Dövlət Sərhəd
Xidmətində Anım
Günü qeyd edilib
Sentyabr ayının 27-də Dövlət Sərhəd
Xidmətində (DSX) müqəddəs
torpaqlarımızın düşmən
tapdağından azad olunması uğrunda Vətən müharibəsində
qəhrəmancasına döyüşmüş,
üçrəngli zəfər
bayrağımızı azad
edilən torpaqlarda dalğalandırmış,
ölkəmizin ərazi
bütövlüyü yolunda
canlarını fəda
etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə
əbədi ehtiramın
ifadəsi olan Anım Günü münasibətilə tədbir
keçirilmişdir.
DSX-dən Trend-ə bildirilib ki, dövlət himninin səsləndirilməsi
ilə başlayan tədbirdə Azərbaycan
Respublikasında Anım
Gününün təsis
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
şəxsi heyətə
çatdırılmışdır.
Saat 12:00-da Vətən
Müharibəsində həlak
olmuş şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Dövlət Sərhəd Xidmətinin
rəisi general-polkovnik
Elçin Quliyev çıxış edərək
tariximizin ən böyük sərkərdəsi,
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında
“DƏMİR YUMRUQ” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi
bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan
Respublikasının Ermənistan
üzərində parlaq
qələbəsi ilə
başa çatdığını,
Tarixi Zəfərimizin
təmin edildiyini vurğulamışdır.
Vətən müharibəsi zamanı
Dövlət Sərhəd
Xidmətinin qarşısında
Müzəffər Ali
Baş Komandanımız
tərəfindən qoyulmuş
döyüş tapşırıqlarının
uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq
və şücaət
göstərmələri qeyd
olunmuşdur.
Torpaqlarımızın azad edilməsi
uğrunda haqq savaşında Silahlı Qüvvələrimizin, o cümlədən
Dövlət Sərhəd
Xidmətinin heyəti
arasında şəhadət
zirvəsinə ucalan,
yaralananların olması
qeyd edilmiş, bizlərə qələbə
sevincini yaşatmış
şəhidlərimizin fədakarlığının
yaddaşlardan heç bir
zaman silinməyəcəyi,
axıtdıqları qanları
ilə müqəddəs
torpaqlarımızı Vətənə
qovuşduran qəhrəmanlarımızın
əziz xatirələrinin
hər zaman rəhmətlə və ehtiramla yad ediləcəyi,
onların gələcək
nəsillərə qoyduğu
qəhrəmanlıq
mirasını qədirbilən
xalqımızın daima
uca tutacağı vurğulanmışdır.
Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin
və qazilərin sosial müdafiəsinin dövlət siyasətinin
əsas istiqamətlərindən
olduğu bildirilmiş,
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları
ilə Anım və Zəfər günlərinin, xüsusi
orden, medal və fəxri adların təsis edildiyi qeyd edilmişdir.
Vətən Müharibəsində işğalçı düşmən
qüvvələrinə qarşı
fədakarlıqla döyüşən
sərhədçilərin bu gündə səngərdə və sərhəddə böyük
əzmlə xidmət
apardıqları, ərazi
bütövlüyü bərpa
edilmiş ölkəmizin
bütün hüdudları boyunca dövlət sərhədlərinin
toxunulmazlığının qətiyyətlə təmin
olunacağı, milli maraqlarımızın ən
yüksək səviyyədə
müdafiə ediləcəyi
ifadə olunmuşdur.
Tədbirin sonunda
Dövlət Sərhəd
Xidmətinin şəxsi
heyəti Vətən
Müharibəsinə həsr
olunmuş “44 gün
44 an” sənədli filmini izləmişdir.
Səs.- 2021.- 28 sentyabr.- S.13.