İsrailli ekspert: Füzuli beynəlxalq aeroportu yeni Qarabağın bərpasında
çox mühüm mərhələdir, lakin sonuncu mərhələ deyil
“Bu
yaxınlarda Azərbaycana səfərim zamanı Qarabağ
bölgəsində Füzuli beynəlxalq aeroportunun
yaradılması ilə bağlı tikinti işlərinin
şahidi oldum. Füzuli Birinci Qarabağ müharibəsi dövründə
dağıdılmış və məhv edilmiş şəhərlərdən
biri olub. Erməni ordusu işğal illərində
bu ərazidə çox geniş tank tunellərindən və saysız-hesabsız
minalardan başda heç nə qoymayıb”.
NUHÇIXAN İnformasiya
Agentliyi xəbər verir ki, israilli
xanım jurnalist Raxel Avraam bu
sözləri beynəlxalq
münasibətlər sahəsində
tanınmış ekspert,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
İsraildəki nümayəndəliyinin
rəhbəri Arye Qut ilə Amerika-İsrail
nüfuzlu “The Jewish Press” mediaplatforması
üçün müsahibəyə giriş kimi yazır.
Arye Qut
deyib: “Azərbaycan hava yollarına məxsus A340-500 nömrəli
Airbus təyyarəsinin
Bakıdan havaya qalxması və Füzulidə yerə enməsi əlamətdar və tarixi hadisədir.
Azərbaycan KİV-nin məlumatına görə, bu təyyarəyə “Qarabağ”
adı verilib. “Silk Way Airlines”
aviaşirkətinə məxsus
“Boing 747-499” təyyarəsi
də Füzuli beynəlxalq hava limanında yerə enib. Hazırda bu təyyarə Azərbaycanın işğaldan
azad olunmuş və bərpa edilən Qarabağ regionuna müntəzəm
reyslər etməyə
başlayıb.
İsrailli ekspert deyib:
“İşğaldan azad
edilmiş ərazidə
bircə salamat bina, uşaq bağçası və ya məktəb, kitabxana və muzey salamat qalmayıb.
İşğalçı erməni ordusu qarət və vandalizmlə məşğul
olub, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan kimi şəhərləri yer
üzündən silib.
Erməni işğalçıları
28 il ərzində kütləvi vandalizm, ekoloji və mədəni soyqırımı
törədərək Azərbaycanın
bu gözəl regionunu viran qoyublar. Arye Qutun sözlərinə görə, Füzulidəki
aeroportun ətrafındakı
ərazi hələ də ermənilərin basdırdığı mina
və mərmilərlə
doludur.
İsrailli jurnalistlər 1350 kilometrlik azad edilmiş ərazidə işğal, vandalizm mənzərələrini görüblər.
İsrailli ekspert ritorik sual verir:
“Əgər ermənilər
bu əraziləri “özlərininki” adlandırırlarsa,
nəyə görə
bu ərazilər məhz erməni işğalından sonra belə kabus-şəhərlərə
oxşayır?!”
İsrailli ekspert
vurğulayıb: “Füzulidə
aeroportun açılması
yeni Qarabağın bərpasında, bu regionun inkişaf etmiş infrastruktura və iqtisadiyyata malik çiçəklənən
diyara çevrilməsində
çox mühüm mərhələdir, lakin sonuncu mərhələ deyil. Gələcəkdə Füzuli beynəlxalq
aeroportu Qarabağın
mərkəzi nəqliyyat
qovşağına çevriləcək,
Azərbaycanla həmhüdud
dövlətlərlə yanaşı
bir sıra başqa ölkələrdən
sərnişin və yük daşınması
xidmətləri göstərəcək”.
Qutun sözlərinə
görə, Füzuli
beynəlxalq aeroportunda
uzunluğu 3000 metr və eni 60 metr olan uçma-enmə
zolağı salınıb.
Aeroport instrumental minik və naviqasiya
sistemləri, işıqlandırmanın
idarə edilməsi, habelə İKAO-nun bütün tələblərinə
uyğun ilkin və ikinci radiolokasiya sistemləri ilə tam təchiz
olunub. Sahəsi 60 min kvadratmetr olan aeroport istənilən
tipli təyyarələri
qəbul edə biləcək.
Arye Qut
müsahibəsinin sonunda
deyib: “Hava hərəkətinin idarə
edilməsi üçün
avtomatlaşdırılmış sistemlərlə təchiz
olunmuş qüllənin
tikintisi başa çatıb. Bundan əlavə, Füzuli beynəlxalq aeroportunu Şuşa şəhəri
ilə birləşdirən
avtomobil yolu çəkilir
Səs.- 2021.- 18 sentyabr.-S.2.