Gənclər Xocalı soyqırımı haqqında düşünür?

 

 

 

Soyqırım bəşəriyyətin heç sağalmayan yarasıdır. Bu yaralar hadisə şahidlərində dərin iz buraxır. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Bəs, gəlin görək Xocalı soyqırımı gənclərin gözündə necə canlanır? SİA olaraq gənclər təşkilatları arasında sorğu keçirdi.

 

İrəliİctimai Birliyinin mətbuat katibi, İdarə Heyətinin üzvü Əfsanə Şükürova:"Azərbaycan xalqı 30 il öncə böyük bir faciə yaşadı. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində amansız cinayətlər törətdi, şəhər yerlə yeksan edildi. Soyqırımı nəticəsində 106-sı qadın, 63-ü uşaq 70-i isə qoca olmaqla 613 nəfər xüsusi qəddarlıqla öldürüldü, 1275 insan əsir girov götürülərək işgəncələrə məruz qaldı. Qırğın zamanı 487 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildi. Həmçinin 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirdi.

 

Bütün bunları erməni xislətinin təzahürü kimi qeyd edə bilərik. Çünki bundan öncə yaxın 200 ildə Azərbaycan xalqına qarşı etnik tənzimləmə soyqırımı siyasəti aparılıb. Lakin bu onlar arasında ən dəhşətlilərindən idi.

 

Birinci Qarabağ müharibəsinin ən faciəvi səhifələrindən biri məhz Xocalı oldu. Bu qanlı hadisədən sonra torpaqlarımızın beşdəbiri işğal altına düşdü. Xocalı faciəsinə hüquqi siyasi qiymətin verilməsi həmin dövrdə rəhbərlik edən siyasi hakimiyyətin öhdəliyinə düşsə , yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu istiqamətdə addımlar atılmağa başladı. 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi 26 fevral tarixini Xocalı soyqırımı günü kimi elan etdi.

 

Prezident İlham Əliyevin ölkə rəhbərliyi dövründə erməni qəsbkarlarının törətdiyi cinayətin dünyaya çatdırılması istiqamətdə mühüm irəliləyişlər əldə edilib. Ölkə başçısı daim öz çıxışlarında erməni siyasətinin mahiyyətini üzə çıxarır, bu soyqırım haqqında fikirlərini belə ifadə edir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk Azərbaycan xalqlarına qarşı apardığı soyqırım etnik tənzimləmə siyasətinin qanlı səhifəsidir. Bu soyqırımı törətməklə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul qızlarımızı müqəddəs Vətən milli dövlətçiliyimiz naminə qətiyyətli mütəşəkkil səfərbər edib. Məqsədimiz Xocalı faciəsinə beynəlxaq huquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına cəzalandırılmasına nail olmaqdır”.

 

Xocalı soyqırımdan danışarkən, İkinci Qarabağ müharibəsini vurğulamasaq olmaz. Cənab Prezidentin dövründə yetişən gənc nəslin ümummilli məsələlərdə fəallığı torpaqlarımızın işğaldan azad edilməsi kimi böyük bir missiyanın öhdəsindən uğurla gəlməsi xalqımızın azadlığı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin fonunda Xocalı şəhidlərinin ruhunu şad etdi. Azərbaycan xalqı artıq qalib xalq kimi bu ədalətin bərqərar olunması istiqamətində öz səylərini əsirgəmir, gənclərimiz hər il informasiya mübarizəsində Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edirlər. “İrəliİctimai Birliyinin üzvləri də proseslərdə yaxından iştirak edərək, haqq işimizin icrasında öz dəstəklərini göstərirlər.

 

Bu il Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədarİrəliİctimai Birliyinin təşkilatçılığı ilə bir çox məktəb regionlarda faciə qurbanlarına həsr olunmuş “25 Böyüməyən Uşaqfilminin nümayişi həyata keçiriləcək. Birlik tərəfindən lentə alınan filmdə Xocalı soyqırımı ilə bağlı reallığı əks etdirən görüntülər, eyni zamanda faciə zamanı hər iki valideynini itirmiş 25 uşağın acı dolu uşaqlıq illərinə toxunulub. Bu tədbirlər sırasında hər il olduğu kimi bu il İrəligəncləri təərfindən Xocalı faciəsinin ildönümünə həsr olunmuş sosial şəbəkə aksiyası həyata keçirəcək. Ümumilikdə 500-dən çox gəncin iştirakı ilə baş tutan kampaniya çərçivəsində tvitter sosial şəbəkəsi üzərindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xarici dillərdə maarifləndirici, infoqrafik tvitlərin göndərilməsi nəzərdə tutulub. Həmçinin, “İrəligəncləri xaricdə yaşayan həmyerlilərimizin iştirakı ilə üzərindəJustice For Khojalyyazılan vərəqlərlə şəkil çəkdirərək kampaniya üçün nəzərdə tutulmuş heşteqlərlə sosial şəbəkə hesablarında paylaşım edəcək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edəcəklər.

 

Bu fəaliyyətlərlə yanaşı digər tədbirlərin icrası nəzərdə tutulub. Qeyd edim ki, Birlik olaraq hər il tariximizin qanla yazılmış səhifəsi olan Xocalı hadisələrinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində müntəzəm olaraq tədbirlər həyata keçiririk. Tədbirlərin keçirilməsində məqsəd Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə çatdırmaq, faciə haqqında məlumatsız olan şəxsləri insanlığa qarşı törədilmiş bu cinayət barədə məlumatlandırmaqdır. “İrəliİctimai Birliyi olaraq gənclərimizi bütün fəaliyyətlərə aktiv şəkildə qoşulmağa dəvət edirik.

 

İnanırıq ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu qanlı cinayəti törədənlərin cəzalandırılmasına nail olunacaq, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində daha da böyük irəliləyişlər əldə edəcəyik".

 

"Böyük Qayıdış"Gənclər Təşkilatının layihələr üzrə meneceri Ayxan Allahverdiyev: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən bu soyqırım, Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Millətimizin, ölkəmizin yaddaşına qara, qanlı hərflərlə yazılan bu faciə, mənfur erməni birləşmələrinin öz niyyətlərini - azərbaycanlıları yer üzündən silmə niyyətlərinin bariz nümunəsidir. Uşaq, yaşlı, qadın, cavan demədən dinc insanları şəhid etdilər. Ancaq qədər olursa-olsun, millətimiz heç vaxt yıxılmadı, xalq olaraq hər zaman bir olduq, birlikdə güclü olduq. Səbr etdik, dirəndik, 30 ildən sonra gücümüzü göstərdik. Qalib xalq, qalib ordu olaraq öz dədə-baba torpaqlarımıza döndük, şəhilərimizin qisasını aldıq, qutlu vətən qanını yerdə qoymadıq. xoşdur ki, qazanılan qələbədə bir əsgər olaraq, kiçik olsa mənim payım oldu. Soydaşlarımızın qanını, onların qisasını almaq mənə nəsib oldu. Bir Azərbaycan gənci olaraq, bizim üzərimizə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirməli olduğumuzu qeyd etmək istərəm. Tariximizi yaşatmaq, haqq səsimizi dünyaya çatdırmaq, hər bir gəncin başlıca vəzifəsidir. Bizlər aldığımız bu öhdəliyi, layiqincə yerinə yetirsək, o zaman bütün düşmənlərə sinə gərər, gələcək nəsillərə bu tarixi ötürər bir daha xalqımızın başına bu cür faciələrin gəlməsinə əngəl olarıq".

 

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Hacıbaba Mustafayev:"Mən, gənclərlə çalışan biri olaraq qeyd etmək istəyərəm ki, gənclərin nəzərində Xocalı soyqırımı daima önəmli olmalıdır. Bu onların heç vaxt unutmayacağı tarixi hadisədir. Biz gənclər üçün Xocalı soyqırımı Qarabağ müharibəsinin ən qanlı səhifəsidir.

 

Gənclərin dərk etməsi vacib olan şey budur ki, üzərimizə düşən məsələ Xocalı hadisəsini daim təbliğ etmək, Xocalı qurbanlarını həmişə diqqətdə saxlamaq xatırlamaqdır. Biz gənclərin əvvəlki nəsillərdən böyük fərqimiz var. Bu fərq odur ki, bizim texnologiyaya çıxışımız var xarici dil biliklərinə malikik. Bundan əlavə biz, THİK olaraq bu il Xocalı hadisəsi ilə bağlı sənədli film hazırladıq. Film üçün Xocalı hadisənin şahidlərini dindirdik. Bu sənədli filmi xarici film festivalına göndərəcəyik".

 

Ayşən Vəli

 

 Səs.- 2022.- 22 fevral.- S.6.