24 APREL - ERMƏNİ XƏYANƏTİNİN
SON HƏDDİ
İşğalçı
Ermənistan və onu himayə edən diaspor təşkilatları
hər il 24 apreli uydurma “genosid” Günü kimi qeyd edirlər. Bu
yalan və iftiraya dünyada inananlar da var. Əslində, nə
baş verib və nədən ermənilər 24 aprel tarixini
unuda bilmirlər?
İlk növbədə,
aparıdığımız araşdırmalara belə
bir məlumatla başlamaq maraqlı olardı ki,
Türkiyə Arxivləri İdarəsinin başqanı Yusuf
Sarınay ermənilərin hər ilin 24 aprel tarixini dünyaya
“erməni soyqırımı günü” kimi təqdim etmələrinin
yalan olduğunu sübut etmək məqsədilə Türkiyə
arxivlərinin, xüsusən də, Osmanlı dövrünə
aid arxivlərin qapılarını bütün ölkələrin
tarixçilərinin, alimlərinin üzünə
açdıqlarını bəyan edib. Türkiyə arxivinin
rəhbəri bu fakta aydınlıq gətirərək bildirib
ki, 24 aprel erməni terrorçularının
başçılarının həbs olunduğu
gündür.
Xatırladaq ki, hələ
2005-ci ilin aprelin əvvəlində Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın sabiq rəhbəri
R.Köçəryana müraciət edərək
soyqırımı iddialarının araşdırılması
üçün müştərək komissiya
yaradılmasını, Türkiyə və dünya arxivlərində
bu məsələ ilə bağlı bütün sənədlərin
gün işığına çıxarılmasını təklif
etmişdi. Lakin məktub cavabsız qaldı, hətta həmin
ilin oktyabrında Avropa Parlamenti Türkiyəyə
soyqırımını tanımağı və Ermənistanla
sərhədi açmağı tövsiyə etmişdi. Y.Sarınay
bildirir: “1915-ci il aprelin 24-ü erməni terror təşkilatları
- “Qnçaq”, “Daşnak” və “Ramqavar”ın liderlərinin həbs
olunduğu gündür. Bu təşkilatlar XIX əsrin
sonları, XX əsrin əvvəllərində Osmanlı
torpaqlarında terror və qətliamlar törətmək məqsədilə
yaradılmışdı. 24 aprel həbsi onların qətliamlar
törətmək, Anadolu torpaqlarında “böyük Ermənistan”
dövləti yaratmaq məqsədlərinə mane oldu. Əslində,
1915-ci il aprelin 24-də, nə də ondan bir neçə
gün əvvəl və sonra Anadoluda heç bir
döyüş və ya köçürmə hadisəsi
baş verməmişdir. Ermənilər bu günü ona
görə soyqırımı hadisəsi kimi qeyd edirlər
ki, qurduqları plan boşa çıxmış,
terrorçu liderləri məhz həmin gün həbs
olunmuşdular. Biz dünyanın bütün alimlərini, tədqiqatçılarını
arxivlərimizə dəvət edir, elmi araşdırmalar
aparmasını təklif edirik. Bəri başdan da bəyan
etmişik ki, ortaya çıxan hər doğru sənədlərlə
razılaşacağıq. Düzdür, Osmanlı
dövrünün tarixini araşdırmaq üçün
arxivlərimizə gələn Qərb dövlətlərinin
tədqiqatçıları olur, hətta başqa ölkədə
yaşayan erməniəsilli alimlər də gəlirlər. Lakin
indiyədək bu qədər
çağırışlarımıza baxmayaraq, Ermənistandan
bir nəfər də olsun tədqiqatçı bizə
müraciət etməyib.
Gələnlər də
daha çox Osmanlı tarixi ilə maraqlanırlar. Nədənsə
Qərb alimləri yaşadıqları ölkələrdə
erməni diasporunun psixoloji təzyiqləri, hədə-qorxuları
üzündən arxivlərə gəlməkdən və bu
sahəni araşdırmaqdan çəkinirlər”. Qeyd edək
ki, indiyədək ermənilərin uydurma soyqırımı
iddiasını 18 dövlət tanıyıb. Lakin bu dövlətlərin
heç biri rəsmi olaraq araşdırmaq məqsədilə
öz tarixçisini Türkiyəyə göndərməyib.
Bu günlərdə isə
türkiyəli tədqiqatçılar ötən əsrin əvvəllərində
Türkiyədə olmuş isveçli minbaşı Hjalmar
Pravitzin 1917-ci ildə İsveçdə “Nya Daglikt Allehanda” qəzetində
çap etdirdiyi məktubu tapıblar. Bu isveçli zabit
1915-1917-ci illərdə ermənilərlə bərabər
Türkiyədə yaşayıb. Minbaşının məktubu
ermənilərin soyqırımı iddialarını
alt-üst edir, həmin il nə aprelin 24-də, nə də
digər vaxtda belə bir hadisənin baş vermədiyini ortaya
qoyur.
Məktubu kiçik
ixtisarla oxuculara təqdim edirik: “Bu yaxınlarda xaricdən
ölkəmə döndüm. Erməni məsələsi ilə
bağlı əlimə iki kitab keçdi, hər ikisini
oxudum. Birincisi Karl Dustağın “Soylu insan - Sven Hedin”, ikinci
kitab isə Marina Stjernstegin “Ermənilərin acınacaqlı
vəziyyəti” adlı kitab idi. Birinci kitabı oxuyan kimi
zibilliyə atdım. İkinci kitabın əsas ideyası isə
ermənilərin yaşadıqları “dəhşətləri”
qabardıb insanların zehninə həkk etməkdir. Bu
kitabı birnəfəsə oxudum. Təqdim etdiyim bu yazıda
məqsədim kitabda deyilənlərin yalan və uydurma
olduğunu ortaya qoymaqdır. Çünki mən, məhz mən
həmin hadisələrin canlı şahidiyəm və ona ədəbiyyatın
bədii obrazları ilə yanaşmıram. Ermənilərin
“səfalətini” mənim qədər heç bir isveçli
yaxından görmək və öyrənmək fürsəti
qazanmayıb. Səfərimin əsas məqsədi hər iki
yazarın hadisələri görmədən iddia etdikləri
soyqırımı gerçəkliklərini öyrənmək
idi. Hər iki müəllif yazılarında türklərin və
almanların ermənilərə qarşı qeyri-insani,
barbarcasına davrandıqlarını iddia edirlər. Səfərimə
Türkiyədə ermənilərin
köçürüldüyü əraziləri gəzib
dolaşmaqdan başladım. Elə bilirəm ki, mənim
yazdıqlarım həmin müəlliflərin yalan
yazdıqlarını oxuculara inandıra biləcək. Mən bu müəlliflərə
qarşı protest edirəm.
Əslinə qalsa,
almanların və müttəfiqlərinin (Türkiyə,
Avstriya-Macarıstan, Bolqarıstan) tərəfdarıyam. İstanbuldan
Anadoluya doğru səfərə başladım. Bu arada
qulaqlarıma amerikalıların zavallı ermənilərin
türk əfəndiləri tərəfindən
öldürüldüyü və soyqırımı
söz-söhbətləri çatırdı. Uzun illər
Yaxın Şərqdə yaşadığım
üçün ermənilərin özlərini
Tanrının ən sevimli bəndələri kimi təqdim
etmələrini heç vaxt qəbul etməmişəm. Ancaq
bunun məsələyə dəxli yoxdur, türklərin
öldürdükləri insanlar haqqında gerçəkliyi
öyrənməyə qərar vermişdim. Türkiyənin hər
yerində aclıq, səfalət, ehtiyac baş alıb gedirdi.
Ancaq heç bir soyqırımı və kütləvi şəkildə
öldürülmə halları yox idi. Müharibənin əvvəlində
Osmanlı imperatorluğunun erməniləri şimal ərazilərindən
cənuba daşımasının səbəbini öyrəndim
və türk hökumətinin məcburi səbəblər
üzündən bunu yerinə yetirdiyini başa
düşdüm. Yerli müsəlman əhaliyə nifrət
hissi daşıyan və istila ordusu ilə birləşib yeni
planlar hazırlayan, eyni zamanda, rusların gəlməsini
gözləyən ermənilərin Ərzurumdan
çıxarılması həm gərəkli, həm də əhəmiyyətli
bir addım idi. 1916-cı ilin fevralında Ərzurum
rusların əlinə keçərkən, hələ
Rusiyadan yaxşı tanıdığım bir erməni mənə
dedi ki, əgər ermənilər Ərzurumdan əvvəlcədən
çıxarılmasaydılar, biz buralara çoxdan sahib
olmuşduq.
Türkiyə kimi bir
ölkə içində gizlənmiş bu cür insanlara
qarşı tədbir görürsə, bunu normal
qarşılamaq lazımdır. Ermənilərin türk əsarəti
altında yaşadıqlarını və davamlı olaraq təzyiq
gördüklərini iddia edənlərin tamamilə yalan danışdıqlarını
söyləyirəm. Əslində, o dövrdə ermənilərdən
dəfələrlə pis yaşayan və əsarət
altında əziyyət çəkən xalqlar var idi. Məsələn,
rusların təzyiqi altında əzilən azərbaycanlılar,
belçikalıların əzab-əziyyətinə
qatlaşan Konqo zənciləri, Fransanın istismar və talan
etdiyi qvineyalılar ermənilərdən daha pis vəziyyətdə
idilər. Bu xalqlar ermənilərin özləri haqqında
yalandan iddia etdiklərini həqiqətən
yaşamışlar, onlar ermənilərdən daha çox
itki veriblər.
Zaman-zaman müxtəlif
yerlərdə ermənilərə qarşı müşahidə
olunan düşmənçilik münasibətlərinə
yalnız və yalnız ermənilərin özləri səbəbkardır.
Mən məhz Osmanlıda ermənilərə qarşı
xoş münasibətin şahidi oldum, dinlərini
yaşadıblar, dillərində danışırlar, məktəbləri
olub, mətbuat orqanları olub, bir sözlə, hər bir xalqa
lazım olan hər cür şəraitlə təmin olunublar.
Köç məsələsinə gəlincə, qeyd edim ki,
Türkiyənin o zaman yaşadığı ağır şərtlərə,
yəni üç güclü düşmən tərəfindən
hücuma məruz qalmasını nəzərə alsaq, demək
olar ki, bu köçə bundan artıq yardım göstərmək
olmaz. Buna baxmayaraq, onların Anadoluda qatarda Konyaya, öküz
arabalarında Toros dağlarına getdiklərini, Tarsus və
Adanada çadır düşərgələrində
görmüşəm. Bundan başqa, Hələbdə, Deur-əl-Zor
və başqa yerlərdə onlarla rastlaşmışam. Hələbdə
bir hotel sahibi olan erməni tanışımla dəfələrlə
türklər barədə söhbətlərimiz olub. O,
heç vaxt türklər haqqında pis danışmayıb.
Mən bir gün Camal paşa ilə görüşəsi
idim. Həmin erməni tanışımla bu barədə
danışdım.
O, Camal paşa
haqqında yumşaq və səmimi danışdı.
Mən hadisələri
gözü ilə görən bir şahid kimi erməni
köçünü müşahidə edən türk
jandarma birliklərinin ermənilərə qarşı
soyqırımı həyata keçirdiyi iddiasına qətiyyətlə
qarşı çıxıram. Gələcəkdə fərqli
yerlərdə erməni mövzusuna bir də
qayıdacağam, eynən indiki kimi tərəfsiz olacağam.
Ancaq hələlik,
bu qədərlə kifayətlənirəm”.
Hjalmar Pravitz sonralar daha
böyük məqalələr qələmə almış,
dünyanın bir neçə ölkəsinin
kitabxanalarında 1918-ci ilin oktyabrında Stokholmda çap
olunan “Fran Persien, I Stiltye Osh Storm” kitabının 215-222-ci səhifələrində
eyni mövzuya toxunmuşdur.
Beləliklə, bu məktubdan
da aydın olur ki, nəinki “erməni məsələsi”, həm
də erməni milləti məfhumunun özü belə Avropa
arenasında 1850-ci illərdən sonra işlənən ifadələrdir.
Həmişə də rus-türk müharibələrinin
(1855, 1859, 1864, 1866, 1870, 1877-ci illər) yekun nəticələrində
sülh müqavilə və aktlarında səslənməyə
başlamışdır. İlk dəfə isə söz
olaraq Krım müharibəsində Türkiyənin Rusiya
üzərindəki müvəqqəti qələbəsinin
yekun sənədində, 1856-cı ildə keçirilən
Paris konfransında ermənilərin hüquq və
azadlıqlarına mülayim bir formada və Avropanın
superdövlətlərinin maraqları çərçivəsində
işarə vurulması ilə yazılı sənəddə
öz əksini tapmışdır.
Bu isə bəri
başdan Rusiya və Avropanın xristian dövlətlərinin
bir növ gələcəkdə Osmanlı imperiyasının
Anadolu torpaqları üzərində hərbi əməliyyatlara
qərar verməsi demək idi. Onsuz da böyük dövlətlər
Türkiyəni daha asanlıqla aradan götürmək,
sıradan çıxarmaq üçün onun mərkəzdənqaçma
qüvvələrini arayıb-araşdırmağa, tapıb
gücləndirməyə, ölkəni içəridən zəiflətməyə
çalışırdılar. Hər biri öz aləmində,
öz növbəsində, öz dövlətlərinin mənafeləri
baxımından “erməni məsələsi” əsnasında
siyasətlərini formalaşdırmağa və bundan bir dayaq
nöqtəsi, təsir vasitəsi kimi istifadə etməyə
can atırdılar. 1877-1878-ci illərin rus-türk müharibəsində
Türkiyənin məğlub olması Rusiyanın bu sahədə
ilk rəsmi addım atması ilə nəticələndi. “Erməni
məsələsi” adı 1878-ci il fevral ayının 19-da
Rusiya ilə Türkiyə arasında Bolqarıstanın sahil qəsəbəsi
olan San-Stefanoda bağlanan sülh müqaviləsinin 16-cı
paraqrafına daxil edildi. Rusiyanın bu sahədə əməli
fəaliyyətə keçməsi Qərb dövlətləri
arasında əks-səda doğurdu. Zəif
düşmüş Osmanlı imperiyasını
parçalamaq, pay-pürüş etmək, daha çox pay mənimsəmək
məqsədilə dünyanın altı nəhəng xristian
dövləti diplomatiya siyasəti sahəsində, habelə,
silah gücüylə öz məqsədlərinə
çatmaq uğrunda yarışa və vuruşa qalxdılar.
İlkin olaraq isə hər
biri özü-özlüyündə “erməni məsələsi”ndən
Türkiyəyə qarşı əlverişli silah, təsir
gücünə malik bir siyasət vasitəsi kimi istifadə
etməyə önəm verdilər. Beləliklə, “erməni
məsələsi” çar Rusiyasının, Qərbin
imperialist dövlətlərinin və zamanın hökmü
ilə bu sayaq beynəlxalq status aldı. Xüsusilə
İngiltərə, Fransa, Rusiya tərəfindən Şərq
məsələsinin tərkib hissəsi kimi ortaya
atıldı. Şərq məsələsi, əsas etibarilə
bu regionda, daha doğrusu, müsəlman dünyasında
kiçik dövlətlər, tayfa dövlətləri
yaratmaq, iri dövlətlərin meydana gəlməsinə qətiyyətli
surətdə imkan verməmək, aralarında daim ziddiyyətlər
yaratmaq, xüsusilə, superdövlətlər sırasında
dura biləcək güc şəklində
çıxış etmələrinə əsla imkan verməmək
siyasətinin məcmusudur.
“Erməni məsələsi”
də Osmanlı imperiyasının daxildən zəiflədilməsinə
hesablanan bir siyasət oldu. Artıq bu dövrlərdə Rusiya
liberal hərəkatının təsiri altında Moskva və
Tiflis şəhərlərindəki erməni millətçiləri
nəinki bu şəhərlərdə, habelə, Türkiyənin
özündə mətbuat və təşviqatçılar
vasitəsilə ermənilər arasında “milli
özünüdərkin oyanması” və hətta
döyüşkən millətçilik təbliğatı
aparmağa başlamışdılar. Erməni millətçiləri
yaxşı dərk edirdilər ki, böyük dövlətlərin
dəstəyi olmadan, onlar nə dövlət qura bilər, nə
də müstəqil bir dövlət kimi əsla köməksiz
yaşaya bilməzlər.
Y.Əliyeva
Səs.- 2009.- 24 aprel.- S. 10.