Vasim Məmmədəliyev:
“Muğama həvəsin artması
efirdəki bayağı
“şou”ları sıxışdıracaq”
Akademik Vasim Məmmədəliyevin SİA-ya müsahibəsini
oxuculara çatdırırıq
- Vasim müəllim, Bakıda keçirilən Beynəlxalq
Muğam Festivalı sizdə hansı təəssüratlar
yaratdı?
- İştirakçısı
olduğumuz muğam simpoziumu, Beynəlxalq Mügam Festivalı
və Bakının mədəniyyət paytaxtı elan
olunması çox böyük hadisələrdir. Mən
bütün görülən işlərdə Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın əməyini
xüsusi qeyd etmək istəyirəm. Onun böyuk əməyi
sayəsində mötəbər konfranslar keçirildi. Mən
böyük qürur hissi keçirirəm ki, məhz Azərbaycanda
bir il ərzində bu qədər böyük və önəmli
mədəniyyət tədbirləri keçirilir.
- Azərbaycanda muğamın inkişafı başqa
ölkələrlə nisbətdə nə ilə fərqlənir?
- Bu gün Azərbaycan
həqiqətən muğamın mərkəzidir. Bizim
muğamımız başqa olkələrdəki muğamlardan
dərinliyi, rəngarəgliyi, heyrətamiz ifa baxımı ilə
fərqlənir. Elə buna görə də qalib
seçildik. Bu gün Azərbaycan muğamına göstərilən
qayğı dünyanın heç bir yerində yoxdur. Bu
gün muğama daha da artan məhəbbət ölkə
başçımız İlham Əliyevin düzgün siyasətinin
bir nümunəsidir.
- Vasim müəllim, muğam simpoziumlarında iştirak
edən əcnəbi qonaqlar bizim musiqilər barədə nə
düşünürlər?
- Mən hesab edirəm
ki, xarici qonaqlar bizim musiqiyə valeh olublar. Onlar dəfələrlə
bu fikirləri etiraf edirlər. Onlar belə möhtəşəm
konfransa çağrılıblar və böyük həvəslə
iştirak ediblər. Dünyanın müxtəlif ölkələrinin
görkəmli musiqiçilərinin, nəzəriyyəçilərinin
çıxış etməsi konfransların elmi sanbalını
çox artırdı. Həmçinin, Azərbaycanın dəyərli
musiqişünasları, alimləri, muğam sənəti ilə
məşğul olan elm adamları gözəl məruzələrlə
çıxış etdilər. Ümumiyyətlə,
simpoziumda 70-dən çox məruzə oxundu.
- Muğam sənətinin populyarlaşması sizcə
efirlərdə tüğyan edən şou proqramlara öz təsirini
göstərəcək?
- Hesab edirəm ki,
şou verlişlərdən tamaşaçılar cana
doyublar. Şouların baş alıb getdiyi bir zamanda muğama
məhəbbətin artması, muğamın
populyarlaşması əlbəttə ki, efirlərə də
öz müsbət təsirini göstərəcək.
Samballı musiqinin təbliğatı artdıqca
tamaşaçıların zövqü,
dünyagörüşü də artacaq. Şoular insanlarda
zövqsüzlük yaradıb. Azərbaycan muğamını
eşitməyən, sevməyən insanda vətənə məhəbbət
də ola bilməz. Belə möhtəşəm
festivalların təşkil olunması Azərbaycanın necə
qədim, böyük sənətə malik bir ölkə,
xalq olduğunu sübut edir. Sözügedən şoular moda
xarekterlidir. Müvəqqəti və keçicidir. Güman
edirəm ki, bütün səviyyəsiz verlişlər sona
çatacaq.
- Bəs İslam
dini musiqini necə qəbul edir?
- “Quran” yaxşı musiqini heç vaxt qadağan eləmir. “Quran” özü muğamlar üstündə oxunur.
Hümayun, şur kimi
muğamlar üstündə
oxunursa bu özü muğamın ilahi bir musiqi
olduğuna nümunədir.
“Quran” özu buyurur : “Quranın” min
sirri var. Onun birinci sirri gözəl
səsdir”. Başqa bir hədisdə isə buyurulur: “Hər şeyin bir bəzəyi var. Quranın bəzəyi gözəl səsdir”. Hətta peyğəmbərimiz buyurur
ki, “Quran”ı gözəl səslərlə
bəzəyin. İslam bayağı
musiqini sevmir. Məncə
azan ən gözəl
musiqidir, bu musiqi insanda ilahi hisslər oyadır. Muğam da insanı
saflığa, ilahiyyətə
çağırır.
Jalə
Səs.- 2009.- 2 aprel.- S. 10.