27 il işğalda
olan Cəbrayıl şəhəri azad edildi
Prezident İlham Əliyev: "İlk dəfə olaraq müharibənin birinci həftəsində şəhər,
rayon mərkəzi azad edilmişdi"
"Bu gün
Azərbaycan ordusu Cəbrayıl şəhərini
və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!"
Bu fikirləri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 4 oktyabr 2020-ci il tarixli rəsmi
"Twitter" səhifəsində
yazmışdı. Həmin
gün Cəbrayıl
şəhəri və
rayonun Karxulu, Şükürbəyli, Yuxarı
Maralyan, Çərəkən,
Daşkəsən, Horovlu,
Decal, Mahmudlu, Cəfərabad kəndləri
işğaldan azad olunmuşdu. "Oktyabrın
4-ü bizim tariximizdə
əbədi qalacaq. Çünki oktyabrın
4-də Cəbrayıl şəhəri
işğalçılardan azad edildi və
bu Qələbənin
çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində
şəhər, rayon
mərkəzi azad edilmişdi", - deyə
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə
görüşündə bildirmişdir: "Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi
və bu Qələbədən sonra
bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir.
Cəbrayıllılar yaxşı
bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın
iki kəndi işğalçılardan azad
edilmişdir – Böyük
Mərcanlı və Nüzgar kəndi və Füzuli rayonunun 4 kəndi və bu, bizim
birinci uğurumuz idi".
Bu gün Cəbrayıl şəhərinin
Ermənistan silahlı
qüvvələrinin 27 illik
işğalından azad
edildiyi gündür. Düz iki il
bundan öncə -
2020-ci il oktyabrın
4-də Cəbrayıl şəhəri
düşmən tapdağından
azad olundu.. Üçrəngli müqəddəs Azərbaycan
bayrağı Cəbrayılda
dalğalanır.
Vətən Müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl
rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və
Xudafərin körpüsündə
Azərbaycan bayrağını
qaldırdı. Hər
kəsə bəllidir
ki, qədim Xudafərin körpüsünün
düşməndən azad
edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını
ucaltması böyük
tarixi, siyasi önəm daşıyırdı.
Çünki Xudafərin
xalqımızın mənəviyyatında,
tarixində dərin iz buraxıb. Çünki Xudafərin bizim üçün milli qürur məsələsidir.
XUDAFƏRİN KÖRPÜSÜNÜN
ÜZƏRİNDƏ 27 İL SONRA ÜÇRƏNGLİ
AZƏRBAYCAN BAYRAĞI UCALDILDI
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü
də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə
aiddir. Xudafərin körpüsü Cənubi
Azərbaycanla Şimali
Azərbaycanın orta
əsr şəhərlərini
birləşdirən, karvan
yolunun üstündə
tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət
daşıyır. Oktyabrın
18-i tariximizə daha bir şanlı gün kimi yazıldı.
Cəbrayıl rayonunda
yerləşən tarixi
Xudafərin körpüsünün
üzərində 27 il
sonra üçrəngli
Azərbaycan bayrağı
ucaldıldı. Vətən
Müharibəsində böyük
zəfərlərə imza
atan müzəffər
ordumuz tarixi abidəni öz sahibinə qovuşdurdu.
Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə
və 97 kənddən
ibarət idi. İşğal nəticəsində
Cəbrayıl rayonuna
13,928 milyard ABŞ dolları
həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçməksə sadəcə,
mümkün deyil. Cəbrayıllı məcburi
köçkünlər respublikamızın
58 rayonu üzrə 2 minədək yaşayış
məntəqəsində, eləcə
də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdır. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində
362 nəfər şəhid,
191 nəfər əlil
olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən
100-ə yaxın kənd,
72 ümumtəhsil məktəbi,
150 mədəniyyət ocağı,
132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan
edilib, dağıdılıb.
Cəbrayılda qaynar mədəniyyət,
elm-təhsil, maarif mühiti olub. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət
evi, 32 klub, 10 mədəni çadır
və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət
işçisi, 72 məktəbdə
1660 nəfərdən çox
müəllim çalışıb.
Rayon Tarix-diyarşünaslıq
muzeyində 20 mindən
çox eksponat olub.
44 günlük Vətən müharibəsində
Azərbaycan Prezidenti,
Ali Baş Komandanın rəhbərliyi
ilə Müzəffər
Ordumuz torpaqlarımızı
erməni təcavüzkarlarından
azad edərək işğala son qoydu.
Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da "Cəbrayılın
azad olunmasına görə" medalını
təsis edib. Qəhrəmanlıq və
şücaət təcəssümü
olan bu dövlət
təltifi Cəbrayıl
rayonunun işğaldan
azad edilməsi uğrunda aparılmış
döyüş əməliyyatlarında
iştirak edərək
şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
22744 hərbi qulluqçusuna
verildi.
CƏBRAYIL ŞƏHƏRİ
YENİDƏN QURULUR
Azərbaycanın işğalçı
Ermənistan üzərində
parlaq qələbə
qazanmasından sonra qısa bir zamanda
azad olunan ərazilərimizdə bərpa-təmir,
abadlıq və quruculuq işlərinə
start verildi. Bildiyimiz kimi, işğal altında saxlanılan ərazilərimizdə
dağıdılan yaşayış
məntəqələri, orada
həyat üçün
zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb,
tarixi-mədəniyyət və
dini abidələrimizə
ciddi ziyan dəyib, fərdi və çoxmənzilli yaşayış evləri
məhv edilib. Bu ərazilərdə ermənilər tərəfindən
aparılan şumlama əməliyyatı neçə
əsrlik tarixi olan yeraltı və yerüstü sərvətlərimizə qarşı
olan vandallıq əməlləridir. Bu gün artıq ərazilərimizdə intensiv
şəkildə bərpa
və yenidənqurma işləri həyata keçirilir, Azərbaycan
öz ərazilərini
bərpa edir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Cəbrayıla səfəri çərçivəsində
Memorial Kompleksin və şəhərin bərpasının təməl
daşını qoymuşdu.
Bu gün Azərbaycan Ordusu tərəfindən işğalçılardan
azad edilən Cəbrayıl şəhəri
yeni dövrünü
yaşıyır. Erməni
vandalları, təcavüzkarları
tərəfindən dağıdılmış
əraziləri yenidən
qurmaq böyük güc, potensial və zaman tələb
edir. Ölkəmizdə
yenidənqurma, abadlıq
və quruculuq işlərinin aparılması
məqsədi ilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilərdə tezliklə
yeni işıqlı həyat başlanacaq.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2022.- 4 oktyabr.- S.13.