Vətənə daş, torpağa qardaş,
ölkəyə vətəndaş olduq
Daş, tarixdir,
əsrlərin o başından
bu başınadək
ötən tarix. Biz olmasaydıq, o tarixi kim yaşadardı?
Biz Vətənə daş olduq. Hər dağında, hər qayasında, çayında, hər elində... Daş olduqca da daşlaşdıq.
Tariximizi yazdıq. Hünər, qəhrəmanlıq
səhifəsini öz
əllərimizlə yazıb
bu Vətənin daşına çevrildik.
Qoparmaq istədilər,
qopmadıq. Daşımaq
istədilər, yerimizdən
qaldıra bilmədilər.
Əlləri külünglə
gəldilər üstümüzə,
bir qətrəmizi qopara bilmədilər. Çünki biz bu Vətənin daşı olduq. Yerindən tərpənməyən,
düşdüyü yerdə
ağır olan daşı...
Qardaş arxadır,
dayaqdır. Qardaş düşmən çəpəridir.
Sinəsini qabağa verib arxadakıları qoruyan, namusunu, qeyrətini çəkən,
elinin qız-gəlinini
göz bəbəyi kimi qoruyan, ağsaqqal-ağbirçəyinə
sayğı ilə yanaşan oğuldur. Düşmənin əyri
baxan gözünü
oyan, el qoruqçusu, torpaq sevdalısı, məmləkət
qeyrətlisidir. Həddi-buluğa
çatan gündən
kişiliyini hiss edən, çiyinlərindəki
yükün nə olduğunu anlayan, bütün bunlara görə də həyat tərzini quran igiddir, ərdir.
Vətənin sərhədlərini oğul
üçün binə
edib Yaradan. Edib ki, parça-parça
ayırıb məmləkətlərə,
Vətənlərə, ölkələrə
böldüyü yer üzü dünyaya göndərdiyi ərlərlə
qorunsun. “Məhz oğullarla qorunmalıdır
Vətən” deyib Yaradanımız. Bu missiyanı, vəzifəni
yaradılışdan onlara
bəxş edib.
Biz hamımız-kişili-qadınlı
torpağın qardaşıyıq,
onu mühafizə edənlərik. Qadınlara
yaradan o vəzifəni
verib ki, dünyaya oğul gətirsinlər. O oğullar
isə torpağa canlarını qurban vermək üçün
gözlərini dünyaya
açsınlar. Elə
buna görə də deyilməyibmi ki, oğul torpaq
payıdır. Yəni
istənilən bir məqamda yaşından asılı olmayaraq o torpağın-ən çox
sevdiyi sevdalısının
payına çevrilə
bilər...
Biz ölkəmizə
vətəndaş olduq.
Xalq şairi rəhmətlik Məmməd
Araz yazırdı ki, Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. Biz
ölkəmizin vətəndaşı
olmağı əsrlərdir
haqq edirik. Çünki öncə onun daşı olmağı bacarmışıq.
Tarixin o üzündən
bəri əllərimizlə
yazdığımız salnamələri
vərəqləsək, görərək
ki, bu xalq
yadelli işğalçılarla,
torpağımızda gözü
olanlarla, bu səbəbdən də ölkəmizə yürüşlər
edənlərlə necə
mübarizələr aparıb,
bu torpağın hər bir qarışının
qorunması, mühafizə
olunması üçün
canından keçib.
Beləliklə də
biz Vətənin daşı olmuşuq ki, bu Vətəni,
bu torpağı bu günlərə gətirib çıxara bilmişik. Deməli, biz həqiqətən də ölkəmizin vətəndaşı olmağı
haqq etmişik.
Çox uzağa
getməyək...
Bəli, daş
tariximizi kəlmə-kəlmə
oxuyub öyrənmişik.
Kimlərin bu xalqla hansı münasibətdə olduğunu,
kimlərin üzdə,
kimlərin arxada dostluğunu da, düşmənliyini də
görmüşük.
Çox uzağa
getməyək. yaşımızın
imkan verdiyi, özümüzü anladığımız
dövrlərə bir
nəzər salaq. Biz haralardan haralara gəldik. Bizim başımıza nələr-nələr gəldi.
Qonşuluqdan kənar
ermənilərdən söhbət
açaq. Hansı ki, ötən əsrin əvvəllərindən
süfrəmizin başındakı
düşmənimizdir bu
yersiz-yurdsuzlar. Haradan gəlib bizimlə qonşu oldular, heç bilmədik. Bir də ki
qonşu oldular deyəndə, onların torpağı yox idi ki, bizimlə
də qonşu olalar. Bizə sığına-sığına, süfrəmizin qırıq-quruğu
ilə dolana-dolana içimizdə düşmənə
çevrildilər. Sonra
torpaqlarımıza göz
dikənlərin havadarları
hərdən bir qarışımızı qoparıb
“onların olsun” dedi və beləliklə
də bu vəhşi qəbilə qulağımızın dibindəcə
düşmən qonşumuza
çevrildi.
Başqasının hesabına torpaq sahibi olanlar elə ki, bir
qədər özlərinə
gəldilər, başladılar
yeni-yeni torpaq iddialarına. Yəni bunları da onlara vəsiyyət edənlər, başa salanlar var idi.
Yoxsa əzəldən
torpağı, bu torpağa bağlılığı,
sevdası olmayan yaradılanda sonradan bu hisslər formalaşa bilməz.
Arxalarında dayananlar, əslində Azərbaycanın varlığını,
sərvətini sinirə
bilməyənlər erməni
adlı varlıqları
qızışdırıb ortaya saldı ki, bizim hüzurumuzu
qaçırsınlar. Dinc
yaşamağımızı, regionda söz sahibi olmağımızı
əngəlləsinlər. Çünki bu dövlətin sabahındakı
işıq onların
gözlərini qamaşdırıb
korluq həddinə gətirməkdə idi.
Ötən əsrin
80-ci illərinin sonu,
90-cı illərinin əvvəllərində
ermənilər qızışdırılıb
yenidən ortaya salındılar. Bütün
havadarlarının gücü
ilə Azərbaycan torpaqlarını işğal
etmək, ölkəni
yaralamaq, o yaraların
illərlə qan süzməsinə çalışdılar.
Beləliklə də
XIX-XX əsrin ayrı-ayrı
illərdə ermənilərin
azərbaycanlılara qarşı
törətdikləri soyqırımları
80-ci illərin sonundan
başlanan erməni işğalçılıq siyasəti
ilə başa çatdı. Nəticədə
həmin illərdə
Azərbaycanda hakimiyyətdə
olan AXC-Müsavat cütlüyünün də
ermənilərin havadarları
ilə əlbirliyi ilə torpaqlarımızn
20 faizdən artığı
erməni faşistləri
tərəfindən işğal
edildi.
İşğal edildi, yoxsa...
Torpaqlarımız əslində ermənilərə
satılmışdı. Səriştəsiz
qruplaşmanın vəzifə
kürsüsünə, hakimiyyətdə
qalmaq arzusuna, yerlərini bərkitmək
istəklərinə qurban
getmişdi Qarabağ və Şərqi Zəngəzur. Lakin siyasət o qədər ikibaşlı idi ki, AXC-Müsavat cütlüyü torpaqları
satmaqla yanaşı, həm də minlərlə oğul və qızımızın,
günahsiz körpənin
qətlinə fərman
vermişdi. Vətən
daşı olan torpaq sevdalılarımız
əllərində ov
silahı, şana, yaba, dırmıq ilə düşmənin qarşısına çıxmışdılar.
Düşmən isə
havadarları tərəfindən
ən müasir silahlarla silahlanmışdı.
Bizim hakimiyyət
həvəsliləri isə
torpaqları satıb otaqlarında gizlənmiş,
Qarabağ üçün
kömək uman insanlardan dəqiqəbaşı
gələn telefonları
açmırdılar. İnsanlar
cəbhədə kütləvi
şəkildə şəhid
olur, qan su yerinə axır, soydaşlarımız
öz ata-baba ocaqlarından, əzəli
yurdundan silah burnunda çıxarılır,
qovulur, hakimiyyətdəkilər
isə susmağa üstünlük verirdilər.
Bu səbəblərdən
də heç vaxt işğal sözü ilə razılaşmaq istəmirəm.
Erməni kim idi ki, Azərbaycan
torpaqlarını işğal
edə. Minlərlə
insanı qətlə
yetirə, minlərlə
insanın 30 il köçkün həyatı
yaşamasına səbəb
ola...
Torpaqlarımız satılmışdı. Bu,
tarixi faktdır. Azərbaycanlıların heç
vaxt unutmayacağı,
tariximizin qara bir səhifəsini təşkil edən fakt. Deməli, bəli, heç də hər kəs Vətən daşı olmağı bacarmırmış. Daha doğrusu Vətənin daşı olmaq da gərək Ulu Yaradan tərəfindən
insana nəsib edilə. Çox təəssüf ki, onların bu nəsibdən payı olmadı. Tarixin səhifələrində deyil,
zibilliyində yer aldılar.
Beləliklə, 30 il...
90-cı illərin əvvəllərində minlərlə
şəhid versək
də, insanlar hər qarış torpaq uğrunda canından keçsə də, lakin milli ordumuzun yox dərəcədə olması, hakimiyyətdə
olanların isə qəti şəkildə yaxına durmaması nəticəsində torpaqlarımız
anası Azərbaycandan
ayrı düşməli
oldu. Düşmən
30 il əzəli torpaqlarımızda at oynatdı. Sərvətlərini
daşıdı, satdı-sovdu,
tarixi-mədəniyyət abidələrimizi,
məscidlərimizi yox
etdi, bir sözlə, daşı daş üstündə qoymadı. Bu torpaqlara faşizmin ən qəddar üsullarını tətbiq
etdi. Bununla bir tərəfdən də həqiqəti ortaya qoydu əslində.
“Bu torpaqlar bizimdir”,- deyən
ermənilərin yanlış
fikirdə olduğunu elə ilk günlərdən
təsdiqlədi. Çünki
insan övladı özünün olanlara qətiyyən bu divanı tutmazdı.
Minlərlə məcburi köçkün
ozanmankı iqtisadiyyatı
çökmüş Azərbaycanın
dörd bir tərəfinə yayıldı.
Həmin vaxtlar insanların hansı zülmlərlə, çətinliklərlə
qarşılaşmasına, hansı şəraitdə
yaşamasına çoxlarımız
şahidik. O zamana kimi ki, Ulu
Öndərimiz yenidən
Azərbaycanda hakimiyyətə
gəldi, AXC-Müsavat
qruplaşması hakimiyyətdən
uzaqlaşdırıldı. Bundan sonra iqtisadiyyatımz,
sosial həyatımız
kimi, məcburi köçkünlərin də
həyat tərzi dəyişməyə başladı.
Ancaq onlar üçün nə qədər təminatlı
şərait yaradılsa
da, yurd həsrəti, ocaq arzusu bir saniyə
də bu insanları tərk etmədi. Minlərlə soydaşımız elə
qəriblikdəcə yurd
həsrəti, hicranı
ilə dünyasını
dəyişdi.
Torpaqlarımızdan 30 il ayrı qaldığımız
illərdə 1993-cü ildən
başlayaraq Ulu Öndər Heydər Əliyev tərəfindən
əzəli yurdlarımızın
geri alınması üçün çoxsaylı
tədbirlər həyata
keçirildi. Milli Ordumuz təkmilləşdirilməyə
başlandı. Hələ
Ulu Öndər Naxçıvanda olarkən
bu addım orada atılmışdı.
Çünki Öndərimiz
yaxşı bilirdi ki, nə qədər
ki, ordumuz yoxdur, torpaqların azadlığından söhbət
gedə bilməz. Ölkə iqtisadiyyatı
da həmçinin. Çökmüş iqtisadiyyat
dirçəlmədən hansı
müharibədən söhbət
gedə bilərdi. Zəfər qazanmaq, düşməni çökdürmək
üçün axı
güc lazım idi.
Biz illərlə
bir gün torpaqlarımızı qaytarmaq
arzusu ilə yaşadıq. Ulu Öndərin başladığı,
lakin ömrün vəfa etmədiyi işləri 2003-cü ildən
dövlətimizin başçısı,
Ali Baş Komandan cənab İlham Əliyev davam etdirdi. Ölkə iqtisadiyyatı
ilə ordu quruculuğu paralel şəkildə elə inkişaf etdirildi ki, onların tarazlığı eyni səviyyədə oldu.
2020-ci ilə qədər düz 17 il ölkə rəhbəri dünyanın
ən mötəbər
kürsülərindən beynəlxalq
təşkilatlara üz
tutdu. Onlara Azərbaycan həqiqətlərini
çatdırdı. Erməni
yalanlarını ifşa
etdi. Sülh yolu ilə torpaqlarımızın
qaytarılması uğrunda
mübarizə apardı.
Lakin dünya susdu. Ədalətə kar olduğu üçün deyilənləri
eşitmədi və anlamadı.
Lakin dövlətimizin
başçısı bütün
bayram və əlamətdar günlərlə
bağlı xalqa müraciətlərində həmişə
onu da vurğulayırdı
ki, torpaqlarımız
bir gün azad olunacaq. Sülh yolu ilə olmasa, hərb yolu ilə azad edəcəyik.
Bu, tarixi ədalətdir. Bu ədalət bir gün qalib gələcək.
Belə də
oldu
2020-ci ilin sentyabr
ayı... Əsl Vətən daşı, torpaq qardaşı, ölkə vətəndaşı
olduğumuzu təsdiq
etdiyimiz o gün-27 sentyabr.
Həmin gün dövlətimizin başçısı
televiziya ilə xalqa müraciət edərək İkinci Vətən müharibəsinin
başladığını bəyan etdi.
Erməni vəhşiliyinə,
tamahına son qoymağın vaxtı çatmışdı. Müharibənin
başlaması acı
xəbərdir. Bunu kitablardan da oxumuşuq, filmlərdən
də öyrənmişik,
90-cı illərdə Birinci
Vətən müharibəsində
isə canlı şəkildə görmüşük.
Lakin dövlətimizin
başçısının müharibənin başlanması
ilə bağlı bəyanatını sevinclə
qarşıladıq. İnanın
ki, bu, dünya
tarixində ilk belə hadisə idi. Bunun isə
səbəbləri vardı:
biz Vətənin daşı idik, torpağın qardaşı,
sevdalısı idik. Əsl vətəndaş idik. Bax, elə
bunlara görə də Vətənin tamlığı, ərazi
bütövlüyü uğrunda
ölümə getdiyimizi
bilə-bilə sevinirdik.
Müharibəni ağlamaqla,
sızlamaqla deyil, sevinclə, qürurla qarşılayırdıq.
Həmin gündən
etibarən bütün
Azərbaycan ayağa qalxdı. Hər kəs cəbhəyə yollanmağa can atırdı. Səfərbərlik
idarələrinin qarşısı
insanla dolu idi. Lakin milli
ordumuz öndə idi. Könüllü gedənlərin sayı-hesabı
yox idi. Bu səbəbdən də hamı gedə bilmirdi. Onlar Ali Baş
Komandanın əmrini
gözləyirdi. Bir əmrlə hər kəs bir günün
içərisində Qarabağda
və Şərqi Zəngəzurda olmağa hazır idi.
Şiddətli müharibə gedirdi. Lakin müharibənin ilk günündən üstünlük Azərbaycan
tərəfdə idi.
Müharibənin ilk günündən qələbə
müjdəsini dövlətimizin
başçısından almışdıq.
Bu sevinclə daha bir güc
tapmışdıq özümüzdə,
əmin idik ki, qələbə bir-birinin ardınca bizim olacaq və
biz Böyük Zəfəri yaşaya biləcəyik...
Zəfər sevincini yaşaya bildik
Tarixi Zəfər
Vətən daşı
olanların əsl vətəndaşlığı sayəsində qazanıldı.
Ölkəmizdə yetişdirilən
vətənpərvər gənclərə
hərbin sevdirilməsi,
torpaq sevgisinin aşılanması, əzəli
yurdlarımızın uzun
illər haqsızlığa
qurban getməsinin, minlərlə insanın da bu ədalətsizliyə
tuş gəlməsinin
bütün detalları
ilə çatdırılması
onlarda düşmənin
gözlərini oymaq, qisas almaq hissini
ən yüksək həddə çatdırmışdı.
Bu səbəbdən də gənclər çoxdan idi ki, o günləri gözləyirdi. Həmin gün isə 2020-ci ilin sentyabr ayının
27-dən noyabr ayının
10-dək düz 44 gün,
2023-cü ilin 19-20 sentyabrında
isə düz bir gün davam
etdi. Bu dəfə də minlərlə şəhid
verdik, minlərlə qazimiz oldu. Lakin
bu dəfə
90-cı illər müharibəsindəki
kimi əllərimiz boş qalmadı. İgidlərimiz cəbhədən
evlərinə Zəfər
sevinci, əzmi, qüruru ilə qayıtdılar.
Biz Zəfər
çaldıq. Qarabağı
və Şərqi Zəngəzuru erməni tapdağından xilas etdik. 30 illik həsrət sona çatdı. Bütün
xalq qələbə sevincini yaşadı, ölkə toy-bayrama büründü.
Bəli, şəhid
verdik, ürəyimizdən
qara qanlar axdı. Övlad itirmək heç də asan məsələ
deyil. Lakin biz analar oğulları
Vətən üçün
dünyaya gətiririk.
Bax, tək təsəllimiz bu oldu.
Ali Baş
Komandanımız və
rəhbərlik etdiyi Milli Ordumuz bizim
namus, ləyaqət məsələmizi həll
etdi. İllərlə
torpaqlarımızın işğal
altında olmasını
başımıza qaxanc
edənlərin yanında
alnımızı açıq,
üzümüzü ağ
etdilər. Buna görə də şəhidlərimizin ruhu
qarşısında baş
əyir, Ali Baş Komandanımıza dünya durduqca minnətdarlıq edir, Milli Ordumuzla qürur duyuruq.
Biz hər
zaman Vətənimizin
bax, belə daşı, ölkəmizin
bax, belə vətəndaşı olmuşuq.
İgidlik, qəhrəmanlıq,
ərlik abidəsi olmuşuq. Bunu 2020-ci ilin 44 və 2023-cü ilin 1 günü bir daha təsdiq
etdi.
Mətanət Məmmədova
Səs.-
2024.- 29 iyun, ¹113.- S.8-9.