AZƏRBAYCANLA SƏUDİYYƏ ƏRƏBİSTANI
ARASINDA ƏLAQƏLƏR UĞURLA İNKİŞAF EDİR
AZƏRBAYCAN PREZİDENTİ
İLHAM ƏLİYEV SƏUDİYYƏ ƏRƏBİSTANI
KRALLIĞININ ÖLKƏMİZDƏ YENİ TƏYİN
OLUNMUŞ SƏFİRİ FƏHD BİN ƏLİ ƏL-DÜSƏRİNİN
ETİMADNAMƏSİNİ QƏBUL EDİB
Prezident İlham Əliyev
aprelin 15-də Səudiyyə Ərəbistanı
Krallığının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Fəhd bin Əli əl-Düsərinin etimadnaməsini qəbul
edib. Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Fəhd bin Əli əl-Düsəri
etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Fəhd bin Əli
əl-Düsəri İki Müqəddəs Ocağın
Xadimi, Səudiyyə Ərəbistanının Kralı
Abdullah bin Əbdüləzizin salamlarını dövlətimizin
başçısına çatdırdı. O, Azərbaycana
səfir təyin olunmasından böyük şərəf
duyduğunu, ölkəmizdəki diplomatik fəaliyyəti
dövründə ikitərəfli əlaqələrin daha da
möhkəmlənməsi işində səylərini əsirgəməyəcəyini
bildirdi. Dövlətimizin başçısı Azərbaycanla
Səudiyyə Ərəbistanı Krallığı
arasında əlaqələrin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev
Səudiyyə Ərəbistanının Kralı ilə
keçirdiyi görüşləri məmnunluqla
xatırladı, qarşılıqlı əlaqələrin
möhkəmlənməsində bu görüşlərin əhəmiyyətini
qeyd etdi. Dövlətimizin başçısı ikitərəfli
münasibətlərdə dostluq və tərəfdaşlıq
ruhunun olduğunu, ölkələrimizin beynəlxalq təşkilatlarda
bir-birini daim dəstəkləməkdə davam etdiklərini
vurğuladı. Səfirə Azərbaycandakı fəaliyyətində
uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar
olduğunu bildirdi ki, ölkəmizdəki fəaliyyəti
müddətində o, əlaqələrimizin daha da genişlənməsində
səylərini əsirgəməyəcək. Dövlətimizin
başçısı Səudiyyə Ərəbistanının
Kralı Abdullah bin Əbdüləzizin salamlarına görə
minnətdarlığını bildirdi, onun da
salamlarını Səudiyyə Ərəbistanının
Kralına çatdırmağı xahiş etdi.
MƏTLƏB
Səs.- 2009.- 16 aprel.- S. 2.