Milli-mənəvi sərvətimiz: dini ziyarətgahlar
Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində mühüm əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, istər sovet məkanında, istərsə də müstəqillik dövründə yaşadığımız illərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına və inkişafına çox böyük önəm verib. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. İslami dəyərlərə böyük hörmətlə yanaşan Azərbaycan başqa dinlərə diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı mütəmadi olaraq din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir, dini ibadət yerləri təmir-bərpa olunub inanclı insanların istifadəsinə verilir. Respublikamızda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin. Dövlət başçısının vurğuladığı kimi: "Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dindarlara daim dəstək, dayaq olur". Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir və 7 sinaqoq, 4 gürcü kilsəsi də fəaliyyətdədir.
XALQIMIZIN TOLERANTLIĞININ BARİZ GÖSTƏRİCİSİ: ERMƏNİ KİLSƏSİ
Bütün dünyada, eləcə də, islam dünyasında böyük hörmətə, nüfuza malik olan, prinsipial və ədalətli mövqeyi ilə seçilən Azərbaycanın multikultural dəyərləri dünyaya örnək, nümunədir. Amma Qarğabazar kəndində Cəlil turbəsi, Aşağı Veysəlli kəndində Mirəli turbəsi, Qocəhmədli kəndində məscid binası, Horadiz kəndində məscid binası, Horadiz kəndində İmamzadə turbəsi, Füzuli şəhərində məscid binası, Aşağı Aybasandı kəndində İbrahim turbəsi və s. onlarla belə tarixi əhəmiyyətli abidələrimiz ermənilər tərəfindən işğal dövründə dağıdılıb. Bütün bunlar Ermənistan tərəfindən Azərbaycana qarşı olan ərazi iddiasının nəticəsində baş vermişdir. Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənələrini, onun mədəni kökünü özündə yaşadır. Erməni qəsbkarlarının işğalı altında olan ərazilərimizdəki abidələrin saxtalaşdırılması istiqamətində aparmış olduğu siyasəti Ermənistanın özünü təsdiqləmək, tarixi, mədəniyyətini yaratmaq siyasətinə xidmət edirdi. Amma Bakıda isə erməni kilsəsi qorunub-saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir. Bu gün tolerantlığın məkanı, multikultural ənənələrə, islam dininə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub-saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Bu gün multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə, dövlət dəstəyindən qaynaqlanır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz nəinki ölkə daxilində millətlərarası və dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həll edirik, biz dünyaya nümunə də göstəririk: "Bax, belə inkişaf etmək lazımdır. Multikulturalizm alternativsiz bir hərəkat olmalıdır. Hesab edirəm ki, biz bu nümunəni göstərərək, başqa yerlərə də öz təsir imkanlarımızı genişləndiririk" Son illər Bakıda və regionlarda dini ziyarətgahların, ibadət yerlərinin tikintisi və mövcud olanların yenidən qurulması prosesi uğurla davam etdirilir. İslam aləminin müqəddəs ziyarətgahlarından olan Bibiheybət məscid-kompleksinin tikilərək dindarların istifadəsinə verilməsi, bununla yanaşı, Təzəpir məscid-kompleksində yenidənqurma işlərinin aparılması bu siyasətin məntiqi davamıdır. Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilib. Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbələri yüksək səviyyədə bərpa edilmişdir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Qəbələdə isə yeni məscid inşa olunmuşdur. Azərbaycanda paytaxt Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin müasir kompleksinin istifadəyə verilməsi müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpasına dövlətimiz tərəfindən ayrılan diqqətin daha bir göstəricisi oldu. Dini abidələrimizin təmir və bərpası Azərbaycanda bu sahədə dövlət siyasətinin real mənzərəsinin ifadəsidir.
"BÜTÜN XALQLARIN BİRGƏ YAŞAMASI BİZİ UĞURA, QƏLƏBƏYƏ GƏTİRƏCƏK VƏ GƏTİRİB"
Azərbaycandakı multikultiralizm və tolerant mühit mövcud dəyərlərimizə əsaslanır. Bu dəyərlər tarix boyu formalaşmış və etnik zənginliyi ilə seçilən Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşamış və bu gün də belədir. Müxtəlif xalqların adət-ənələrinə, dininə hörmətlə yanaşma xalqımızın milli keyfiyyəti olmaqla yanaşı, humanizm dəyərlərinə, birgəyaşama mədəniyyətinə söykənir. Əlbəttə ki, bu gün müxtəlif dövlət qurumlarında qeyri-xalqların nümayəndələri təmsil olunur, ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayırlar. Qarabağ uğrunda gedən döyüşlərdə ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri həmrəy oldular. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda müharibədə iştirk etdilər. Azərbaycan vətəndaşı olaraq bir yumruq altında birləşdilər və silaha sarıldılar. "Mən daxilən 100 faiz buna əminəm ki, ancaq birlikdə, bütün xalqların birgə yaşaması bizi uğura, qələbəyə gətirəcək və gətirib", - deyən Cənab Prezident qed edib ki, İkinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, qan tökdülər, şəhid oldular. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda vuruşdular. Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. "Dəmir yumruq", sadəcə, güc deyil, bu, birlikdir. Bizdə bu gün olan birlik, hesab edirəm ki, hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Çünki bu siyasətin uğurlu olması təkcə dövlətdən asılı deyil, hər bir vətəndaşdan asılıdır. Hər bir vətəndaş öz davranışı ilə bu ideyaları tərənnüm etməlidir. Belə olan halda, Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayacaqlar". Bu birlik, həmrəylik sağlam mühitə, tolerant və mültikultural mühitə söykənir. Hətta Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalında ölkəmizdə yaşayan qeyri-xalqların təmsilçiləri iştirak etdilər. Dünyaya bir mesaj olaraq çatdırıldı. Dövlət başçısının bildirdiyi kimi, "Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş "Xarıbülbül" festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər".
BİRGƏYAŞAMA MƏDƏNİYYƏTİ
Azərbaycanda onlarla müxtəlif dini qurum, birlik və icmaların fəaliyyətdə olması ölkəmizdə hökm sürən bu mühiti əsaslandıran amillər sırasındadır. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və digər qurumlar ölkəmizdə sərbəst və azad şəkildə fəaliyyət göstərirlər. Bu bir daha ona əsaslanır ki, molokanlar, yəhudilər, tatlar, saxurlar, ləzgilər üçün Azərbaycanda geniş imkanlar yaradılıb və hər bir xalqın nümayəndəsi rahat və azad nəfəs alır. Azərbaycanda təkcə yəhudilərin 7 sinaqoqu, 2 orta məktəbi, 1 kolleci, 3 uşaq bağçası və Yəhudi Evi fəaliyyət göstərir. Qeyri-xlqların yaşadığı Krasnaya Sloboda, İvanovka kimi kəndlərə daima dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Qəbələnin qapısından içəri daxil olan insanlar azərbaycanlıların, udilərin, ləzgilərin, rusların və digər etnosların buradakı yaşam tərzini gördükdə heyrətlənir və hətta qibtə belə edirlər. Belə mühit demokratik dəyərləri ilə öyünən Qərb ölkələrində təsadüf olunmur. Çoxmillətli və fərqli mədəniyyətlərin qovuşduğu Qəbələdə tarixboyu hansısa qarşıdurmalara, narahatçılıq doğuran məqamlara rast gəlinməyib. Bu məkanın milli tərkibinə nəzər salsaq görərik ki, burada yaşayan əhalinin 80 faizə qədərini azərbaycanlılar, digər hissəsini isə ləzgilər, udilər, türklər və başqa millətlər təşkil edir. Müxtəlif xalqların nümayəndələri yaşadıqları üçün burada ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər və udilər üçün öz ana dillərində dərslər keçirilir. Bu gün Nic qəsəbəsinin tolerantlığın kiçik modeli kimi də qəbul edilməsi də əbəs deyildi. Qəsəbədə üç kilsə, iki məscid, habelə müsəlmanların və xristianların ziyarət etdikləri müqəddəs yerlər var. Onu da bildirək ki, 10 minə yaxın udinin 4 minə yaxını məhz burada, Qəbələnin Nic qəsəbəsində gözəl, rahat bir şəraitdə yaşayır. Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bu gün ölkəmizin istənilən bir məkanında azlıq təşkil edən xalqlara dövlətimiz tərəfindən dilini, dinini, adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün hər cür şərait yaradılıb. Və bu Azərbaycanın multikulturalizm modelidir ki, öyrənilir və tədqiq olunur. Amma Ermənistan isə monodövlətdir. Burada hökm sürən vəziyyət erməni xislətini bir daha ortaya qoymuş olur. "Onlar hesab edirdilər ki, bu, onların üstünlüyüdür" - deyən Cənab Prezident qeyd edib ki, hətta onların rəhbərləri və onların ictimai fəalları müharibədən, İkinci Qarabağ müharibəsindən əvvəl deyirdilər ki, Ermənistanın bir üstünlüyü var ki, burada ancaq ermənilər yaşayır, Azərbaycanda isə müxtəlif xalqlar yaşayır. Onların çirkin təbliğatı ona yönəlmişdi ki, əgər müharibə başlayarsa, burada qatma-qarışıq olacaq, xalqlar bir-birinin üzünə duracaq. Amma nə oldu? Yaşayan bütün xalqlar bir adam kimi durdular ayağa, sinələrini qabağa verdilər, düşməni təpiklə qovdular bizim torpağımızdan. Bir daha göstərdik ki, bax, bu yetişən nəsil və ənənələr nə deməkdir. Bir daha demək istəyirəm, bax, biz, hər birimiz bu dəyəri qorumalıyıq və Azərbaycan siyasəti bundan sonra bu istiqamətdə aparılmalıdır və aparılacaqdır".Azərbaycanda onlarla müxtəlif dini qurum, birlik və icmaların fəaliyyətdə olması ölkəmizdə hökm sürən bu mühiti əsaslandıran amillər sırasındadır. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və digər qurumlar ölkəmizdə sərbəst və azad şəkildə fəaliyyət göstərirlər. Bu bir daha ona əsaslanır ki, molokanlar, yəhudilər, tatlar, saxurlar, ləzgilər üçün Azərbaycanda geniş imkanlar yaradılıb. Qeyri-xalqların yaşadığı Krasnaya Sloboda, İvanovka kimi kəndlərə daima dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir.Heydər Əliyev Fondunun dünya mədəni irsinin bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada aşağı Normandiyadakı kilsə və Luvr muzeyi, müqəddəs Marçellinio və Pietro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastian katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı, Bolqarıstanda Trapezitsa muzeyi və digər bu kimi bir çox ölkələri əhatə edib. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən dini ocaqlarımıza məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2022.- 17 avqust.- S.3.