Erməni faşist ideologiyası: əməli
izlər tarixi sənədlərdə
Mi-24 helikopterinin
vurulmasından 30 il ötür
Dövrümüzün ən təhlükəli təzahürlərindən
olan terrorizmin acı nəticələrini hələ də
yaşamaqdayıq. Terror aktları insan təlafatları ilə
nəticələnir və güclü psixoloji gərginliklər
yaşanılır. Real həyatda terror aktlarından daha
çox günahsız kütlə, dövlət adamları
ziyan çəkir və müasir dünyanın
toqquşduğu əsas və təhlükəli problemlərdən
olan terrorizm daha çox siyasi, etnik, dini və s. zəminində
yaranır. Bu siyasi, iqtisadi və mənəvi
ziyanla nəticələnir və hər bir dövlət, hər
bir insan bunun qurbanına çevrilə bilər. Azərbaycan da zaman-zaman ermənilər tərəfindən
terror aktları törədilmiş terror aktlarının
acı nəticələrini yaşayıb.
Vurğulamaq yerinə düşər ki, təcavüzkar
erməni millətçiləri tərəfindən
xalqımıza qarşı iki yüz ilə yaxın bir
dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi
azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici
havadarlarının köməyi ilə həmin yerlərdə
Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı
reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi,
ideoloji və təşkilati xarakterli tədbirlər həyata
keçirilib. Azərbaycanlılar tədricən
doğma torpaqlarından qovulub, onların ərazilərində
başqa ölkələrdən
köçürülmüş ermənilər məskunlaşdırılıb.
Azərbaycanlılara
qarşı yeridilən soyqırımı siyasətinin tarixi
əsrləri əhatə edir və hadisələri
ardıcılıqla izləsək, görərik ki, ötən
əsrin əvvəllərində - 1905-1906 illərdə
İrəvan və Gəncə quberniyalarının 200,
Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı
kəndini ermənilər talan ediblər. Hadisələrin
davamı olaraq 1918-ci ilin mart ayında soyqırımı
törədiblər. 30 martdan 4 aprel tarixinə
qədər ermənilərin törətdikləri cinayətlər
nəticəsində minlərlə dinc azərbaycanlı milli
mənsubiyyətinə görə məhv edilib. Ermənilər
evlərə od vurub, insanları diri-diri
yandırıblar. İnsanlığa
sığmayan bir vəhşilik törədiblər. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları,
məscid və digər abidələri də dağıdaraq,
Bakının böyük bir hissəsini xarabalığa
çeviriblər. Azərbaycanlıların
soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında,
Qarabağda, Zəngəzurda, Lənkəranda və Azərbaycanın
başqa bölgələrində xüsusi qəddarlıqla həyata
keçirilib. Onu da qeyd edək ki, erməni
vandallığının nəticəsində
azyaşlılar və silahsız qadınlar xüsusi qəddarlıqla
qətlə yetirilib. Ermənilər
Şamaxı qəzasında 1653-ü qadın və 965-i
uşaq olmaqla ümumilikdə 7000-dən çox insanı
soyqırıma məruz qoyublar. Şamaxıda 58, Quba ərazisində
122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda
115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan
olunub. Nuru Paşanın rəhbərlik etdiyi
Qafqaz İslam Ordusu köməyə gəlməsəydi, bu
qırğının miqyası daha dəhşətli
olardı. Daşnak quldur dəstələrinə
qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək
türk həlak olmuşdur. 1988-ci ildən
başlayaraq erməni millətçiləri azərbaycanlıları
Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan
ayırmağa başladılar. Qukarkda
baş verən qanlı hadisələr nəticəsində
70 nəfər öldürülür, onların 21-i qadın
6-sı uşaq olur. Vardenis rayonunda isə
40 nəfər öldürülür. Soydaşlarımız
- 250 min azərbaycanlı öz ev-eşiyindən, tarixi
torpaqlarından qovulur.
TERROR,
SUİ-QƏSD VƏ HÜCUM AKTLARI…
Tarixən Azərbaycan xalqına qarşı
soyqırım siyasəti həyata keçirən erməni
millətçiləri öz vəhşi simalarını bir
daha bütün dünyaya nümayiş etdirərək
Xocalını yerlə-yeksan etdilər. Xocalı
soyqırımı erməni terrorizminə, onların
işğalçılıq siyasətinə, insanlığa
sığmayan əqidə və məsləkinə
qarşı dərin nifrət hissi oyadır.
Xocalıda terror əməliyyatının planı əvvəldən
hazırlanmışdır. Xocalıda erməni
terrorizminin amansızlığını təsdiq edən
faktlardan biri də odur ki, terror əməliyyatı zamanı
istifadəsi qadağan olun xüsusi təhlükəli
kütləvi qırğın silahlarından geniş istifadə
edilmişdi.
Bəli, ermənilər terroçudurlar. Tarixi faktlar
bunu göstərir. Düz 31 il bundan əvvəl
20 sentyabr 1991-ci ildə Xankəndi şəhərində
Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay
üzərindəki körpü partladılmışdır.
Cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və
15 il müddətində azadlıqdan məhrum
olmuşdur. Bu o illərdə Xankəndidə
törədilmiş ilk və son terror deyildi. Qısa bir şəkildə son xronologiyaya nəzər
salsaq görərək ki, şəhərdə terror, sui-qəsd
və hücum aktları kifayət qədər törədilib.
1988-ci ildə Ermənistan SSR-dən gəlmiş
erməni millətçi emissarlarının təşkilatçılığı
ilə Xankəndidə ermənilər Dağlıq
Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi
tələbi ilə icazəsiz mitinqlərə
başlanılıb. İlk mitinq 13 fevral
1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil
olunub. Bundan bir həftə sonra, 20 fevralda
Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar
qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən
ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini
qaldırıblar. Həmin aylardan etibarən
ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı
başlanıb. Xankəndi erməniləri
Şuşaya gələn su kəmərini zəhərləməyə
cəhd ediblər. 20 fevralda Xankəndi mərkəzi
xəstəxanasında praktika keçən iki azərbaycanlı
tələbə qız ermənilər tərəfindən
zorlanıb. 2 gün sonra isə Ağdamdan
yüzlərlə azərbaycanlı gənc bunun
qisasını almaq üçün Xankəndinə
yürüş edib və onların qarşısı Əsgəranda
silahlı ermənilər və rus əsgərləri tərəfindən
kəsilib. Baş verən
qarşıdurmada iki azərbaycanlı qətlə yetirilib və
çoxlu sayda insan isə yaralanıb. Bu gənclər
sonradan illərlə davam edəcək Dağlıq Qarabağ
münaqişəsinin ilk qurbanları olublar. Bu, bir daha ermənilərin terrorçu olduğunu
sübut edən dəlillərdir. Belə
ki, 1988-ci ilin yayında Xankəndi Uşaq Xəstəxanasında
həkim-rentgenoloq işləyən əslən ağdamlı
şəxs ermənilər tərəfindən xəstəxananın
həyətində döyülərək, qətlə
yetirilib. 28 iyun 1989-cu il tarixində
ermənilər tərəfindən Badara qəsəbəsindən
Meşəliyə gedən şosse yoluna qoyulmuş
partlayıcı qurğunun işə düşməsi nəticəsində
maşındakı 6 nəfər mülki azərbaycanlı
ağır yaralanıb. Bütün bunlar tarixin
danışan faktlarıdır. 1990-cı il
may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam
avtobusunun partladılması hər kəsin yaxşı
yadındadır. 1990-cı ilin iyununda xankəndili
Əşrəf və Ələmşah adlı iki qardaş
336-cı moto-atıcı alayın qarşısında
diri-diri yandırılıb. 5 sentyabr
1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası
partladılıb. Bu günə kimi bu hadisədə
əli olanların adları məlum deyil. 1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə
ermənilər tərəfindən hücumlar olunur. Qəsəbə 3 nəfəri itirir. 1991-ci il 9 yanvar tarixində Baqmanyan Akop
Qavruşoviç və Antonyan Artuşa Qriqoroviç tərəfindən
DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general
mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları
müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən
sifariş olunması göstərilmişdir. 1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər
Kərkicahan sakini güllələnmişdir. 1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar
yaşayan bir neçə binanı partladır, güllələyiblər.
1991-ci ilin yayında Xankəndi-Şuşa
avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru L.Xomiç
qətlə yetirilmişdir. 24 fevral 1991-ci ildə
Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" dövlət
nömrə nişanlı avtobus şəhər ərazisində
partladılmış, nəticədə 7 nəfər vəfat
etmişdir. Həmçinin, ermənilər bu
zaman ərzində oğurluq və talançılıq
işlərinə də, əl atıblar. 1994-cü il 18 mart tarixində Xankəndi səmasında
erməni terrorçuları tərəfindən İranın
Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə
vurulmuş, 36 nəfər həlak olmuşdur.
TERROR AKTI
NEÇƏ-NEÇƏ İNSAN ÖLÜMÜNƏ
VERİLƏN HÖKMDÜR
İllər uzunu ölkəmizin demək olar ki, hər
bir yerində ermənilər tərəfindən törədilən
bu və ya digər faciələri, qətliamlar
yaşamışıq. Yaşadığımız tarix göstərir
ki, erməni terrorlarının ölkəmizdə
sayı-hesabı yoxdur. Mənfur
qonşularımız bizə qarşı məkrli,
çirkin niyyətlərini həyata keçimişdilər.
Hələ sovet dövründə
yaşadığımız illərdə 8 sentyabr 1984-ci ildə
Bakıda 106 saylı sərnişin avtobusunun erməni
terrorçusu Henrix Vartanov tərəfindən
partladılması zamanı iki uşaq anası olan Surxalizadə
Fatma həlak olmuş, üç nəfər
yaralanmışdır. Hadisə o vaxt SSRİ-nin
xüsusi xidmət orqanları tərəfindən terror
aktı kimi deyil, onunla Vartanovla müdiriyyət arasında olan
narazılıq kimi qiymətləndirildi, Hadisənin təşkilatçısı
olan Henrix Vartanov psixi xəstə kimi qəbul edilərək həbsdən
azad edilərək məcburi psixi müalicəyə göndərildi.
Əlbəttə ki, bu ermənipərəst
qüvvələrin himayəçilərinin əməlləri
idi. 16 sentyabr 1989-cu ildə erməni terrorçuları
Tbilisi-Bakı reysi ilə işləyən sərnişin
avtobusunu partlatmışlar. 5 adam həlak
olmuş və 25 nəfər yaralanmışdır. 13 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun
105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət
edən avtobus partladılmış, nəticədə 13 nəfər
ağır yaralanmışdır. 24 mart 1990-cı ildə
"Noraşen-Bakı" yolunun 364-ci km-də dəmir yolu
partladılmış, nəticədə teplovoz və 3 vaqon
partladılmış, 150 metrdən çox dəmir yolu xətti
yararsız hala düşmüşdür.
GƏNCƏDƏ,
MİNGƏÇEVİRDƏ VƏ BƏRDƏDƏ
TÖRƏDİLƏN QƏTLİAMLAR…
Bu siyahını artırmaq üçün əsas dəlillər
çoxdur. Hər bir terror aktında insan ölümü diqqəti
çəkir. Bu terror aktları qəddar,
faşist xislətli əməllərdir ki, xalqımız bunu
yaşayıb. 44 günlük Vətən
müharibəsində də xalqımız ermənilərin təcavüzkar
siyasəti ilə üz-üzə qaldı. Müharibə getməyən ərazilərimizdə
Gəncədə, Mingəçevirdə, Bərdədə
yaşından asılı olmayaraq uşaq da, gənc də,
qoca da bu terrorların acı nəticəsini
yaşamış oldu. Neçə-neçə
qurbanlarımız oldu. Ermənistan hərbi-siyasi
rəhbərliyinin Gəncədəki mülki obyekt və
şəxslərə qarşı törətdiyi terror
aktı dünyaya çatdırıldı. Gəncə
şəhəri 4 oktyabr 2020-ci il tarixindən
başlayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən
davamlı raket atəşinə tutuldu. 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan
Silahlı Qüvvələri daha bir terror törətdilər.
Nəticədə "Qələbə parkı"nın ətrafında yerləşən
yaşayış binaları dağılıb, 5-i qadın
olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı
qadın olmaqla 35 nəfər yaralanıb. Ermənistanın
Gəncəyə terror aktı nəticəsində 3 uşaq
hər iki valideynini itirib. Gəncədə
olan ölkə və yerli əhəmiyyətli tarixi abidələrə,
dini məbədlərə, mədəniyyət obyektlərinə,
habelə təhsil müəssisələrinə ciddi ziyan dəyib.
Digər şəhərlərdə Bərdədə,
Mingəçevirdə də xalqımız bu ağrı və
acıları yaşadı.
Tarixin bu
günündə isə 6 avqust 1992-ci il
tarixində 30 il bundan əvvəl Qarabağ müharibəsi
zamanı Azərbaycana məxsus döyüş helikopteri
Qasapet yaxınlığında ermənilər tərəfindən
raketlə vurulub. Vertolyotun baş komandiri Zakir Məcidov,
təyyarəçi operator Ruslan Polovinko, sərrast
nişançı-snayperçi Cavanşir Rəhimov həlak
olurlar. Bu erməni faşist
ideolgiyasıdır. Balaca Zəhraların
qətli faşist düşmənin təfəkkürü,
mövqeyidir ki, bu terrorlardan xalqımız əziyyət
çəkir.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2022.- 6 avqust.- S.10.