Azərbaycanla İsveçrə
arasındakı əlaqələr
yüksək səviyyədədir
Prezident İlham Əliyev
İsveçrənin iqtisadi məsələlər üzrə
Dövlət Katibi Jan-Daniel Gerberi qəbul edib
Prezident İlham Əliyev
aprelin 16-da İsveçrənin iqtisadi məsələləri
üzrə dövlət katibi, hökumətlərarası
iqtisadi komissiyanın həmsədri Jan-Daniel Gerberi qəbul
edib. Jan-Daniel Gerber Dünya Bankının Azərbaycan üzrə
nümayəndəsi olarkən ölkəmizdə bir neçə
dəfə səfərdə olduğunu bildirdi,
xalqımızın ümummilli lideri Heydər Əliyevlə
görüşlərini ehtiramla xatırladı. O, ötən
dövr ərzində Azərbaycanda çox böyük
iqtisadi inkişaf proseslərinin getdiyini və əldə
olunan bütün bu nailiyyətləri ümummilli lider Heydər
Əliyevin və Prezident İlham Əliyevin misilsiz xidmətlərinin
nəticəsi kimi dəyərləndirdi.
Dövlətimizin
başçısı Azərbaycanla İsveçrə
arasında ikitərəfli münasibətlərin yüksək
səviyyədə olduğunu bildirdi. Prezident İlham Əliyev
ölkəmizin beynəlxalq maliyyə qurumları ilə, o
cümlədən Dünya Bankı ilə də səmərəli
əməkdaşlıq etdiyini vurğuladı. Dövlətimizin
başçısı əminliklə qeyd etdi ki, Jan-Daniel
Gerberin ölkəmizə bu səfəri Azərbaycan-İsveçrə
münasibətlərinin daha da genişlənməsinə
öz töhfəsini verəcək.
MƏTLƏB
Səs.- 2009.- 17 aprel.- S. 2.