"Səs" qəzeti tarixi özündə yaşadan
qəzetdir
1991-ci il yanvarın
11-də ilk nəşrinə
başlayan "Səs"
qəzeti bu gün şərəflə
və qürurla özünün 30 illik yubuleyini qeyd edir. "Səs" qəzeti müstəqil Azərbaycan mətbuatında
öz yeri və xüsusi nüfuzu olan mətbu orqandır. Qəzet Azərbaycan müstəqilliyini
əldə edən zaman ölkəmizdə mövcud olan çətin və ağır dönəmdə
milli maraqları hər şeydən üstün tutan geniş oxucu təbəqəsinin tribunası
olub. 1992-ci il oktyabrın 16-da ölkənin
91 ziyalısının Dahi
Öndər Heydər
Əliyevə müraciəti və oktyabrın 24-də Ulu Öndərin həmin müraciətə cavabı
da məhz "Səs” qəzetində dərc olunub. Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül
tapmasında və formalaşmasında "Səs"
qəzeti informasiya bazası rolunu oynayıb. Qəzet YAP-ın bəyanatlarını,
yığıncaqlarını, tədbirlərini öz səhifələrində geniş
işıqlandırıb və
Ümummilli Liderimizin Naxçıvandakı fəaliyyətini
ölkə ictimaiyyətinə
çatdırıb. "Səs"
qəzeti Ulu Öndərin müsahibələrini,
ölkə parlamentindəki
çıxışlarını və xarici mətbuata verdiyi müsahibələri tərcümə
edərək cəmiyyətə
təqdim edib.
Bu baxımdan
Ümummilli Lider Heydər Əliyev xalqımızın çağırışı
ilə ikinci dəfə hakimiyyətə
gəlişindən sonra
"Səs” qəzetininin
fəaliyyətini yüksək
qiymətləndirmiş və
qəzetin Onun üçün ən əziz qəzet olduğunu bildirib. Qeyd edib ki,
"Səs” qəzeti
tarixə düşmüş
bir qəzetdir:
""Səs” qəzeti
mənim üçün
çox əziz qəzetdir. 1990-cı ilin fevral ayında Azərbaycanda kommunist hakimiyyəti dövründə
mən Ali Sovetdə çıxış
edəndən sonra çıxışım xatirinizdədir.
O vaxt mənim çıxışımı hörmətdən salmağa
çalışdılar, onu
dərc etmək istəmədilər. Amma mənə lazım idi ki, o dərc
olunsun. Çıxışım
"Səs” qəzetində
dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim
bir neçə tədbirlərimiz barədə
yazıları "Səs”
qəzetində dərc
edə bildik. Nəhayət, "Səs”
qəzeti "91-lər”in müraciətini
dərc edib. Ona görə "Səs” qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm
ki, son vaxtlar
özünün xüsusiyyətini
itirmədən modernləşir,
yaxşılaşır. Arzu
edirəm ki, daha da modernləşsin
və yaxşılaşsın".
Bu gün
Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu
siyasəti ölkə
Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ölkəmizdə
söz və mətbuat azadlığına,
kütləvi informasiya
vasitələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsinə
yüksək səviyyədə
diqqət və qayğı göstərilir.
Azərbaycan Prezident İlham
Əliyevin 2008-ci il 31
iyul tarixli Sərəncamı ilə
“Azərbaycan Respublikasında
kütləvi informasiya
vasitələrinin inkişafına
dövlət dəstəyi
Konsepsiyası”nın təsdiq
edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan
Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun
yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın
maddi-texniki bazasını
möhkəmləndirmək, jurnalist peşəkarlığını
artırmaq, jurnalistlərin
sosial vəziyyətini
yaxşılaşdırmaq məqsədilə atılan
mühüm addımlardandır.
Milli mətbuatımızın yubileylərinin
ölkədə geniş
qeyd olunması,
KİV-lərə birdəfəlik
maddi yardımların
göstərilməsi, mətbuat
işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi
tədbirləri, həmçinin
milli mətbuatın inkişafındakı xidmətlərinə
görə jurnalistlərin
fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar
da mətbuata göstərilən qayğının
tərkib hissələridir.
Tarixi qəzet olan "Səs" qəzetinin əməkdaşları mətbuata
göstərilən dövlət
qayğısının nəticəsi
olaraq dəfələrələ
Prezident İlham Əliyevin sərəncamı
ilə orden və medallarla, dövlət mükafatları
ilə təltif olunublar. Əminəm ki, "Səs" qəzeti bundan sonra daha da
inkişaf edəcək,
modernləşəcək, Prezidentimiz İlham Əliyevin apardığı
müdirik siyasəti təbliğ və təqdim etməklə, Ulu Öndərin əziz qəzeti olduğunu əməli fəaliyyəti ilə bir daha nümayiş
etdiriəcək.
"Səs" qəzetinin 30 illik yubuleyi münasibətilə
başda qəzetin Baş redakrtoru Bəhruz Quliyev olmaqla qəzetin əməkdaşlarını təbrik
edir, can sağlığı, yaradıcılıq
uğurları arzulayıram.
Məhəbbət İbrahimova
Səs.- 2021.- 12 yanvar.- S.12