Bizə həkim lazımdır

 

FELYETON

 

İndi deyəcəksiniz ki, bizim haramız xəstədir ki, həkim lazım ola? Lap tutalım ki, xəstəyik, sənə var, özümüz bilərik. Həkimə gedərik özümüz bilərik, getmərik . Müalicə olunarıq da özümüz bilərik, olmarıq da. Kim deyir ki, axı biz həkimə getmirik. Bir yerimiz ağrıyan kimi dərhal üz tuturuq həkimə. İndi XII-XV əsr deyil ki, evlərdə həkimsizlikdən ölüb, məhv olaq. Gedirik, sağ olsunlar, bir vərəq dərman yazırlar, gətirib edirik. İki-üç günə yaxşılaşırıq. Bir 10-15 gündən sonra əhvalımız yenidən xarablaşır. Yenə gedirik, yenə yazırlar, yenə müalicə olunuruq, yenə yaxşılaşırıq. Ta bundan artıq olmalıdır ki?

Həkimdən, xəstədən söz düşmüşkən, qonşumuzda Məmmədəli kişi var. Bu yaxınlarda yaman azarlamışdı. Oğlu da buralarda deyil, xaricdə təhsil alır. Bu kişi çox xəstəxanaya getdi, gəldi. Amma düzəlmədi ki, düzəlmədi. Dedik, ay Məmmədəli əmi, bir yaxşı həkimə görsən . Gülümsəyib dedi ki, ay bala, həkimin yaxşısı, pisi var məgər? Həkim elə həkimdir . Dedik yox, ay Məmmədəli əmi, elə deyil, əlbəttə həkimin yaxşısı da var, pisi . Nəinki həkimin, müəllimin, mühəndisin, fəhlənin , xülasə, bütün peşə, sənət sahiblərinin yaxşısı da var, pisi . Məsələn, həkim var ki, gedirsən, gəlirsən, gedirsən, gəlirən, axırda da ölürsən. Həkim var ki, 2-3 dəfə müalicəsini alırsan, əvvəlkindən gümrah adam olursan. Müəllim var ki, elm öyrədir, öyrənib adam olursan, müəllim var ki, heç özü bir şey bilir ki, sənə isə öyrətsin. Mühəndis var ki, işi işdi, mühəndis var ki, gördüyü uçur camaatın başına, əcəlini gətirir. Fəhlə ey hələ. Fəhlə var ki, abad edir, fəhlə var ki, abadı bərbad edir.

isə. Məmmədəli əmiyə çox dedik, lakin o, az eşitdi. Vəziyyəti gündən-günə pisləşməyə başladı. Axır ki, oğlu gəlib özünü yetirdi, atasını götürüb özü ilə xaricə apardı. Vallah orada etdilər, etmədilər, kişi qayıtdı, özü buz baltası kimi.

Deyəsən yenə mətləbdənkənar söhbətlərə qızışıb əsl mətləbi unuduram. Keçim mətləbə. Əslində səhərdən bəri danışdıqlarımın deyəcəklərimə heç dəxli yoxdur, söhbət açıldı, dedim. Amma vallah, gerçəkdən bizə həkim lazımdır, yaxşı bir həkim. Tək xəstəmizə yox, uşaqlı-böyüklü, ağsaqqallı-ağbirçəkli, hamımıza həkim lazımdır. üçün?”,- deyirsiniz. Vallah, deməyin, lazımdır. Bir yaxşı həkim lazımdır ki, deyə ki, ay cammaat, xəstələnib mənim yanıma gəlməzdən, hələ bir məni bəyənib-bəyənməzdən əvvəl baxın, görün yeyirsiniz, içirsiniz? Necə qidalanırsınız, ilə qidalanırsınız?

Sözə bax, heç danışılmalıdır? Camaat yemir ki? Yerli məhsullar qalsın bir kənarda. Geni dəyişilib xarab olmaq bilməyən, par-par parıldayan kortofu, pomidoru, xiyarı yoxdu, düyüsü, noxudu yoxdu, toyuğu, əti, yoxdu bazarlarımızda? Biz ki, şükür Allaha, nəyə simic olsaq da, yeməyimizə-içməyimizə pul xərcləməkdə əliaçığıq. Gedirik bazara, marketlərə, harada parıldayan, “gözəlgörünən ərzaq, meyvə-tərəvəz var, onu alırıq. Bir az balacasını, yaraşıqsızını bəyənmirik ki, bəyənmirik. Deyirik ki, niyə biz yaxşısını, bahalısını yeməyik ki? üçün yaşayırıq ki, bu dünyada? Səhərdən axşamadək çalışırıq ki, ucuz məhsul alıb yeyək? Alıb doldururuq çantalarımızı, gətirib yığırıb soyuducuya. Biz niyə yemirik ki, bu həkimlər bizə qida məsləhəti verələr?

Hələ şəhərlini qoyuram bir kənara ey. İndi kəndlərimizdə ağacının altına tökülən meyvəni kəndli yığıb doğrayıb verir mal-heyvana. Özü üçün gedib bazarlarda o parıldayan alma-armuddan, şaftalıdan, ərikdən alır. Bəzən düşünür ki, əşi ta əziyyət çəkib kartof, soğan, tərəvəz əkincə, payız dananı satıb qış tədarükünü edib yığaram başımın altına, yaza çıxaram. Nəyi pisdir ki? Biz özümüzü, görürsünüzmü, necə qoruyuruq, necə qədrimizi bilirik. Bizə həkim, filan lazım deyil. Biz yediyimizi , içdiyimizi yaxşı bilirik.

Vallah, mən qaldım deyəsən həkimlə bu camaatın arasında. Lakin bunların qalmaqalında arada ölsəm də, yenə deyəcəyəm: bizə həkim lazımdır. Ay qardaş, ay bacı, bilirəm hələlik bir yeriniz xəstə deyil, aydındır, öldürməyin məni. Amma vallah bizim hamımızın şüuru xəstədir. Elə həkim də buna görə lazımdır ki, ən birinci şüurumuzu müalicə etsin. Sonra bəlkə...

 

Mətanət Məmmədova

 

Səs.- 2022.- 5 aprel.- S.14.