“Qıyma gözəlliyə” adlı
şeir kitabı çapdan çıxıb
AMEA Geologiya
İnstitutunun əməkdaşı, “Qızıl qələm”
və “Vətən” mükafatları laureatı,
geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudovun
“Qıyma gözəlliyə” adlı şeir kitabı “SSPrint”
nəşriyyatı tərəfindən çap olunmuşdur.
Geokimya, Vulkanologiya və
Ekologiya sahələri üzrə tanınmış mütəxəssis
olan H.Mahmudov 130-dan çox elmi əsərin, 15 elmi kitabın,
9 monoqrafiyanın, 4 dərslik və dərs vəsaitinin, habelə,
7 müəlliflik şəhadətnaməsinin və səmərələşdirici
təkliflərin müəllifidir. O, həmçinin,
Yazıçılar Birliyinin üzvüdür.
H.Mahmudovun imzası ilə
7 şeirlər kitabı, o cümlədən, 10 poema çap
olunmuşdur. Onun bir çox şeirləri türk, rus, alman,
bolqar, gürcü, fars və digər dillərə tərcümə
edilmişdir. Şairin 200-dən çox oçerki, publisistik
əsərləri və elmi-kütləvi məqalələri
oxucuların ixtiyarına verilmişdir.
“Qıyma gözəlliyə”
adlı şeirlər kitabında “Demə şair qocaldı”,
“Babadağım dərdlidir”, “Gül-çiçəkdi
balalar”, “Bu dünya gördüyün o dünya deyil”,
“Öyüdnamə”, “Məhəbbət yaşa baxmır”,
“Bayatılar”, “Çiçəklərin bəhsi”
başlığı altında şeirləri və
poemaları verilmişdir.
Qeyd edim ki,
kitabın redaktoru xalq şairi Nəriman Həsənzadədir.
Zümrüd
Səs.- 2009.- 10 aprel.- S.10.