Erməni cinayəti
– mina terroru
2026-cı ilə kimi, 280 min hektar ərazi minalardan təmizlənəcək
44 günlük Vətən müharibəsi başa
çatdıqdan sonra qarşıda duran əsas vəzifələrdən
biri də işğaldan azad edilmiş ərazilərin mina və
partlamamış hərbi sursatlardan təmizlənməsidir.
Azərbaycan işğaldan azad olmuş ərazilərdə
mina xəritələri üçün Ermənistana
müraciət etmiş olsa da, Ermənistan rəsmiləri əvvəlcə
bu cür xəritələrin mövcudluğunu inkar etdilər
və sonradan isə verdiyi xəritələri Azərbaycanın
işğaldan azad etdiyi ərazilərin yalnız 5 faizini əhatə
etmiş oldu. Sözügedən xəritələrin də
yalnız 25 faizi dəqiq idi. Bildiyimiz kimi, Ermənistan
Ağdam, Füzuli və Zəngilan rayonlarında
basdırdığı tank və piyada əleyhinə minaya
dair xəritələrini Azərbaycana təhvil verib. Bu Azərbaycan
Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin
məntiqi nəticəsi idi. İlk olaraq Ağdamda, daha sonra
isə Füzuli və Zəngilanda basdırılmış
minaların xəritələrinin Ermənistandan
alınması on minlərlə vətəndaşın, o
cümlədən, minatəmizləyənlərin həyatının
təhlükədən xilası deməkdir. Minaların təmizlənməsi
maliyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb
olur.
Dövlət başçısının
apardığı ardıcıl uzaqgörən siyasətinin
nəticəsidir ki, Ermənistan Ağdam rayonu üzrə tank
və piyada əleyhinə 97 min minanın, daha sonra isə
Füzuli və Zəngilanda 92 min minanın
basdırılmasının özündə əks etdirən
xəritələr Azərbaycana təhvil verib. Mina xəritələrinin
əldə edilməsi on minlərlə vətəndaşımızın,
o cümlədən minatəmizləyənlərin həyatını
təhlükədən xilasında böyük əhəmiyyət
kəsb edir. Bu günə qədər yüzdən artıq vətəndaşımız
minaya düşərək, xəsarət almış və
onlarla insan həyatını itirmişdir.
Xəritələrin Azərbaycana təhvil verilməsi
Azərbaycan Prezidentinin bu istiqamətdə bir sıra dövlətlər
və beynəlxalq təşkilatlarla danışıqlar
aparmasının və Azərbaycanın haqlı mövqeyini
beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırmasının nəticəsidir. Mina xəritələrinin
verilməsi həm də Qarabağ bölgəsində Azərbaycan
dövlətinin həyata keçirdiyi yenidənqurma və
quruculuq işləri, bərpa işlərinin çox sürətlə
həyata keçirilməsi və vətəndaşlarımızın
öz dədə-baba yurdlarına qayıdışını
daha da sürətləndirir. Mina xəritələrinin əldə
edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti
və Azərbaycan diplomatiyasının növbəti uğuru
kimi qiymətləndirilir.
140 MİN NƏFƏR QARABAĞA VƏ
ŞƏRQİ ZƏNGƏZURA
KÖÇÜRÜLƏCƏK
Artıq işğaldan azad olunan ərazilərimizə
Böyük Qayıdış başlanılıb. Minalar və
digər partlayıcı sursatlar məcburi köçkünlərin
təhlükəsiz şəkildə geri qayıtmasına
çətinlik yaradır. Hər bir ərazini mianalardan təmizləmək
sözsüz ki, zaman tələb edir. Azərbaycanın
keçmiş məcburi köçkünlərin məskunlaşdırılması
üzrə "Böyük Qayıdış" dövlət
proqramına əsəsən, 2026-cı ilə qədər
140 min nəfərin Qarabağa və Şərqi Zəngəzura
köçürülməsi nəzərdə tutur. Bu
gün həmin ərazilərdə genişmiqyaslı layihələr
icra olunur.
44 günlük Vətən müharibəsi və
münaqişənin bitməsindən sonra belə Ermənistan
üzərinə götürdüyü öhdəliklərinə
zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər,
o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə
istifadə edib. Belə ki, 2022-ci ildə Laçın və Kəlbəcər
rayonlarının ərazisində 2021-ci il Ermənistan
istehsalı olan 2700-dən çox piyada əleyhinə
minanın aşkar edilməsi bu faktı təsdiqləyir.
2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən
sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti
yerləşdirildiyi Azərbaycan ərazilərində və
bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq
mina basdırıldığı faktının
aşkarlanması bu təhdidin miqyasını sübut edən
faktlardır. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan
tərəfindən guya minaların istehsal və ixrac
olunmadığı barədə bəyanatların heç
bir əsasının olmadığını nümayiş
etdirib.
382 PARTLAMAMIŞ HƏRBİ SURSAT AŞKARLANARAQ
ZƏRƏRSİZLƏŞDİRİLİB
Təkcə ötən həftə Tərtər,
Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi,
Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl
və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları
zamanı piyada əleyhinə 43, tank əleyhinə 16 mina və
382 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həmçinin həftə ərzində 2 331,8 hektar ərazi
mina və partlamamış hərbi sursatdan təmizlənib.
Bu gün Qarabağ və Şərqi Zəngəzurun
minalanmış ərazilərində innovasiyalar, texnologiyalar,
dronlar və süni intellektin imkanlarından geniş istifadə
olunur. 2021-ci ildən dronlar və süni intellektin istifadəsi
ilə tədqiqat işlərində səmərəli nəticələr
göstərən "Uzaq Məsafədən (Havadan) Mina sahələrinin
Tədqiqatı" sistemini tədbiq edir. İşğaldan
azad edilmiş ərazilərdə minaların təmizlənməsində
yerli istehsal olan texnikalardan da istifadə edilir. Düşmən
tapdağından azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda
minalardan təmizlənməsi prosesi sürətlə davam
edir. "İşğaldan azad edilmiş ərazilərə
Böyük qayıdışa dair I Dövlət
Proqramı"nda ərazilərin minalardan, partlamamış hərbi
sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və
digər partlayıcı qalıqlardan təmizlənməsi
işlərinin 2026-cı ilə qədər davam etdirilməsi
planlaşdırılır. Dövlət Proqramında nəzərdə
tutulduğu kimi, 2026-cı ilə kimi, 280 min hektar ərazi
minalardan təmizlənəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI
Səs .- 2025.- 10 iyul (№119).- S.12.