Feministlər nə istəyir?  

 

   

 

2022-ci ildə cəmiyyət hələ də feminizmə münasibəti və onun məqsədlərini dərk etmək istəmirlər. Hətta ümumiyyətlə qadın hüquqlarını dəstəkləyən insanlar belə çox vaxt feminizmə ehtiyac olmadığına inanırlar və biz hamımız qalib bərabərlik dünyasında yaşayırıq deyə ifadələr işlədirlər.

Lakin əslində, hələ də aktual olan qlobal problemlərin bir dəstəsi gender bərabərsizliyi ilə bağlıdır. Bir çox ölkələrdə həyatın keyfiyyəti hələ də cinsdən asılıdır. Öz həyat yolunu nə qədər seçə bilərsən? Cəmiyyət və dövlət hansı əlavə imkanları təmin edir? Azərbaycanda və digər ölkələrdə qadınların əsas problemlərinin nə olduğunu başa düşürük feministlər arasında kişilərə “nifrət edənlər” əlbəttə var. Lakin feministlərin əksəriyyəti qadınları tabe vəziyyətə salan gender bərabərsizliyi sistemi olan partiarxiyaya nifrət edir. Feministlər patriarxal sistemi məhv etməyə, o cümlədən kişiləri öz imtiyazlarından məhrum etməyə çalışırlar, feminizm kişilərlə deyil, onların imtiyazları ilə müharibədədir.

Əksər feministləri məişət zorakılığı, kişilər və qadınlar arasında maaş bərabərsizliyi və qadınların reproduktiv hüquqlarının pozulması kimi məsələlər narahat edir. Ona görə də çətin ki, hər hansı bir feminist cüzi məsələ üçün məhkəməyə müraciət etsin, xüsusən də, məhkəmələrin çox vaxt qadınları daha ciddi məsələlərdə müdafiə edə bilməyəcəyini və ya istəmədiyini nəzərə almalıyıq.

Feminizmin bir çox fərqli qolları var, lakin əksər feministlər ailə münasibətləri və analıq məsələsində seçim azadlığını müdafiə edirlər. Qadın istədiyi qədər uşaq sahibi ola bilməlidir. İstər qadın, istərsə də kişi cinsindən asılı olmayaraq sevdiyi insanla ailə qurmalı, onunla uşaq böyütməlidir. Yaxşı, atalar üçün valideyn məzuniyyəti ailə daxilində vəzifələri daha bərabər bölüşdürməyə imkan verir.

Sosial işçi, aktivist Sənubər Heydərova SİA-ya açıqlamasında Feminstik ideologiyanın dünyada yayılması 19- cu əsrdən sonra daha çox aktivləşdiyini və müxtəlif dövrlərdə, müxtəlif hərəkatlara səbəb olduğunu qeyd edir: "Azərbaycanda nə qədər bu normal qarşılanmasa da, tarixi bir proses kimi mütləq olmalıydı. Bu hərəkat həmçinin də insanı öz haqlarına, hüquqlarına qovuşduran bir hərəkatdır və informasiyanın artırdığı, fərqli fikirlərin yan aldığı dövrdə bu proseslər olmalıydı. Feminizm Azərbaycanda daha çox qadınlara qarşı olunan məişət zorakılığına qarşı qoyulan mövzu olaraq başladı və hələki dağınıq bir formada həyata keçirildiyini müşahidə edirik.

Ümumiyyətlə, bu ideologiyanı öyrənənlər feminizmin təhlükəli olmadığını, əksinə, cəmiyyəti inkişafa aparan bir ideologiyanın öyrənən fikirlər sürətlə yayılmaqdadır. Əlbəttə ki, Azərbaycanda təkcə qadınların yox bütün genderlərin daha sağlam mühitdə, hüquqi mühitdə lazımi inkişaf etməlidir. Nə qədər qaralamağa çalışsalar da, nə qədər pis tərəflərini üzə çıxarıb desələr də, bu cəmiyyətin informasiya olmadığından irəli gələn reaksiyalardır. Cəmiyyət bir şey bilmirsə onun haqda məlumat yoxdursa, ondan qorxmağa və inkar etməyə çalışır. Amma ümumiyyətlə, feminizm heç də bilgisiz insanların paylaşdığı kimi deyildir. Feminizm 2019-cu ildən bəri hər il müxtəlif aksiyalarla yadda qalır. Feminist hərəkat daha çox məişət qurbanları olan qadınların ölüm statistikasından irəli gəlir. Hər dəfə bu statistika təəssüf ki, böyüyur. 2019-cu ildən bəri daha da çoxalmışdır. Bu artım onunla bağlıdır ki, hər il belə halların baş verməsi normal qəbul olunurdu. Amma hazırkı dövrdə baş verən proseslərin müxtəlif aspektlərdən qiymətləndirdiyi halda səhv bir şey olduğunu başa düşürlər. Bu vaxta kimi məruz qaldıqları məsələlərin, əslində, zorakılığa öyrənməyə başlayırlar. Feminist hərəkat son dönəmlərdə dəfələrlə aksiyalar edib. Bu, təkcə 8 Marş aksiyası deyil, müxtəlif məsələlərlə bağlıdır. Xüsusilə, qadınların həyat yoldaşlarını incitməsi, digər ailə üzvləri sıxışdırdıqda feminizm hərəkatı özünü göstərir.

Bunun nəticəsi olaraq bir xeyli aktivistlər hansılar ki, onlar bu vaxta kimi öz problemlərini həll etməyə deyəcək adam tapırlar. Belə hərəkatlar qadınları güclü, dayanaqlıq göstərir. Çünki burada arxalana bildiyi, özlərinə dayaq bildikləri adamları olur. Bunlar həmin feminst aktivləridir.

Demək olar ki, hər gün cəmiyyət məişət zorakılıq halları baş verir və həmin aktivistlərə bunlarla bağlı xəbər verirlər. Baxmayaraq ki, çox az, hətta məhdud maliyyəsi olmur, amma əllərindən gələn dəstəyi göstərməyə çalışırlar. Əlbəttə ki, bunun nəticəsi həm də odur ki, artıq bu vaxta qədər qadınları iqnor eləyən dövlət orqanları var idi. Məsələn, onların məişət zorakılığına dırnaqarası baxıb ailə məsələsidir, şəxsi məsələdir deyib müdaxilə etməmələri.

Bu işi cinayət işi kimi görməyən güc strukturları var. Məişət zorakılığı ilə gələnləri tendensiya daha çox Bakıda hiss olunur. Amma artıq rayonlara da yavaş-yavaş tendensiya ilə tanış olmağa başlayırlar. Feministlərin tələbləri məhz bu məslələrlə bağlıdır ki, hər hansısa bir qadın, gender nümayəndəsi və yaxud LGBT olan şəxs, özlərinin mövcudluğuna və cinslərinə görə hər hansı bir zorakılığa məruz qalırlarsa onları qoruyan güc strukturlarına və yaxud polis organlarına bildirəndə onlar sözsüz dəstək almalıdırlar. Dövlətimizin konstitusiyasına görə, Azərbaycanda dinindən, cinsindən, irqindən asılı olmayaraq hər bir vətəndaşın qorunma haqqı vardır və feministlər də bunlardan kənar bir şey istəmirlər. Onların istədiyi şey hamı kimi təhlükəsizliyinin təmin edilməsidir. Həm evdə, həm də çöldə heç bir vətəndaş öz cinsi kimliyinə görə təzyiqlərə məruz qalmasın.

Burada qanundan kənar heç bir şey yoxdur. Hal-hazırda qanunda təkmilləşdirmək olan hissələrlə bağlı müzakirələr gedir. Məişət zoraklığı qanun məcəlləsində yer alsın, ailə məsələsi cinayət işinin açılmasına maneə olmasın. Polis bölmələrində də öz işlərini vicdanla yerinə yetirə bilən polis işçiləri yerləşdirilsin. Həmçinin, istər məhkəmələrdə, istər də cinayət işlərin açılmasında məişət zorakılığa qarşı tədbirləri layiqincə görə biləcək mütəxəssislər fəaliyyət göstərsin və bu məsələlərə də digər cinayət məsələlərə kimi ciddi yanaşsınlar. Yəni feministlərin tələb etdiyi məsələlər heç bir qadının, cinsin əzilməsinə xidmət eləmir, əksinə, hər bir cinsin rahat özünü ifadə etməsini öz seçimlərini və rahat yaşaması üçün edilən tələbələrdir. Bu məsələdə dövlət orqanlarından kənar şeylər istənilmir, sadəcə, öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər. Təəssüflər olsun ki, bir çox orqanlarda öz vəzifəsindən sui- istifadə edərək özünü el ağsaqqalı kimi aparmağa cəhd eləyən, qarşıda güclə barışıq təklifləri edən, zorakı şəxsi ilə qurbanı üz-üzə gətirən və onların birgə yaşamasını tələb edən insanlarla rastlaşırıq. Feminist hərəkatının əsas səbəblərdən biri odur ki, bu insanlar kim nəyə layiqdirsə özünə aid yerlərdə otursunlar.

 

Bəs bunun psixoloji tərəfləri necədir?

 

Psixoloq Aidə Sübhan bu barədə fikirlərini bildirib: "Yeniyetmələrin hansısa mənfi cərəyana qoşulması onun tərbiyələrində ancaq mənfi təsir eləyə bilər. Hər bir yeniyetmə istər qız, istər oğlan olsun çox tərəfli inkişaf etməyə bacarmalıdır. Bu tip cərəyanlar isə onları birtərəfli edir, həm mənəvi, həm emosional inkişafını, hətta emosional zəkasının belə təkyönümlü inkişafına səbəb olur ki, bu da onun cəmiyyətdə fərd olaraq yetişməsinin qarşısını alır. Ümumiyyətlə, feminizm hər bir qadının düşündüyü bir özəllikdir. Sadəcə, feminizmi düzgün dərk etmək, düzgün aydınlaşdırmaq və əks mövqedə qiymətləndirmək lazımdır. Mənə elə gəlir ki, yeniyetmələrin sadəcə, bunun yanaşması, anlamını tam izah etmək kifayət edər. LGBT qruplar isə son dönəmlər çoxalmaqdadır.

 

Yeniyetmələr arasında bir mövqe yaranır, çünki onlara hər bir şeyi qəbul etdirmək, hansısa fikirləri onlara aşılamaq çox rahat gəldiyi üçün bu təbliğat daha çox, sanki onların üzərindən gedir. Bugünkü gün oğlan kimi görsənməyən oğlan uşaqları, qız kimi görünmək, danışmaq istəməyən qızlarımız var. Bu təbliğatlar məktəbdən, ailədən başlamalıdır. Təbii ki, qarşısı alınmalıdır ki, cəmiyyətimiz sağlam olsun, gələcəkdə də yeni övladların dünyaya gəlməsi üçün sağlam həyatları olmalıdır. Trans seksualizm əlbəttə ki, bir xəstəlikdir. Sadəcə, dünyada hal-hazırda təbliğatlar bu istiqamətdə gedir ki, bizdə hər şey tam normaldır, dünya bizi olduğu kimi qəbul etsin, hər kəs bizə normal yanaşsın, amma biz deyə bilmərik ki, bu funksiya tam fizioloji baxımdan normal bir insana məxsus bir hissdirmi? Həmçinin danışıqda da, düşüncədə də, emosiyada da böyük fərqlərin olduğunu görürük. Erkən yaşlardan müdaxilə etməyib xəstəlik halında inkişaf edirlərsə, artıq cəmiyyətin mənfi yanaşmalarını dəyişərək onları reablitasiya etmək lazımdır.

Azərbaycanda ilk dəfə yaradılan “qadinkimi.com” adlanan feministlərin saytın yaradıcısı, yazıçı və feminist Aysel Əlizadə “Dünya feminizmi qadın-kişi hüququnu bərabərləşdirmək üçün böyük mübarizələrdən keçir deyə qeyd edir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımıza seçki hüququ verilib. Cümhuriyyət qurucuları qadınların təhsil alması, ictimai həyatda öndə olması üçün bacardıqlarını ediblər.

Təəssüf ki, Azərbaycanda çoxları feminizmi qadınların hüquqları və kişilərin əleyhinə olan mübarizə kimi qəbul edirlər. Lakin bu anlayış doğru deyil. Feminizm bərabərlik və qadınlarla kişilər arasında bərabər hüquqlar uğrunda mübarizədir. Yəni, bu qadınlar tərəfindən cəmiyyət qarşısında kişilərlə eyni hüquqlar almaq üçün irəli sürülmüş haqlı tələbdir. Əvvəllər feministlər haqqında səhv düşüncəyə malik insanlarla tez-tez mübahisə edirdim. Lakin son zamanlar, sadəcə, onlar Vikipediya-dan link göndərirəm ki, özləri oxuyub hər şeyi başa düşsünlər. Lakin nə qədər başa salsaq da, çoxları bunu başa düşmək istəmirlər. Bu hərəkatın mahiyyətini başa düşmək üçün insanlar sadəcə feminizm barədə daha çox oxumalıdırlar. Dünyada artıq feminizmin dördüncü dalğası keçib, Azərbaycanda isə hələ də üçüncü dalğadayıq. Ölkədə kişilər və qadınlar üçün bərabər hüquq və imkanların dövlət zəmanətinə dair qanun mövcud olsa da, əksəriyyət bunu başa düşmür və etiraf etmək istəmir. Təəssüf ki, hər bir qız uşaqlıqdan müxtəlif stereotiplərlə qarşılaşır.

Feminist fəlsəfəsinin meydana gəlməsi tarixən qadınlara qarşı ictimai-siyasi ədalətsizliyin olmasından qaynaqlanıb. Bunun bir hərəkat kimi tarixinə nəzər salsaq, başlanğıcını qadının təhsil haqqının müdafiəsi, daha sonra isə seçim və digər hüququnun da tələb edilməsi kimi görürük. 19-cu əsrdə isə feminist hərəkatı daha da şaxələndi və bütün qitələri bürüdü. Ümumiyyətlə, feminizm hərəkatı müxtəlif dövrlərdə müxtəlif məzmunlarda ortaya çıxıb. İlkin dövrlərində qadınların ən kiçik hüquqlarını bərpa etmək üçün meydana çıxan hərəkat daha sonra 20-ci əsrdə ənənəvi həqiqət və dəyərlərin, anlayış və tezislərin hamısının kişilər tərəfindən irəli sürüldüyü və bunların kişi üstünlüyünə xidmət etdikləri üçün rədd edilməsinin zəruri olduğunu müdafiə elədi, feminizm idrak nəzəriyyəsinə transformasiya olmuşdur.

 

Havar Şəfiyeva

 

Səs.- 2022.- 11 avqust.- S.14.