Azərbaycanla Rusiya arasında əməkdaşlıq
uğurla inkişaf edir
Prezident İlham Əliyev ordu generalı Vladimir Proniçevi
qəbul edib
Prezident İlham Əliyev aprelin 24-də Rusiya Federasiyasının Federal Təhlükəsizlik
Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Proniçevi
qəbul edib.
Ordu generalı Vladimir Proniçev
Azərbaycan, Rusiya və İranın sərhəd xidməti rəhbərlərinin Bakı
görüşünün 2007-ci ildə dövlət başçılarının Tehran görüşü
zamanı verdikləri
tapşırıqlara əsasən
təşkil olunduğunu
vurğulayaraq, görüşdə
Xəzər regionunun təhlükəsizliyi ilə
əlaqədar məsələlərin
müzakirə edildiyini
bildirdi. O, Rusiya Sərhəd Xidməti ilə Azərbaycanın Dövlət Sərhəd
Xidməti arasında dostluq münasibətlərinə
əsaslanan əlaqələrin
gələcəkdə də
inkişaf edəcəyinə
əminliyini ifadə etdi. Rusiya Federasiyasına səfərini
xatırladan dövlətimizin
başçısı Azərbaycan
ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin
bütün istiqamətlərdə,
o cümlədən sərhəd
xidməti sahəsində
də uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham
Əliyev Azərbaycan,
Rusiya və İran sərhəd xidmətləri rəhbərlərinin
Bakıda keçirilən
görüşünün həm ikitərəfli, həm də çoxtərəfli formatda
müzakirələr aparmaq
üçün yaxşı
imkan yaratdığını
bildirdi.
MƏTLƏB
Səs.- 2009.- 25 aprel.- S. 2.