PREZİDENT İLHAM ƏLİYEV
“AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARININ 2009-2013-CÜ
İLLƏRDƏ SOSİAL-İQTİSADİ
İNKİŞAFI DÖVLƏT PROQRAMI”NIN TƏSDİQ
EDİLMƏSİ HAQQINDA FƏRMAN İMZALAYIB
Ölkə Prezidentinin
imzaladığı Fərmanda qeyd olunur ki, Ölkədə
iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat
sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və
kommunal xidmətlərin səviyyəsinin daha da
yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin
davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədi
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” təsdiq edilsin. Prezidentin Fərmanında aidiyyəti
mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə
birlikdə Dövlət Proqramının icrasını təmin
edən zəruri tədbirlər görülməsi, habelə
İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə
birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə
tutulan tədbirlərin hər il üçün Dövlət
İnvestisiya Proqramı tərtib edilərkən nəzərə
alınmasının təmin edilməsi, İqtisadi
İnkişaf Nazirliyi ilə birlikdə Dövlət
Proqramının maliyyələşdirilməsinə
investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq
maliyyə institutları, xarici ölkələrin müvafiq
qurumları və iş adamları ilə danışıqlar
aparılması Nazirlər Kabinetinə
tapşırılır. Fərmanda həmçinin qeyd olunur
ki, İqtisadi İnkişaf Nazirliyi Dövlət Proqramında
nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsini əlaqələndirsin və onun
icrasının gedişi barədə ildə bir dəfə
Prezidentə məlumat versin.
Mətləb
Səs.- 2009.- 16 aprel.- S. 2.