Etimad və inamı
doğruldan Azərbaycanın Birinci XANIMI!
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva əməli
fəaliyyət ilə böyük nüfuza sahib olub. Bu
gün cəmiyyətimizin örnəyinə çevrilən
Mehriban xanım məsuliyyət və zəhməti ilə fəaliyyətini
davam etdirir. Onu vətənpərvərliyi, vətənə
bağlılığı xalqı, milləti
üçün böyük amallara xidmət etməyə
sövq edir.]Azərbaycan dövlətçiliyi tarixində
ilk dəfə olaraq "Birinci xanım" statusunu məhz
Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına
birinci xanım ənənəsini gətirmiş oldu. Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva Birinci vitse-prezident
seçildikdən sonra müsahibələrinin birində
bildirib ki, yeni vəzifədə Prezidentin etimadını, ən
başlıcası isə ona inanan, ona ümid bəsləyən
insanların etimadını doğruldacaq: «Məni Azərbaycanın
Birinci vitse-prezidenti vəzifəsinə təyin etmək qərarı
Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü
olub. Əlbəttə, uzun illər ərzində həm
Prezidentin xanımı, həm də onun silahdaşı
olmağım da yəqin ki, öz rolunu oynayıb". Azərbaycanın
Birinci vitse-prezidenti müxbirin "Siz dərhal
razılaşdınızmı?" sualına cavabında
deyib: "Biz müzakirələr aparır, götür-qoy
edirdik. Mənim əsas tərəddüdüm üzərimə
qoyulan bu məsuliyyətin öhdəsindən nə dərəcədə
gələ biləcəyim müstəvisində idi. Mən
birmənalı şəkildə bilirəm və əminəm
ki, dövlətin maraqları ilə həyat
yoldaşımın mənə tövsiyələri və deyəcəkləri
tamamilə üst-üstə düşəcək. …Mən
Prezidentin etimadını, ən başlıcası isə mənə
inanan, ümid bəsləyən insanların etimadını
doğrultmalıyam". Mehriban xanim ən cətin zamanlarda
insanların yanında oldu. "Mən əsas diqqəti sosial
problemlərin, əhalinin aztəminatlı təbəqələrinin
problemlərinin həlli üzərində cəmləşdirmək
istəyirəm. Həqiqi mərhəmət real işlər
görülməsini, real məsələlərin həllini,
konkret addımlar atılmasını tələb edir. Biganəlik
və laqeydlik ən dəhşətli xüsusiyyətdir.
Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də
dövlət qulluğunda işləyən adam.
İnsanlıq hissini qoruyub saxlamaq lazımdır", - deyə
Azərbaycanın Birinci xanımı bildirib.
Heydər Əliyev ideologiyasını davam etdirmək
və prinsipləri gerçəkləşdirmək
üçün Heydər Əliyev Fondunun yaradılması
onun çoxsaylı layihələrinə imza atdı. Müstəqil
Azərbaycanda Ümummilli Lider Heydər Əliyev
ideyalarını davam etdirən və mövcud prinsiplər və
ənənə ilə fəaliyyət göstərən, Heydər
Əliyev Fondunun şaxəli fəaliyyəti Azərbaycanın
sosial, iqtisadi, mədəni həyatında özünü
göstərir. Elm, təhsil, mədəniyyət, səhiyyə,
idman, ekoloji sahələrə aid proqram və layihələr
hazırlayıb həyata keçirilir. Azərbaycan cəmiyyətinin
yaratdığı hüquqi normalardan yararlanan və bu prinsiplər
əsasında dünyaya qapı açan Mehriban xanım
Əliyeva ictimai-siyasi, mədəni, sosial proseslərdə fədakarlıq
nümunəsini göstərir.
"FOND DA, JURNAL DA KİFAYƏT QƏDƏR
MÜRƏKKƏB VƏZİFƏLƏRİ YERİNƏ
YETİRMƏLİ İDİ"
Vurğulayaq ki, aktiv ictimai fəaliyyətə 1995-ci
ildə Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla
başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin
geniş təbliğ olunması məqsədi ilə
üç dildə (Azərbaycan, ingilis və rus) çap
olunan "Azərbaycan-İrs" jurnalını təsis
edib. Müsahibələrindən birində Azərbaycan Mədəniyyət
Fondunun və "İrs" jurnalının yaradılma məqsədlərini
Mehriban Əliyeva özü belə bildirmişdir: "Azərbaycan
Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas
məqsədi Azərbaycan mədəniyyətini təbliğ
etmək, tanıtdırmaq idi. "İrs" jurnalını
da mən elə onda təsis etdim. Jurnal, əslində, Fondun fəaliyyətini
işıqlandırmaqla məşğul olurdu və müəyyən
bir mövzuya həsr edilən hər bir nömrə həm
populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə
bilərəm ki, Azərbaycan mədəniyyəti barədə
bizdən əvvəl hələ heç kim belə şirin
yazmayıbdır. Məsələn, miniatürdən və ya
memarlıq abidələrindən yazmağı
qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa,
əslində, həm akademiya alimlərini, həm jurnalistləri,
həm də sənətşünasları cəlb
etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb
vəzifələri yerinə yetirməli idi. O illər
müstəqil Azərbaycanın təşəkkül illəri
idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı,
köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər
dağıdılırdı. Kifayət qədər təlatümlü
həmin dövrdə mədəni irsimiz yenidən fikir
süzgəcindən keçirilir, əzəli milli ənənələrə
və köklərə qayıdılırdı".
"YENİLƏŞƏN AZƏRBAYCANA YENİ
MƏKTƏB"
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti, bu Fondun
mədəniyyət və səhiyyə sahəsində həyata
keçirdiyi irimiqyaslı layihələr, o cümlədən
talassemiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramı və talassemiyaya tutulmuş uşaqlar
üçün ixtisaslaşdırılmış mərkəzin
yaradılması və s. onun xeyriyyəcilik əməllərinə
söykənir. "Mən öz vəzifələrimi
vaxtında yerinə yetirmək üçün düzgün
iş forması, düzgün tarazlıq tapmağa
çalışıram. Əlbəttə, mən ilk növbədə
həyat yoldaşımın xanımıyam,
uşaqlarımın anasıyam», - deyən Mehriban xanım
genişmiqyaslı layihələri ilə diqqəti cəlb
edib. "Yeniləşən Azərbaycana yeni məktəb"
Proqramına uyğun olaraq Azərbaycanın bir sıra rayon və
kəndlərində yeni məktəb binalarının
inşa, təmir və bərpa olunaraq istifadəyə verilməsi
bu görülən işlərin davamı olaraq
reallaşır. Belə ki, məktəblər müasir
avadanlıqlarla təchiz edilərək, dünya
standartlarına uyğun qurulur ki, bu da təhsilin keyfiyyətinə
müsbət təsirini göstərməkdədir. Demək
olar ki, Azərbaycanın hər bir məkanında təhsil
sahəsində aparılan bu dəyişikliklər
özünü büruzə verir. Azərbaycanın gənc nəsli
biliyə, müasir texnologiyalara, elmə yiyələnərək,
dünya təhsil sisteminə inteqrasiya olunur. Bu uğurlu
addım Fondun başlıca vəzifəsi olaraq davam etdirilir.
SÜLHƏ VƏ DOSTLUĞA ÇAĞIRIŞ
Heydər Əliyev Fondu fəaliyyətə
başladığı zamandan sərhəd tanımadan
böyük və əhəmiyyətli layihələri həyata
keçirərək humanizmin, xeyriyyəçiliyin
ünvanı olduğunu dünya bir mesaj olaraq
çatdırmışdı. Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva tərfindən reallaşan layihələr
dövlətlərarası münasibətlərinin inkişaf
etdirilməsi və möhkəmləndirilməsinə öz
töhfəsini verir. Humanist, xeyriyyəçi layihələrin
təşəbbüskarı kimi nüfuz qazanan Mehriban
Əliyeva çoxşaxəli fəaliyyəti,
genişmiqyaslı layihələri ilə beynəlxalq aləmdə
nüfuza sahib olaraq, təkcə Azərbaycanda deyil, bir
sıra məkanlarda geniş layihələr həyata
keçirir.
Azərbaycanın, eləcə də, ümumdünya
mədəni irsinin qorunmasında "Azərbaycan -
tolerantlığın ünvanı" layihəsi maraq
doğuran və əhəmiyyətli tədbirlər
sırasındadır. Layihə çərçivəsində
müsəlman məscidləri ilə yanaşı, xristian
kilsəsi də bərpa edilib, Azərbaycanda yaşayan yəhudi
uşaqları üçün məktəb və mədəni
mərkəz inşa olunub. Heydər Əliyev Fondu tərfindən
Bakının Mərdəkan qəsəbəsində Pir Həsən
ziyarətgahı, Heydər Cümə məscidi, Binə qəsəbəsindəki
Möhsün Səlim məscidi, İmam Rza məscidi, Buzovna qəsəbəsindəki
Cümə məscidi və digər məscid və ziyarətgahlarda
əsaslı təmir və yenidənqurma işləri
aparılmışdır. Gəncədəki Həzrəti
Zeynəb məscidi yenidən qurulmuşdur.
Dünya ölkələri ilə münasibətləri
dostluq, qarşılıqlı maraq, hörmət əsasında
quran Fond tərəfindən Bakıdakı Müqəddəs
Bakirə Məryəm kilsəsində təmir-bərpa
işləri aparılmış, kilsənin asma tavanı bədii
şüşələrlə əvəz edilmiş, məbədin
fasadı dəyişdirilmişdir. "Tolerantlığın
ünvanı - Azərbaycan" layihəsi çərçivəsində
Bakıda yaşayan yəhudi uşaqları üçün
Xabad-Or-Avner Təhsil Mərkəzi inşa olunub. Bütün
bunlar Azərbaycanda tolerantlığın,
dözümlülüyün, dünya mədəniyyətlərinin
rəngarəngliyinə hörmətin qədim və möhkəm
kökləri olduğunu özündə ehtiva edir.
Azərbaycanda bütün dövrlərdə,
ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif
dillərdə danışan, müxtəlif dinləri təmsil
edən insanların sülh, əmin-amanlıq və
qarşılıqlı hörmət şəraitində bir
ailə kimi yaşadığını çıxışlarının
birində bildirən Mehriban xanım Əliyeva "Bu gün də
çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə
sadiqdir və bu, ən böyük sərvətlərdən
biridir" - deyib.
Fondun həyata keçirdiyi layihələr təkcə
Azərbaycanı əhatə etmir, onun miqyası geniş və
şaxəlidir. Strasburq kafedralının XIV əsrə aid
olan beş pəncərəsi bərpa edilmişdir.
1320–1340-cı illərdə salınmış vitraj
şüşələrinin üzərində Müqəddəs
Məryəmin və İsa peyğəmbərin həyatı
əks olunub. Heydər Əliyev Fondu Fransanın müxtəlif
regionlarındakı 20-dək kilsənin bərpasına maliyyə
yardımı ayırmışdır. Rusiya
Federasiyasının Həştərxan şəhərində,
Müqəddəs Vladimir kilsəsinin
qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi
ucaldılmışdır. Bütün bu və digər layihələr
Azərbaycan ilə dünya dövlətləri arasında əlaqələrin
möhkəmlənməsinə öz töhfəsini verib.
Təbii ki, xalqlar və dövlətlərarası əlaqələrin
qurulmasında Heydər Əliyev Fondunun da yeri və rolu var.
Rusiya, Gürcüstan, Fransa kimi dövlətlə mövcud
olan əlaqələrin daha genişlənməsində Heydər
Əliyev Fondunun həyata keçirdiyi layihələr öz
müsbət nəticəsini verib.
Mehriban xanım Əliyevanın müsahibələrinin
birində dediyi kimi, dünyəvi müsəlman ölkəsi
olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs
yerlərin və tarixi-mədəni abidələrin bərpasında
iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli
abidələri bərpa edir. Bu, Fondun həyata keçirdiyi
mühüm siyasətidir. Bu gün Azərbaycan ilə Vatikan
arasında salınan körpünün yeni bir mərhələ
təşkil etdiyini də qeyd etməliyik. Azərbaycan və
Vatikan arasında münasibətlər bu gün yeni müstəvidədir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs
Marçellinio və Pietro katakombalarının bərpa edilməsi
böyük hadisəyə çevrildi və Vatikan rəsmiləri
tərəfindən Fondun həyata keçirmiş olduğu
layihə öz yüksək qiymətini aldı. Heydər
Əliyev Fondunun Vatikanda həyata keçirdiyi tədbirlər
təkcə katakombaların bərpası ilə məhdudlaşmır.
Vatikan Apostol kitabxanasında olan Azərbaycana aid əlyazmaların
bərpasını da qeyd etməliyik. Xatırladaq ki, Heydər
Əliyev Fondunun dəstəyi ilə Müqəddəs
Sebastian katakombalarının bərpası işlərinə
2016-cı ildə başlanılıb. 2018-ci il sentyabrın
26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva katakombaların
açılışı mərasimində iştirak edib.
Muzeydə Heydər Əliyev Fondunun dəstəyi ilə
restavrasiya olunmuş 150 sarkofaq və ya onların fraqmentlərindən
ibarət eksponatlar nümayiş olunur. Yer altında dörd mərtəbədən
ibarət katakombada isə Fondun dəstəyi ilə restavrasiya
olunmuş, eramızın IV əsrinə aid sarkofaq və
barelyeflər yerləşir. İncildən səhnələrin
yer aldığı barelyef erkən xristianlıq dövrü
üçün mühüm abidələrdən
sayılır. Vatikan ilə Azərbaycan arasında əlaqələr
ölkəmizin dövlətlərarası qurduğu dostluq və
qarşılıqlı əməkdaşlıq münasibətlərinin
göstəricisidir.
Tarixi İpək Yolunda yerləşən Azərbaycan
multikultural bir dövlət kimi dünyada tanınır və
ayrı-ayrı millətlərin və konfessiyaların
nümayəndələrinin sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma və dialoq şəraitində
yaşadığı diyardır. Ökəmizdə hökm
sürən mühit multikulturalizmi alternativi olmayan həyat tərzinə
çevirib. Bütün dünyada, eləcə də, islam
dünyasında böyük hörmətə, nüfuza malik
olan Azərbaycan birgəyaşayışa,
qarşılıqlı əməkdaşlığa töhfələrini
verir, prinsipial və ədalətli mövqeyi ilə
seçilir. Dostluğun möhkəmlənməsinə, insani
dəyərlərə, sülh və əmin-amanlığa
üstünlük verir. Bu dəyərlər insanları
sülhə və dostluğa çağırır.
ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI
İŞİNƏ ƏN DƏYƏRLİ TÖHFƏ
Fondun səhiyyə ocaqlarının bərpa edilməsi
və inşası ilə bağlı layihələri də
öz nəticəsini vermiş bu gün tibbi müəssisələr
dünya standartlarına uyğun inkişaf etmiş ölkələrdən
gətirilmiş müasir tibbi avadanlıqlarla təchiz
olunmuşdur. Belə ki, Fondun həyata keçirdiyi
sosialyönlü layihələr sırasında "Diabetli
uşaqlara ən yüksək qayğı",
"Talassemiyasız həyat naminə" və s. layihələri
xüsusi olaraq vurğulamaq lazımdır.
Fond tibb müəssisələrinin əsaslı təmiri,
yenidən qurulması və inşasında yaxından
iştirak edir. Onu da bildirək ki, səhiyyəyönümlü
layihələr sırasında Heydər Əliyev Fondunun fəaliyyətində
uşaqlar arasında mövcud olan talassemiya xəstəliyinin
qarşısının alınması üçün
preventiv tədbirlər, maarifləndirmə işlərinin
aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin
müalicəsi, sümük iliyinin köçürülməsi
ilə bağlı məsələlər də yer alır.
Paytaxtımızda inşa olan Talasamiya Mərkəzi Mehriban
Əliyevanın təşəbbüsü ilə həyata
keçirildi. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə tikilən və bu gün həmin xəstəliyə
düçar olanların ümid yerinə çevrilən mərkəz
Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə"
proqramı çərçivəsində inşa olunub.
Burada quraşdırılan avadanlıqlar müalicənin ən
yüksək səviyyədə aparılmasına şərait
yaradır. Bütün bunlarla yanaşı, Fond səhiyyənin
müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi
işində də yardımçı olur, təbabətin ən
müasir metod və nailiyyətlərindən istifadə
üçün beynəlxalq əməkdaşlığa
xüsusi diqqət yetirir. Bu əməkdaşlıq əsasında
artıq bir neçə lokal layihə həyata
keçirilmişdir. Səhiyyə sahəsində
görülən işlər, həyata keçirilən layihələr
Heydər Əliyev Fondunun əhalinin
sağlamlığının qorunması işinə ən dəyərli
töhfələrdir. Bu qayğı humanizmin ən nümunəvi
göstəricisidir.
Genişmiqyaslı layihələri ilə şöhrət
tapan Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva
haqqında hazırlanan "Birinci xanım" adlı sənədli
film onun fəliyyətinin əks etdirir.
Nəzakət ƏLƏDDİNQIZI
Səs .- 2025.- 2 iyul (¹113).- S.3;4.