Gəncə şəhərində
“Ümumrespublika Xəmsə
Festivalı”nın IX regional
turu baş tutub
Yeni
Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı
ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində
"Ümumrespublika Xəmsə Festivalı"nın IX mərhələsi
keçirilib.
Yeni Azərbaycan
Partiyasının mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə layihə
iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə
gül dəstələri
düzüblər.
Daha sonra
canlarını Azərbaycanın
ərazi bütövlüyü
uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Gəncə Şəhər təşkilatı
sədrinin səlahiyyətlərini
icra edən, Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin
"Nizami Gəncəvi
İli" elan edilməsinin önəminə
toxunub. Bildirib ki, bu müdrik
addım gənc nəslin öz tarixi köklərinə bağlı şəkildə
yetişməsinə müstəsna
töhfələr verir.
Bu istiqamətdə müxtəlif
tədbirlər keçirilir
ki, onların da böyük əksəriyyətində gənclər
yaxından iştirak edirlər və beləliklə gənc nəslə Azərbaycan xalqının milli dəyərləri aşılanır.
"Ümumrespublika Xəmsə
Festivalı"nın həm
IX regional həm də
final turunun Gəncə şəhərində
keçirilməsinin bölgədən
olan gənclər üçün əlamətdar
hadisə olduğunu diqqətə çatdıran
N.Həmzəyev bu təşəbbüsün gənclərin
biliklərinin əyani
şəkildə möhkəmlənməsində
önəmli rol oynayacağını ifadə
edib.
Çıxış edən YAP Gənclər
Birliyinin sədri Bəxtiyar İslamov məlumat verib ki, "Ümumrespublika Xəmsə Festivalı"nın
Respublikanın bütün
bölgələrini əhatə
etməklə artıq
IX regional turu keçirilir ki, bu mərhələdən
sonra həmin turlarda qalib gəlmiş komandalar final mərhələsində birincilik
uğrunda mübarizə
aparacaqlar . Ümumilikdə
420 nəfər gənci
əhatə edən layihə ölkəmizin müxtəlif bölgələrində
intellektual potensiala malik olan gənclərin
üzə çıxarılmasında
önəmli əhəmiyyətə
malikdir. YAP Gənclər
Birliyi tərəfindən
keçirilən layihələrin
gənclər üçün
faydalı olmasına xüsusi diqqət yetirildiyini bildirən B.İslamov festivalın Gəncə şəhərini
əhatə etməsinin
də məhz simvolik əhəmiyyət
daşıdığını qeyd edib.
Gədəbəy, Naftalan, Qazax,
Ağstafa, Kəlbəcər,
Tovuz, Daşkəsən,
Göygöl, Şəmkir,
Samux və Gəncə bölgələrini
təmsil edən YAP üzvlərindən və
bitərəf gənclərdən
formalaşmış komandaların
iştirakı ilə
keçirilən IX regional
turun nəticəsində “Gəncə”
və “Qazax” komandaları final mərhələsinə vəsiqə
qazanıb.
Səs.- 2021.- 29 sentyabr.- S.9.
.