Ölkəmizdə OVÇULUQ və OV TURİZMİ

 

   

 

Ovçuluqla hələ qədim zamanlardan məşğul olunduğu və insanların ilk məşğuliyyətinin də məhz ovçuluq olduğu barədə kifayət qədər məlumatlar var. Tarixi qaynaqlar təsdiq edir ki, qədim insanların yaşayışını təmin edən əsas vasitələrdən biri də məhz ovçuluq olubbu səbəbdən də ovçuluq sənətinə böyük maraq göstərilib. Bəşəriyyət inkişaf etdikcə, sivilizasiyalı cəmiyyət meydana gəldikcə, bir sözlə, zaman dəyişdikcə ovçuluq sənəti ilk vaxtlardakı mahiyyətini günümüzün reallıqları ilə uyğunlaşdıraraq yeni bir dövrə qədəm qoyub.

Artıq ovçuluq kimi üçün peşə, kimi üçünsə xobbi hesab olunur və hal-hazırda ovçuluq ölkəmizdə də böyük maraq dairəsindədir. Ovçuluğu peşə kimi seçənlərdən fərqli olaraq, insanların əksəriyyəti artıq ovçuluğa istirahət üçün maraqlı məşğuliyyət, əyləncə kimi yanaşır. Daha dəqiq desək, ovçuluğa olan maraq hər zaman olub, var və gələcəkdə də olacağı qətiyyən təkzib edilə bilməz. Bu baxımdan da deyə bilərik ki, dünyada ovçuluğa olan böyük maraq ovçuluq turizminin yaranmasına səbəb olub və hazırda məhz ovçuluq turizmi ilə də geniş şəkildə məşğul olunur. Xatırladaq ki, Azərbaycanda da ovçuluq turizmi varbu turizm 1963-cü ildən fəaliyyət göstərir.

Ümumiyyətlə, turizm qlobal miqyasda sürətlə inkişaf edən sahələrdəndir və neft sektorundan sonra ən çox gəlir gətirən sahədir, hansı ki, onun da ovçuluq turizmi kimi bir növü var. Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycanda ovçuluq turizmi üçün geniş imkanlar, hətta böyük inkişaf perspektivləri var. Elə məhz bu baxımdan, son illər respublikamızda inkişaf edən turizm növlərindən birininovçuluq turizmi olduğu heç də təəccüb doğurmur. Ötən əsrdən, 1963-cü ildən başlayaraq Azərbaycanda ovçuluq turizmi fəaliyyət göstərsə də, bu sahədə fəallıq son dövrlərə təsadüf edir.

Ovçuluq turizmi ötən əsrin ortalarında çox zəif olubbu sahədə canlanma 2000-ci illərdən başlayaraq müşahidə edilib. Doğrudur, 2005-ci ildə quş qripi virusunun meydana gəlməsi səbəbindən quşların ovlanılmasına qoyulan qadağalar turizmin bu növünə, ovçuluq turizminə təsirsiz ötüşmədi, çünki ovçuların əksəriyyəti quş ovuna üstünlük verir. Elə ölkəmizə gələn ovçu turistlərin də sayı həmin dövrdə kifayət qədər azaldı. Doğrudur, quş qripi virusunun aradan qalxması ilə ölkəmizə gələn ovçu turistlərin sayı kifayət qədər artdı, lakin onların sayı barədə dəqiq rəqəm söyləmək, statistik göstəriciləri barədə məlumat vermək mümkün deyil, çünki ayrı-ayrı firmalar, şirkətlərin xətti ilə də respublikamıza xarici ovçular gəlirlər və buna görə onların dəqiq sayı bəlli olmur.

 

Sözsüz ki, son illər, daha dəqiq desək, 2020-ci ilin başlanğıcından sonra, yəni pandemiya başlayandan sonra da digər sahələrdə olduğu kimi, ovçuluq turizmi, ümumiyyətlə, turizm sahəsində də bir durğunluq müşahidə edildi. Bunun da səbəbi ondan ibarət idi ki, qapanmalar turizmə təsirsiz ötüşə bilməzdi və ələlxüsus xarici turistlərin ölkəmizə gəlişi, eləcə də digər ölkələrə səfərləri məhdudiyyətlər səbəbindən mümkünsüz olmuşdu. Əlbəttə, nəzərə almaq lazımdır ki, insan həyatı və sağlamlığı, bəşəriyyətin təhlükəsizliyi ön planda dururbu mənada pandemiya səbəbindən hərhansı sahədə olan durğunluq anlaşılan hesab olunur. Lakin pandemiya bitdikdən sonra bu sahəyə, ovçuluq turizminə daha çox maraq göstərilməsi, bununla məşğul olunması qənaətbəxş hesab olunur, çünki sözügedən sahə gəlirli sahədir və bu da ölkəmiz üçün olduqca əhəmiyyətlidir.

 

Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, ovçuluq turizmi, ümumiyyətlə, ovçuluq sahəsi müəyyən qaydalarla tənzimlənir. Azərbaycanda hansı heyvanların nə zaman ovlanmasına icazə verilməsi xüsusi qrafiklə müəyyən edilirdaim nəzarət altındadır. Nəzərə almaq lazımdır ki, heyvanların və quşların artımı, döl vermə dövrü onların ovlanması qəti şəkildə qadağan edilir. Əks halda, yəni bu qadağaları pozan insanlar ciddi şəkildə cəzalandırılırlar. Məqsəd isə, təbii ki, ov heyvanlarının və quşlarının azalmasının, nəslinin kəsilməsinin qarşısının alınmasıdır və bu məsələ də daim diqqət mərkəzindədir. Misal üçün təkə iyun-oktyabr, qaban (çöl donuzu) sentyabr-dekabr, dovşan dekabr-fevral, bataqlıq qunduzu (nutriya) oktyabr-fevral aylarında ovlana bilər. Çaqqalyenotun sayının tənzimlənməsi məqsədilə isə onların il boyu ovlanmasına icazə verilir. Vəhşi heyvanların sayının tənzimləməsi məqsədilə qabanı Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllıda, təkənin Zaqatala, Şəki, Qax, Oğuzda, dovşanın isə Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlıda müvafiq ov sahələrində ovçuluq təsərrüfatlarında ovlanmasına icazə verilir. Eyni zamanda, Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafında olan 1 kilometrə qədər sahələrdə ov qəti şəkildə qadağan edilir. Bununla bərabər, nəzərə çatdırılmalıdır ki, Azərbaycanda ovlanmasına icazə verilən heyvanquşlarla yanaşı, ovlanması qadağan olunanlar da var. Azərbaycan Respublikasının “Qırmızı kitab”ına və Beynəlxalq Qırmızı Siyahıya adları düşmüş quş və heyvanların ovuna qətiyyən icazə verilmir. Belə ki, quşlardan, turac, ərsindimdik, fısıldayan qu, qızılqaz, talış qırqovulu, mərmər cürə, bəzgək, dovdaq, Qafqaz uları, tetra, heyvanlardan isə, ceyran, maral, cüyür, köpkər, qarapaça, qonur ayı, bəbir və digərlərinin ovu qadağandır.

Ov etmək üçün icazə isə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələri tərəfindən verilir. Qeyd etdiyimiz kimi, ov mövsümü ilə əlaqədar xarici ovçu turistlərə ov təşkil etməyi öhdəsinə götürən müəyyən firmalar var, hansı ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə həmin firmalar arasında müəyyən, müvafiq müqavilələr imzalanır. Belə ki, həmin firmalar, yəni ov təşkil etməyi üzərinə götürən firmalar əvvəlcədən Ekologiya və Təbii Sərvətlər Nazirliyini bu barədə xəbərdar edirlər və nazirlik tərəfindən həmin işin təşkili üçün müəyyən lisenziya verilir. Əcnəbilərin, xarici ovçu turistlərin özləri ilə ov silahlarını gətirmələri üçün isə Daxili İşlər Nazirliyinin müvafiq strukturları tərəfindən həmin ov silahının ölkəmizə müəyyən müddətə, daha dəqiq desək, ovçu turistlərin ölkəmizdə ov etdiyi müddətə, 10, 15, 20 günlük gətirilməsinə icazə verilir. Müddət bitdikdən sonra isə xarici vətəndaş, ovçu turist öz silahını təhvil alaraq çıxıb gedirbir sözlə, Daxili İşlər Nazirliyinin müvafiq idarəsinin icazəsi sırf həmin ov silahının ölkəyə gətirilməsi, aparılması ilə bağlıdır və qalan hallarda məsuliyyət, yəni ova icazənin verilməsi, lisenziyalar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə düşən vəzifə sayılır.

Göründüyü kimi, ölkəmizdə ov edilməsi, ovçuluqovçuluq turizmi ilə bağlı müvafiq qanunlar, eləcə də tənzimlənmə mexanizmləri mövcuddurbütün bunlar fauna və floranın mühafizəsi, vəhşi heyvan və quşların sayının tənzimlənməsi məqsədi güdür. İstər ovçu turistlər üçün, istərsə də ovçuluqla məşğul olmaq istəyən, əyləncə və maraq məqsədi ilə ova həvəs göstərən vətəndaşlarımız üçün müəyyən olunan tənzimlənmə mexanizmlərinin tətbiqində məqsəd ölkəmizdə sivil qaydada ovun aparılmasını təmin etməkdir.

 

Müəllif: İnam Hacıyev

 

Səs.- 2022.- 3 avqust.- S.9.