Arazın suyu kimi Bakının da səbri daşa
bilər!
Azərbaycanın ictimai-siyasi rəyi əlbəttə ki, İran tərəfini narahat edən bir çox sualları məhz Tehrana ünvanlamaq haqqına malikdir
Söz yox
ki, hər bir ölkə öz ərazilərində
istədiyi qədər
hərbi təlimlər
keçirə bilər
və bu məsələdə kimsə-kimsəyə
irad da tuta
bilməz. Lakin son günlər
İranın müsəlman
(!) qonşusu Azərbaycana
qarşı aqressiv və təhdid ritorikaları yenidən bir sıra məsələlərin
üzə çıxmasına,
əslində isə,
reallıqları dilə
gətrməyə kifayət
qədər zəmin yaradır. Ölkənin
SEPA hərbi birləşmələrinin
nədənsə
44 günlük müharibə
nəticəsində işğaldan
azad edilmiş ərazilərə yaxın
bölgələrdə irimiqyaslı
hərbi təlimlərə
başlaması da bu amili aktuallaşdırmaqdadır.
Belə olan halda isə
Azərbaycanın ictimai-siyasi
rəyi əlbəttə
ki, İran tərəfini narahat edən bir çox
sualları məhz Tehrana ünvanlamaq haqqına malikdir. Çünki Tehranın bu kimi addımları
açıq-aşkar xoşməramlı
hərbi təlimlər
məqsədini güdmədiyini
də ortaya çıxarmaqdadır.
Təkcə bir danılmaz və beton kimi
möhkəm FAKTI qeyd
etsək, deyilənlərin
həqiqətə nə
qədər yaxın olduğunu əminliklə
vurğulaya bilərik.
Belə ki, İran onunla həmsərhəd olan və uzun illər
Ermənistan tərəfindən
işğala məruz
qoyulan Azərbaycan torpaqlarının yaxınlığında
bir dəfə də olsun hərbi
təlimlər keçirməyib,
bir dəfə də!
Tehran öz
sərhədlərində Azərbaycanın
qanuni hakimiyyətini bərpa etməsindən daha çox çəkinir, nəinki işğalçı Ermənistanın
mövcudluğundan...
Demək ki, baş verənlərdən bu cür də nəticə çıxarmaq
olar ki, özünü İran İslam Respublikası adlandıran Tehranın ali hərbi-siyasi-dini isteblişmenti 26 il ermənilər tərəfindən
işğal altında
saxlanılan müsəlman
(!) Azərbaycan torpaqlarının
belə vəziyyətdə
qalmasında maraqıydı. Yeri gəlmişkən, İran bugünə qədər Ermənistanla
sərhəddə də
heç vaxt hərbi təlimlər keçirməyib (?!). Həmçinin
belə çıxır
ki, Tehran öz sərhədlərində
Azərbaycanın qanuni
hakimiyyətini bərpa
etməsindən daha çox çəkinir, nəinki işğalçı Ermənistanın
mövcudluğundan...
Ümumiyyətlə götürdükdə isə,
son zamanlar İranın Azərbaycanla
münasibətlərində kəskinləşdirmə oyununu
oynaması daha çox qabarıq görünməkdədir. Baxın,
yalnız cərəyan
edən son hadisələr fonunda deyil, bütövlükdə
son illərdə İranın media qurumları anti-Azərbaycan
xarakterli ritorikalarla çıxış edirlər,
üstəlik ara-sıra
təhqirlər də
ünvanlayırlar. Yəni
bizim ölkəmiz-Azərbaycan
onların media məkanlarında birmənalı
olaraq neqativ və mənfi tonda təqdim edilməkdədir.
Yalnız maraqlı
cəhətlərdən biri
də budur ki, İranın media məkanı ilə yanaşı, dini xadimləri də sanki Azərbaycanı
təhqir etmək, aşağılamaq, hədəfləmək
üstündə yarış
keçirirlər.
İranın dini liderləri sırasına daxil olan adamların baxışları digər
xristian və göründüyü kimi,
Azərbaycana qarşı
səmimi olmayan siyasi dairələrə malik ölkələrin fikirləri ilə üst-üstə düşür
Bugünlərdə Ərdəbilin baş mollası Seyid Həsən Amilinin yenidən Bakıya qarşı həddini aşması, “şirin quyruğunu tapdalamamaq” kimi sərsəm, hədyan fikirlər səsləndirməsi bizləri
hiddətləndirməyə bilməzdi. Xatırlatmaq yerinə düşərdi
ki, bu şəxs
ilk dəfə deyil Azərbaycana qarşı ağzına və ağlına gələni ifadə edir. Bəli, o açıq-aşkar xristian və işğalçı Ermənistanın
maraqlarından çıxış
edir. Özü də nə qədər ilginc görünsə də, bu gün İranın
dini liderləri sırasına daxil olan adamların baxışları digər
xristian və göründüyü kimi,
Azərbaycana qarşı
səmimi olmayan siyasi dairələrə malik ölkələrin fikirləri ilə üst-üstə düşür.
Misal üçün,
ABŞ-ın, Fransanın
və s...
Lakin məsələ ondadır ki, müstəqil, inkişaf edən, güclənən
və hərbi uğurları ilə dünyaya səs salan Azərbaycan İranın göz qarasına ağ gətirir və bu proses də
indinin deyil, uzun illərin - ötən əsrin
90-cı illərindən başlayan
prosesidir. Təkcə dünyanın
aparıcı neft şirkətləri və
korporasiyaları ilə
“Əsrin müqaviləsi”
sazişi bağlananda
aydın oldu ki, Azərbaycan həm Qərblə, həm də Şərqlə açıq
siyasi əməkdaşlıq
yolunu tutmaq qərarını verib. İranın ali dini və siyasi
rəhbərliyi biləndə ki, Bakı
heç də onlardan asılı vəziyyətdə qalmayacaq
qonşuluq prinsiplərindən
kənar dayanacaq, onların istədikləri
siyasətə doğru
istiqamət almayacaq, bax ondan başlayaraq
Tehranın mövcud yanaşma tərsi yaranmağa başladı.
Axı bundan
sonra İranın, hətta ali siyasi dairələrində
oturan narkoticarətçilərinin
qızıl teştlərinə
kirli pullar axmayacaq, işğal olunmuş ərazilərimizdən
göndərilən narkotiklər
qeyri-qanuni yollarla üçüncü ölkələrə
ötürülməyəcək
Bu gün
Azərbaycanın Vətən
müharibəsində zəfər
qazanması isə İranın az qala öz qəzəbində,
kin-küdurətində boğulmasına
səbəb oldu. Bunun da səbəbləri
var. Məsələ həm də ondadır ki, İran 26 il işğal olunmuş ərazilərimizdən narkotrafik
kimi istifadə edirdi. Azərbaycan dövlət sərhədlərini
bərpa etməsi ilə bu trafiki
əbədiyən bağladı.
Axı bundan sonra İranın hətta ali siyasi dairələrində
oturan narkoticarətçilərinin
qızıl teştlərinə
kirli pullar axmayacaq, işğal olunmuş ərazilərimizdən
göndərilən narkotiklər
qeyri-qanuni yollarla
üçüncü ölkələrə
ötürülməyəcək. Çünki o torpaqlar Azərbaycanın nəzarətindədir.
Reallığa qalanda bu gün istər
Rusiya, istərsə də Avropa ölkələri daim Azərbaycana minnətdar olmalıdırlar ki, onlara sızdırılan ağ ölümün qarşısını alıb.
Bundan başqa,
Gorus-Qafan yolunun bağlanması və Azərbaycan tərəfinin
iranlı sürücülərə
haqlı olaraq vergi ödəmək tələbini irəli sürməsi də Tehranı qıcıqlandırır.
Halbuki, bu tələblər də qanunidir və heç bir narahatlığa da əsas verə bilməz. Yəni bu adi bir
praktikadır və azərbaycanlı yük maşını sürücüləri
də İranın ərazisindən keçərkən
vergi və s. tələb olunan ödəmələri həyata
keçirir.
Məsələ nədir, niyə acığından qıvrılıb-açılır?
Sonda isə daha bir xatırlatmanı da etmək yerinə
düşərdi – bu
gün İran Azərbaycanın Türkiyə,
Pakistan kimi müsəlman ölkələri
ilə hərbi əməkdaşlıqlar çərçivəsində
hərbi təlimlər
keçirir və Tehranın bu məsələdə nəyə
görə var-gəl
etməsi də elə onun tərəfindən
aydınlaşdırılmalıdır. Hər halda, əgər İranın mövqeyi xristian ölkələri ilə üst-üstə düşürsə, onun
müsəlman ölkələrinin
birgə əməkdaşlığı
məsələsindəki hay-həşiri
suallar doğurur, məsələ nədir,
niyə acığından
qıvrılıb-açılır?
Əgər mövzu
İsraildirsə, bu məsələdə də
Tehranın Bakıya hər hansı mənfi tondlarla “əzələ nümayişi”
göstərməsinə ehtiyac
yoxdur. Bakı İsraillə əməkdaşlıq
edirsə, bu onun müstəqil qərarı və siyasətidir. Çünki
Tehrandan fərqli olaraq İsrail 44 günlük Qarabağ müharibəsində haqq
olan tərəfdə
dayandı, Azərbaycanı
dəstəklədi. İslamda
isə Allahın adlarından biri də Həqqdir – yəni haqq! İran bu haqqı
tapdalayaraq haqsızın yanında dayanıbsa, 30 ilə yaxın dövr ərzində Ermənistanın ciyərlərinə
nəfəs borusu rolunu oynayıbsa, ümumiyyətlə, İrəvanın
işğalçılıq siyasətinin uzadılmasına
istər dolayısı
ilə, istərsə
də birbaşa dəstək göstəribsə,
bu zaman sussun, sussun və Bakının səbrini daşırmasın,
Arazın suyu kimi Bakının da səbri daşa
bilər!
Rövşən RƏSULOV
Səs.-
2021.- 24 sentyabr.- S.10