müsahibəsini
təqdim edirik:
- Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı hərbiçiləri
ilə birlikdə
"Üç qardaş
– 2021" beynəlxalq hərbi
təlimlər keçirilir.
Bu kimi hərbi
təlimlər regionda
sülhün və təhlükəsizliyin təmin
olunmasında nə dərəcədə əhəmiyyətli
rol oynaya bilər?
- Heç şübhəsiz
ki, bu 3 qardaş dövlətin hərbi sahədə əməkdaşlığı bölgədə sülhün,
əmin-amanlığın təminatçısı kimi
çıxış edir
və edəcək. Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq işinin həyata keçirilməsində bu
qardaş dövlətlərin
ikisi də ilk gündən Azərbaycanın yanında
oldu. Təbii ki, onlarla birlikdə bizi dəstəkləyən bir
çox xarici dövlətlər də oldu. 44 günlük müharibə də sübut etdi ki, bu 3 qardaş
dövlət regionda bundan sonra da
birgə tək hərbi sahədə yox, bütün sahələrdə öz əməkdaşlıqlarını
davam etdirəcəklər.
- Niyə digər
qoşun növlərinin
yox, məhz xüsusi təyinatlıların
hərbi təlimləri
keçirilir?
- 44 günlük Vətən müharibəsi
dövründə xüsusi
təyinatlıların rolu
müstəsna oldu. Yeni hərbi texnikanın istifadəsi ilə yanaşı eyni zamanda 44 günlük müharibə də göstərdi ki, xüsusi təyinatlılar
ən çətin şəraitdə belə
qarşılarına qoyulan
hərbi vəzifəni
çox bacarıqla və ustalıqla həyata keçirirlər.
Çünki xüsusi
təyinatlı qüvvələrin
həm dağ şəraitində, həm
də çətin relyef şəraitində müharibə aparmaq təcrübəsi daha yüksəkdir. Düşünürəm
ki, bundan sonra da ordu
quruculuğu sahəsində
də xüsusi təyinatlıların rolu
müstəsna olacaqdır.
Bu kimi təlimlərin
xüsusi təyinatların
arasında keçirilməsinin
əsas səbəbini
burada görürəm.
- Laçın dəhlizinin yaxınlığında
Azərbaycan-Türkiyə birgə
hərbi təlimləri
keçirildi. Sərhədə
yaxın ərazilərdə
3 dövlətin birgə
şəkildə bu cür hərbi təlimlərin keçirməsi
gələcəkdə mümkündürmü?
- Təbii ki,
mümkündür. Bu
müstəqil Azərbaycan
dövlətinin öz
suveren hüququdur. Dövlət
başçısı cənab
İlham Əliyev çıxışlarında dəfələrlə
bildirir ki, “Azərbaycan özünün
suveren ərazisi çərçivəsindəki bütün fəaliyyətində
müstəqildir və
Azərbaycan xalqının
idarəsi ilə təbii ki, bu təlimlər Azərbaycanın istənilən
yerində keçirilə
bilər. Təbii ki, bizim heç
bir qonşu dövlətin ərazisində
gözümüz yoxdur.
Onların da öz ərazilərində
atdığı hər
hansı bir addıma münasibət bildirmirik". Bildiyimiz kimi Azərbaycan heç vaxt buna bu və
ya digər şəkildə öz münasibətini bildirməyib.
Azərbaycan bildiyimiz kimi artıq regionun söz deyən dövlətidir. Özünün ərazi bütövlüyünü öz
gücü ilə bərpa edən bir dövlətdir. Bundan narahat olan dövlətlər də bilməlidir ki, Azərbaycan artıq 30 il bundan əvvəlki Azərbaycan deyil.
- "Üç qardaş – 2021" beynəlxalq
hərbi təlimlərinin
keçirilməsi ermənilərin
narahatçılıq yaşamasına
səbəb oldu. Bu əslində normal haldır. Bəs, İran niyə bu vəziyyətdən
narahat oldu?
- Əslində 44 günlük müharibə
nəticəsində Azərbaycan
yeni bir tarix yazdı. Bütün Cənubi Qafqazda yeni geosiyasi
reallıqları müəyyənləşdirdi.
Təəssüf ki, bəzi dövlətlər,
bəzi rejimlər onların dövlət rəhbərliyində olan
siyasi xadimləri bunu həzm edə bilmirlər. Bəzi dövlətlər
son 200 il ərzində Cənubi Qafqazdan özlərinin imperialist düşüncələrini,
maraqlarını vaxtaşırı
həyata keçiriblər.
Bunların hamısı
Azərbaycanın suveren
hüquqlarını pozmaqda,
Azərbaycan xalqının
maraqlarını tapdalamaqla
həyata keçirilib.
Birdən-birə bütövlükdə
xarici maraqlar alt-üst olandan sonra bəzi dövlətlər artıq
başa düşür
ki, “o qatar gedib”. Onlar artıq
öz maraqlarını
Cənubi Qafqazda həyata keçirə bilməyəcəklər. Amma
yenə də özlərinin 200 illik düşüncələrindən qurtara bilmirlər. Yəni onlar Azərbaycanın bu iradəsini həzm edə bilmirlər. Artıq yeni siyasi reallıqlar müəyyənləşdirilib. Həmin dövlətlərin
hamısı bu reallıqlarla hesablaşmaq
məcburiyyətindədirlər. Bu gün Azərbaycanın
yaratdığı bu
yeni reallıqlarla hesablaşa bilməyən
dövlətlər gələcəkdə
Azərbaycanla münasibətdə
çox şey itirə bilərlər. İstər Rusiya, istərsə də İran bizim qonşu dövlətimizdir.
Bizim xalqlarımız
iç-içə yaşayıblar.
Biz həmin qonşu dövlətlərlə
əmin-amanlıq, sülh,
qonşuluq şəraitində
yaşamaq tərəfdarıyıq.
Amma təbii ki, bu qarşılıqlı
olmalıdır. Təəssüflər
olsun ki, biz bunu bəzi
məqamlarda görmürük.
- İranla Azərbaycan
qonşu ölkələrdir.
Hər iki dövlət də müsəlman dövlətlərdir.
Bəs niyə İran Ermənistan tərəfə daha meyl edir? Buna
səbəb nədir?
- Bəzi dövlətlərdə
dövlət siyasətini
xalq müəyyən
etmir. Təbii ki, İranda 10 milyona yaxın soydaşımız var. Bəzi rejimlər var ki, onlar
xalqın maraqlarını
əks etdirmirlər. Rejimin öz maraqları var. Təbii ki, biz İrandan daha isti münasibətlər
gözləyirik. İran
dövlətinin Ermənistana
yaxın münasibətini
heç də İranda yaşayan soydaşlarımızın münasibəti
kimi hesab etmirəm. Biz müharibə dövründə
və ondan sonrakı dövrdə də İran liderlərinin, siyasətçilərinin
Ermənistan rəhbərliyinə
isti münasibətini
bu gün də lazımi səviyyədə izah edə bilmirik.
Arzu Qurbanzadə
Səs.-
2021.- 17 sentyabr.- S.12.