“Ümumrespublika Xəmsə Festivalı”nın
şimal-qərb regionu
üzrə VI turu keçirilib
Yeni
Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı
ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş
“Ümumrespublika Xəmsə Festivalı”nın növbəti,
VI regional turu sentyabrın 17-də Şəki şəhərində
keçirilib.
“İki sahil” xəbər verir ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində
təşkil olunan regional yarışda Qəbələ, Oğuz,
Şəki, Qax, Zaqatala və Balakən rayonlarını
təmsil edən bitərəf və YAP üzvü olan gənclərdən formalaşan
komandalar iştirak ediblər.
İştirakçılar
əvvəlcə Ümummilli
Liderin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan
abidəsi önünə
gül dəstələri
düzüblər.
Bilik yarışının açılış mərasimində
YAP Şəki şəhər
təşkilatı sədrinin
səlahiyyətlərini icra
edən Həsən Həsənov çıxış
edərək, Prezident
İlham Əliyevin müvafiq Sərəncamı
ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyini diqqətə çatdırıb.
Bildirilib
ki, dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin
880 illik yubileyi ilə əlaqədar ölkəmizdə, eləcə
də onun hüdudlarından kənarda
silsilə tədbirlər
həyata keçirilir.
2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi klassik ədəbi irsimizə verilən yüksək dəyərin bariz nümunəsidir.
YAP Gənclər
Birliyinin sədri Bəxtiyar İslamov çıxışında dahi
Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində elmə,
təhsilə həmişə
böyük dəyər
verildiyini diqqətə
çatdırıb. “Ümumrespublika
Xəmsə Festivalı”nın
gənclər arasında
böyük marağa
səbəb olduğunu bildirib. O, gənclərə milli-mənəvi
dəyərlərimizi aşılamaq
baxımından layihənin
əhəmiyyətini xüsusi
qeyd edib, iştirakçılara bilik
yarışında uğurlar
arzulayıb. Qeyd olunub ki, layihə
çərçivəsində iştirakçı gənclər
həm bölgələrimizə
səfər edir, eyni zamanda, digər
bölgələrdən olan
gəncləri tanımaqla
öz əhatə dairələrini daha da genişləndirirlər.
Belə tədbirlər
gənclərimizin tariximizlə
bağlı bilgilərini
artırmaqla yanaşı,
region gəncləri arasında əlaqələrin
genişlənməsinə də töhfə verir.
Çıxışlardan sonra intellektual yarışmaya
start verilib.
Şimal-qərb bölgəsinin 6 rayonunu təmsil edən bitərəf və YAP üzvləri olan gənclərdən formalaşmış komandaların
iştirakı ilə
keçirilən intellektual
yarışın yekununda
Qəbələ rayonunun
komandası qalib gələrək, “Ümumrespublika
Xəmsə Festivalı”nın
Gəncə şəhərində
keçiriləcək
finalda iştirak etmək hüququ qazanıb.
Səs.-
2021.- 18 sentyabr.- S.3.