Ermənilər bəşəri
varlığa təhlükə mənbəyidir
Ermənilərin
Cənubi Azərbaycana ayaq açmaları rus imperatoru I Pyotrun
hakimiyyəti dövrünə təsadüf edilir. Belə
ki, I Pyotr 1722-ci ilin noyabrında Gilanın mərkəzi şəhəri
olan Rəştdə hərbi dəniz donanması və ordu
yeridir. Həmin qəsbkar yürüşdə
rus ordusundan savayı, erməni hərbi dəstələri də
iştirak edirdi. 1723-cü ilin iyulun 26-da rus və erməni
birləşmiş qüvvələri Rəşti
işğal edir. Çar I Pyotr Qarabağ məliklərinə
İrana qarşı üsyana qalxmağa və özlərini
müstəqil idarə etməyə şərait
yaradacağını bildirir, Gülüstan, Coraberd,
Xaçın və Dizakın daxil olduğu dağlıq
Qarabağ məlikləri beş tayfadan ibarət idi. Hər
tayfa başçısı “məlik” (rəyis) ləqəbi
ilə adlandırılırdı. 1730-cu ilə qədər həmin
məliklərin varlığına son qoyulmuşdur.
Bundan sonra ermənilər
Dağlıq Qarabağa yiyələnmək üçün
Rusiyaya əl atmışdırlar. Çar Rusiyasının
Qafqaz və İrana hücümları erməniləri öz
məkirli planlarını həyata keçirməyə
sövq edirdi. 1918-ci ildə rus qoşunu Cənubi Azərbaycanı
işğal etməsindən sevinən ermənilər hərbi
ordu hissələri yaradıb Maku, Xoy, Urmiyada qanlı
qırğınlar törətdilər. Urmiya gölü ətrafında
öldürülən azərbaycanlıların sayı
olduqca çox idi. Ermənilər məşhutə hərəkatına
qarşı xəyanət edib, rus döyüşçüləri
ilə birlikdə azərbaycanlı əhalinin
qırılmasında yaxından iştirak edirdilər.
Çar ordusunun Cənubi Azərbaycandan
çıxdığını bilən ermənilər bərk
qorxuya düşdülər. Ruslar ərazidən
çıxarkən öz silahlarını təmənnasız
olaraq ermənilərə verdilər. Setid Əhməd Kəsrəvi
bu hadisələri belə qeyd etmişdir: “Biz dedik ki, ürək
dağlayan Urmiya dastanını ayrıca yazacağıq. Dey
ayının 11-i (dekabrın 31) idi ki, ruslar Urmiyanı tərk
etməyə başladılar. Onların ordusunun bir hissəsi
sərhədə doğru geri çəkildi, sabahısı
– ayında 12-də qalan qoşunlar da oranı tərk etdilər.
Son bir iki ay ərzində qan töküb talaçılıq
edən ermənilər qorxub, Urmiyada qalmaq istəmirdilər.
On minə yaxın kişi və qadın uşaqları ilə
birlikdə əşyalarını yığıb tələsik
şəhəri tərk etdilər. Onlar könüllü surətdə
əcnəbilərdən aldıqları silahla yerli,
günahsız əhalini qanını tökdülər. Lakin
əsas sözümüz ermənilərin iranlılarla
düşmənçilik mövqeyində durması idi. O
adamlar ki, əsrlərlə İranda yaşayıb və
oranın bütün nemətlərindən,
rahatlıqlarından faydalanıb əcnəbilərin göstərişi
ilə öz həmvətənlərinə düşmənçilik
etdilər”.
Erməni quldur dəstəsinin
başçısı Ağa Petrosun Urmiyada törətdiyi
qanlı qırğınlar
Ermənilər Cənubi Azərbaycanın
Urmiya, Xoy, Təbriz və Salmas şəhərlərində
qanlı qırğınlar törətdilər... Erməni
quldur dəstəsinin başçısı Ağa Petros
Assurilərin rəhbəri Marsimon və digər şəxslər
Salmasdan Urmiyaya gəldilər. Erməni dəstələri evə
soxularaq talançılıq edir, evləri
yandırırdılar. Toplarla şəhəri oda tuturdular.
Seyid Əhməd Kəsrəvi yazır: “Onlar Urmiyada beş
yüz evə od vurub yandırdılar, kişi, qadın və
uşaqları öldürdülər. Belə zülm və
vəhşilik heç bir əsrdə edilməmiş və
heç bir qanunda görülməmişdir”. Urmiyada 15 000-ə
qədər əhali yaşayırdı. Erməni
quldurları təkcə bir gündə 1500 nəfər azərbaycanlını
qətlə yetirdilər. Osmanlı qoşunu
Urmiyaya gələnə qədər erməni qaniçənləri
tərəfindən 10 mindən artıq soydaşmız
öldürüldü. Bu qırğınlar haqda Seyid Əhməd
Kəsrəvi yazır: “1918 – ci ilin martında ermənilər
qapıları sındırıb, evlərə girib,
azyaşlı qız uşaqlarını zorladılar. Sonra
onlarla bərabər kişiləri də, qadınları da
öldürdülər. Evlərindən qaçmağa
müvəffəq olanları isə küçələrdə
gülləliyirdilər... Analar uşaqlarını qana
boyanmış vəziyyətdə görürdülər. Bu
dəhşətli hadisələri, vəhşilikləri insan
artıq şərh edə bilmir”. Ermənilərin
törətdikləri kütləvi qırğında 10 min nəfərə
yaxın azərbaycanlı öldürüldü. Əhalinin
mülkü, əmlakı ələ keçirildi. 1918-ci il
iyunun 24-də quldur dəstə başçısı Andronik
Ozanyanın silahlı dəstələri Xoy şəhərini
mühasirəyə aldılar. Topları işə
salaraq bir neçə evi dağıtdılar, günahsız
insanları qətlə yetirdilər. Xalqın köməyinə
çatan Osmanlılar quldur Andronikin ordusunu geri çəkilməyə
məcbur etdilər.
Ruslara sığınan
daşnaklar və onun hərbi başçısı Pertos
topxana və hərbi qrupları ilə Urmiyadan Salmasa hərəkət
etdilər və burada çoxlu sayda insanın qanı
axıdıldı. Andronik yenidən öz qüvvələrini
qaydaya salaraq Xoya hücum etdi. Şəhərin müdafiəsinə
qalxan xoylular ermənilərə ağır zərbə
endirdilər. 1918-ci il iyunun 26-da Xalxaldan olan kiçik
yaşlı kişi Mirməmməd Pişnamazın öz
evində başını kəsib, bədənini tikə-tikə
etdilər. Rus və ingilis havadarlarına arxalanan ermənilər
quldur Andronik Ozanyanın başçılığı ilə
Urmiyada, Xoyda, Salmasda və Təbrizdə görünməmiş
qırğınlar törətdilər. Ermənilərin misli
görünməmiş azğınlıqlarına dözməyən
Salmas və Urmiyanın kəndlərində yaşayn sakinlər
evlərini tərk etməyə məcbur oldular.
Ermənilərlə farsların dil, irq və
qan qohumluğu olmasına dair sübutlar üzə
çıxır
Ermənilərlə farsların
dil, irq və qan qohumluğu olduğunu İran alimi Pərviz Vərcəvəndin
1999-cu ildə Tehranda fars dilində nəşr etdirdiyi
“İran və Qafqaz” (Aran Şirvan) kitabında Andronik
Hoyanın (erməni mədəniyyəti ilə İran mədəniyyətinin
uzun surən həmişəlik bağlılıqları) yazısı (səh. 361-389) çap
olunmuşdur. O, yazır: “ermənilərin dili hind-avropa
dilin bir şaxəsidir ki, fars dili ilə yaxın qohumluq əlaqələri
vardır. Parfiya çarlığı dövründə
iranlılar və ermənilər bir-birinin dilini başa
düşürdülər. Hazırda pəhləvi
lüğətləri erməni dilində müşahidə
edilməkdədir. Andronikin kitabına görə ermənilərin
təqvimi ilə farsların təqvimi bağlıdır”.
Bütün bunlar barədə amerikalı tarixli haqlı
olaraq qeyd edir: “... bura gələn ilk ermənilər
fırıldaqçı, macərə axtaran olmuşdurlar.
Onlar avanturist olmasaydılar, digər ölkələrdən ərazi
qoparmaq xəyalında olub “böyük hayastan” yaratmaq fikrinə
düşməzdirlər”. Erməni millətçiləri
bü gündə İranda Azərbaycan dövlətinə
qarşı təxribatlarını davam etdirilər.
31 mart soyqırımından 104 il keçir
Qafqaz cəbhəsindən Rusiyaya dönən
rus döyüşçüləri bolşeviklərin fitnəkarlığı
sayəsində öz yollarını Bakı istiqamətinə
saldılar. Daxil olduqları bölgələrdən Azərbaycan
kəndlərinəhücum edir, talançılıqlar
törədirdilər. Rus əsgərləri aclıq və təcrid
içərisində olduqlarından Bakı Sovetinin
qulluğunda olmağı əsas tuturdular. Başqa
bir səbəbdən isə Qafqaz cəbhəsindən
qayıdan rus qoşunları öz silah və hərbi
sursatını erməni və gürcülərə, eləcə
də Bakı bolşeviklərinə verməklə azərbaycanlılar
düşmən qarşısında əliyalın
qalmışdı. Belə vəziyyətdə Cənubi
Qafqaz Komissarlığındakı Azərbaycan fraksiyası
tam şəkildə silahlanmaq tələbini irəli
sürdü. Bakı Soveti geri qayıdan rus polklarından
birinin tərksilah edilib, onların silahlarını azərbaycanlılara
verilməsinə razılıq verdi. Bunun əsasında 1918-ci
ilin yanvarından Şamxor stansiyasından keçən rus
polku tərksilah edildi. Döyüş zamanı hər iki tərəfdən
ölən və yaralanan olsa da bu şərait Azərbaycan əhalisi
üçün zəruri idi. S.Şaumyan başda olmaqla
bolşeviklər bundan milli qırğın törətmək
və xalqımıza güc tətbiq etmək
üçün səy göstərdilər. Lakin
onların bu təxribatı baş tutmadı.Bolşeviklər
və erməni əsgərləri Bakıda özlərini hərbi
cəhətdən möhkəmləndirmək
üçün yeni bir addım atmağı qərara
aldılar. 1917-ci ilin dekabrında Qafqaz ordusunun II diyar
qurultayında Q.Korqanovun başçılığı
altında yaradılmış Hərbi İnqilabi Komitə
Tiflisdən çıxarılaraq Bakıya
köçürüldü. Bundan əlavə 1918-ci ilin
yanvarın sonunda Qırmızı Qvardiya və donanmanın
Balı sovetinə tabe edilməsi haqqında qərar verildi.
Ter-Stepanov, Mirzoyan,Afanasev və Trexovdan ibarət
Qırmızı Qvardiya qərargahı yaradıldı.
1918-ci il martın ilk günündə milis dəstələri
Bakı Sovetinin nəzarətinə keçdi. Ter-Qabraelyan
şəhər idarəsinin rəisi təyin oldu.Martın 3-də
S.Şaumyan İ.Stalinə məktub yazaraq Bakı şəhərini
tezliklə hərbiləşdirmək üçün vəsait
göndərilməsi, eləcə də hərbi donanmanın
yenidən təşkilinin zəruriliyini bildirdi. Bakıda mart
hadisələri zamanı I Dünya müharibəsi bölgələrindən
geri qayıdan 8 min silahlı erməni daşnak birləşmələri
yerləşdirildi. Daşnak partiyası cəbhədən fərarilik
edən rus döyüşçülərindən çoxlu
sayda silah və döyüş susatı ələ
keçirmişdi.
Eləcə də Qafqaz döyüşlərindən
və İrandan qayıdan rus əsgərlərininmüəyyən
hissəsi başqa aldatma yolu ilə Bakıda
saxlanılmışdı.
Mart hadisələri zamanı erməni
daşnakları 20 minlik silahlı qüvvə ilə yerləşmişdilər.
Martın son günü Azərbaycan tarixində
ən qanlı hadisələrdən biri kimi xalqın
yaddaşına əbədi həkk olunub. 1918-ci ilin
martında baş verən bu qırğınlar nəticəsində
on minlərlə dinc sakin daşnak-quldur dəstələrinin
əli ilə amansızcasına qətlə yetirilib. Azərbaycanda 1918-ci il 31 mart qırğını
xalqımıza qarşı soyqırımı günü
kimi qeyd olunur. Ümummilli Liderimiz Heydər Əliyevin 26 mart
1988-ci il taixli fərmanı ilə 1918-ci il hadisələrinə
siyasi qiymət verilib və bu qırğınla bağlı
elmi araşdırmaların aparılması tövsiyyə
edilib. Onilliklər ərzində erməni-daşnak
millətçiləri və onlara havadar olan ideoloqları erməni
millətinə qarşı qondarma genosid hadisələrini hər
zaman yad edir. Əvəzində isə Qərbi Azərbaycanda
tarix boyu yaşamış əhalini təzyiqə məruz
qoymaları və onlara qarşı bilərəkdən
törədilən cinayətləri hər zaman
ört-basdır edib və onu gizli saxlayıblar. XIX-XX əsrlər
arasında çox hissəsi Qərbi Azərbaycan ( indiki Ermənistan adlanan ) yalnız İrəvan
quberniyasının ərazisində 407.4 min nəfər əhali
yaşayırdı ki, bunun da 250 min nəfərdən
çoxu azərbaycanlılardan ibarət idi. 1918-ci ildə azərbaycanlıların
sayı 575 min nəfər təşkil edirdi.
Qanlı cinayətə V.İ.Leninin
silahdaşı S.Şaumyan başçılıq edib
Daşnak partiyası
“böyük Ermənistan” yaradılması məqsədilə
Azərbaycan və Gürcüstana qarşı müharibə
aparmağa başlamışdı.XX əsrin əvvəllərindən
başlayaraq ardıcıl şəkildə tarixi Qərbi Azərbaycan
ərazisində ermənilər xarici ölkədən
kütləvi şəkildə köçürülüb.
Qafqazın cənubunda indiki Ermənistan dövlətinin
yaradılması üçün Qəbi Azərbaycanın ən
qədim ərazilərindən ata-baba yurdlarından
qovulması,onların deportasiya prosesi məqsədyönlü
şəkildə əyata keçirilib. 1905-1907-ci illərdə
çar Rusiyasının hakim dairələri tərəfindən
mdafiə olunan və hərəkətə gtirilən
erməni millətçiləri azərbaycanlılara
qarşı geniş miqyaslı qətllər və vəhşiliklər
törətdilər. Yüzlərlə yaşayış məntəqələri
dağıdıldı, minlərlə azərbaycanlı erməni
terrorunun qurbanı oldu. Tarixi Azərbaycan torpaqları olan Zəngəzur,
Göyçə, Sisyan və digər torpaqlar Sovet rəhbərliyinin
əli ilə Ermənistana verildi. Dağlıq
Qarabağa xaricdən köcürülmüş ermənilərə
muxtariyyət verildi və gələcəkdə qanunsuz ərazi
iddiaları üçün zəmin hazırlandı.
1948-1953-cü illərdə ermənilər yenə də
SSRİ rəhbərliyinin qərarı ilə dövlət səviyyəsində
azərbaycanlıların öz tarixi əraziləri olan
Qərbi Azərbaycandan bütöv şəkildə
deportasiyasina nail oldular. Bu gün həmin hadisələrdən
94 il keçir.Azərbaycan Xalq Cumhuriyyəti 1920-ci il
bolşevik qüvvələri və XI Qırmızı
Ordunun köməyi ilə hakimiyyətdən salınıb, ərazini
işğal etdilər. Bu, 1915-ci il mart mart hadisələrində
özünü göstərmişdir. Qanlı cinayətə
V.İ.Leninin silahdaşı S.Şaumyan
başçılıq edirdi. Azərbaycanda
hökmranlığa can atan V.İ.Lenin daşnak qüvvələrin
həyata keçirdiyi vəhşiliklərdən xəbərsiz
deyildi. Bakıda baş verən mart
qırğınları daha aydın başa düşmək
üçün o dövrün ictimai-siyasi hadisələrinə
nəzər salmaq lazımdır. 1917-ci il Oktyabr
çevrilişindən sonra Rusiya imperiyasının tərkibində
olan milli ucqarlarda da xaos başlandı. Bu işi Qafqazda ermənilər
yerinə yetirdi. Həmin vaxt Şaumyan və
Əmirov (Əmiyan) rəhbərlik etdiyi erməni daşnak
qrupu yerli rus bolşevikləri və digər anti-azərbaycan
qrupları ilə birləşərək hakimiyyətin milli
qüvvələrinin əlinə keçməsinə nail
olmağa çalışırdı. Millətçi
daşnak Şaumyan bunu gizlətmir və açıqca bəyan
edirdi ki, Bakını Azərbaycanın paytaxtına
çevirmək olmaz. Onların bu hərəkəti
rusların işğalçılıq siyasəti ilə həmişə
üst-üstə düşür. 1918-ci ilin mart qırğınında
bu amil özünü göstərdi. Erməni quldur birləşmələri
qırğına lazımi səviyyədə hazırlıq
işləri görürdülər. Onlar həmin dövrdə
Qafqaz cəbhəsindən geri çəkilən əsgərlərdən
çoxlu sayda hərbi sursat, texnika ələ
keçirmişdilər.
Bununla kifayətlənməyən
daşnak Şaumyan və onun işğalçı dəstəsi
rus dəniz qüvvələrinin Xəzər
donanmasındakı dənizçilərini də
qırğına cəlb edə bilmişdi. 1918-ci ildə Azərbaycan
milli ordusunun yaranması çətinliklə başa gəlirdi.Əvvəla
azərbaycanlılardan ibarət milli hissə
yox idi. Çünki I Dünya müharibəsində
türk-müsəlman xalqları, o cümlədən azərbaycanlılar
səfərbərliyə alınlışdı. Bu dövrdə
müsəlmanlardan ibarət yeganə silahlı dəstə Lənkəranda
yerləşən “Dikaya diviziya” nın (Vəhşi diviziya)
süvari polku idi ki, onlar az olmaqla bərabər həm də
pis silahlanmışdılar.
İ.ƏLİYEV
Səs.- 2022.- 12 fevral.- S.8-9