Mehdi Hüseynin 100 illik yubileyi qeyd olunub

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli yazıçı və dramaturq Mehdi Hüseynin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.Tədbirdə çıxış edən   universitetin rektoru Yusif Məmmədov yazıçının həyat və yaradıcılığına qısaca nəzər salmışdır.

O bildirmişdir ki, ədəbiyyat tariximizin inkişafında yüksək ixtisaslı filoloq kadrlarının yetişdirilməsində əvəzsiz xidmətləri olan ədib, hələ çox gənc yaşlarından yazdığı əsərlərlə böyük nüfuz qazanmışdır. Əsərləri bir çox xarici dillərə tərcümə olunmuş Mehdi Hüseyn, həm də tənqid və publisistika sahələrində uğurla fəaliyyət göstərmişdir.

Tədbirdə  çıxış edən digər natiqlər də Mehdi Hüseynin elm və mədəniyyətimizin inkişafında göstərdiyi misilsiz xidmətlərdən söhbət açmışlar. Qeyd olunmuşdur ki, onun klassik ədəbi irsə münasibət məsələlərinə, ədəbiyyatımızın mühüm problemlərinə həsr olunmuş məqalələri dərin elmi-nəzəri səviyyəsi ilə seçilmişdir.

 

 

Zümrüd

 

Səs.- 2009.- 24 aprel.- S. 12.