İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana Direktorları Şurasının II konfransı keçiriləcək

 

“Bakı İslam mədəniyyətinin paytaxtı - 2009” tədbirləri çərçivəsində Mirzə Fətəli Axundov adına Milli Kitabxanada aprelin 20 və -21-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana Direktorları Şurasının II konfransı keçiriləcək. Milli Kitabxanadan verilən məlumatda bildirilir ki, konfransda Türkiyə, İran, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın milli kitabxana direktorları və İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutu iştirak edəcək. Konfransda milli kitabxanaların qloballaşan dünyada informasiya cəmiyyətinin tələblərinə uyğun təşkili və qarşılıqlı əlaqələrin inkişafı məsələləri müzakirə olunacaq.

 Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana Direktorları Şurasının I konfransı 2007-ci ildə Tehranda keçirilib.

 

 

Zümrüd

 

Səs.- 2009.- 15 aprel.- S. 12.