Şəhid leytenantın
anım mərasimi keçirilib
Bu gün
Vətən müharibəsində
qəhrəmancasına döyüşərək
şəhid olmuş leytenant Zaur Vaqif oğlu Hüseynovun birinci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimi şəhidin anadan olduğu Hişkədərə
kəndində baş
tutub.
Zaur Hüseynov
24 iyun 1995 — ci ildə Masallı rayonunun Hişkədərə
kəndində anadan olmuşdur.
Kənd tam
orta məktəbinin
9-cu sinfini, C.Naxçıvanski
adına hərbi liseyini bitirmişdir.
İki il
əvvəl Hərbi Akademiyanı bitirib “N” saylı hərbi hissədə xidmətə
başlamışdı.
Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın
Füzuli, Cəbrayıl,
Tərtər, Ağdərə
istiqamətlərində Azərbaycan
ordusunun mövqelərinə,
kəndlərimizə iriçaplı
silahlardan, ağır
artilleriyadan istifadə
edərək, genişmiqyaslı
təxribatlara yol açmışlar. Azərbaycan
silahlı qüvvələri
təxribatın qarşısını
almaq üçün
əks-hücumla düşmənə
ağır zərbələr
endirmişlər.
İgid zabitimiz
idarə etdiyi BMP-si ilə düşmənin
bir neçə müdafiə istehkamını
məhv etmişdir.
2020-ci il sentyabrın 27-də, Füzuli
istiqamətində gedən
şiddətli döyüşlərin
birində, Azərbaycan
Silahlı Qüvvələri
tərəfindən ermənistan
işğalı altında
olan ərazilərin azad edilməsi üçün başlanan
müharibədə, elə
sentyabrın 27-də qəhrəmancasına
şəhid olmuşdur.
Sentyabrın 28-də şəhid Zaur Hüseynovun nəşi doğma kəndində torpağa tapşırılmışdır.
Ailəli idi.
Bir qız uşağı yadigar qaldı...
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş qapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Masallı rayonunun Hişkədərə kəndindən
olan Vətən müharibəsinin şəhidi
leytenant Hüseynov Zaur Vaqif oğlu
ölümündən sonra
"Vətən uğrunda",
"Döyüşdə fərqlənməyə
görə" və
"Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilmişdir.
Qeyd edək ki, anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin
Məmmədov və aparatı, hüquq-mühafizə
orqanlarının rəhbərləri,cMilli
Məclisin deputatları
Məşhur Məmmədov
və Anar İsgəndərov, şəhid
ailələri, qazilər,
müəssisə və
təşkilatlar və
s. iştirak ediblər.
Anım mərasimində
44 günlük Vətən
müharibəsində və
Birinci Qarabağ müharibəsində Azərbaycanın
ərazi bütövlüyü
uğrunda canından keçmiş şəhidlərin
ruhuna dualar oxunub, onlara Allahdan rəhmət dilənib.
Mərasində ermənilərin Azərbaycan
xalqına qarşı
törətdikləri vəhşilikdən,
44 gün ərzində
Ali Baş Komandanın və Müzəffər Azərbaycan
ordusunun əldə etdiyi qələbədən
danışılıb. Bildirilib ki,
Ermənistanın Azərbaycana
qarşı 2020-ci il sentyabrın 27-dən başlayan
növbəti hərbi
təcavüzünə cavab
olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların
azad edilməsi məqsədilə Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.
Mərasimin axırında
Hişkədərə kənd
qəbiristanında uyuyan
şəhid Z. Hüseynovun
məzarı ziarət
olunub.
Səs.-
2021.-29 sentyabr.- S.12.