Azərbaycan Dövlət Kamera
orkestrinin yaranmasından
45 il ötür
Qara Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestrinin yaranmasından 45
il ötür. 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Fikrət
Əmirov və Qara Qarayevin təşəbbüsü ilə
yaradılıb. Yarandığı
gündən 1992-ci ilədək
orkestrin bədii rəhbəri -Xalq artisti, professor Nazim Rzayev olmuşdur.
Bu müddət ərzində
Qara Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestri respublikanın aparıcı kollektivləri
arasında layiqli yer tutaraq, çoxlu
uğurlu konsertlərlə
çıxış edib.
Keçmiş Sovetlər Birliyi
ərzində, Moskva və Sankt-Peterburqda keçirilən Azərbaycan
incəsənəti dekadalarında
fəal iştirakı
orkestr musiqisevərlərə
sevdirib. Orkestrin
ilk xarici səfəri
sırasında 1968-ci il
Bratislavada (keçmiş
Çexoslavakiya) Gənclərin
Dostluq Festivalı,
1969-cu il Polşada (Azərbaycan Mədəniyyəti
həftəsi), 1988-ci il
Sarayevoda (Keçmiş
Yuqoslaviya), 1989 və
1990-cı illər Tunisdə,
1991-ci il Türkiyədə
müvəfəqiyyətli çıxışları yaddaqalan
olub.
1992-ci ildən - 1995-ci ilədək
orkestrə respublikanın
Xalq artisti Ramiz Məlikaslanov başçılıq etmiş
və onun rəhbərliyi ilə orkestr 1993-cü ildə Almaniyada konsertlər vermişdir.
Kollektivə 1995-ci ildən - 1997-ci ilədək
Yaşar İmanov rəhbərlik etmişdir.
1998-ci ildən bu günədək
orkestri respublikanın
Xalq artisti Teymur Göyçayev idarə edir. Elə həmin ilin iyun ayında orkestr Böyük Britaniyanın paytaxtı
London şəhərində, sentyabrında isə Qara Qarayevin anadan olmasının 80 illiyinə həsr edilən yubiley konserti ilə Fransada çıxış
etmişdir.
2000-ci ilin yanvar ayında
İstanbulda İ.S.Bax
festivalında, Hannoverdə
(Almaniya) keçirilən
“EXPO 2000” Beynəlxalq sərgisinə
kollektivin çıxışları
böyük uğurla keçib.
2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil olması ilə əlaqədar orkestr Strasburqda konsert verib. Həmin
il kollektiv
Avstriyada Azərbaycan mədəniyyəti günlərində
iştirak edib.
2001-ci il
konsert mövsümü
ərzində Mədəniyyət
Nazirliyinin təşəbbüsü
ilə musiqisevərlər
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti
ilə Ukrayna Dövlət Filarmoniyası
və Akademik Opera və Balet Teatrının
solistlərinin, beynəlxalq
müsabiqələr laureatları
Lidiya Qrevtsova, Taras Ştonda Mariya Kallass adına Beynəlxalq müsabiqənin laureatı,
əməkdar artist Olqa
Mikitenko və Tatyana Akisimovanın ifaçılıq
məharəti ilə
tanış olmaq imkanı əldə ediblər.
Orkestr repertuarında Qərbii Avropa, rus və
Azərbaycan bəstəkarlarının
200-dən artıq əsərləri
təmsil olunmuşdur.
Kamera orkestrinin repertuarına daxil edilən əsərləri təmsil
olunmuşdur.
Kamera orkestrinin repertuarına daxil edilən əsərlərdə Azərbaycanın
muğam sənəti
və xalq çalğı alətlərindən
bəhrəli istifadə,
onların sintezi diqqət cəlb edir.
Avstriyada keçirilən Azərbaycan
Mədəniyyəti Günləri
(aprel, 2002), İstanbul
musiqi barokkosu festivalı (Türkiyə,
yanvar, 2003), Rusiyada keçirilən Azərbaycan
Mədəniyyəti Günləri
(iyun, 2003), Birləşmiş
Ərəb Əmirliklərindəki
çıxış, həmçinin,
Orkestr Səlim
Akçil (Türkiyə),
Fabyen Terikson (Fransa), Simon Kamartin (İsveç) kimi xarici dirijorlarla da əməkdaşlıq
edir. Orkestrin son qastrol səfərləri arasında Naqoyada (Yaponiya), keçirilən
“EXPO-2005” sərgisində və
Misirdə keçirilən
Azərbaycan mədəniyyət
günlərində uğurlu
iştirakı da bu yaradıcı toplumun sənət həyatında qazandığı
yeni zirvələrdir.
Zümrüd
Səs.- 2009.- 10 aprel.-
S. 15.