Laçını yandıranlar yananlar  

 

 

Bu gün yenə o gündür. Eynilə ermənilərə işğal etdikləri 30 il qanunsuz olaraq məskunlaşdıqları, 30 il bu torpaqların yerüstü yeraltı sərvətlərini taladıqları Azərbaycanın barlı-bərəkətli rayonlarınıAğdamı, Kəlbəcəri Laçını tərk etmələri üçün verdiyimiz vaxt. O vaxt biz düşünürdük ki, işğalçı ermənilər gəldikləri kimi adamlıq, insanlıq edib gedəcəklər, hələ bir üzr istəyəcəklər, 30 il qonaq qaldıqları üçün, taladıqları istismar etdikləri üçün. Amma gözləntilərimiz havada qaldı həm vəhşiliklə müşaiyyət olunan hadisələr ermənilərin üzünü ifşa etdi, qədər barbar olduqlarını bütün dünyaya nümayiş etdirdi

Bəs əslində baş vermişdi, niyə ermənilərin geriyə köç etmələrini bu qədər barbarlıq vəhşilik kimi qələmə veiririk? Sual doğrudur, cavabı isə çox dəhşətli. Ermənistan 30 ildən artıq idi ki, işğalçı olaraq, torpaqlarımızı zorla ələ keçirərək Kəlbəcərdə, Laçında, Qubadlıda, Zəngilanda, Füzulidə, Cəbrayıl Ağdamda sanki dədələrindən miras qalmış yurd kimi istifadə edirdilər. Onların işğalçı olaraq qədim yurd yerlərimizə, rayonlarımıza necə hücum etdiklərini yəqin xatırlayanlar az deyil, hadisənin birbaşa şahidləri minlərlə, yüz minlərlədir. Onlar topla-tüfənglə gəlmişdilər, heç kəsə bir əşya götürməyə aman vermirdilər, yubanan öldürülür, qaçıb qurtula bilməyənlər tutulur, əsir aparılır, ən ağır işgəncələrlə öldürülür, kölə kimi kiminsə qapısında işlədilirdi. Bu idi ermənilərin azərbaycanlı qocalara, qadınlara, uşaqlara olaninsanimünasibəti.

ən əsası erməni işğalçılarının Azərbaycanın rayonlarını, kənd qəsəbələrini ələ keçirilməsinin bir məqsədi üzə çıxmışdı. Hələ o zaman bilirdik ki, erməni barbarlarının əsas məqsədi heç torpaq ələ keçirmək, “Böyük Ermənistanyaratmaq kimi boş xülyaları gerçəkləşdirmək deyildi. Onların əsas niyyəti azərbaycanlıların boş qalan evlərini talamaq, soymaq, qiymətli əşyalarını xarici bazarlara çıxarmaq, bir sözlə var-dövlət sahibi olmaq idi. Əvvəlcə evdəki qiymətli əşyaları, sonra ev əşyalarını, daha sonra tikinti materiallarını yağmalayıb-qarmalayıb qonşu ölkələrdə satdılar. Evləri kökünə qədər qazıb atdılar, qəbirləri dağıtdılar, milli dini abidələrimizi tar-mar etdilər, Azərbaycanın izini itirmək üçün min-bir hiyləyə əl atdılar. Dünyanın da gözü kor, qulağı kar oldu, Ermənistana bu qədər qanunsuzluqlara rəğmən gözün üstə qaşın var, demədilər, demək istəmədilər, özlərinə bunu yaraşdırmadılar, din qardaşlarının xətrinə dəymək istəmədilər.

10 noyabr 2020-ci ildə quyruqları qapı arasında qalanda, 44 günlük Vətən müharibəsindədəmir yumruğ”un zərbəsindən səndirləyəndə yadına beynəlxalq qanunlar düşdü bu ermənilərin. İşğal etdikləri ərazilərdən çıxmaları üçün 1 aya yaxın vaxt verildi onlara, düz bir ay. Halbuki onlar kəlbəcərlilərə, ağdamlılara, laçınlılara heç bir saat da vaxt verməmişdilər. Nədənsə o vaxt ermənilərin yadına özlərinin mələyə-nələyə istədikləri vaxt heç yadlarına da düşmürdü. Azərbaycanlıların qaçaraq öz evlərini tərk etmələrinə, ayaqyalın, başıaçıq imdad diləmələrinə gülərək, şaqqanaq çəkərək reaksiya verirdilər. İndi isə zaman bizim xeyrimizə işləyirdi, torpaqlarımızı tələb edirdik, qalib ölkə kimi. Amma yenə lənətə gəlmiş humanist hisslər. Yenə ermənilərə yazığımız gəlmişdi, qarşıdakı qış aylarını nəzərə alıb köçüb getmələrinə şərait yaratmışdıq. Dədələrinin, gorbagor olmuşlarının qəbirlərini bellərinə şələləyib aparmalarına, ermənilər üçün ən qiymətli əşya sayılan unitazlarını da ədəb-ərkanla, xüsusi musiqi sədaları altında söküb aparmalarına imkan vermişdik. Bəs ermənilər bunun əvəzində etdilər?

Yazımızın məğzi, əsas qayəsi, ana xətti budur, ermənilər humanistiyimizdən istifadə edərək azərbaycanlıların dədə-baba torpaqlarında, 30 illik işğal dövründə məskunlaşdıqları yurd yerlərimizdə hansı pəstahadan çıxdılar, hansı vəhşiliyi törətdilər? Əvvəlcə yüzillik ağacları kəsməyə, meşələri qırmağa başladılar, sonra infrastrukturu dağıtdılar, sonunda isə özlərinin yaşadığı evlərə od vurdular. Niyə? Səbəbi dəhşətlidir, burada azərbaycanlıların yaşaya bilməməsi üçün. Halbuki, bu barbar xalq 30 il bundan əvvəl Kəlbəcərə, Laçına Ağdama işğalçıl etdikləri şəhər kəndlərə yaşamaq üçün gələndə bizim evlərin bir telinə zərər dəyməmişdi. Əşyaları ilə birlikdə ermənilərə qalmışdı.

Bir hadisəni yada salaq. 1939-cu ildə SSRİ-Fin müharibəsi zamanı sərhədə yaxın fin kəndlərinin birindən əhalinin köçürülməsi haqda hakimiyyət orqanları qərar çıxarır. Köçhaköç başlayır, hər kəs tələsir, bir qadın isə həyətdəki güllərdən yığıb otağın ortasındakı masanın üstündəki gülqabına səliqə ilə qoyur. Əri əsəbləşir ki, biz tələsməliyik, amma sən hələ heç olmamış kimi gül toplayırsan. Qadın sakitcə dillənir, qoy bu evə gələn bolşeviklər görsünlər ki, biz qədər sivil insanlarıq. Mən bu hərəkətimlə kimliyimi təsdiq edirəm, bu masada imzamı qoyub gedirəm. Azərbaycanlılar da evlərini eynilə qoyub getmişdilər, qayıdacaqlarına inanıb qapısına vurduqları qıfılların açarlarını da özləri ilə götürmüşdülər

Bu gün ermənilər ikinci dəfə barbarlıq imtahanı verirlər, çox güman ki, bu fənndən qeyri-məqbul alacaqlar. İmtahanın predmeti isə Laçın rayonunun mərkəzi Laçın şəhəri, Sultan bəyin yurdu Zabux Sus kəndləridir. Avqustun 25-ə qədər burada qanunsuz məskunlaşan ermənilərə vaxt verilib. Bu tarixdə onlar kəndləri şəhəri tərk etməlidirlər. Ermənilər onlara verilən bu fürsətdən yararlanmağa çalışırlar. Ev əşyalarını onlar üçün ayrılmış xüsusi maşınlarla təmtəraqla daşıyandan sonraevləri yandıracaqlarını bildiriblər. Kəlbəcərdə, Laçında Ağdamın kəndlərində törətdikləri vəhşiliklər səbəbindən dünyada biabır olduqlarındam guya xəcalət çəkən ermənilər bu dəfə fərqli addım atacaqlarını, evləri yandırmayacaqlarını düşünsələr artıq Laçında, Zabuxda qanunsuz yaşayan ermənilər evlərini yandıracaqları barədə xəbərdarlıqlar ediblər. Məqsəd eynidir, azərbaycanlılartürklər bu evlərdə yaşaya bilməsinlər.

Qarabağdakı qanunsuz qurumun nümayəndələrinin həmin ermənilərlə görüşündə bildirilib ki, evlər yandırılmasın. Amma ermənilər öz xislətlərindən əl çəkən deyillər əllərində məşəl köç gününü gözlədiklərini təsəvvür etmək o qədər çətin deyil. Yandırmaq, məhv etmək, “mənim olmayan mənimki deyilprinsipi ilə çıxış etmək ermənilərin boyuna biçilib. Laçının özündən kəndlərində köçənlərin cəmi 25 faizi Qarabağ ərazisində yaşamağı üstün tutub. Azərbaycanın Qarabağa tam olaraq sahiblənəcəyi günün uzaqda olmadığını dərk edən əksəriyyət isə üzünü qərbə - Ermənistana tutub. Asta qaçan namərddir, deyib dabanlarına tüpürüblər

 

V.VƏLİYEV

 

Səs.- 2022.- 11 avqust.- S.6.